[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə50/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   46   47   48   49   50   51   52   53   ...   143

102 
 
1953-cü  ildə yeni ev in tikintisi üçün bünövrə yeri qazıla rkən yer səthində 8 m 
dərinlikdə qədim qala divarından 400-500 m şərqə doğru (Hüsü Hacıyev küçəsi) kəhriz 
aşkar olun muşdur.
12
 
Kəhriz sisteminin baş lağ ımı düz  xətlə şəhərin yu xa rı hiss əsi səmtində davam 
edirdi.  Bu  su  kə məri  Şa ma xı  darvazası  rayonunda  qalaya  daxil  o laraq,  ş əhərin  şərq 
hissəsinin  suya  ehtiyacını  ödəyirdi.
13
  1955-c i  ildə  yer  çökməsi  nəticəsində  üç  yerdə 
kəhriz quyusu aşkar edilmişdir.  Quyuların hər üçü  xeyli dərin - təqribən 12-13  m  idi. 
Onların  hamısında  su  var  idi  və  diblərində  yeraltı  kanalların  deşiyi  görünürdü. 
Şübhəsiz,  ilk  iki  quyu  Hüsü  Hacıyev  küçəsindəki  kəhriz  sisteminin  baş  lağımın ın 
davamı olmuşdur. Üçüncü quyu is ə yerinə görə, ehtimal ki, kəhrizin ayrıca qolu imiş. 
Mənbəyini indiki Mə rkə zi mədəniyyət istirahət parkı rayonundakı iki bulaqdan 
götürən üçüncü su  kəməri  xətti  də  olmuşdur.  O,  qalaya  indiki  filarmon iya  binasının 
yaxınlığında  daxil  olur  və  əsasən  qədim  şəhərin  qərb  və  cənub  hissələrinə  xid mət 
edirdi.
14
 
Şəhər ərazisində aşkar edilən  kəhriz sistemi üç əsas su kəməri vasitəsilə şirin 
bulaq  suyu  ilə  tə min  edilən  və  XIV  əsrin  sonu-XV  əsrin  əvvəlində  fundamental  və 
mürəkkəb  kəhriz  sisteminə  malik  feodal  Bakısının  su  təchizatı  haqqında  Bakuvin in 
mə lu matın ı ta ma mla mağa imkan verir. Eht ima l ki, hə min  kəhriz sistemi daha əvvəllər 
qurulmuşdur.  Bunu  yuxarıda  qeyd  edilən  kufi  kitabəli  daşın  tapılması  da  göstərir. 
İçərişəhərdə  Bakı  yüksəkliyinin  şimal  təbəqələrində  arxeoloji  qazıntılar  aparılarkən 
yuxarı təbəqənin (XIV-XVII əsrlər) məişət obyektləri arasında iriö lçülü düzbucaqlı daş 
lövhələrdən  hörülmüş,  xeyli  maili  şəkildə  qərbdən-şərqə  doğru  gedən  yaxşı  qalmış 
kanalizasiya xətti aşkar edilmişdir. Kanalizasiyanın örtüyü v ə döşənəyi də b ir-b irinə kip 
tutuşdurulmuş  iri  daş  lövhələrdən  ibarətdir.  Kanalizasiyanın  eni  0,6  m,  dərinliyi  45 
sm-dir. Onun qərbə doğru davamı 1977-ci ildə  12 №-li sahə işlənərkən aşkar edilmişdir. 
Üzə çıxarılmış kanalizasiya  xəttinin öyrənilməsi orta əsr feodal şəhəri  Bakının yeraltı 
ko mmunikasiyaları haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir.
15
 
Bakı ö zünün tarixi ab idələri ilə Azərbaycan şəhərləri arasında mühüm yer tutur. 
Baş  ticarət  yollarından  və  işğalçıların  gəldiy i  böyük  yoldan  kənarda  yerləşən  və 
yarımsəhra çöllərlə əhatə o lunan Bakı bir ço x orta əsr tarixi və  memarlıq ab idələrini 
qoruyub saxlamışdır. Abşerona səpələnmiş və köhnə Bakı qalasındakı ço xlu miqdarda 
memarlıq  abidələri - qalalar, karvansaralar, məscidlər, mədrəsələr, türbələr, hamamlar, 
ovdanlar,  qəbirdaşları  və   s.  XI-XIII  əsrlə rə  a iddir.  Ölkə   monqollar  tərəfindən  istila  
olunduqdan  sonra  XIII  əsrin  30-cu  illə rindən  əsrin  sonunadək  böyük  binaların 
tikilməsində fasilə  yaranır  ki, bu da ölkənin hərb i ə mə liyyatlarla ə laqədar dağıld ığını 
göstərir. 
 
 
 
 
 
 


103 
 
XIII
 
əsrin  sonlarında  Ermənistana,  Gü rcüstana  və  Arrana  səfərə  çıxmış   şair 
Niza ri Kuh istani "Səyahətnamə"sində 1281-c i ilin yanvar ay ında olduğu Bakının  adını 
çəkir. O, karvanla Göycə şəhərindən Arrana yola düşmüşdür. Saray şəhərindən Bakıya 
gələrkən  yol  on  gün Arran  hakimi  Menqu-Timurun  üstünə  gedən  monqol  qoşunları 
tərəfindən tutulmuşdu. Nizari Ba kıya çətin liklə gəlib çat ır. Şəhər ona kiç ik, s əliqəsiz 
xoşagəlməz  görünür.
16
  Bakı  monqolların  dövründə  arzuedilmə z  və  gözdən  düşmüş 
əyan  və  zadəganların  sürgün  yeri  idi.
17
  Dərbənddən  tutmuş  Bakıya  qədər  əra zin in 
Elxan ilərlə Qızıl Orda  xanla rı arasında hərbi ə mə liyyatlar  meydanı olduğu XIII  əsrdə 
şəhər monqolların dağıdıcı müharibələrindən hələ ö zünə gəlməmişdi. 
XIV
 
əsrin əvvəllərindən ta XVI əsrədək yenidən iri qala bürclərinin  və başqa 
tikililərin  inşası  müşahidə  edilir.  Bu  dövrdə  Bakıda  və  Abşeronda  iri  müdafiə  
istehkamlarının  (Bakı  qalasında  şimal  qala  divarı  yaxınlığındakı  dördkünc  bürc, 
Nardaran  qalası,  divarla  əhatə  olunmuş  qülləli  Ramana  qalası  və  i.a.)  tikintisinə 
başlanılır  ki,  bu  da  şəhər  və  vilayətin   iqtisadi  in kişafından  xəbər  verir.  Lakin  bu 
tikililərin  üzə rində  şirvanşahların  adla rına  rast  gəlmirik.  Bunun  əvəzində  daş 
kitabələ rdə ə mir, sədr əl-ə zə m, hacib və s. titul və rütbəli adlar hə kk o lun muşdur. Bu 
fakt Elxanilərin vassalı olan Şirvanşahların asılı vəziyyətdə olduğunu göstərir. 
Bakı  şəhərin in  qala  hissəsində  XI  əsrdən qabaqkı  yerüstü  memarlıq  abidələri 
qalmamışdır.  VIII  əsrə  və  ondan  əvvəlki  dövrlərə  aid  mü xtəlif  tikililərin  qalıqları 
şəhərin daha qədim hissəsinin - Bakı yüksəkliyinin zirvəsi altında qalmışdır. 
Arxeoloji  işlər  nəticəsində  müəyyən  edilmiş
18
  Bakı  yüksəkliyinin  zirvəsi  hələ 
VIII-XIII  əsrlərdə  sıx  tikilmiş  və  ehtima l  ki,  qa la  divarları  ilə  əhatə  edilən  kre ml 
olmuşdur.  Burada  böyük  tikililərin  divar  izləri,  ev  bünövrələri,  həyətlər,  təndirlər, 
quyular  qalmışdır.  Tap ılmış  tikinti  tullantılarına  və  qır  qalıq larına  əsasən  o  vaxtlar 
evlərin da mlarının qırla örtüldüyünü fərz et mək o lar.
19
 Bu za man şəhərin əra zisi dənizə  
qədər  uzanırdı.  Bakı  yüks əkliyinin  Qız  qalasına  və  Məhəmməd  ə l-Bə kr  məscidinə 
bilavasitə  ya xın  olan   aşağı,  dənizkənarı  hissəsi  -  XIV  əsrlərdə   abadlaşdırılmış  və 
şəhərin qədim hissələrindən biri olmuşdur.
20
 Ayrı-ayrı dövrlərdə, təqribən  XIII əsrin 
sonunda  və  XIV  əsrdə  şəhərin  cənub  hissəsinin  hüdudları  dənizin  səviyyəsinin 
qalxıb-düşməsi ilə əlaqədar dəyiş mişdir. Bəzən şəhərin  dənizq ırağ ı h issəsini su basır, su 
Qız qalasına qədər gəlib  çıxır, çəkilmədən sonra isə yaxın  zamanlara qədərki bu xtanın 
dibi şəhərin ərazisinə çevrilirdi.  Bu, Qız qalası yaxınlığındakı  meydançada yeni bina 
üçün bünövrə yeri qazılarkən suda hamarlan mış keramika və dəniz qu mu təbəqəsinin 
aşkar edilməsi nəticəsində aydın olmuşdur.
21
 Qala divarlarından bayırda, onun qərb və 
şimal his-sələrində aparılan tikinti işləri zaman ı qala d ivarlarının xaricində sənətkarlıq 
ema lat xanala rının  yerləşdiyi  aşkara  çıxarılmışdır.  Qala  d ivarla rın ın  şimal-qərb 
hissəsində  islamaqədərki  qəbirlər  aşkar  edilmiş  qədim  müsəlman  qəbiristanlığı, 
XII-XIV
22
 və daha sonrakı əsrlərə  aid qəbiristanlıq lar yerləşird i. 
                                                                 
 Menqu-T imur  -  Abaqa xanın kiçik  qardaşı  olub,  dəfələrlə  şimaldan,  Dərbənd  qapısından  keçərək
 
Cənubi Qafqaza soxulan Qızıl Orda xanlarına qarşı çıxmışdır.
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə