[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə58/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   54   55   56   57   58   59   60   61   ...   143

118 
 
südü qurumuş südəmər uşaqlı a zərbaycanlı qadınla r buraya müalicəyə gəlmişlər. 
Ehtimal ki, Divan xananın və sarayın  tutduğu ərazi hələ  isla mdan qabaqkı dövrdə 
müqəddəs  yer  sayılmışdır.  Saray ın  birinci  mərtəbəsindəki  otaqların  qaya 
döşəmələrində, Divanxana həyətində, cənub həyətində oyulmuş kasavarı çu xurlar, b ir 
sıra  dayaz,  dördkünc  və  dairəvi  çalalar  və  onları  b irləşdirən  arxlar  qədim  dövrə  aid 
edilən buna bənzər Qobustan çökəklərin i xat ırladır. 
Ehtimala görə onlardan qurbanlıq  heyvanların qanını yığ maq üçün ibtidai qab 
kimi istifadə olun muşdur. Yəqin ki, sarayın ərazisindəki oyuqlar da eyni məqsəd daşıya 
bilərd i, onla rın aşkar edildiyi yer  is ə qədim  za manlardan pir,  ziyarətgah olub ənənəvi 
surətdə  bugünədək  əhəmiyyətini  saxlaya  bilərd i.  Lakin  bu  məsələ  yeni  tədqiqatlar 
aparılmasını  tələb  edir.  Aşağı  həyətdə,  məscidin  yanında  Şirvanşahların  planda 
xaçşəkilli  salondan  ibarət  olan  dördkünc  türbəsi  yerləşir.  Salonun  mərkəzi  hissəsi 
günbəzlə  örtülmüşdür.  Onun  künclərində  isə  dörd  kiçik  otaq  var.
129
  Fasadın  hamar 
divarında b inanın fövqündə ucalan və türbəyə girişi nəzərə çarpdıran  yaraşıqlı, zəngin 
ornamentlərlə bəzəd ilmiş baştağ seçilir. Baştağın dörd sıra stalaktitli düzbucaqlı ta xçası 
çatma  növlü  yarımgünbəzə  keçir.
130 
Baştağın  yuxarı  hissəsi  daşda  oyulmuş  xalça 
naxışları və "nəsx" xətti ilə həkk olun muş iki kitabə ilə bəzədilmişdir. 
Birinci  kitabənin  mətni  Quran ın  XII  surəsinin  92-c i  ayəsi,  ikincisininki  isə 
hədisdir. 
Baştağın  çatma  açırımının  sağ  və sol  tərəflərindəki  badamvarı  medalyonlarda 
türbəni tikən  bənna-memarın adı çəkilən  kitabə yer-ləşdirilmişdir. Medalyonların hər 
birində eyni kitabə iki dəfə - birbaşa və güzgüdəki əksi - təkrarlanır: 
"Allah,  Məhəmməd  Əli,  me ma r".
131
  Adından  göründüyü  kimi  me ma r  şiə 
olmuşdur. O, ö z ad ını medalyonda ornament ş əklində sənətkarlıq la həkk etmişdir. 
Baştağ  haşiyəsinin  dərinliyindəki  giriş  açırımı  tağlarının  timpanları  da  nəbati 
ornamentlərlə  bə zədilmişdir.  Onun  yuxarı  hiss əsində  aşağıdakı  mə zmunda  ikisətirlik 
kitabə var: 
 
 
"Bu nurlu türbənin  anası və oğlu üçün, allah  onlara rəh mət eləsin, tikilməsini 
allah ın  peyğəmbərin in  adaşı,  dinin  qoruyucusu,  böyük  sultan  və  müəzzəm  şirvanşah 
Xəlilüllah,  a llah  onun  mü lkünü  və  səltənətini  əbədiləşdirsin,  səkkiz  yüz  otuz 
doqquzuncu ildə əsr etdi" (h.839 (1435/ 6)-cu il).
132
 
Qədim qapı açırımının tağı üstündəki səkkizguşəli medalyonda Əli sözünün altı 
dəfə təkrar olunduğu kitabə yerləşdirilmişdir.
133
 
Hə m  türbənin,  hə m  də  Divan xananın  baştağındakı  medalyonlarda   Əli  adın ın 
həkk  olun ması  Dərbəndi  Şirvanşahlar  sülaləsinin  şiə  olduqlarını  göstərir.  Bu,  şiə  
müqəddəslərindən  Höku mə  xan ımın  zəvvarların  İrandan  və  digər  Şərq   ölkələrindən 
ziyarətinə  gəldikləri  türbəsinin  -  mə zarının  Ba kı  bölgəsindəki  Bib iheybətdə  olması 


119 
 
faktı ilə ziddiyyətə girmir. 
1946-c ı ildə aparılmış arxeolo ji işlər za manı türbənin ta xta döş ə-məsinin a ltında 
daş lövhələrlə örtülmüş beş qəbirdən ibarət sərdabə aşkar edilmişdir.
134
 
Səliqəli bəzəy i  ilə seçilən 1 -c i  məqbərədə 6-7 yaşlı uşaq cənazəsinin qalıqla rı 
var  idi.  Məqbərədə  parça  qalıqları  tapılmışdır.  Üzərində  ərəb  hürufatı  ilə  kitabələr 
tikilmiş həndəsi naxışlı medalyon əlamətləri nəzərə çarpan qalın parça qalıqlar xüsusilə 
maraq  doğururdu.
135
  Tədqiqat  nəticəsində  onların  fars  dilində  şeir  o lduğu 
aydınlaşdırıldı.
136
  Ehtima l  ki,  bu  Xəlilüllahın  oğlunun  məqbərəsi  olmuşdur.  Ondan 
şimal  tərəfdə  yaşlı  qadın ın,  ehtimal  ki,  Xəlilü llah-ın   anasının  dəfn  o lunduğu  2-ci 
məqbərə  yerləşir.  4-cü  məqbərədə  açıq  ta xta  tabutda  18-19  yaşlı  kişi  ske leti  aşkar 
olunmuşdur. Skeletin altında qatlanmış halda  zol-zol  ipək parçadan təqribən bir  metr 
boyunda  uzunqol  kişi  köynəyi  tapılmışdır.  Köynəyin  bükü mlərində  bir  neçə  mavi 
muncuq aşkar edilmişdir. Bu paltarın altında başqa, ehtimal ki, yun parça qalığ ı var idi. 
Boyun fəqərələrinin  yanında ortasında firu zə və 6 yaqut olan altıguş əli ulduzdan ibarət 
milli qızıl sancaq tapılmışdır.
137
 Həmin sərdabədə paltar olması bugünədək gəlib  çıxmış  
adətdən  xəbər  verir.  Meyit  yuyularkən  bədənin  hələ  kifayət  qədər  keyidiyi  məlu m 
olduqda ölünün bir başqasını da özü ilə çəkib aparacağı gü man edilirdi və buna görə də 
mövcud adət üzrə yeni qurbanın əvəzinə onun yanına qatlanmış köynək qoyulurdu. Ola 
bilsin  ki,  türbədən  tapılmış  köynək  də  bu  məqsədlə  qoyulmuşdur.  Türbədəkı  qa lan 
məqbərə lər yəqin ki, şirvanşahın ailə ü zvlərinin qəbirləri olmuşdur. 
Türbədə arxeoloji işlər aparılarkən o la bilər ki, salondakı başdaşlarına  məxsus 
uçulub  dağılmış  memarlıq  elementlərin in  fraq mentləri  aşkar  ed ilmişdir.
138
  Arxeolo ji 
işlər davam etdirilərkən  daha bir neçə to xunulmamış məqbərə aşkar edilmiş və onların 
ümu mi sayı  14-ə çatmışdır. Türbədə Xəlilü llah ın ailə ü zvlərindən bir neçəsinin qəbri 
tapılmışdır.  Bəd r  Şirvaninin  divanındakı  b ir  neçə  mədhiyyə,  mərsiyə  və 
xronoqra mla rdan Xəlilü llahın bəzi ailə üzv lərinin adlarını aydın laşdırmaq mü mkündür: 
Xəlilüllahın anası -  Bikə  xanım (ö. h.839 (1435/6)-cu  il), oğulları - Fərru x  Yə min (d. 
h.839  (1435/ 6)-cu  il  -  ö.  h.846  (1442/2)-c ı  il,  yeddi  yaşında),  Şey x  Sa leh  (d.  h.847 
(1443)-c i  il  -  ö.  h.849  (1445/6)-cu  il,  2  yaşında),  şairin  Mir  Bəhra m,  Əmir  Bəhra m 
adlandırdığı h.850-ci  il  məhərrəm ayının  20-də  (17 aprel 1446-cı  il)  Qaytaq düzündə 
həlak (şəhid) o lmuş Bəhra m Bədr Şirvani qəsidələrinin b irində Xə lilüllahın h.836-cı il 
məhərrə m ayının  20-də (16 sentyabr 1432-c i il) anadan olmuş oğlu  şahzadə Məhəmməd 
İbrahimin  adını  çəkir.  Onun  ölü m  ili  məlu m  deyil.  Şair  qəsidələrindən  birində 
Xəlilüllahın oğru Fərru x Yəssarın da anadan olduğu günü h.845-c i il Məhərrə m ayın ın 
12-si (2 iyun 1441-ci il) - göstərir.
139
 
Be ləliklə,  Xəlilüllahın  saray  şairi  Bədr  Şirvanin in  verdiy i  məlu mata  görə, 
şirvanşahın 5 oğlu olmuşdur. Onlardan 4-ü ataların ın sağlığında ölmüş və yalnız Fərru x 
Yəssar Xəlilü llah 1465-c i ildə öldükdən sonra onun varisi olmuşdur. 
Xəlilüllah Qaraqoyunlu İsgəndərlə müharibə apara rkən  Bakıda onu şirvanşahın 
qardaşlarından biri - Qəzənfər (h.800-847 (1398-1443)-ci illər) əvəz edird i. Bədrəddin 
Şirvaninin  məlu matına  görə  Xəlilüllah  Bakıda  bir  sıra  b inalar,  o   cü mlədən  h.832 
(1428/9)-c i  ildə  bürc   və  çeş mə  (ehtima l  ki,  İçərişəhərdəki  kəhrizlərdən  b iri),  h.835 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə