[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə40/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   36   37   38   39   40   41   42   43   ...   143

82 
 
qiymət ləndirilirdi.  Belə   ki,  onun  zəhəri  aşkar  et mə k  xassəsinə  ma lik  olduğu  güman 
edilird i.
56
 XIV-XV əsrlə rə a id seladon boşqabların qırıqla rı Ba kıda Şirvanşahlar sarayı 
ərazisində tapıl-mışdır. Bundan başqa, arxeo loji qazıntılar zamanı orada ço xlu çin i qab 
qırıqları aşkar olun muşdur. Sarayın ərazisindəki quyuların birindən tapılmış bu boşqab 
maraqlıdır. Burada qıv rılmış iri quyruğu az qala boşqabın bütün için i tutan əjdaha təsvir 
edilmişdir. Rəsm kobaltla işlən mişdir. Boşqab elə oradaca tapılmış sikkə kimi XV əsrə 
aid  edilir.
57
  Şirvanşahlar  sarayı  əra zisindən  tapılmış  çin i  mə mu latlar  arasında  Çin 
qablarına bənzədilən yerli qablar da vardır. 
Şirvanşahlar  sarayı  ərazisində,  saray  hamamı  otaqlarının  birində  ehtimal  ki, 
XIV-XV  əsrlə rə  a id  üzə rində  Çin  nəbati  orna mentləri  olan  ü zlü k  sa xsı  lövhələrin 
qırıqları qalmışdır. 
XIII  əsrdən  başlayaraq,  bütün  Şərqdə,  o  cü mlədən  A zərbaycanda  nəbati 
naxışları Çin rəs mlərinin təsiri altında işlən miş gözəl saxsı qablar geniş yayılmışdı. Bu 
qablar "çin i", yəni Çin qabı adlanır. Həmin termin  bir ço x şərq dillərində, o cü mlədən 
Azərbaycan  dilində  ö zünə  möhkə m  yer  tutmuşdur.  Bakıda  belə   mə mu lat  tapınt ıla rı 
arasında XIV-XV əsrlərə aid, ehtimal  ki, gətirilmə qablara təsadüf edilir.
58
 Bahalı  Çin 
qablarına Azərbaycanda böyük tələbat var idi: onlardan Bakı əyanları istifadə edirdilər. 
Orta  əsr  Azərbaycan  şəhərlərindən  farfor  və  seladondan  hazırlan mış  ç ini  qabların 
tapılması  Çin  mallarının  A zərbaycanda,  o  cümlədən,  Bakıya  id xal  olunduğunu  və 
XIII-XV  əsrlə rdə  Azərbaycanla  u zaq  Çin  arasında  ticarət  və  mədəni  əlaqə lərin 
mövcudluğunu bir daha göstərir.
59
 
Azərbaycanla Hindistan arasında iqtisadi və mədəni ə laqələ r nəin ki orta əsrlərə, 
hətta daha qədim za manlara gedib çıxır. Abşeronun Suraxanı kəndindəki
60
 hind məbədi 
- Atəşgah və Bakın ın İçərişəhər hissəsindəki XV-XVI əsrlərə a id Multanı ka rvansarası 
dövrümüzədək qalmışdır. 
Şamaxıya  və  Bakıya  gələn  hind  tacirləri  ədviyyatla  yanaşı,  qızıl  q iy mətinə 
satılan bahalı Kəş mir parçaları - "tirmə" də gətirirdilər. Bu  parçanın qalıqları Bakıdakı 
Şirvanşahlar  sarayının  XV  əsrə  aid  türbəsindəki  sərdabədən  tapılmışdır.
61
  Orada, 
ehtimal ki, İrandan gətirilmə ipək və  zərxara parçaların da qalıq ları aşkar edilmişdir. 
Hind karvansarası ilə üzbəü z XIV əsrə aid başqa bir karvansara - Bu xara karvansarası 
vardır.  Bu,  Bakının  Orta  Asiya  ş əhərləri  ilə  ticarət  əlaqələri  saxladığın ı  təsdiq  edir. 
Şirvanşahlar  sarayı  ərazisində  XIV  əsrə  aid  bürünc  Kubaçi  çıraqların ın  tapılması 
Dağıstanla ticarət və  iqtisadi əlaqələrin  mövcudluğunu göstərir.
62
 Hə min ə laqələr XII 
əsr şairi Xaqani Şirvaninin məşhur qəsidəsində qeyd edilmişdir. 
XIII əsrin b irinci yarıs ında Azə rbaycan monqollar tərəfindən istila  edild ikdən 
sonra  ölkənin  iflası,  monqol  hökmdarların ın  qoyduğu  ağır  vergilər  və  icarə  sistemi 
nəticəsində sənətkarlığ ın tənəzzü lə uğra ması müşahidə olunur. Ba kı üçün bu dövr neft 
hasilatının  aşağı  düşməsi,  ticarətin  zəifləməsi  dövrü  idi.  Əgər  XIII  əsrin  axırlarında 
Qazan  xanın (1295-1304-cü illər)  islahatları  ilə bağlı ölkənin  məhsuldar qüvvələrində 
müəyyən  yüksəliş  baş  vermişdisə,  onun  ölümündən  sonra  varisi  Olcaytu  xan ın 
hakimiyyəti za manında (1304-1316-cı illə r) Qa zan xanın fərmanları tədricən  öz gücünü 
itirməyə başladı ki, bu da Azərbaycanın təsərrüfat həyatının yenidən tənəzzü l et məsinə 


