[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə65/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   61   62   63   64   65   66   67   68   ...   143

133 
 
kitabəsi olan belə  mədrəsələrdən biri Cü mə məscidin in ya xınlığındadır.  
Bakı və Abşeronun memarlıq abidələri göstərir ki, burada XI-XV əsrlərə aid bir 
sıra  gözəl  imarətlər  yaradan  təcrübəli  memar-bənnalar  olmuşdur.  Daş  kitabələr  XIII 
əsrdə Mərdəkandakı dairəv i qalanın  memarı  Əbdülməcid ibn Məsud, XIII əsrdə Bakı 
buxtasındakı  istehka mı  t ikmiş  ustad  Zeynəddin  ibn  Əburəşid  Şirvani,  XIV  əsrə  a id 
məscidi  tikmiş  ustad  Mahmud  ibn  Məsud,  XIII  əsrin  sonu-XIV  əsrin  əvvəllərində 
yaşamış, Nardaran qalasını, Şıx kəndində məscid və minarə, İçərişəhərdə Molla Əh məd 
məscidin i inşa et miş Mah mud ibn Səd, Molla Nəsrullah məscid indəki kitabəni işlə miş 
XIV 
əsr  həkkak-xəttatı  Məhəmməd  əl-Arif,  XIV  əsrdə  yaşamış,  Balaxanıdakı 
imarət in  bənnası  ustad  Arif  ibn  Musa  Cəbəl,  XIV  əsrdə  Nardaran  kəndində  hama m 
tikmiş memar Güştəsf ibn Musa, XV 
əsrdə  Bakıda  Şirvanşahların  türbəsini 
tikmiş  memar  Məhəmməd  Əli  və  b.  istedadlı  ustaların  adlarını  qoruyub  saxlamışdır. 
Kitabələrdə  memarların  adlarının  haralı  olduqlarını  bildirən  nisbilərlə  çəkilməsi  baş 
memarın  -  ustadın  başçılıq  etdiyi  bədii  memarlıq  və  sənətkarlıq  məktəblərinin  mövcud 
olduğunu göstərir. 
Seyid  Yəhya  Ba kuvi  türbəsinin  da xili  bəzəyi  Bakıda  boyakar  rəssamların 
yaşadığını göstərir. Abidələrdə ad ları qalmış sənətkarlar burada bir ço x istedadlı daş 
üzərində oyma ustaların ın, heykəltəraşların o lmasından xəbər verir. Bakı yaxın lığ ında o 
dövrdə heykəltəraşlığın inkişafını göstərən XIII əsrə aid  abidə vardır. Bakı bu xtasında, 
"Bayıl  daşları"  deyilən   qala  tipli  qədim  imarət  yerində  ü zərində  ərəb  hürufatı  ilə 
kitabələ r hə kk olun muş 600-dən ço x daş aşkar edilmişdir. Qabarıq ş əkildə işlənmiş bu 
kitabələ r  hə min  abidənin  divarlarının  yu xarı  hiss əsini  əhatə  edən  haşiyədə 
yerləşdirilmişdi.  Daşların  kitabə  olmayan  bütün  boş  yerləri  dəvə,  at,  öküz,  inək, 
canavar, it, bəbir və s. quş və heyvanların qabarıq təsvirləri ilə doldurulmuşdur. On ların 
bəziləri  böyük  ustalıqla ,  rea list  səpkidə  işlən miş,  bu  və  ya  digər  heyvana  mə xsus 
səciyyəvi hərəkətləri əks etdirir.
211
 Bu qabartmala r  içərisində gül, insan başlı, heyvan 
bədənli varlıq, tac qoyulmuş insan başı və s. təsvirlərinə də təsadüf edilir. Şima l-qərb 
darvazasının  yaxın lığında  tapılmış  və  ehtimal  ki,  onun  üstündə  yerləşdirilmiş  təbii 
ölçülü  iki  at  barelyefin in  hissələri  diqqəti  cəlb  ed ir.
212
  Barelyefdəki  rəs m  o   dövrün 
incəsənətini səciyyələndirən yüksək sənətkarlıq nü munəsidir. Daşların birində, ehtimal 
ki, bütün gbstərilən təsvirlərin yaradıcısı o lan Nəqqaş Rəşidin adı qalmışdır. 
Şirvanşahlar  sarayı  ərazisindəki  quyuların  birindən,  XII  əsrə  aid  təbəqədə,  üç 
metr yarım dərinlikdə üzərində tökmə atlı, ata hücum edən vəhşi heyvan, iki ö küz başı, 
iri pişikkimilər fəsiləsindən olan on dörd vəhşi heyvan başı, iki qabartma  insan sifəti, 
heykəl təsvirləri və s. detalla r olan bürünc çıraq tapılmışdır.  Çırağın u zunluğu 18 s m, 
hündürlüyü təqribən 8,5 sm-dir. O, ərid ilmiş mu mun kö məyi  ilə düzəld ilmişdir. Onun 
tökülməsi üçün iki hissədən ibarət qəlib hazırlan mışdır.
213
 
Abşeronda  mühafizə  olun muş  maddi  mədəniyyət  və  incəsənət  abidələri 
içərisində böyük maraq doğuran daş qoyun və at heykəlləri, habelə məişət, ov səhnələri 
və s. barelyef təsvirli daş lövhələr də vard ır. 
Abşeronun Zığ kəndindəki müsəlman  qəbiristanlığında qoyun və atların heykəl 
təsvirlə ri  şəklində  və   adətən,  üzə rində  ə rəb  hürufatı  ilə  kitabələr  həkk  o lunmuş 


134 
 
qəbirdaşları  qa lmışdır.
214
  Abşeronda  rəsmlə rlə   və  heykəltəraşlıq  ele ment ləri  ilə  
bəzədilmiş  başdaşlarında  da  təsadüf  edilir.  Şüvəlan  kəndindəki  köhnə  qəbiristanda 
qabartma ə jdaha təsviri olan daş lövhə aşkar olun muşdur.
215
 Bütün bu heykəltəraşlıq 
əsərləri həmin dövrdə bədii sənətlərin, o cü mlədən heykəltəraşlığ ın inkişafından xəbər 
verir. 
Şirvanşahlar  sarayında  Divanxana  köşkünün  və  türbənin  baştağlarındakı  daş 
üzərində  bədii  oy ma  işləri  nəqqaş  rəssamların,  həkkakların  yü ksək  sənətkarlığını 
göstərir. Şirvanşahlar sarayındakı gözəl xalça o rnamentləri ilə bəzədilmiş başdaşındakı 
kitabə  Xə lilü llah ın  hökmran lıq  dövrünə  aiddir.  Kitabədə  deyilir:  "Bu  nurlu  qəbir  və 
təmizləy ici  məşhər  və  səcdə edilən  məqbərə  rəh mət lik  şeyx  Bəhlu lun  oğlu  mərhu m, 
günahları bağışlanmış, böyük Allah ın  mərhəmətin i qazan mış  xoşbəxt şəhid, əzəmətli, 
ağıllı,  kəramətli,  ən  böyük  əmir,  səxavət  və  şücaət sahibi,  dünya  əmirlərinin  başçısı 
Əmir  Təh murəsindir.  Hicri  863-cü  il,  cəmad iyül-axir  ay ı  (5.IV-4.V.1459-cu  il)"
216
 
Kitabədən  göründüyü  kimi,  ə mir  Xəlilüllahın  ə misi  oğlu  və  atası  şeyx  Bəhlul  kimi 
şirvanşah qoşunlarının baş sərkərdəsi olmuşdur.  O, ehtimal  ki,  Şirvanda, Xəlilüllahla 
şeyx Cüneyd arasındakı vuruşmada həlak o lmuşdur. Bunu onun ölüm tarixi də göstərir. 
Abşeronun  Zığ  kəndində  nəbati  xalça  naxışları,  ərəb  və  fars  dillərində 
kitabələ rlə  bəzədilmiş başdaşı XV əsrdə Abşeronda dekorativ s ənətin inkişaf etdiyini 
göstərir.
217
  Kitabədə  müharibədə  hə lak  olmuş  ə mir  Zü lqərneyn  ibn  ə mir  İsgəndər 
Dərbəndinin ölü mündən xəbər verilir. Bu, onun dərbəndli, adlı-sanlı nəsildən olduğunu 
və  əmir  titulu  daşıdığın ı  göstərir.  Onun  ölü m  ili  -  h.852  (1448)-c i  il  -  I  Xə lilü llah ın 
hakimiyyəti dövrünə düşür. Kitabənin  mə zmunu belədir: "Bu qəbir  mərhu m,  xoşbə xt 
şəhid əmir Zülqərneyn bin əmir İsgəndər Dərbəndinindir. Səkkiz yüz əlli ikinci il (h.852 
(1448)-c i il - S. A.) Biz Bab ə l-Əbvab - Dərbəndin pak torpağında ürəyimizin qanı  ilə  
oğul böyütdük. Biz, ata-anası və qohum-əqrəbası onun nazənin üzündən şadlanırdıq... 
kökündən qopardı. Sənin cavan cismin qızıl gül kimi torpağa s əpələndi, ö mür köynəyin 
qönçə ləçəkləri  kimi parça-parça oldu. Sənin  gözəl vücudunu torpaqda axtarsaq da... 
Allah  torpağını  pak  eləsin.  Kaş  əcəl  tikanı  sənin  ayağına  batan gün  taleyin  əli  ölü m 
qılıncını  mən im  başıma  endirəydi,  ta  bu  gün  gözlərim  dünyanı  sənsiz  görməyəydi. 
Başıma kül ələn miş halda sənin qəbrin önündə dayanmışam".
218
 
Fars  dilində  yazılmış  bu  şeir  XV  əsrdə  Abşeronda  yayılmış  mərsiyə 
nümunəsidir. 
Abşeronun XI-XV ərslərə aid epiqrafik abidələrin in öyrənilməsi məscidlərdəki, 
türbələrdəki, başdaşlarındakı kitabələrin ço xunun ərəb dilində, bəzilərinin isə, məsələn, 
Bayıl  bu xtasındakı  sualtı  imarətin  divarlarındakı  XIII-XIV  əsrlərə  aid  kitabələrin 
Olcaytunun yarlığının fa rsca olduğunu mü əyyənləşdirməyə imkan vermişdir. Belə liklə, 
X-XIV  əsrlə rdə  Abşeronda  rəsmi  dövlət  dili  o lan  ərəb  dili  ilə  yanaşı,  fars  dili  də 
işlən mişdir. Lakin folklor nü munələri yerli dillərdə yaradılırd ı. 
Bakı şəhəri əhalisinin danışıq  dili  XIV  əsrin sonunda və XV əsrin  əvvəllində 
Bakıda  yaşayan  böyük  Azərbaycan  şairi  Nəsimi,  Bədr  Şirvani  və  başqa  şairlərin 
yazıb-yaratdığ ı türk dili idi. 
Həsənoğlunun müasiri olan Ba kı şairi Nasirin  (XIV  əsrin əvvəli) bakılıla rın  bir 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə