[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə38/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   34   35   36   37   38   39   40   41   ...   143

78 
 
zaman ı böyük dərinlikdə kustar mis və mis məmu latı istehsal olunduğunu göstərən mis 
şlakı  qalaqlarının,  daş  üzərində  ehtimal  ki,  metal  yu maq  üçün  çala  izləri  aşkar 
edilmişdir.
29
  İçərişəhərdəki  bir  sıra   qazıntı  sahələrində  də mir  şla kı  topaları,  də mirçi 
çəkici, gürz və digər dəmir əşyalar, bıçaq tiyələri və dəstəklərinin qırıqları, ayaqqabı və 
heyvan nalları, mismarlar, halqalar, toqqalar və digər metal əşyalar tapılmışdır. Burada, 
daha sonrakı XVII əsr mənbələrində deyild iyi kimi, silah, nal, qab-qacaq və təsərrüfat 
alət-lə ri  istehsal  edən  dəmirçilər  və  misgərlər  yaşayırdı.  Qərb  qala  d ivarın ın 
yaxınlığında  q iy mətli  metalın  ərid ilməsi  üçün  daş  alətin   və  qala  ərazisində  bir  sıra 
zərgərlik mə mu latların ın tapılması Bakıda zərgərlik işlə rin in aparıldığ ını göstərir. Belə  
ki,  arxeolo ji  qazıntılar  zaman ı  bu xtadakı  qala  tikilisind ə  (XIII  əsr)  gü müş  nəlbəki 
tapılmışdır.
30
 
Qədim  müsəlman  qəbiristanlığında torpaq  işləri aparılarkən  incəliklə   işlən miş 
qızıl sancaq, gümüş bilərzik, üç gümüş üzük, gü müş asma, hər b irində iki xırda mirvari 
olan iki halqavarı qızıl sırğa, dörd içi boş qızıl muncuq, q ızıl asmalı q ızıl sırğa, asılma 
muncuqlu  iki  cüt  gümüş  sırğa  və  digər  əşyalar  tapılmışdır.  Həmin  əşyalar,  oradan 
tapılmış sikkələr (Tey mu ri və Şirvanşah) kimi, XV əsrin əvvəlinə aid edilir.
31
 
Şirvanşahların  zərb  etdird iyi  gümüş  sikkələr  (birincisi  h.833  (1429/30)-cü  il, 
sonuncusu  h.844  (1140/41)-cü  il)  dəfinəsi  ilə   birlikdə  keç miş  Ale ksandr  Nevski 
kilsəsinin ya xın lığında tapılmış iri qızıl bilərzik də hə min dövrə aiddir.
32
 
Şirvanşahlar  sarayında  şirvanşahlara  məxsus  türbədə  açılmış  sərdabələrdən 
birində  altıbucaqlı  şəklində  qızıl  sancaq  tapılmışdır.  Onun  üz  tərə findəki  7  yuvadan 
5-də  qırmızı  daş,  ehtima l  ki,  yaqut,  ortadakı  yuvada  firu zə  var.  Yuvaların  biri  is ə 
boşdur. Həmin sancaq XV əsrin ortalarına aid edilir.
33
 Bu  cür bə zək əşyalarına  Ba kıda 
və Azərbaycanda indi də rast gəlinir  ki, bu da  maddi  mədəniyyətin  irsiliy indən və öz 
sənətini nəsildən nəslə ötürən xa lq sənətkarla rın ın möhkə m ənənələrindən xəbər verir. 
Sənətkarlıq, o cü mlədən onun dəmirç ilik, dulusçuluq, to xuculuq, sikkə  kəsmə  və 
s. sahələri daha da inkişaf et mişdi.  Bu  zə mində  mühüm proses -  mü xtəlif sənətkarlıq 
sahələrində istehsalın ixt isas laşması baş vermişdir. 
Qərb qala d ivarları yanında tikinti  işləri  za manı q ırmızı gildən qayrılıb sarı və 
qəhvəyi  şirlə   örtülmüş  ço xlu  ç ıraq  tapılmışdır.  Qala   divarlarından  bayırda   çıraq 
ustaların ın  emalatxanaları  olmuşdur.  Bakı  ərazisində  böyük  miqdarda  tapılmış  şirsiz 
sarı və boz g il qablara gəldikdə isə, onlar keramika istehsalı üçün yararlı gili olan Bakı 
və Abşeronda hazırlan mışdır. 
Bakı yüksəkliyin in  zirvəsində şüşəvarı şlakın  tapılması,  Bakı ərazisində aşkar 
olunmuş keramikanın analizi və tədqiqi X-XIII əsrlərdə və sonralar Bakı və Abşeronda 
şəffaf yaşıl və əlvan şir çəkilmiş naxışlı qablar, sonralar - XIV-XV əsrlərdə isə açıq sarı 
anqobla,  yaxud  qırmızı  sa xsı  üzərində  açıq  sarı  na xışla  işlən miş  kera mika  mə mu latı 
istehsal olunduğunu təsdiq etməyə  imkan verir.
34
  Yu xarıda göstərdiyimiz kimi,  Ba kı 
ərazisində bu cür keramika istehsal etmək üçün dulus kürələrinin qalıqları, habelə Bakı 
yüksəkliy inin  zirvəsində,  köhnə  qəbiristanlığın  yerində,  İçərişəhər  qalasının 
yaxınlığında  və  dördkünc  Mərdəkan  qalasının  quyularında  ço xlu  belə  qablar 
tapılmışdır. 


79 
 
Bakıda to xuculuq da in kişaf etmişdi. Abşerondakı ço xlu  miqdarda yetişdirilən 
qoyundan xalça to xun masında istifadə olunan yüksək keyfiyyətli yun q ırxılırd ı. Bakı və 
Abşeronda, Əmircan (Xilə) kəndindəki karxanalarda, XVII əsrin əvvəlində səyyahların 
xatırladıq ları gö zəl xalçalar to xunurdu. Bakı qalasında, eləcə də Abşeronda boyaqçılar 
yunu  boyamaq  üçün  əncir  yarpağından,  soğan  qabığından,  zəfərandan  və  digər 
bitkilə rdən  boyaq hazırlayırdılar.  Bakıda  pa mbıq  parçala r  da  to xunurdu.
35
  Bu  haqda 
daha  sonrakı  mənbələrdə  xəbər  verilir.  Bakıda  kənkanlar,  dəyirmançılar,  qayıqçılar 
yaşayırdılar.  Bu rada  dabbaqlıq  da  inkişaf  etmişdi.  Qoyun  və  keçi  dərisindən  papaq, 
paltar tikilird i. 
Nu mizmatik mə lu matla r a rtıq XIV əsrin b irinci yarısının  sonunda Bakıda h.744 
(1343/44)-cü  ilə  aid,  ü zərində  Hüla kü  sülaləsinə  mənsub  Süleyman ın  və  "Bakuyə" 
şəhərinin adları həkk olun muş sikkələr (gü müş dirhəm)  kəsildiyin i göstərir.
36
 Polu xin 
küçəsində,  qala  yaxınlığındakı  köhnə  müsəlman  qəbiristanlığından  tapılmış  gümüş 
sikkə   dəfinəsində  h.750  (1349/ 50)-c i  ildə  "Ba kuyə"də  Hülakü  süla ləsindən 
Ənuşirəvanın  adından  kəsilmiş  sikkələr  aşkar  olun muşdur.
37
  Azərbaycanın  mü xtəlif 
bölgələrində tapılmış sikkə dəfinələrində Sü ley man və  Ənuşirəvanın adından Bakıda 
kəsilmiş sikkə lərə təsadüf edilmişdir.
38
 Bu, hə min va xt Şirvanın  iri şəhərlərindən biri 
olan Bakıda zərb xana o lduğunu göstərir. Bakıda gü müş sikkələr XIV əsrin  sonu - XV 
əsrin əvvəllərinədək kəsilmişdir.
39
 
XI-XV əsrlərə a id arxeolo ji və nu mizmatik tapıntılar  Bakı ə ra zisində və digər 
bölgələrdə  Bakıda  kəsilmiş  sikkə  dəfinələrinin  aşkar  olun ması,  dövrü müzədək  gəlib 
çatmış tam b ir sıra memarlıq abidələri, keramika qalıqları - bütün bunlar həmin dövrdə 
Bakıda  intensiv  şəhər  həyatının  mövcud  olduğunu,  s ənətkarlığın,  ticarət 
münasibətlərinin inkişaf etdiyini, şəhərin iqtisadi və mədəni yüksəlişini göstərir. 
Bakı  dəfələrlə  onun  ərazisini  viran  qoyan,  məhsuldar  qüvvələrini  məhv  edən 
yadelli  işğalçıların   basqınlarına  məru z  qalmasına  baxmayaraq,  bu  qüvvələr  q ısa  bir 
müddətdə  bərpa  olunur  və  əməksevər  xalq  yaradıb-qurmaqda,  şəhərin  təsərrüfat 
həyatını  inkişaf  etdirmə kdə,  yeni  b inalar  tikmə kdə  davam  ed irdi.  Ba zar  üçün  ə mtəə 
istehsalı isə ticarətə təkan verir, şəhərin varın ı artırırdı. 
XI-XV  əsrlərdə  Bakın ın  əlverişli  liman  kimi  əhə miyyəti  artır.  Xə zə rsahili 
ölkələrlə  ticarət  mübadiləsi  aparılırd ı.  Ticarət  malları  içərisində  neft,  duz,  boyaqotu, 
ipək var  idi.  Bu  ma lla r uzaq ölkə lərə  istər Ba kıdan (cənubda) və Bilgəhdən (şimalda) 
dəniz yolu ilə, istərsə də quru ilə "daşınırdı. 
XII əsrdə Bakının  Şirvanın  ən varlı şəhərlərindən biri, Xə zə r dənizində mühüm 
liman və  ticarət   mərkə zi  kimi əhə miyyəti Xaqanin in  (XII əsr) şirvanşah Axsitan  ibn 
Mənuçöhrü
40
 mədh edən qəsidəsində də qeyd olunur: 
 
Bakı duasını unutmaz bir an, 
Olub sayəsində Bəstam, Xavəran. 
 
Qəsidənin 3 və  4-cü misrala rında Ba kının  İran la, Xə zə rlə r ö lkəsi və Dağıstanla 
dəniz t icarəti ilə  bağlı liman kimi əhə miyyəti qeyd edilir. Köhnə Bakı əra zisində aşkar 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə