[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə69/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   65   66   67   68   69   70   71   72   ...   143

142 
 
Bakın ın da adı çəkilir. "...Salyandan 30 verst aralı, sahildə Xvalın dənizinin körfəzində 
Baka şəhəri yerləşir.  Baka şəhərindən 50 verst, Şamaxı şəhərindən  isə 40 verst aralı 
Müşgür şəhəridir..."
24
 
Osmanlıların Xəzər dənizin in,  Bakı və  Dərbənd də daxil olmaq la,  Dağıstan və 
Azərbaycan  sahillə rini  tutması  Vo lqa-Xəzə r  yolunu  onların  nəzarətində  saxlayır  və 
Rusiyanın ticarət mənafelərini pozurdu. 
Bu dövrdə Bakı Vo lqa-Xəzər ticarət yolundakı bu mühüm liman ı ələ keçirməyə 
çalışan möhkəmlən miş Moskva dövlətinin diqqətini cəlb edir. 
Azərbaycanın  ş ərq  vilayətlərində,  o  cü mlədən  Ba kıda  möhkə mlən mə kdə 
iqtisadi  cəhətdən  ma raqlı  olan   Moskva  hökuməti  Türkiyə  ilə   mahıribədə  Səfəvilərə  
kö mək  göstərməyi  vəd  edərək.  Bakı,  Dərbənd  və  Şamaxı  şəhərlərinin   Rusiyayä 
verilməsinə dair şahla diplo mat ik danışıqlar aparmağa başladı.
25
 
Hələ  Şah Məhə mməd  Xudabəndə za manında başlayan danışıqlar I Şah Abbas 
dövründə  davam  etdirild i.  Həmin   məsələ  ilə  əlaqədar  Səfəvilər  höku məti  ilə  ruslar 
arasında  diplomatik  yazışmalar,  bir-b irinə  səfirliklər  və  etimadnamələr  göndərilməsi 
təqribən 1588-c i ildən 1618-c i ilədək dava m etdi. 
I  Şah  Abbas  1588-ci  ildə  türklərlə  sülh  müqaviləsi  bağlamamışdan  əvvəl  öz 
səfiri  Hadi  bəyi  əvəzində  Bakını  və   Də rbəndi,  onla rın  arasındakı  sahil  zo lağı  ilə  
birlikdə,  əbədilik  Rusiyaya  verməy i  vəd  edərək,  Os manlı  dövlətinə  qarşı  birgə  hərbi 
əməliyyata başlamaq təklifi ilə Moskvaya çar Fyodor İvanoviçin yanına göndərdi. Bu 
təklifə  cavab  olaraq  Moskva  hökumət i  danışıqlar  aparmaq  üçün  Qriqori  Borisoviç 
Vasilçikovun başçılığ ı ilə İrana səfirlik göndərdi.
26
 
Vasilçikovun  hesabatında  I  Şah  Abbasın  onu  Qəzvində  necə  qəbul  etməsi  (9 
aprel  1590), onun Bakı və  Dərbənd barəsində sorğusuna şahın bu şəhərlərin Moskva 
dövlətinə güzəştə gedilməsinə razılığını bildirməsi təsvir olunur.
27
 
Şah  hökumətinin  bu  təklifi  şifahi  ed ild iyindən  Moskva  səfirliy i  onun  yazılı 
şəkildə  təsdiq  olunmasına  cəhd  göstərməyə  başladı  və  Vasilçikov  həmin  məsələni 
1590-c ı il may ın 14-də şahın qəbulunda yenidən qaldırdı.
28
 
Vasilçikovun səfirliyinə cavab olaraq şah Abbas öz elçiləri Budaq bəyi və Hadi 
bəyi  Ba kı  və   Də rbənd  şəhərlərinin   Moskva  dövlətinə  güzəşt  edilməsini  təsdiqləyən 
fərmanla  Moskvaya göndərdi.
29
 
Lakin  I  Şah  Abbasın  uğurları  sayəsində  Səfəvilər  dövləti  Bakı  və  Dərbənd 
şəhərlərini, onların hələ də türklərin əlində olmasına baxmayaraq,  Rusiyaya verilməsi 
məsələsini bir daha qaldırmadı. 
Moskva dövləti ilə Şah Abbas arasında bu məsələyə dair danışıqlar, o cümlədən, 
səfirlik mübadiləsi bir ço x illər ərzində, ta 1618-ci ilə qədər dava m etdi. 
Rusiya  şahla  uzun  danışıqlardan  sonra  Bakı  və  Dərbənd  şəhərlərin in  güzəştə 
gedilməsinin  yazılı təsdiqinə nail olsa da, bu saziş ə mə li nəticə  vermədi, be lə  ki, bu 
zaman  Rusiya  dövlətinin  başı  olan  Moskvadan  çox  uzaq  olan  torpaqlarda  müharibə 
aparmağa imkan verməyən daxili hadisələrə qarışmışdı. 
I Şah Abbas 1590-cı  ildə Os manlılarla bağlan mış ağır sülhdən sonra yaranmış 
dinclikdən öz dövlətini möhkə mləndirmə k üçün istifadə etdi. Şah onun mərkəzləşdirmə  


143 
 
siyasətinə
30
 düşmən olan A zərbaycan (qızılbaş) tayfalarının  nüfuzunu  xey li  zə iflətdi, 
dövlətdə  İranpərəstlik  meyllərini  hər  cür  himayə  edərək,  hərb i  rütbələrə  aşağı 
təbəqələrdən  olan  yeni  kadrlar  irə li  çəkd i.  Şah  Abbas  paytaxtı  Qə zvindən  İran ın 
içərilərinə,  İsfahana köçürdü. Sülh müqaviləsi ona ordunu yenidən təşkil etməyə,
31
 öz 
qüvvələrini 1602-ci ilin sonunda başlayan yeni müharibə üçün toplamağa imkan verdi. 
 
 
 
 
 
2. XVII ƏSR - XVIII ƏSRĠN BĠRĠNCĠ YARISININ SĠYASĠ 
TARĠXĠ 
 
H.1012-c i  il  rəbi  əs-sani  ayının  7-də  (14  sentyabr  1603-cü  il)  I  Şah  Abbas 
Osmanlı  höku mətinin  üsyan  etmiş  kəndlilərlə  bacarmad ığın ı  bəhanə  gətirərək 
Azərbaycanı işğal et mə k üçün qoşun göndərdi. Azərbaycanın feodal əyanlarının böyük 
hissəsi, tacirlər və şiə ruhanilə ri bu müharibədə Şah Abbası müdafiə edirdilər.
1
 
Şah  Abbas  və  onun  görkəmli  sərkərdələri  Allahverdi  xan  və  Qarçıqay 
Məhəmməd  xan it irdikləri A zərbaycan şəhərlərini b ir neçə  il ərzində geri qaytardılar. 
Şah qoşunları 1606-1607-ci illərdə İrəvan, Gəncə, Bakı, Dərbənd, Şamaxı şəhərlərin in 
Osmanlılardan ald ılar.
2
 
İsgəndər  Münşi  öz  əsərində  Şah  Abbas  qoşunlarının  1607-ci  ildə  Bakını 
almalarını təsvir edir. Bu va xt Bakı qalasındakı Os manlı qarnizonunda cəmi 300 nəfər 
var  id i.  Türklərin  hakimiyyətindən  xilas  olmaq  istəyən  şəhər  əhalisi  sui-qəsd 
düzəldərək  bundan  xəbər  tutan  və  onun  qarşısını  almaq  imkanı  olan  şəhər 
ko mendantına  (kütval)  hücum  etdilər.  Bakılılar  Os manlı  qarnizonunu  qırıb,  türklərin 
kəsilmiş  başlarını  qalanın   açarları  ilə  b irlikdə  Şah  Abbasa  göndərdilər  və  şəhər 
qapılarını şah qoşunların ın üzünə açdılar.  Sui-qəsdin əsas iştirakçıları şahdan qiymətli 
hədiyyələr və soyurqal torpaqları a ldılar.
3
 
La kin  1603-1607-c i  illər  İran-Tü rkiyə  müharibə lərinin  şahidi  olan  katolik 
missioneri keşiş Antuan de Quvea öz əsərində
4
 bu hadisəni başqa cür təsvir edir:  Şah 
Abbas  Şamaxını  mühasirəyə  alarkən  Bakı  hakimi  Murad  (le  Roi  Murath)  "şahın 
ayaqlarından öpmək" üçün Şamaxıya gəld i və ona Bakı şəhərinin açarları  ilə birlikdə 
çox miqdarda kəsilmiş türk başı gətird i. Murad bu qərara gəldi ki, Şah Abbas Şamaxını 
aldıqdan sonra, daha az möhkəmləndirilmiş bütün digər şəhər və qalaları da asanlıqla 
tutacaqdır.  Buna görə də, o, şah qoşunların ın Bakıya hücumunu gözləmədən və onun 
iltifatını qazan maq üçün şəhərin təslim olmasın ı, ö zünün bayrağı altında vuruşmuş türk 
qarnizonu əsgərlərinin   kəsilmiş başlarını təklif et məyə gəlmişdi.  La kin o  yanılmışdı. 
Şah Abbasın qərargahına çatan kimi şah onun başının vurulmasını əmr edərək demişdir: 
"O,  hamıya  xəyanət  etməy i  özünə  peşə seçmişdir,  türklər  bu  əyaləti  işğal  edəndə  o, 
vaxtkı Bakı hakimin in başını kəsib, mü kafat olaraq  onun özünü həmin  şəhərin hakimi 
təyin edən Osman paşaya təqdim et mişdi. Şəhəri qaytarmaq ə zmində o lduğum indi is ə 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə