473
sizlərə biri gəlib birliyinizi parçalamaq və ya topluluğunuzu firqə-firqə bölmək
istərsə onu öldürünüz)»
1404
. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir
ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «İki dövlət başçısına beyət
olunduğu zaman o, ikisindən birini öldürünüz»
1405
. Əbu Hureyrə - radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «Kim
mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz
ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə, mənə itaət etmiş olar, hər
kim də əmirə asi olarsa mənə asi olmuş olar»
1406
. İbn Abbas - radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «Kim
əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim
əmrinə qarşı üsyan edərək itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində
ölən kimi ölər»
1407
. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Əksər alimlər
hesab edirlər ki, rəhbərin zülmünə səbr etmək vacibdir nəinki ona qarşı
çıxmaq. Çünki əmirə qarşı çıxmaq və onu devirməkdə əminliyi qorxu ilə və
qan axıtmaqla, həmçinin yer üzündə fitnələrin yayılmasıdır. O, kəslər ki, zalım
idarəçilərə qarşı çıxmağı doğru görürlər onlar Mötəzilə və Xəvariclərdir”
1408
.
Yezid əl-Fəqir belə rəvayət edir: “Xəvariclərin fikirlərindən bir fikir qəlbimə
girmişdi. Bir neçə nəfərlik dəstə ilə həccə çıxdıq. Həcc edəndən sonra insanlara
qarşı çıxmağı düşünürdük. Mədinə şəhərinə gəldik. Cabir İbn Abdullah -
radıyallahu anhu – bir dirəyə söykənib insanlara Peyğəmbərdən
– sallallahu
aleyhi və səlləm – hədis danışırdı. Birdən Cəhənnəmlik olanları xatırlatdı. Mən
ona belə dedim: “Ey Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabəsi, sən nə
danışırsan? Məgər Allah buyurmur: “Ey Rəbbimiz! Sən Cəhənnəm oduna
atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!” (“Ali-
İmran” /192) və “Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora
qaytarılacaq” (“əs-Səcdə” /120). Bəs sənin danışdıqların nədir?!” O məndən:
“Sən Quran oxuyursan?” deyə soruşdu. Mən: “Bəli” deyə cavab verdikdə, o
məndən yenə soruşdu: “Muhəmmədin – sallallahu aleyhi və səlləm – məqamı
(yəni, Allahın onu Qiyamət günü dirildəcəyi yer) haqda eşitmisən?” Mən:
“Bəli” deyə cavab verdikdə, o mənə belə dedi: “Muhəmmədin “Mahmud”
məqamıdır ki, Allah ona görə istədiyi kimsələri (Cəhənnəmdən) çıxaracaq.”
Sonra Sirat körpüsünün qoyulmasından və insanların onun üzərindən
keçməsini vəsf etməyə başladı. Qorxuram ki, o yerini əzbərləməmiş olum,
ancaq bəzi insanların Cəhənnəmə düşdükdən sonra oradan çıxmalarını iddia
edərək belə dedi: “Yəni oradan çıxdıqda qaralmış küncüt çöplərinə
1404
Müslim 1852.
1405
Müslim 1853.
1406
Buxari 7137, Müslim 1835.
1407
Buxari 7143, Müslim 1849.
1408
“Təfsir Qurtubi” 2/109.
474
bənzəyəcəklər. Cənnət çaylarından birinə girib oradan kağız səhifəsi kimi ağ
çıxacaqlar.” Biz qayıtdıq və belə dedik: “Vay olsun sizə, Şeyxin Peyğəmbərin
adından yalan danışdığını zənn edirsiniz. Biz fikrimizdən daşındıq. And olsun
Allaha ki, bir kişidən başqa heç birimiz çıxmadı. Yaxud Əbu Nueymin dediyi
kimi”
1409
. Şeyx Abdul Muhsin əl-Abbad
– Hafizahullah - deyir ki: “Bu hədis
dəlildir ki, bu qrup böyük günah sahibləri olan müsəlmanları küfürdə ittiham
etmək və Cəhənnəmdə əbədi qalmaq xəstəliyinə düçar olmaqla Xəvariclərin
fikirlərilə xəstələnmişlər. Lakin Cabir - radıyallahu anhu – ilə qarşılaşdıqdan
sonra onlar haqqı öyrəndikdən sonra bu barədə olan fikirlərini dəyişdilər,
hətta Həcc edəndən sonra müsəlman əmirlərə qarşı çıxmağı da tərk etdilər.
Burada mühüm bir fayda vardır ki: hər bir müsəlman alimə müraciət etməklə
bunu əldə edə bilər”
1410
.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Vəs Səlləm – BU İKİ HAL
MÜSTƏSNA OLMAQLA ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞI
QADAĞAN ETMİŞDİR
Allah Rəsulu idarəçilərə qarşı bu iki hal müstəsna olmaqla çıxmağı qadağan
etmişdir. Bu iki hal bunlardır:
1. Onların sözlərində və əməllərində açıq-aydın
bir küfrün ortaya çıxması və (bu küfrə qarşı yanımızda Allahın kitabından
açıq-aydın bir dəlilin olması). Cunadətu b. Əbi Umeyyə deyir ki, bizlər
Ubadətu b. Samit - radıyallahu anhum – nun yanına gəldik. Xəstə idi. Allah
sənin halını yaxşılığa yönəltsin! Sən bizə Rəsulullah – sallallahu aleyhi və səlləm –
dən eşitdiyin və Allahın da o, səbəblə mənfəət verəcəyi bir hədisi söylə» dedik.
O: «Rəsulullah – sallallahu aleyhi və səlləm –– Əqabə gecəsi biz ənsarı beyət
etmək üçün yanına dəvət etdi. Biz də onunla birlikdə beyət etdik.
Sevincinizdə, kədərinizdə, çətinlikdə, asanlıqda, hətta (əmir sizə məxsus olan
bir şeyi özünə aid etdiyi) durumda da əmirlərinizi dinləyib onlara itaət emək,
əmarət sahibi olan kimsələrə əmirlik xüsusunda çəkişməmək. Ancaq əmir
sahibində açıq bir küfr görməniz müstəsnadır ki, bu halda onun küfrü
haqqında yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır» deyə
buyurdu
1411
. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Küfrdən qəsd edilən
Allahın bizləri çəkindirdiyi günahlardır. Bu hədisdən qəsd olunan odur ki,
əmirlərə qarşı çıxmaq, onlarla mübarizə aparmaq olmaz əgər açıq-aydın küfr
etmirlərsə. Hansı ki, Allah bizlərə bu barədə xəbər vermişdir. Əgər əmir buna
yol verərsə onun etdiyini dəstəkləmək olmaz və bu haqda ona nəsihət etmək
1409
Muslim 191.
1410
“Bi ay Aqliyad Din Yəkunu Tafcir Ya Tadmir Cihadan” 14.
1411
Müslim 1840.