471
edilməlidir
1394
. (İdarə etdiyi) dövlətdəki insanların yaşayış tərzindən və onun
haqqında olan fikirlərini əmirə bildirmək. Bunu da etdikdə mülayim bir
formada, ədalətli bir şəkildə etmək lazımdır ki, (başqalarına əziyyət vermədən)
istənilən nəticəyə çata biləsən»
1395
. İmam ən Nuhas, əs-Sindi, əş-Şovkani,
İbrahim İbn AbdulLətif və s. İmamlar
– rahmətullahi aleyhi – deyirlər ki: “Əmirə
nəsihəti gizli etmək lazımdır, insanlar içərisində deyil”
1396
.
Bütün bu sözlər bizim əmin-amanlığımız və Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – in dediklərinə itaətimiz üçündür. Əgər onlara riayət etsək, Allahın izni
ilə biz nicat tapanlarıq. Yox əgər asi olsaq Əhli Sünnə vəl Cəmaata
müxalifliyimiz qədər ixtilaf və nöqsanlara düçar olarıq. Buna görə də bütün
müsəlmanların islahını istəyən hər bir kəs səmimi qəlbdən Allahın izni ilə
onlara başçılıq edən kimsənin islahını, onun Allahın kitabı və Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in sünnəsilə əməl etməyə müvəffəq olmasını dua
etməlidir. Biz heç də tutulan yolun və əməlin Quran və Sünnə ilə olmasını
kimdənsə az istəmirik. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bunun da
səbəbi odur ki, əgər xəlifə və əmir saleh olarlarsa onların ardınca bütün xalq da
gedər, yox əgər onlar günah içərisində batarlarsa bu aqibət bütün xalqı da
bürüyər. Buna görə də Osman - radıyallahu anhu – deyir ki: «Həqiqətən də
Allah əmirin əli ilə bir tək Quranın vasitəsilə etmədiyini edir»
1397
. Bu qayda
bütün əməlisaleh müsəlmanlara aiddir ki, onlar əmirləri üçün dua etsinlər,
onların xətalarını ört-basdır edərək onlara nəsihət verməyə çalışsınlar. Heç bir
müsəlmana yaraşmaz ki, əmirlərin səhvlərini xalqın içərisində bəyan edərək
onları gözdən salmağa çalışsın. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki:
“Allaha and olsun ki, din müsəlman əmirləri olmadan qaydasına düşməz.
Hətta onlar zalım və günahkar olsalar da belə. Allaha and olsun onların
səbəbilə Allah daha çox xeyir edir, nəinki onların zülmü”
1398
. İmam Alusi –
rahmətullahi aleyhi – deyir ki:
“Əgər Allah insanların bəzilərini digərləri ilə dəf
etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır”.
(əl-Bəqərə 251) ayəsi barəsində deyir: “Bu ayə hakimiyyət və idarəçiliyin
fəzilətini göstərir. Ona görə də deyilir ki: “Din və hakimiyyət bir-birindən
ayrılmazdır. Birinin itməsilə digəri də itə bilər. Din – başdır, hakimiyyət –
keşikçidir. Məlumdur ki, bir şeyin ki keşikçisi (mühafizəçisi) yoxdursa itə
bilər”
1399
.
1394
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Rum, Fars imperatorlarına göndərdiyi məktublarından da biz
bunun şahidi ola bilərik. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – onlara müraciət etdikdə: Böyük Fars
imperatoru, Əzəmətli Rum imperatoru deyə müraciət edərdi.
1395
Fəthul Bəri 13/53.
1396
“əl-Mətbu” 24/50, “Seylul Cərrar” 4/556, “Durarus Səniyyə” 9/119.
1397
Məcmuu Fətava 28/391.
1398
“Cəmiul Ulum Vəl Hikəm” 327.
1399
“Ruhul Məni” 1/174.
472
MÜSƏLMAN ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞIN
QADAĞAN EDİLMƏSİ
Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «…Namaza toplanın» deyə nida etdi. Biz də
Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzurunda toplandıq. O, buyurdu:
«Həqiqətən də, məndən əvvəl yaşamış hər bir Peyğəmbərin üzərinə düşən
borc ümmətini onlara xeyirli olan şeylərə sövq etməsi və ümməti üçün şər olan
şeylərdən isə çəkindirməsidir. O, ki qaldı bu ümmətə, ilk dövrlərində onlara
xeyir-bərəkət veriləcəkdir
1400
, sonda isə bir çox bəlalar və sizin xoşlamadığınız
bir çox işlər baş verəcəkdir. Üzərinizə (gecə qaranlığı) kimi fitnələr çökəcəkdir
ki, hər bir fitnə əvvəlkindən daha şiddətli və ya (əvvəlki sonra gələn fitnədən
daha yüngül olacaqdır). Elə bir fitnələr gələcəkdir ki, hər bir mömin: «Bu məni
həlak edəcək fitnədir» deyəcəkdir. Sonra o, fitnə qaldırıldıqdan sonra digəri
daha ağırı gəldikdə mömin: «(Məni həlak edəcək fitnə) budur» deyəcəkdir.
Kim bu (fitnə dönəmində) Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girməyi arzu
edirsə ölüm onu yaxaladığı zaman Allaha və Axirət gününə iman edən birisi
olsun və insanlarla necə özü ilə rəftar olunmağı arzu edirsə o, cür də rəftar
etsin. Hər kim də əmirinə beyət edərək əlini tutub qəlbini ona verərsə gücü
çatdığı qədər ona itaət etsin. Bir başqası da gəlib (hakimiyyət) üstündə onunla
mübarizə apararsa onun boynunu vurun»
1401
. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Ey Ənsar cəmaatı! Məndən sonra sizlər (dünya işlərində
sizə məxsus olan bir şeyi özlərinə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla
bərabər sizlər səbr edin. Nəhayət (Qiyamət günü) Kövsər hovuzu başında
mənimlə qovuşana qədər»
1402
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim (əmirə) itaətdən
çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü
ilə ölmüş olar. Hər kim haqq və batil olduğu bilinməyən məchul və qaranlıq
bir müharibənin kor-koranə asılmış bayrağı altında sırf qövmiyyət üçün (heç
bir haqqın yüksəlməsi üçün deyil) mübarizə edərək (və ya bu işə yardım
edərək) öldürülürsə o, kimsə mənim ümmətimdən deyildir...»
1403
. Arfəcə -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Hər kim bu ümmətin işini birlik və bərabərlik halda ikən onu firqə-
firqə bölmək istərsə harda olursa olsun o, təfriqəçi insanı qılıncla vurun (Başqa
rəvayətdə: Bütün işləriniz tək bir adam üzərində birlik və vəhdət halında ikən
1400
Qurtubi deyir ki: «Burada qəsd ilk üç Rəşidi xəlifələri nəzərdə tutulur. Çünki onların dövürlərində İslam
ümməti birliyi ilə seçilirdi».
1401
Müslim 1844.
1402
Müslim 1845.
1403
Müslim 1848.