83 
 
səbəb oldu.
63
 Bunu köhnə Bakı qalasındakı (İçərişəhər) Cü mə  məscidin in  minarəsin in 
divarında  sultan  Məhəmməd  Olcaytunun  Bakı  şəhəri  və  v ilayəti  rəiyyətinin  bir  sıra 
vergilərdən  a zad  edilməsinə  dair  yarlığ ının  mətn indən  ibarət  olan  kitabə  də 
təsdiqləyir.
64
 Ço x gü man  ki, yarlıqdan məqsəd  mühüm t icarət və  iqtisadi əhə miyyətə 
malik  olan   Bakı  şəhəri  və  vilayəti  əhalisinin  rifahını  bərpa  etmək  və  yüksəltmək 
olmuşdur. Mənbələr artıq XIV əsrin ikinci yarısında dəniz ticarətinin  inkişafını, İrana 
və qonşu Şərq ölkə lərinə xey li neft və duz ixrac o lunduğunu qeyd edirlər.
65
 
Şirvanşahların,  monqollara  tabe  olsalar  da,  hakimiyy ətlərinin  mövcudluğu 
monqol dövlətinin tənəzzü lə uğramağa və dağılmağa başladığ ı XIV əsrin əvvəllərində 
Bakıda  və  Abşeronda  həyatın  və  abadlığın  canlan masında  ötəri  və  son  dərəcə 
qısamüddətli  nəticə  verən  Qazan  xan  islahatlarından  və  Sultan  Məhəmməd  Olcaytu 
yarlığ ından  qat-qat  böyük  rol  oynadı.  Şirvanşahlar  dövləti  türkmən  sultanların ın 
hökmranlığı  dövründə  də  belə  müsbət  əhəmiyyətə  malik  id i.  Sonralar,  XV  əsrin 
əvvəlində  Şirvanşahların  hakimiyyətinin  güclən məsi  və  onların  müstəqil  hakimiyyət 
sürməsi  ilə  əlaqədar,  demək  olar  ki,  b ir  əsr  ərzində  Şirvanın  və  onun  ayrı-ayrı 
şəhərlərinin, xüsusilə, Bakı və Abşeronun məhsuldar qüvvələri xeyli inkişaf edərək, b ir 
sıra ölkələrlə ticarət əlaqələrin i stimullaşdırırdı. 
Bakın ın mühü m liman  kimi əhəmiyyəti 1375-ci ildə tərtib edilmiş qədim katalon 
atlasında  qeyd  edilmişdir.  Həmin  atlasda  Xəzər  dənizi  Bakı  dənizi  və  Sarra  dənizi 
adlandırılır.  Xəritədə  Bakı  (Bacu)  şəhərinin   yanında  Preala  (Preala)  burnu  qeyd 
edilmişdir  ki,  bunun  da  indiki  Pirallahı  adası  olduğunu  t əsəvvür  etmək  çətin  deyil. 
Ondan sonra Barmachu, yəni, Barmaq dağı, onun yanında Xa mau, ehtima l ki, Şa ma xı 
qeyd edilmişdir.
66
 Göründüyü kimi, ya xşı dəniz səyyahları kimi tanınan katonlar tica rət 
məqsədilə Xə zər dənizinə də üzüb gəlmiş, Xəzə r dənizinin sahillərinə və Ba kı şəhərinə 
yaxın-dan bələd olmuşlar. 
XIII əsrin sonu - XIV əsrin əvvəllərində İran və Azərbaycanın Uzaq Şə rqlə və 
digər  ölkə lərlə  beynəlxa lq  tica rəti  xeyli  genişlən ir.  Xəzə r  dənizi  vasitəsi  ilə  dəniz 
ticarəti böyük vüsət alır. Gə miləri Qara  dənizdə  üzən  Genuya və Venesiya tacirlə rin in 
faktoriyalar  təşkil  etdikləri  Xə zər  dənizi  sahillərində  donanmaları  o lmasına  dair 
mə lu matla r  vardır.  1293-cü  ildə  İranda  və  Azərbaycanın  cənub  vilayətlərində  olmuş 
Venesiya  səyyahı  Marko  Po la  mə lu mat  verir  ki,  genuyalıla r  bir  a z  əvvəl  Xə zər 
dənizində üzməyə, ö z ma lla rın ı buraya gətirməyə və buradan gelli (Gilan  - S.A.)  ipəyi 
adlanan ipək aparmağa başla mışlar.
67
 
Kastilya  səfiri  Rui  Qonzales  de  Klav ixo  "1404-cü  ildə  Tey murun  Sə mə rqənd 
sarayına səyahət" adlı gündəliy ində Şamaxıda ipək istehsalına dair məlu mat verir: " Bu 
torpaqda çoxlu ipək to xunur, hətta,  Genuya və  Venesiya tacirləri də ipək almaq üçün 
oraya gəlirlər".
68
 
Be ləliklə, XIII əsrin sonlarından Azərbaycan və Xəzə r dənizinin sahilləri ipək 
almaq  üçün  bazar  axtara-axtara  bu  yerlərə  gəlib  çıxan  avropalıların  d iqqətini  cəlb 
etməyə başla mışdır. Gilan və Şa ma xı ipəyi beynəlxa lq tica rət ma lına  çevrilir. Bununla 
əlaqədar olaraq, Bakının Xəzər dənizində Şamaxı ilə tranzit ticarəti sayəsində böyüyən 
rahat  liman  kimi  əhə miyyəti  a rtır.
69
  Ehtima l  ki,  genuyalıla r  XIII  əsrin  sonlarından 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə