[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə49/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   45   46   47   48   49   50   51   52   ...   143

100 
 
qalib  gələ  bilməd iklə ri  qa ladır.  İkinci  qala  b irincidən  yuxa rıdadır.  Onun  başı  bir 
tərəfdən mancanaqla dağıdılmışdır.  
Bu şəhərin  xüsusiyyəti odur ki, burada gecə-gündüz kü lək əsir, belə  ki, bəzən 
güclü  küləkdə  insan  küləyə  əks  səmtdə  hərəkət  edə  bilmir.  Qış  vaxtı  isə  atlar  və 
qoyunlar  torpağın  üstündə  dayana  bilmir.  Hətta,  külə k  onları  vurub  dənizə  atır... 
Şəhərin yaxın lığında hər birin in qalın d ivarları möh kəmləndirilmiş içqalası olan  ço xlu 
kənd var".
1
 
Bakı  qalası  körfəzin  sahilində,  ətəklərində  qurunun  iki  tərəfindən  möhkəm 
daş-divarlarla əhatələnmiş köhnə şəhər yerləşən alçaq təpədə idi.
2
 
Cənub, yeni, dəniz tərəfdən bir divar var  idi.  Qurudan is ə qala deyildiyi kimi, 
təhlükə  va xtı  bulaqla rdan  qalaya  doğru  üç  istiqamətdə  gələn  yeraltı  su  kə mərləri  ilə  
doldurulan  geniş  və  dərin  xəndəklə  müdafiə  olunurdu.  Bu  yaxınlarda  şimal  ş əhər 
divarındakı  yarımbürclərdən  birin in  uçması  nəticəsində  aşkar  olunmuş  böyük  daş 
üzərindəki dövrü müzədək tam halda gəlib çatmamış üçsətirlik kitabədə Bakının şəhər 
divarının  şirvanşah  III  Mənuçöhr  tərəfindən  (hakimiyyət  illəri  1120-1160)  tikildiyi 
xəbər verilir.
3
 
 
"(Bu) şəhər divarını tikməyi əl-məlik əl-Müəzzəm, əl-alim, əl-ad il, əl-mü zəffər, 
əl-mənsur,  əl-mücahid,  fəxr  əd-din  və-d-dövlə,  imad  əl-islam  və-1-müslimin,  xaqan 
əl-əkbər, şirvanşah əl-kəbir Əbü-1-hüca Mənuçöhr ibn... əmr etdi".
4
 
III Mənuçöhrün XII əsrin b irinci yarısında ş əhər divarını çəkd irməsi haqqında 
kitabənin mə lu matı Şirvanşahlar dövlətinin güclənməsi ilə ə laqədar böyük fortifikasiya 
işlərinin  aparıldığ ından  xəbər  verir.
5
  Ehtimal  ki,  feodal  şəhərin in  təşəkkü l  tapdığı 
dövrlərdə  bu  divardan  daha  qabaqlar  ucaldılan  divarlar  da  olmuşdur ;  həmin  divar 
dəfələrlə bərpa edilmişdir. 
Abşerondakı  istehkamlar  sistemin i  nəzərdən  keçirdikdə  görərik  ki,  müdafiə 
bürcləri  təkcə  Abşeron  yarımadasının  şimal  (Şüvəlan,  Mərdəkan,  Şağan,  Bu zovna, 
Bilgəh,  Nardaran, Ka lagah kəndlərində), şimal-şərq (Qa la  kəndi və  Pirallahı adasının 
qənşəri)  və  cənub  (Hövsan  kəndi)  sahillərində  deyil,  içərilə rində  (Maştağa,  Ramana, 
Keşlə,  Biləcəri) və Bakının həndəvərində də
6
 halqavarı şəkildə yerləş mişdilər. Akad. 
Qmelin in çəkdiy i şəkildə şəhərətrafı dağlardakı bürclər görünür.
7
 Bu dövrdə Abşeron 
bir  sıra  xırda  feodal  mü lklərindən  ibarət  idi.  Yadelli  düşmənlərin  basqınlarından 
                                                                 
 
1927-ci  ildə  kanalizasiya  işləri  aparılarkən  Qız  qalası  rayonunda  2,75  m.  dərinlikdə 
qaladan  d ənizə  tərəf  uzanan  divar  qalığı  aşkar  edilmişdir.  Buxtada  su  altında  qalmış  binanın 
yaxınlığında  da  divar  qalıqları  nəzərə  çarpır.  XVII  əsrdə  Bakıya  gəlmiş  E.Kempferin  çəkdiyi 
şəkildə buxtadakı qərq olmuş bina istiqamətində dənizə doğru uzanan bürc və divarların qalıqları 
görünür.  Ehtimal  ki,  onlar  Bakı  şəhərinin  qədim  istehkam  sistemində  müəyyən  rol  oynayan 
divarlar olmuşur. 
 


101 
 
müdafiə əmir, sipahsalar -hərbi  rəis, qoşunların ali baş ko mandanı başçılıq ed ird i.  O, 
Abşeron  əhalisini,  ehtimal  ki,  hətta  öz  iş  heyvanları  ilə  birlikdə  qala  və  digər 
istehkamların tikintisində  işləməyə  məcbur edirdi.  Bu  istehkamlar əmirə, sipahsalara 
yadelli işğalçılar və yerli  feodallarla  mübarizə aparmaqda və ondan asılı olan əhalini 
itaətdə saxla maq üçün lazım idi.
8
 
Abşeron  və  Bakıdakı  müdafiə  istehkamları  Şirvanın  Dərbənddən  başlayaraq 
sahil  boyunca  Bakıya  qədər  gəlib  çatan  qədim  maneələr  sistemin in  davamı  id i.  Bu 
sistem şimaldan, cənubdan və dəniz tərəfdən gələn düşmənlərin hücumlarını dəf etmək 
üçün  zəruri  idi.  Bu  dövrdə  (XI-XII  əsrlər  və  sonralar  -  XIII-XIV  əsrlərdə)  ayrı-ayrı 
içqalalar  (Qız  qalası)  bu xtadakı  istehkam,  şimal  qala  divarın ın  yaxın lığ ındakı  v ə 
dövrümüzədək  gəlib  çatmamış  başqa  içqalalar   qrupundan  ibarət  olmuşdur.  Bu 
içqalalara xid mət binaları ilə birlikdə qəsrdən kənar saray, məscid və onları əhatə edən 
rabad daxil  idi.
9
  İkiqat qala d ivarı və  xəndəklə əhatə olun muş rabadda s ənətkarlar və 
tacirlə r yaşayırdı.  Ba kı yüks əkliyin in zirvəsi içqaladan,  kre mldən ibarət olub, ehtimal 
ki, üçüncü qala divarı ilə əhatə edilmişdi. 
XIV əsrin sonu-XV əsrin  əvvəllə rində Ba kıda qalanın  əhalisini su ilə  təchiz edən 
su kəmə ri və kəhriz sistemi mövcud olmuşdur. 
1953-cü ildə  Bakıda  Lermontov və B.Sərdarov  küçələrinin tin ində tikinti  işləri 
aparılarkən  şimal-qərbdən cənub-şərqə doğru İçərişəhər istiqamətində su kəməri aşkar 
edilmişdir.  Su bu  kəmərlə şəhərin dağlıq hissəsindəki (" Çəmbərəkənd") kəhrizlərdən 
gəlird i.
10 
Şəhərin yu xarı hissəsində (Niyazi  küçəsi) son vaxtlaradək qədim ovdan var 
idi. Şah su kəməri adlanan bu xətlə su Bakı Sovetinin b inası yaxınlığında qalaya daxil 
olaraq, şəhərin  indi Şirvanşahlar sarayının  yerləşdiyi ərazidə yaşayan hissəsini su ilə 
təmin edird i."  
1958-c i ildə bu rayonda torpaq işləri aparılarkən qala  divarının  ya xınlığında on 
metr  dərinlikdə  yonulmuş  dördkünc  daşlardan  çəkilmiş  qədim  su  kə mə ri  aşkara  
çıxarılmışdır. Daşın  iç tərəfdən eni  14 s m, hündürlüyü 20 s m-d ir. Üzərində ku fi  xətlə 
yazılmış  kitabə o lan daş həmin su  kəmərinin  XI-XII əsrlərə aid  etməyə imkan  verir. 
1959-cu  ildə  bu  yerin   ya xınlığında,  qa la  bürc lərindən  birinin   alt ında  açıld ığı  yerdə 
uzunluğu  45  metrdən  ço x,  hündürlüyü  isə  1  metrə  yaxın  olan  yeraltı  lağım  aşkar 
edilmişdir. Lağımın  qurtaracağında çatma tağtavanlı kamera var id i. Qurğu bütünlüklə 
əhəngdaşından hörülmüşdü. Kameran ın dərinliyi yer səthindən 8,9 m idi. Aşkar edilmiş 
yeraltı lağım qalanı su ilə təchiz edən kəhrizlərdən birinin tərkib hissəsi, kamera isə, bir 
növ sudurulducu hovuz olmuşdur . 
                                                                 
 
1932-1934  və  1938-1939-cu  illərdə  Şirvanşahlar  sarayının  bərpası  ilə  əlaqədar 
aparılmış arxeoloji işlər nəticəsində sarayın tutduğu ərazidə, daha doğrusu, onun bünövrəsinin 
altında  Şirvanşahlar  sarayına  qədərki  daha  erkən  bir  bina  bünövrəsinin  izlərinin  qaldığı  aşkar 
olunmuşdur. Sarayın divarları tərəfindən üstü örtülmüş hörgü izləri qalmışdır (1-ci mərtəbə, otaq 
№4, 12, 20). 
  Lağım,  prof. Y.A.Paxomov, Mədəniyyət  Nazirliyinin  bərpa  emalatxanasının və  Respublika  EA 
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları tərəfindən nəzərdən keçirilmiş və ölçülmüşdür.
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə