469
Çünki mənim salehliyim yalnız özümün, başçıların salehliyi isə bütün
müsəlmanların (ölkələrin islahı) xeyrinədir – bu sözləri eşidən İbn Mübarək –
rahmətullahi aleyhi – onun alnından öpərək: «Ey xeyir (işlərin) müəllimi! Bunu
sənin kimi gözəl (şəkildə kim çatdıra bilərdi?»
1382
. Həsənul Bəsri – rahmətullahi
aleyhi – deyir ki: «Onu da bil ki
– Allah sənə rəhm etsin – hökmüdarların
zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da
qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş,
günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan
daha da itidir»
1383
. Başqa bir rəvayətdə: «Həsənul Bəsri
– rahmətullahi aleyhi –
Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu
etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərinizlə
etdiklərinizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə,
meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»
1384
. İmam Nəvəvi
–
rahmətullahi aleyhi – deyir ki: «Müsəlman rəhbərlərə nəsihətə gəlincə, haqq
üzərə onlara yardım etmək, bu xüsusda onlara itaət etmək, yumşaqlıqla və
uyğun bir dillə onlara haqqı əmr etmək, onları başa salmaq, öyüd vermək və
unutduqları şeyləri onlara təkrar bildirməklə olur»
1385
. əl-Xalləl öz «Sünnə»
1/83 əsərində İmam Əhməd
– rahmətullahi aleyhi – nin rəhbərlər haqqında belə
dediyini rəvayət etmişdir: «Mən gecə-gündüz imam üçün müvəffəqiyyət
arzulayır və Allahın ona kömək olması üçün dua edirəm və bunu özümə vacib
bilirəm».
ƏMİRLƏRƏ NƏSİHƏT ETMƏK
İbn Kusayb əl-Adai deyir ki: “Bir gün Əbu Bəkrə ilə minbərin yanında
oturmuşdum Bu zaman Abu Amir çox nazik bir libasda xütbə verirdi. Əbu
Bilal dedi: “Bizim əmirə baxın, fasiqlərin libasını (ipək) geyinir” dedi. Əbu
Bəkrə dedi: “Yum ağzını, mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm - belə
dediyini eşitdim: Kim əmirini alçaltmağa çalışarsa Allah da onu alçaldar”
1386
.
Əbu Ruqayyə Təmimi b. Əus əd-Dari - radiyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm - buyurdu: «Din nəsihətdir». Kimə? (Ya
Rəsulullah!) deyə soruşduq. (Peyğəmbər) buyurdu: «Allaha, kitabına,
rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara»
1387
. Bir halda
ki, nəsihətin vacibliyi sübuta yetirildi, deməli hər bir müsəlmanın buna riayət
1382
«Şərhu Sünnə» s. 114, Əbu Nueym «Hiylətul Övliya» 8/91.
1383
İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119.
1384
İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119.
1385
Şərhu Səhih Müslim 2/241.
1386
Tirmizi 2224, əl-Albani “Səhih”.
1387
Səhih Müslim 55.
470
etməsi labüddür. İbn Rəcəb
– rahmətullahi aleyhi – deyir ki: «Müsəlman
rəhbərlərə qarşı nəsihətə gəlincə – onları saleh və ədalətli görmək,
müsəlmanların bir əmir ətrafında birləşmələrini istəmək, müsəlmanların
dağılmasını, partiyalara, firqələrə bölünməsini istəməmək, Allahın əmrlərinə
uyğun gələn hər bir məsələdə onlara itaət etmək, onlara qarşı çıxmaq
istəyənlərə nifrət hissi bəsləmək və Allaha itaətdə onların güclənməsini ümid
etmək»
1388
. İyad b. Ğanəmin Hişam b. Hukeyməyə belə dediyi rəvayət olunur:
«Məgər sən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Kim öz başçısına
nəsihət vermək istəyirsə bu işi (hamıya) car çəkərək aşkarda ona bildirməsin.
(Əksinə) onun əlindən tutub xəlvətə çəkilsin. Əgər başçısı onun bu nəsihətini
qəbul edərsə söz yox, yox əgər qəbul etməzsə artıq nəsihət verən öz borcunu
yerinə yetirmişdir» sözlərini eşitməmisənmi?»
1389
. Peyğəmbər – sallallahu aleyhi
və səlləm - buyurdu: “Kim əmirinə nəsihət etmək istəyərsə bunu gizlində etsin,
aşkarda deyil”
1390
. İbn Abbasdan - radıyallahu anhu – əmirlərə nəsihət barəsində
soruşduqda dedi: “Əgər sən bunu etmək istəyirsənsə elə et ki, səninlə onun
arasında heç kimsə olmasın və öz imamın haqqında qeybət etmə!”
1391
. İbn Bazz
– rahmətullahi aleyhi – bu hədis ilə bağlı deyir ki: «Saleh Sələflər heç vaxt
əmirlərin səhvlərini bəyan etməzdilər. Onlar haqqında məscidlərin
minbərlərindən xəbər verməzdilər. Çünki onlar bilirdilər ki, bu cür əməllər pis
nəticələrə və əmirlərə haram olmayan əməllərdə də itaətsizliyə gətirib çıxardır.
Əmirlərə qarşı bu cür çıxışlar üsyanlara gətirib çıxardır ki, bunun da ziyandan
başqa bir nəticəsi olmur. Saleh Sələflər onlara nəsihətlər verər, onlara
məktublar yazar, yaxud da əmirlərə yaxın olan insanlar vasitəsilə onlara gözəl
nəsihətlər verərdilər. İnsanları günahlardan çəkindirdikdə (içkidən, zinadan,
rüşvətdən və s.) onların adlarını çəkmədən bunu edərdilər. İstər bu alim olsun,
istərsə də sıravi bir müsəlman»
1392
.
Bir gün insanlar Usamə b. Zeyd
- radıyallahu anhu – ya Osman
- radıyallahu
anhu – ilə danışmağı xahiş etdilər. O: «Siz elə zənn edirsiniz ki, mən onunla
söhbət etməmişəm. Vallahi mən hər kəsdən öncə heç kəsin etmədiyini edərək
onunla üzbəüz söhbət etdim»
1393
. İbn Həcər əl-Əskalani
– rahmətullahi aleyhi –
deyir ki: «Bu hədis bizlərə onu bəyan edir ki, əmirlərlə danışdıqda onlara
hörmətlə yanaşmalı və onlarla danışdıqda müəyyən ədəb formalarına riayət
1388
Cəmiul Ulum bəl Hikəm 1/222.
1389
İbn Əbi Asim «Sünnə» Məhəmməd Nəsirin təhqiqi ilə 2/521 hədis 1096, Həkim «Mustədrək» 3/329 hədis
5269, Beyhəqi «Sünnənul Kubra» 8/164, Təbərani «Mucəmul Kəbir» 17/167 hədis 1007.
1390
Əhməd 3/403, İbn Əbi Asim 1097, əl-Albani “Səhih”.
1391
İbn Əbi Şeybə 15/74, Səid İbn Mənsur 4/1657.
1392
Fətvalar toplusu 27-28 səh.
1393
Buxari 3267, Müslim 2989.