[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə42/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   38   39   40   41   42   43   44   45   ...   143

86 
 
XV  əsrdə  italyan  tacir-səyyahları  ilə  yanaşı  buraya  rus  tacirləri  də  gəlməyə 
başlayır.  XV  əsrin  ikinci  yarısında  Moskva  dövlətinin  iqtisadi  və  siyasi  yüksəlişi  və 
tacir silkin in yeni  ma l tədavülü bazarlarına  marağı  ilə bağlı olaraq, Moskva ilə  Şə rq 
ölkələri,  xüsusilə  xam  ipək,  ipək parça və  xalça  ilə  zəngin o lan Azərbaycan arasında 
ticarət  əlaqələ ri  və  dip lo matik  əlaqə lər  yaradılır.
87
  Bu  va xt  Şirvandan  beynəlxa lq 
bazarlara, əvvəllərdə o lduğu kimi, xa m ipək, yun və pa mbıq parça lar, neft, du z, zəfəran, 
düyü, mis qablar və digər mallar ixrac olunurdu. 
1446-c ı ildə Şirvanşah I Xə lilü llah  Moskva dövləti ilə Şirvan arasında dostluq və 
ticarət  münasibətləri  yarat maq   məqsədilə  Həsən  bəyin  başçılığ ı  ilə  Moskvaya,  III 
İvanın  yanına  qiymətli  hədiyyələrlə  b irlikdə  elçilər  göndərmişdi.  Buna  cavab  olaraq 
Vasili Papin III İvanın adından qiy mətli hədiyyələrlə Şamaxıya gəlmişdi.
88
 
Papinin ard ınca 1466-cı ildə Tver taciri Afanasi Nikitin öz tverli tacir yoldaşları 
ilə  iki  gə mi  qayıra raq,  onlara  ma l  yükləyib  Vo lqa  ilə  Şa ma xıya  yola  düşdü. 
Həştərxandan  Də rbəndə  gələrkən  onlar  yolda  dəniz  quldurlarının  basqınına  mə ruz 
qalaraq qarət edild ilə r və Dağıstan (qaytaq) hakimi tərəfindən əsir alındıla r.
89
 La kin rus 
səfiri Papin in xahişi ilə Şirvanşah Fərru x Yəssarın işə qarış ması sayəsində tezliklə a zad 
olundular.  Əsir  ruslar  digər  Moskva  tacirləri  ilə  birlikdə  Dərbənddən  Koytula 
(şirvanşahın  qərargahına  -  S.A.)  gön-dərildilər.  Şirvanşah  onları  iltifatla  qəbul  etdi, 
lakin  tacirlərin  ço x  olmasını  bəhanə  gətirərək,  onla rın  evlərinə  qayıt mala rına  kö mək 
göstərmək barədə  xahişlərin i rədd etdi. "...Biz isə Koytula, Şirvanşahın yanına getdik 
və onun ayağına düşərək  Rusiyaya qayıtmağımıza yardım et məsini dilədik.  O  isə çox 
olduğumuzu deyib b izə heç nə vermədi. Biz ağlaya-ağlaya hərəmiz bir tərəfə dağıldıq, 
bəzilərimiz Şa ma xıda  qald ı, bə zilə rimiz isə Ba kıya işlə məyə getdi. Mən isə Dərbəndə, 
oradan da əbədi odlar yanan Bakıya  getdim.  Ba kıdan is ə dəniz a rxasındakı  Çebokara  
yollandım".
90
 
Nikitin  və  onun  yoldaşlarının  A zərbaycana  gəlməsi  təsadüfi  deyildi. 
Azərbaycanla ticarət ə laqələ ri əvvəlki əsrlə rdə də mövcud olmuşdur.
91
 
XIII  əsrdə  və  XIV  əsrin  əvvəllərində  Moskva  dövlətindən  Şirvana  qiymət li 
sincab, samur, dələ , tülkü xə zləri id xa l o lunurdu.
92
 
Mənbələrdə 1475-c i ildə III İvanın səfiri Markın Təbrizə, Uzun Həsənin yanına 
getdiyi  xəbər  verilir.  Mark  burada  Venesiya  s əfirləri  Ba rbara  və  Kontarini  ilə  
görüşmüşdür.
93
  1494-cü  ildə  şirvanşah  Fərrux  Yəssarın  nəvəsi  Mahmud  öz  s əfiri 
Şahabəddini  Böyük  Moskva  knyazının  yanına  göndərmişdi.
94
  Belə liklə,  Moskva 
dövlətindən Azərbaycana ticarət məqsədi ilə bir sıra elçi və tacirlərin gəldiyin i görürük. 
Bu  dövrdə  Həştərxan  vasitəsilə  Şirvan  şəhərləri  ilə  Şərq i  Avropa  şəhərləri  arasında 
müntəzəm  ticarət  əlaqələri  yaranır.  Kontarinin  sözlərinə  görə,  Şirvandan  gətirilən 
mallar,  başlıca  olaraq  ipək,  Həştərxanda  rus  tacirləri  ilə  xəz,  qılınc,  bal  və  mu ma 
dəyişdirilirdi.
95
 Tacirlə r oradan dəniz yolu ilə Dərbəndə, Bakıya, sonra isə karvan yolu 
ilə   Şa ma xıya   və  İrana  gedirdilə r.  Kontarini  Xəzə r  dənizində  üzən  tica rət  gə milə ri 
haqqında mü xtəsər məlu matlar verir.
96
 
Bakı bu dövrdə ən yaxşı  liman şəhəri kimi beynəlxalq tran zit ipək ticarətində 
mühü m  ro l  oynayırdı.  Bu  dövrdə  Bakıda,  eləcə  də  Şirvanın  digər  şəhərlərində 


87 
 
əmtəə-pul  münasibətlərinin  inkişafını Bakının İçərişəhər hissəsində XV əsrdə və XVI 
əsrin əvvəllərində Bakıda və Şamaxıda kəsilmiş iri gü müş sikkə dəfinələrin in tapılması 
da təsdiq edir.
97
 
Şirvanşahlar sarayı ərazisində və qaladan kənarda, onun həndəvərində, eləcə də 
Abşeronda (Pirşağa kəndi) XV əsrə aid üz tərəfində "Bakuyə" möhürü həkk olun muş, 
Bakıda kəsilmiş mis və bürünc sikkələr də tapılmışdır.
98
 
Bakıda  kəsilmiş  mis  sikkələrin  bəzilərinin  üzərində  balıq,  şir,  dəvə,  quş  və s. 
rəsmləri  çəkilmişdir.  Ba lıq  şəkli  Şirvanşahlar  sarayı  ərazisində    tapılmış    yaşıl    şirli  
boşqabda,  həmçinin,   Qobustan qayalarında da vardır. Maraqlıdır  ki, balıq təsvirinə 
Abşeronda  (Maştağa  və  b.  kəndlərdə)  indi  də  evlərin  fasadında  rast  gəlinir.  Bunun 
səbəbini  bilməyən  Abşeron  camaatı  onu  qədim  ənənələrlə  izah  edir.  Yu xuda  balıq 
görən  abşeronlu  onu  var-dövlət  əlaməti  kimi  yozur.  Ehtimal  ki,  balıq  Abşeronda  ta 
qədimlərdən totem olmuş və onun təsviri orta əsrlə rdə olduğu kimi, bizim dövrümü zdə 
də davam et məkdədir. 
Sikkə lərdə ki  balıq,  heyvan  və  quş  təsvirləri  ehtima l  ki,  onla rın  kəsild iyi  ili 
bildirir, belə   ki,  monqollar dövründə illə r uzaq  keç mişlərdən tote m olan heyvanların 
adları ilə ad landırılırdı. 
Nəzə rdən  keç ird iyimiz  dövr  feodal  ş əhərlərinin  tə kcə  tica rətin  deyil,  hə m  də 
məhsuldar qüvvələrin,  xüsusilə neft hasilatı və sənətkarlıq sahəsində inkişafı  ilə bağlı 
yüksəliş dövrü idi. 
 
 
 
 
3. SOSĠAL MÜNASĠBƏTLƏR VƏ ġƏHƏR QURULUġU 
 
XI  ərsdə  sənətkarlığ ın,  t icarətin   və  ə mtəə-pul  münasibətlərinin  inkişafı  XII 
əsr-XIII  əsrin  birinci  çərəy ində  Şirvanın  feodal  şəhərlərinin  çiçəklən məsinə  zəmin 
yaratdı. Şamaxı, Dərbənd, Bakı, Beyləqan kimi şəhərlər inzibati mərkəzlərə çevrildilər. 
Şirvanın paytaxtı Şamaxıda yüz minə yaxın, Beyləqanda qırx min əhali yaşayırdı.
1
 
XI-XVI  əsrlə rdə  Bakıda   sosial  münasibətləri  və  şəhər  quruluşunu  öyrənmək 
baxımından mənbələrin verdiyi məlu mat dağınıq və cü zid ir. 
Ayrı-ayrı şəhər vəzifələrinin və in zibati terminologiyanın öyrənilməsi şəhərlərin 
idarəet mə formala rını təsəvvür etməyə imkan verir. 
Hə min  dövrün  mənbələrində  Ba kı  şəhərində,  feodal  cə miyyətinin  strukturu 
haqqında məlu mat yo xdur. Bu  boşluğu, əsasən, Bakı və Abşeronda XI-XV əsrlərə aid 
çoxlu  memarlıq abidələrindəki daş kitabələr və şərəflərinə  kəsilmiş şəxslərin titu lları 
göstərilən  mü xtəlif  sikkələrin  legendaları  doldurur.  Bu  kitabələrdə  adları  çəkilən 
şəxslərin titulları, rütbələri xatırlanır: şirvanşah, əmir, xaqan, xan, sultan, məlik, vəzir, 
hacib,  sədr,  sipahsalar,  şey x,  ə xi,  rəis  və  i.a .  t itulla rla  müşayiət  olunan  şirvanşah 
dururdu. 
Niza min in  1184-cü  ildə  yazd ığı  "Leyli  və  Məcnun"  poemasında  Şirvanşah  I 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə