[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə66/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   62   63   64   65   66   67   68   69   ...   143

135 
 
sıra vergilərdən azad olun ması və şəhərin abadlaşdırılması haqqında yarlıqlar vermiş 
sultan  Məhəmməd  Xudabəndə  Olcaytuya  (1304-1316-c ı  illə r)  ithaf  etdiyi 
türkcə-azərbaycanca mü xəmməsi də qalmışdır.
219
 Türk dilin in Albaniyada yayılmasını 
III əsrdə və ondan əvvəllər Albaniyanın  yerli adı o lan türk toponimi A rran,  VII-VIII 
əsrlərdə isə Musa Kalankatlın ın "Albaniya tarixi"ndə və ərəb mənbələrində qədim türk 
titulları ilə yanaşı, indi də Azərbaycan dilində işlədilən avçı, çöpçü, tanrı, hannan- hana 
kimi sözlərə təsadüf olunması da sübut edir. Bəlazuri (IX əsr) A zərbaycanın 646-cı ildə 
ərəblər  tərəfindən  işğal  o lun masından  bəhs  edərkən  "çətinliklə,  tədricən,  nəhayət" 
məna larını  bildirən  a zə rbaycanca  "hannan-hana"  ifadəsini  mətndə  ərəbcəyə  tərcümə  
etmədən vermişdir. Məsudi (X əsr) Bakı haqqında, onun palçıq vulkanla rı, neft  və qaz 
fontanlarının püskürməsi haqqında  məlu mat verərkən "atmaq" felindən feli  isim o lan 
"atma" sözünü işlədir. Xaqanidə  (XII əsr) türkizmlər ço xdur; o,  III Mənuçöhrün Kür 
çayı  ü zərində  tikdirdiyi  bənddən  bəhs  edərkən  onu  türkcə  "bağlamaq"  felində  o lan 
"Baqilan i" adlandırır. 
Abşeronun  bir  sıra  kəndlərinin  əhalisi  irandilli  tatlardan,  bəzi  kəndlərin ki 
türkdilli  tayfalardan,  Bakı  əhalisi  isə,  əsasən  türklərdən  və  bəzi  digər  xalqlardan  - 
lə zgilər, iranlılar və b. - ibarət idi.
220
 
Mənbələrdə  və  bədii  ədəbiyyatda  orta  əsr  Azərbaycan  şəhərlərində  musiqi 
mədəniyyətinin inkişafına, məşhur müğənni və musiqiç ilə rin o lmasına dair mə lu matlar 
var.  Klassik  Azərbaycan  musiqisi  c iddi  və  mükə mməl  məqa m  sisteminə  əsaslanırdı. 
Müğənni və çalğıçıların ifaçılıq sənətkarlığı yüksək səviyyədə idi. İstedadlı müğənnilər 
və  çalğıç ıla r  ö z  iştira kla rı  ilə   feodal  hakimlərinin  və  zadəganların  saraylarını 
rövnəqləndirird ilər.  Musiqi-ifaçılıq  mədəniyyəti  feodal  cəmiyyətinin  mü xtəlif 
təbəqələrinin həyatının bütün sahələrin i əhatə edirdi.
221
 
Azərbaycanın  İran və Hindistanla musiqi sahəsində də əlaqəsi var idi. Türk, fars 
və hind xa lq larının muğa m musiq isi ilə b ir sıra  ü mu mi cəhətlərə  ma lik olan  Azə rbaycan 
muğamları bütün Şərqdə sevilən musiqi əsərləri id i. 
Azərbaycan muğa mla rı "Hü mayun", eləcə də "Mahur-hindi" Hindistanla, onun 
musiqisi  ilə   bağlıd ır.  "Mahur-hindi",  " Rast"  məqa mı  üstündə  gedir.  "Hü mayun"  is ə 
başqa  quruluşa  malik  olub,  müs təqil  "Hü mayun"  məqamına  əsaslanır  və  onlar 
fərqlənirlər. 
Muğam, Şərq in bütün xalqlarının  musiqisi üçün tipik janrd ır. Lakin onların h ər 
birində  muğamın   özünün  səciyyəvi  cəhətləri  var.  Muğa m  başlıca  ola raq,  estetik 
funksiyaya  ma likd ir.  A zərbaycan  muğamında  dövrün  emisional,  xüsusilə  fə lsəfi 
mə zmunu  ü mu miləş miş  şəkildə  açılır.  Muğa m  şifahi  ənənələrə  bağlı  professional 
musiqid ir.  "Muğam  poetik  yaradıcılıqla  sıx  bağlıdır.  Muğam  melodiyaları  Nizami, 
Hafiz,  Nəva i,  Fü zuli  və   başqa  şairlərin  şeirləri  üstündə  oxunurdu.  Keç mişin  böyük 
şairləri  isə, eyni zamanda, böyük mütəfəkkir və filosof idilər. Poeziya kimi,  muğamın 
da  əsas  qayəsi  dövrün  dünyagörüşünün  açılmasına  yön əldilmişdi...  Poe maya  da, 
muğama  da  bütünlüklə  eyni  emosional  ovqata  köklən mək,  emosiyalarınn  çevik  və 
tez-te z  dəyişməsi,  kulminasiya  gərginliy i  səciyyəvidir".
222
  Muğamda,  adətən,  əbədi 
məhəbbət  mövzusu  s əslənir.  A zərbaycan  muğa mında  təzadlı  bölmələ r  -  şöbələr 


136 
 
bir-b irini  əvəz  edir.  Əvvəlcə   mahnı-rəqs  səciyyəli  "Dəra məd"  gə lir,  sonra  onu 
instrumental  müqəddimə  - "Bə rdaşt" əvəz edir.  Onun ardınca  imp rovizasiya şöbəsi - 
"Mayə",  onun  dalınca  növbələşən  instrumental  imp rovizasiya  şöbələri,  "Təsnif”  - 
mahnı, sonra "Rəng" -instrumental  me lodiya gəlir.
223
 Azərbaycan musiqisi üçün rəqs 
başlanğıcı mühümdür. Muğamın əsasında səs sırası, kök - məqam durur. 
On iki əsas muğa m və on iki əsas məqam  mə lu mdur.  XIV-XV əsrlər görkə mli 
Azərbaycan  musiqişünas  alimi  Əbdülqadir  Marağ inin   risaləsindən  aydın  olur  ki, 
"muğam"   termini  altında  nəzəriyyədə  səs  sırası  kimi  təsbit  olun muş  və  ehtimal  ki, 
praktikada  musiqi əsərinin başlıca   musiqi düsturunun üzərində qurulduğu on iki əsas 
məqa mdan biri nəzə rdə tutulur.
224
 
Be ləliklə, muğa mın əsasını müəyyən məqa m təşkil ed ir. Muğam - şifah i ənənəli 
improvizasiya s ənəti və iri voka l-instrumental musiqi formasıdır.  
"Muğam  üçün  intonasiya  təfərrüatı  səciyyəvidir.  Bu,  muğam  əsərlərin in 
irihəc mliliyinə səbəb olmuşdur.  Keç mişdə bir  muğa m dəstgahının  ifası bir neçə  saat 
çəkirdi. Muğam ço xhissəli əsərdir. Azərbaycan muğamlarında seyirçi başlanğıcın geniş 
yayıldığı  müşahidə  edilir.  Muğamın   başlıca  obrazlı  məzmunu  fikir  düşüncədir. 
Seyirçilik  imp rovizasiya  üslubuna  təkan  vermişdir.  Muğamın   başlıca  intonasiya 
funksiyası məqamın ifadə imkan larının tam açılmasıd ır. Burada öz şəxsində yaradıcı və 
ifaçını  birləşdirən   peşəkar  musiq için in  fərdi  təxəyyül,  istedad  və  sənətkarlığı  tam 
mənası  ilə tə zahür edir.  Eyni  muğa mın şöbələrinin sayı  mü xtə lif  ifa larda  mü xtə lif ola  
bilər. La kin muğa mın əsas struktur prinsipi məqa mın tədricən me lodik şa xələn məsid ir. 
Muğamlar  sayca  çox  deyil.  Əsrlər  boyu  eyni  muğamlar  mövcud  olmuş,  əsas 
muğamlardan  törəmə  muğamlar  yaran mışdır.  Orta  əsrlərdə  olduğu  kimi,  indi  də 
muğamları  xüsusi  təhsil  almış  peşəkar  müğənnilər  ifa  edirlər".
225
  Muğam  müəyyən 
dövrlərin  - orta əsrlərin, bəlkə də qədim keçmişlərin q iy mətli abidəsidir. Azərbaycan 
muğamlarından Bayatı-Kü rd, Bayatı-Şiraz,  Heydəri, Şahnaz,  Çahargah, Novruz ərəbi, 
Nəva, Çoban-bayatı, Şüştər, Azərbaycan, Şur, Rast və b. daha məşhurdur. 
Əbdülqadir Marağ inin risaləsində deyilir ki, "türklər başqa muğamlar yaratsalar 
da, Üşşaq, Nəva və Busəliyi daha üstün tuturlar".
226
 
Şərəfxan  Bidlisi  (XVI  əsr)  "Şərəfnamə"  əsərində  h.913  (1507/8)-cü  ildə 
Kürdüstanın istilası zamanı Şah  İs mayıl Səfəv inin qoşunları Əh lət yaxın lığ ında düşərgə 
salarkən,  Bid lis hakimi  Əmir  Şərəfin şaha verdiyi  ziyafət təsvir edilir. " Gü müşayaqlı, 
büllurçiy inli, ayüzlü saqilər, zərbafta paltarlı, süzgünyerişli cariyələr, əbədi çeşmə suyu 
kimi  saf  şərab  piyalələrini  əllərində  vüqarla  gəzd irib  şadlığa,  nəşəyə"  çağırırdılar. 
Xoşavazlı  xanəndələr və  xoşsədalı  musiqiçilər  zildən və bəmdən Üşşaq melodiyasını 
oxu mağa başladılar, çəngin və rübabın iniltisi böyük və kiçiy in ağlını, idrakını başından 
aparırdı. Şeir: 
 
Hər tərə fdən əllərində al-ə lvan badələr,  
Qönçəyə bənzər sərməst saqilər zühur etdi.  
Zərxa ra geyin miş bu gözəllə r günəşə bənzəyirdilə r,  
Onlar ürəyi təlatümə gətirir, ağlı çaşdırırd ılar. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə