[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə55/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   51   52   53   54   55   56   57   58   ...   143

112 
 
göstərir.  Şamaxı  şəhəri  sakinlərinin   adları  çəkilən  kitabə  q ırıqlarında  da  buna  işarə 
edilir. 
Ola  b ilsin  ki,  Bakıda  möhkəm  qala  tikilməsinə  Şirvanın  paytaxtı  Şamaxıya 
yadellilərin  hücum  təhlükəsi  ilə  bağlı  siyasi  hadis ələr  səbəb  olmuş  və  Şirvanın 
ucqarında yerləşən Bakı şirvanşah və onun ailəsi üçün etibarlı sığınacaq sayılmışdır. 
Bu, monqolların birinci hücu mundan və Şamaxının 1221-ci ildə dağıdılmasından sonra 
xüsusilə zəruri id i. 
XIV  əsrdə  Şirvanşahların  iqa mətgahı  olan  bu  qalanın  su  altında  qalması  ilə 
əlaqədar  XV  əsrin   əvvəllərində  yeni  təhlü kəsiz  yerdə  Bakı  yü ksəkliyinin   təpəsində 
Şirvanşahlar sarayı ansamblı tikilmişdir. Həmin saray quru tərəfdən indiki M illi Elmlər 
Akademiyasının binasına bitişən qala bürcü ilə müdafiə o lunurdu. 
Bakı  bu xtasında  tikintisi  h.632  (1234/35)-ci  ildə,  Şirvanşah  III  Fəribürzün 
hakimiyyəti  dövründə  başa  çatan  abidə  möhkə m  dəniz  qa lası  və  eyni  za manda, 
Şirvanşahların  iqamətgahı  id i.  Məzyədi  Şirvanşahlar  sülaləsinin  şəcərəsi  verilən 
kitabədə bu sülalənin ayrı-ayrı nü mayəndələrin in hakimiyyəti ilə bağlı  mü xtə lif tarixi 
hadisələr xat ırlanır. Kitabələrin  o xun ması sahəsindəki gələcə k işlər daha dəqiq nəticə lər 
çıxarmağa imkan verəcəkdir. 
Bakın ın  qədim  abidələrindən  biri  Bib iheybətdə,  Şıxlar  kəndində,  şəhərin  5-6 
kilo metrliyindəki  indi  mövcud  olmayan  köhnə  məscid  olmuşdur.  Hə min  məscid  dağ 
döşündə  dəniz  sahilindən  yarım  kilo metr  aralı,  rəvayətə  görə,  yeddinci  imam  Musa 
Kazımın  xəlifələrin  təqib indən  qaçıb  Bakıya  gəlmiş  qızın ın  türbəsinin  yerində 
tikilmişdir.  Həmin  imam  h.128  (745/6)-ci  ildə  doğulmuş  və  xəlifə  Harun  ər-Rəşid 
tərəfindən h.183 (799/ 800)-cü ildə Bağdadda öldürülmüşdür.
81
 
Başqa  bir  versiyaya  görə  Məkkənin  qüreyşi  hakimlərinin  Məhəmməd 
tərəfdarla rı ilə mübarizəsi za manı onların bəziləri qaçmışdır. 8-c i ima m Rza da ailəsi ilə  
birlikdə  qaçanlar  arasında  o lmuş dur.  Qaçhaqaç  va xt ı  on lar  ayrı  düşmüş,  ima m  ö zü 
Xorasana, qızı və bacısı  isə Bakı ətrafına gəlib çıxmış,  indiki  Şıxlar  kəndinin yerində 
məskən  salmış  və  burada  da vəfat  etmişlər.
82
  Onların  dəfn  olunduğu  yerdə  türbə və 
məscid tikilmişdir. Türbə son vaxtlara qədər müqəddəs sayılırdı, ora mü xtə lif yerlərdən 
ziyarətə gəlird ilə r. İma mın  qızının ad ı Höku mə  xan ım id i. Onun Heybət adında nökəri 
var idi ki, o da həmin yerdə basdırılmışdır. Heybət Hökumə xanımı"bib i" çağırdığından 
məscid  də  Bibiheybət,  yəni  Heybətin  bib isinin  məscidi  adlandırılmışdır .  Məscid 
tikild ikdən sonra dini təriqətin ü zvləri - şey xlə r onun ətrafına toplaşdı və  kənd  onların 
adı ilə Şey xlər, yaxud Şıxlar ad lanmağa başladı.
83
 Məscidin yanında 20 m-lik yaraşıq lı 
minarə  ucalırd ı. Məscidə bit işik türbə, sərdabə və mə zarlar var idi. 1900-cü  ildə şimal 
tərəfdən türbəyə bitişik yeni  məscid tikilmiş və bununla əlaqədar  köhnə məsciddə və 
türbədə dəyişiklik aparılmışdı.
84
 
Köhnə  məscidin  cənub  divarında  ərəbcə  kitabə  var  id i.  Kitabədə  deyilird i: 
                                                                 
 
Bibiheybət məscidi 1936-ci il sentyabrın axırlarında Az ərbaycan KP M K-nın birinci 
katibi M ir Cəfər Bağırovun əmri ilə dinamitlə tamamilə dağıdılmışdır.
 
 


113 
 
"Mahmud  ibn  Sədin  ə məlid ir".
85
  H.700  (1301)-cü  ildə  Na rdaran  kəndində  tikilmiş 
qalada da eyni mə zmunda kitabə vardır. Hə min me ma rın adı eyni tarixlə İçərişəhərdəki 
Molla Əh məd məscidin in kitabəsində də çəkilir. 
Be ləliklə,  Bibiheybət  məscidinin   tikilmə   tarixin i  təqribən  müəy-yənləşdirib, 
XIII əsrin sonlarına aid et mə k mü mkündür. 
Köhnə  Bibiheytəb  məscidindəki  A.Bakıxanov,
86
  İ.Bere zin,
87 
B.Dorn
88
  və 
N.Xanıkovun
89
 xatırlad ıqları başqa bir kitabə də həmin va xta a id edilir. 
Y.A.Paxo mov  İ.Berezinin   dərc  etdirdiyi  bu  kitabəni  düzəlişlə  belə  o xuyur. 
"Əzəmətli  məlik,  böyük  sultan,  dövlətin  və  din in  qoruyucusu,  mö minlər  əmirin in 
yardımçısı, allah onun hakimiyyətin i və səltənətini uzun eləsin, Əbülfəth Fərru xzad ibn 
Axsitanın zaman ında...".
90
 
N.Xanıkov bu məscidin Fəribürz oğlu II A xsitanın oğlu Fərru xzad ın adı çəkilən 
kitabəsindən danışarkən onu h.680 (1281-1282)-c i ilə a id edir.
91
 Kitabənin B.Dorn
92
 və 
İ.Berezin tərəfindən dərc olunmuş 4 variantı əsasında onun mətnini aşağıdakı şəkildə 
təqdim edirik: "Əmr be  bina ha zə l məscid ə l-mə lik ə l-müə zzə m, əs-sultan əl-a zim, Nəsr 
əd-dövlə  və-d-din  Əbü-1-fəth  Fərru xzad  ibn  Axsitan  ibn  Fəribürz,  Nasir  əmir 
əl-mö min in xələz-allah i məlikə və-d-dövlətə fi-t-tarix sənətə... səmanin..."  
"Bu  məscidin  t ikilməsini  ə zə mətli  mə lik,  böyük  sultan,  dövlətin  və  din in 
qoruyucusu Əbü-1-Fəth ibn A xsitan ibn Fəribürz, mö minlər əmirinin yard ımçısı, allah 
onun  hakimiyyətini  və  səltənətini  uzun  eləsin,  səksəninci  ildə  ə mr  et mişdir" 
(1281-1282-ci illər). 
Bakıxanovun  məlu matına  görə  Fərru xzadın  ad ı  məsciddə  onun  şirvanşah 
tərəfindən  bərpa  edilməsi  ilə  bağlı  çəkilmişdir.
93
  Ola   bilər  ki,  məscid  kitabədən 
qədimd ir və Fərru xzad möhkə m Bakı qa lasında yaşamışdır. 
Bakı  qalasında  monqollar  zamanında  Şirvanşahların  hakimiyyəti  dövründə 
tikilmiş  XIV  əsrə  aid  bir  sıra  abidələr  -  türbələr,  qəbir  daşları,  xüsusilə  məscidlər 
qalmışdır.  Onların  arasında  Gilək  məscid i  seçilir.  Məscidin  d ivarında  aşağıdakı 
mə zmunda kitabə vardır: "Bu məscidi bərpa  et məyi möhtərə m sədr (vəqf məsələ lərinə 
baxan  ruhani  nü mayəndəsi  -  S.A.)  Əmin  əd-Din...  Əbubəkr  oğlu,  allah  xeyir  işlərdə 
onun köməy i o lsun, allahın  camalına tamaşa etmək və ona xoş getmək məqsədilə əmr 
etmişdir. 708-ci il zilhiccə ay ı" (12.V-21.VI.1308/9).
94
 
Kitabədə, göründüyü kimi, daha əvvəllə r t ikilmiş  məscidin  bərpasından  xəbər 
verilir. Bu məscid  planlaşdırılması ilə  seçilir. Onun cənub divarında daşdan yonulmuş 
səkkizguşəli  ulduz  şəklində  xaç lı  orna mentdən  ibarət  zərif  şəbəkəli  pəncərə  vardır. 
Pəncərə  çərç ivəsinin  yu xa rı  hissəsi  çatma   tağla   ta ma mlanır,  çə rçivənin   haşiyəsi  isə 
nəbati  xa rakterli  na xışlarla  örtülmüşdür.  Be lə  pəncərələrə  Abşeronun və  Bakın ın  bir 
çox  abidələrində  -  Dərviş  türbəsində,  Mərdəkan  kəndindəki  məsciddə  və  i.a.  -  rast 
gəlinir. 
B.Dornun  məlu mat ına görə İçərişəhərdə daş kitabələri olan bir neçə  minarəsiz 
məscid  var  idi:  ustad  Mahmud  ibn  Məsudun sədr  Nasir  əd-Din  Gə rşəsb  ibn  Həsən 
Hacib in adı çəkilən Şərəfüllah məscidi, 7-ci il (XIV əsr).
95
 Molla Fətullah, ya xud, Hacı 
Ağa  Məali  məscidinin  cənub  divarındakı  məscidi  tikdirən  Mövlana  Əh məd  ibn 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə