[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə229/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   225   226   227   228   229   230   231   232   ...   258

 

467 


onu  göstərir  ki,  onların  haqsızlığına,  zülümlərinə  səbr  edib,  onlara  qarşı 

çıxmaq olmaz”

1374



 



 

ƏMİRİ RƏHBƏR QƏBUL ETMƏDƏN BİR GECƏ 

KEÇİRMƏK BELƏ HARAMDIR 

 

Bunu  da  bilin  ki,  hər  kim  xəlifəlik  vəzifəsinə  gəlir,  insanlar  da  ətrafında 



toplanırlarsa,  onun  xəlifəliyinə  razı  olurlarsa  ona  itaət  fərz  olur,  ona  qarşı 

çıxmaq  isə  haram  olur.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Digər 

əmirlərə  xəlifə  olana  qədər  qılıncı  ilə  qalib  gələn  və  əmirul-muminin  deyə 

adlandırılan bir kimsəyə qarşı Allaha və axirət gününə iman edən bir kimsənin 

istər yaxşı, istər pis bir kimsə olsun onun imam görməyib bir gecəni keçirməsi 

o,  kimsəyə  halal  olmaz»  Abdus  b.  Məlikin  deyir  ki:  Mən  Əhmədin  belə 

dediyini  eşitdim:  «Müsəlmanların  ittifaq  edib  seçdiyi,  yaxud  güclə  və  ya 

razılıqla hakimiyyəti ələ almış rəhbərə qarşı üsyan edən kimsə müsəlmanların 

vahid  kəlməsini  parçalayar  və  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən 

rəvayət  edilmiş  hədislərə  müxalif  olar.  Əgər  o,  üsyankar  belə  halda  ölərsə 

cahiliyyət  ölümü  ilə  ölər.  Rəhbərə  qarşı  döyüşmək,  üsyan  etmək  halal  deyil. 

Kim  bunu  edərsə  o,  doğru  yoldan  və  hədislərdən  uzaqlaşmış  bidətçidir»

 1375



İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Güc işlədərək idarə başına gələn bir 



kimsəyə  itaətin  və  onunla  birlikdə  cihad  etməyin  vacib  olduğuna,  ona  itaət 

etmənin ona qarşı çıxmaqdan xeyirli olduğunu icma ilə qəbul etmişlər. Çünki 

bu  yolla  qanların  tökülməsinin  qarşısı  alınır»

1376


.  Yəni  bir  kimsənin:  Mən  ona 

yalnız Allaha itaət olan məsələlərdə itaət edəcəyəm – deməsi düzgün deyildir. 

Çünki  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – yalnız  Allaha  asiliyi  əmr  edən 

rəhbərlərə itaət etməməyi buyurmuşdur.  

 

ƏMİRLƏRİN ZÜLMÜNƏ VƏ ƏDALƏTSİZLİYİNƏ SƏBR 

ETMƏK 

 

Əbu  Huneydə  Valid  b.  Hucr  - radıyallahu anhu – rəvayət  edir  ki,  Sələmə  b. 



Yəzid əl-Cufi  Rəsulullah  – sallallahu aleyhi və səlləm – ə sual  verərək  dedi:  «Ey 

Allahın  Rəsulu!  Başımıza  bizlərdən  itaət  istəyən  lakin  (bizə  qarşı  vəzifələrini 

yerinə yetirməyib) haqqımızı bizlərə verməyən əmirlər gələrsə nə buyurursun, 

bizlərə xəbər ver?». Allah Rəsulu onun bu sualını göz ardı etdi. Lakin Sələmə 

bir  müddətdən  sonra  sualını  yenidən  təkrar  etdi.  Peyğəmbər:  «Dinləyib 

                                                

1374

 “Fəthul Bəri” 5/148.  



1375

 İmam Əhməd «Məsəil vər Rəsəil fil Əqidə» 2/5, Əbu Yala «Əhkamus Sultaniyyə» s. 23.  

1376

 Fəthul Bəri 13/9.  




 

468 


(eşidib)  itaət  edin.  Onlar öz  üzərlərinə  düşəndən  sorumludurlar, sizlər isə öz 

üzərinizə  düşəndən  sorumlusunuz»  deyə  buyurdu

1377

.  Abdullah  b.  Məsud  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Həqiqətən  də  məndən  sonra  bir  çox  ayrılıqlar  və  bir  çox  da  sizin 

xoşlamadığınız şeylər baş verəcəkdir». Səhabələr: «Ya Rəsulullah! Bizlərdən bu 

günlərə  çatanlara  nə  etməyini  əmr  edirsən?»  dedilər.  Peyğəmbər:  «Sizlər 

üzərinizə  düşən  haqqı  (itaəti)  yerinə  yetirin  (onlara  veriləcək  şeyləri  onlara 

verin),  öz  haqqınızı  isə  Allahdan  istəyin»  deyə  buyurdu

1378

.  Rəsulullah  – 



sallallahu aleyhi və səlləm – buyurdu:  «(Həlak  olan)  üç  kimsə  vardır  ki,  onların 

halını heç soruşma! Müsəlman idarəçisinə üsyan edib müsəlman cəmaatından 

ayrılan və asi olaraq ölən kimsə, ağasından qaçıb o, halı üzərə ölən qul və ya 

(cariyə),  əri  yanında  olmadığı  halda  (ərinin  olmadığından  istifadə  edərək) 

imkanları  da  olduğu  halda  açıq-saçıq  geyinərək  çölə  çıxan  qadın.  Bunların 

halını  heç  soruşma!»

1379

.  Əli  -  radıyallahu  anhu  –  deyir  ki:  “İnsanlar  əmir 



olmadan  əmin-amanlıqda  yaşamazlar,  istər  (əmir)  saleh  olsun,  istər  də 

günahkar”.  Ondan:  “Ey  möminlərin  əmri!  Saleh  olanı  başa  düşdük,  bəs 

günahkar  olana  bu  necə  aid  edilə  bilər?”  deyə  soruşduq.  İmam:  “Həqiqətən 

Allah  günahkar  əmirin  əli  ilə  yolları  təhlükəsiz  edir,  onunla  düşmənə  qarşı 

döyüşülür,  cəzaları  tətbiq  edir,  onun  səbəbilə  insanlar  Həcc  edir  və  Allaha 

təhlükəsiz olaraq ibadət edirlər”

1380

.  


 

ƏMİRLƏRƏ DUA ETMƏK 

 

Əhli  Sünnə  vəl  Cəmaatın  mövqeyindən  biri  də  budur  ki,  onların  saleh 



olmaları,  doğru  yolda yürümələri  və  hidayət üzərə olmaları üçün  dua  etmək 

Sələfi Salihin izlədiyi bir yoldur. İmam əl-Bərbəhari – rahmətullahi aleyhi – deyir 

ki:  «Sən  bir  kimsənin  rəhbərə  qarşı  bəd  dua  etdiyini  görsən  bil  ki,  o  bidət 

sahibidir. Əgər bir kimsənin rəhbərin islah olması üçün dua etdiyini görsən bir 

ki,  o  –  Uca  Allahın  izni  ilə  –  sünnətə  bağlı  bir  kimsədir»

1381


.  Fudeyl  b.  İyad  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  «Əgər  mənim  qəbul  ediləcək  bir  duam  olsaydı 

bunu  mütləq  rəhbər  üçün  ayırardım.  Çünki  bizlər  onların  islah  olunmaları 

üçün dua etməklə əmr olunduq, onlara bəd dua etməklə isə qadağan olunduq. 

İstərsə  haqsızlıq  etsinlər, istərsə  zülm. Çünki onların  zülm  və haqsızlıqları öz 

əleyhlərinədir.  Salamat  olmaları  isə  həm  özlərinə,  həm  də  müsəlmanların 

lehinədir.  Digər  tərəfdən  onların  islah  olunmaları  ilə  ümmət  də  islah  olur. 

                                                

1377


 Müslim 1846.  

1378


 Buxari 7052, Müslim 1843.  

1379


 Buxari «Ədəbul Mufrad», Təbərani, «Mucəmul Kəbir», əl-Albani «əs-Səhihə» 541.  

1380


 Vəki “Əxbər əl-Huda” 1/21, Beyhəqi “Şuab” 13/187.  

1381


 «Şərhu Sünnə» s. 113, 116. 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə