[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə52/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   48   49   50   51   52   53   54   55   ...   143

106 
 
Nahid Avestada müqəddəs çayın adıdır. Anahidə sitayiş  xüsusilə  Sasanilər dövründə 
İranda və Cənubi Qafqazda geniş yayılmışdı. Anahidin şərəfinə böyük sərvət toplanan 
məbədlə r  t ikilirdi.  Onların  bə zilə rində  bu  ilahənin  qızıl  heykə lciy i  qoyulurdu. 
Məbəd-lərdəki  sərvətləri  qoru maq  üçün  onlar  tədric lə  möhkə mləndirilərə k  qala  
görkəmi  alır  və  Anahidin  şərəfinə  Qız  qalası  ad landırılırdı.  İsla miyyət  dövründə  bu 
qala-məbədlər əvvəlki əhə miyyətlərin i itirdilər və orta əsrlərdə müdafiə istehka mlarına 
çevrild ilər.
37
 
Tədqiqatçıların bir qis mi isə Qız qalası ad ını qu z və ya oğuz tayfa-la rın ın adı ilə 
bağlayır, yaxud onun  mənasını alın maz, yenilməz qala kimi yozurlar.
38
 Biz "Orta əsr 
Bakısının  tarixi  oçerkləri"  kitabında  və  sonralar  bir  məqalə mizdə  Qız  qalasın ın 
ibadətgah xara kteri daşıması və  Ba kıda yayılmış əfsanələrlə, ehtima l  ki,  Sasanilər və 
Zərdüştilik  d ininin   Abşeronda  intişarı  dövrün ə  aid   bu  qalanın   meydana  gəlməsi 
arasında şəksiz əlaqə o lmasına dair fərziyyə  irəli sürmüşdük. XI-XII əsrlərdə qala ya 
bərpa edilmiş, ya xud dəyişdirilərə k, hərb i ə məliyyatlar va xt ı ailə ləri  ilə  birlikdə yerli 
feodalların   və  qarnizonun  sığındığı  müdafiə  təyinatlı  feodal  qalasına  çevrilmişdir. 
Lakin   arxeoloqlardan  O.Ş.İs mizadə  və  H.Ə.Ciddin in  sonralar  qalada  apardıqları 
tədqiqatlar  və  yazılı  mənbələ rın  öyrənilməsi  onun  dini  sitayiş  abidəsi  olmasına  dair 
baxışı yenidən gözdən keçirməyə vadar etdi. 
XII əsrin sonu feodal Bakısının ç içəklən mə dövrü idi.  Şirvanşahlar şəhərdə bir 
sıra  yaraşıqlı  binalar  tikd irir  və  onu  möhkəmləndirirdilər.  Şirvanşahların  onlarla 
gəmidən ibarət olan güclü donanması var idi. Şirvanşah I Axsitan təqribən 1175-c i ildə 
gürcü hökmdarı III  Georgin in kö məy indən istifadə edərək,  Bakı yaxınlığında rusların 
73 gə midən ibarət donanmasını məğ lub et miş və xə zə rlə rin işğal etdiklə ri Şəbəranı və 
Dərbəndi  geri  a lmışdı.
39 
Ruslar  Şirvandan  qovulmuşdu.  Bu  dövrdə  Bakının  Şirvanın 
varlı şəhərlərindən biri və Xəzər dənizində mühü m liman  kimi əhəmiyyəti daha da artır. 
Xaqaninin (XII əsr) Şirvanşah Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində 
Bakın ın alın maz qala kimi əhəmiyyəti qeyd olunur: 
 
Bakı duasını unutmaz bir an, 
Olub sayəsində Bəstam, Xavəran.
40
 
 
Xaqani qəsidənin ilk iki misrasında Bakıdan yenilmə z qa la və Şərqin ən mühüm 
şəhərlərindən  biri  kimi  danışaraq,  onu  Xorasanın  çox  möhkəmləndirilmiş  şəhəri 
Bastamla  müqayisə edir.  Görünür, burada A xsitanın tikd irdiy i, yaxud bərpa etdirdiyi 
Qız  qalasından  söhbət  gedir.  Düşmən in  dəniz  tərəfdən  hücum  təhlükəsi  şirvanşahı 
dəniz  sahilində  müdafiə  qalası  tikməyə  vadar  etmişdi.  Məlu mdur  ki,  XII  əsrdə 
şirvanşahlar Bakıda müdafiə xarakterli iri istehkamlar və köhnə Bakının  qala divarlarını 
tikdirmişdilər.  Ehtimal  ki,  Qız  qalası  bu  vaxtlar  şəhərin  müdafiə  sisteminə  daxil 
olmuşdur.  Qız  qalasının  təyinatına  dair  bir  sıra  fərziyyələr  vard ır. 
C.A leksandroviç-Nasıfi
41 
və  Y.A.Pa xo mov
42
  Qız  qalasını  XII  əsrin  müdafiə  qalası 
hesab edirdilə r.  D.A xundov onu Böyük Mitranın, ya xud qədim A zura mə zdanın yeddi 
mehrab lı  səkkiz  mərtəbəli  qala-məbədi  sayır  və  e.ə.  VIII-VII  əsrlərə  aid   edir.
43
 


107 
 
M.Nəbiyevin fikrincə, Qız qa lası Zə rdüşti daxması,
44
 yəni, da mında ça lağanların did ib 
parçalaması üçün ölü lərin qoyulduğu qüllədir. Q.Əh mədov isə qalanı rəsəd xana hesab 
edir.
45
 Qız qa lası d ivarla rının aşağı h iss ədə 5 m, yu xa rıda  isə 4 metr qalınlığında o lması, 
çox  böyük  hündürlüyü  sonuncu  üç  tədqiqatçının  fikrini  təkzib   edir.  Çünki  nə  od 
məbədi,  nə  da xma,  nə  də  rəsədxana  üçün  bu  qalınlığında  və  hündürlükdə  divarlara  
ehtıyac  yoxdur.  Bundan  əlavə,  IX-X  və  sonrakı  əsrlərə  aid  nə  ərəb,  nə  də  fars 
mənbələ rində  Bakıda  od  məbədi,  da xma ,  ya xud  rəsəd xana  təyinatlı  abidənin  adı 
çəkilmir. Qaladakı kitabə XII əsrə aiddir. Belə qənaətə gəlmək olar ki, Qız qalası istər 
dəniz,  istərsə  də  quru  tərəfdən  müdafiə  qa lası  olmuş,  hərb i  ə mə liyyatlar  za manı 
şirvanşah  ailəsi  və  feodallarla  b irlikdə  buraya  sığın mış  və  müdafiə  qalanın   başında 
qurulmuşdur. Qız qalasını, yəqin  ki, ilk dəfə 1403-cü ildə əslən bakılı olan Əbdürrəşid 
əl-Bakuvi  xatırlatmışdır.  O  yazırdı  ki,  Bakıda  son  dərəcə  möhkəmləndirilmiş  iki 
sarsılmaz  daş  qala  var.  On lardan  böyüyü  dənizin  yaxınlığındadır  və  dalğalar  onun 
divarlarına  çır-pılır.  Ehtimal  ki,  bu,  Bakı  bu xtasındakı  monqolların  ala  bilməd ikləri 
Sabayıl  qalasıd ır.  Bakuvi  ikinci,  daha  hündür  qala  haqqında  məlu mat  verirdi  ki, 
monqollar  şəhəri  mühasirəyə  alarkən  onun  bir  tərəfi  mancanaqla  dağıdılmışdır.
46
  Bu 
mə lu matı  Qız  qa lasına  aid   et mək  o lar.  Qala   dənizin  q ırağındakı  sıld ırım  qayanın 
üstündə  salınmışdı  və  ehtimal  ki,  1403-cü  ildə  dəniz  bu  alın maz  qalanın  divarlarına 
çatırdı. 
1924-cü  ildə  qalanın  ya xın lığ ında  aparılan  kiç ik  qazıntı  işlə ri  za manı  onun 
həndəvərində  çatma  tağtavanla  örtülmüş  bir  neçə  yeralt ı  otaq  aşkar  edilmişdir.  Bə zi 
otaqların divarlarında  mü xtəlif taxçalar var id i.
47
 Ehtima l ki, onlar qədim  Bakının  Qız 
qalasının  həndəvərindəki  məhəllələrindən  birinin  qala  tikilərkən,  yaxud  bu  ərazidə 
hərbi ə mə liyyat za manı uçulub dağılan və torpaqla örtülən evlə rindən olmuşdur. 
1962-1964-cü illərdə Qız qalasının  ətrafında aparılan arxeolo ji işlər nəticəsində 
içərisində ço xlu  miqdarda şüşə, çıraq, rəngli çini, saxsı qab və s. əşya qırıqları olan b ir 
sıra təsərrüfat çala ları və quyuları aşkara ç ıxa rılmışdır. Arxa ik s əciyyə daşıyan orijinal 
formalı tunc balıq fiquru diqqətəlayiqdir.
48
 
Qala  ya xın lığında  qazıntı  aparıla rkən  onunla  bağlı  olub  bir-biri  ilə  yera ltı 
lağımla birləşdirilmiş bir neçə dayaz susuz quyu da tapılmışdır. On lardan yaln ız maye 
tullantıla rını qa ladan kənara ç ıxa rmaq üçün istifadə edilə bilə rdi.
49
 
Qız qalasının diqqətlə nəzərdən keçirilməsi onun baş hissəsinin bərpa edild iyini 
göstərir.  Hal-hazırda  qalanın  başında  maşiku llar  yo xdur,  lakin  XII  əsrdə  onlar, 
şübhəsiz,  mövcud  olmuşdur.  Ehtimal  ki,  qalanın   başı  onun  mövcud  olduğu  müdd ət 
ərzində dəfələrlə uçulub dağılmış və dəyişdirilmişdir. 
Yaşca  ən  qədim  olan  bu  əzəmətli  qü llə  həcm  etibarı  ilə  də  Abşeronun  bütün 
qüllələrindən böyük olub,  XII əsrdə qala  içərisində ən  möhtəşəm  müdafiə  istehkamı, 
Bakı və ətraf ərazilərin müdafiə istehkamları sistemində baş içqala idi. 
XII əsrdə Şirvanşahların onlarla gə midən ibarət güclü dəniz donanması var  idi 
və  Bakı  Şirvanın  mühü m  feodal  ş əhərlə rindən  biri  id i.  Onun  müdafiəsi  dövlət 
əhəmiyyətli tədbirlərdən idi. 
Qız  qalasının  şimal  tərəfində  qazıntı  zamanı  Şah  Abbas  darvazasına  doğru 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə