[]


b) Elm, ədəbiyyat və incənəsət



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə62/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   58   59   60   61   62   63   64   65   ...   143

126 
 
b) Elm, ədəbiyyat və incənəsət 
 
XI  əsrin  sonu  və  XIII  əsrin  əvvəli  Şirvanın  tərəqqisi  dövrü  olmuşdur. 
Şirvanşahlar elm, incəsənət və poeziyaya hamilik edirdilər. 
Dövlətşah  Səmərqəndinin  məlu matına  görə  şirvanşah  Şeyx  İbrahim 
(1382-1417-ci  illə r)  Şirvana gəlmiş  məşhur fars şairi Kat ibi Turşizinin bir şerinə görə 
ona 10 000 qızıl dinar bağışlamışdı.
181
 
O  dövrün  ən  görkəmli  alim  və  şairləri  Şirvanşahlar  sarayında  top-lanmışdı. 
Məsələn,  Mənuçöhr  və  I  Axsitanın  hakimiyyəti  dövründə  Əbülüla  Gəncəvi,  Fə lə ki 
Şirvani, Əfzələddin Xaqani, Məhsəti və b. kimi b ir ço x görkəmli şair və mütəfəkkirlər 
Şirvanda yaşayırdılar.
182
 Hə min şairlə rdən Əbülü la Gəncəvi, Fə lə ki Şirvani və  Xaqani 
Şirvanın və onun vilayətlərinin " məliküşşəra"sı ("şairlər şahı") sayılırdı. Bu  dövrdə dahi 
Azərbaycan  şairi  Niza mi  yazıb  yaradırd ı.  İncəsənət  və  ədəbiyyatın  tərəqqisi  orta  əsr 
Azərbaycan mədəniyyətinin  ü mu mi yüks əlişin in tərkib h issəsi idi.  Bu dövrdə dini və 
sufi-mistik  görüşlərin  təsiri  a ltında  olan  fə lsəfə,  e lm  və  ədəbiyyat  xüsusilə  inkişaf 
etmişdi. 
A.Bakıxanov elmi əsərləri olan  Şirvandan çıxmış  görkəmli orta əsr alimlərini 
sadalayaraq, onların arasında Məhəmməd Əli Bakuvi kimi tanınan Şey x Əbu Abdullah 
Əli  ibn  Məhəmməd   Bakuvinin   adını  çəkir.
183
  Bakuvi  (948-1050-ci  illər)  Ba kıda 
ilah iyyatçı  ailəsində  doğulmuşdur.  Onun  ilk  müəllimi  atası  o lmuşdur.  Bakuvi 
zahiriliyin  ardıcılı olmuş, sonralar  isə batinilərə yaxınlaş mışdır.  O,  ixtiyar yaşlarında 
Bakın ı tərk edərək dağda mağaraya çəkilmiş və guşənişin həyat sürmüşdür. Bakuvi şair 
və panteist filosof olmuşdur. O, ço xlu s əyahət etmiş, İranda, Orta Asiyada, Ərəbistanda 
və  ehtima l  ki,  Hindistanda  olmuşdur.  Səyahətdən  qayıtdıqdan  sonra  Nişapurda  və 
Şirazda yaşamışdır. Bakuvi şeirlərini Baba Kuhi (dağlarda yaşayan qoca) təxəllüsü ilə 
yazmışdır.  Onun əsərləri hədislər toplusundan, sufilərin həyatından bəhs edən "Əxbər 
əl-arifin",  "Əxbər  əl-qafilin"  toplularından,  şeir  və  hikmətli  sözlər  məcmuəsindən 
ibarətdir.  Bakuvi şiə olsa da, onu  mö min  müs əlman hesab etmə k doğru olma z. Onun 
dünyagörüşündə atəşpərəstliyin və Günəşə sitayişin təsiri ö zünü göstərir. Bakuvi bütün 
Şərq ölkələrində məşhur olmuşdur.
184
 
Bakuv inin şirvanşahın qızına məhəbbəti haqqında rəvayət döv-rümüzədək gəlib 
çatmışdır:  XVII  əsrin  əvvəllərinin  səyyahı  Şirazda  dağın  başında  Bakuvi  ilə  yanaşı 
onun ölümündən  sonra  qəbrinə  və  ziyarətə  gələn  zəvvarlara  xid mət  göstərmək  üçün 
oraya  gəlmiş  şirvanşahın  qızının  (Roi  de  Bak u)  dəfn  olunduğu  məqbərəni  təsvir 
etmişdir.
185
 
XIV-XV əsrlərin hüdudlarında bütün Ya xın və Orta Şərqdə ifrat şiə təriqəti olan 
hürufilik geniş intişar tapdı. Panteist istiqamətli bu fəlsəfi cərəyanda şəxssiz başlanğıc 
olan Allah təbiət in ö zü ilə  eyniləşdirilir.
186
 Təriqətin banisi Fə zlüllah Nə imi Astrabadi 
idi  (d.təqribən  1340-c ı  il  -  ö.h.796  (1394)-cü  il).  Teymu run  sürgün  etdiyi  Fə zlüllah 
Nəimi  1386-cı  ildən  Ba kıda  və  Şirvanda  yaşamışdır.  Tey murun  oğlu  Miranşah 
Fəzlüllahı 1394-cü ildə  Na xç ıvan ya xın lığ ındakı Əlincədə öz ə li ilə qətlə yetirmişdir. 
Bu yaxınlarda  Nəimin in qəbri tapılmışdır.  Sufizmin güclü təsiri altında olan hürufilik 


127 
 
təlimi Fə zlüllahın  və onun müridlərin in yazd ığı bir sıra  traktatla rda - " Cavidan-i Kəbir", 
"Məhrəmna mə"  və  s.  əksini  tapmışdır.
187
  Hürufiliyin  tərəfdarları  Quranın  əsas 
ehkamların ın  yenidən  nəzərdən  keçirilməsini  və  təkzib  olun masını  mü mkün  hesab 
edirdilər. Bu tə limə görə Ka inat əbədidir. "İlahi başlanğıc insanda, hətta onun surətində 
təcəssüm edir, zira insan Allahın surəti kimi yarad ılıb. Ka inat kimi, insan cəmiyyətinin 
hərəkəti də siklik surətdə dövr edir.  Hər sikl Adə min təzahürü  ilə başlayıb "Qiya mət 
günü"  ilə  qurtarır.  İlah i  başlanğıc  peyğəmbərliyə,  müqəddəsliyə,  ilahiliyə,  yaxud 
allah lığa  qədər  kamilləşən  insanda  təcilli  edir.  Sonuncu  peyğəmbər  Məhəmməd,  ilk 
müqəddəs  Əli,  sonuncu  müqəddəslər  isə  on  birinci  şiə  imamı  Əl-Həsən  əl-Əsgəri 
olmuşdur.  Fəzlü llah  Astrabadi  allahın  təccəlla  etdiyi  ilk  insandır".
188
  Fəzlü llah ın 
məşhur  "ənəlhəqq"  -  "mənə m  a llah"  ifadəsi  bütün  Ya xın  Şərqdə  geniş  yayılmışdı. 
Hürufilər nitqin, ağlın rəmzi, təcəssümü saydıqları ərəb əlifbası hərflərinə (cəm halda - 
hüruf)  mistik  məna  verird ilər.  Onlar  insanla,  təbiətlə,  Allahla  eyniləşdirilirdilər. 
Hərflə rdə insan surətinin  xətt və ünsürlərinin  mistik n işanələri gizlən mişdir.
189
 Şiəlik 
kimi, hürufilik də feodalizmə, Tey murilər istibdadına qarşı xalq hərəkatlarının  ideolo ji 
pərdəsi  idi.  Hürufilik  təlimi  ö z  dövrünə  görə  mütərəqqi  olmuşdur.  Feodalizmə  qarşı 
inqilab i  mü xalifət bütün orta əsrlər boyu davam etmişdir.  Zamanın şəraitinə  müvafıq 
olaraq o, gah  mistika şəklində, gah açıq b idət şəklində, gah da silahlı üsyan şəklində 
meydana çıxır.
190
 Hürufilik hərə katı d ini pərdəsinə ba xmayaraq, aç ıq-aşkar antifeodal 
xalq   hərəkat ı  istiqamət i  daşımışdır.  Fə zlüllah  eda m  olunduqdan  sonra  hürufilər 
Teymurilərə qarşı çıxış et mişlər. Hüru filər "istibdad və zülmü aşıb daşdığı yer ü zünə 
həqiqət və ədalət gətirəcək"
191
 Qaimin, yəni Mehdin in zühuruna inanırdılar. 
XIV  əsrin  sonlarında  Ba kı  hürufilik  tə limin in  bütün  Ya xın  və  Orta  Şərqə 
yayılmağa başladığı mərkəz idi. Qeyd etmək vacibdir ki, Bakı əhalisi sünniliy in şafiilik 
mə zhəbinə  mənsub müsəlmanla r idi.
192
 Lakin şiə lik burada art ıq XIII əsrin  a xırlarında 
və  XIV  əsrdə  yayılmağa  başla mışdı.  Bunu  XIII  əsrin  sonunda  Bib iheybətdə  şiə 
müqəddəslərindən sayılan Höku mə  xanımın  məscidin in və məzarı ü zərində türbəsinin 
tikilməsi,  e ləcə  də  XV  əsrdə  Şirvanşahlar  sarayının  Divan xanasında  v ə  türbəsində 
Əlinin ad ı çəkilən kitabə də göstərir. Gö rünür, Dərbəndi Şirvanşahlar sülaləsindən olan 
I Xə lilü llah, ehtimal ki, şiə liyə  meyl göstərmiş, ya xud həmin  kitabələ r, sonralar, XVI 
əsrin əvvəllərində, Dərbəndi şirvanşahlar - Şey xşah və başqaları - vassalı olduqları Şah 
İsmayıla  xoş  gəlmək  üçün  şiəliyi  qəbul  etdiyi  vaxtlarda  yerləşdirilmişdir.  XIV  əsrin 
sonlarında  Azərbaycanda  görkəmli  şair,  filosof  və  mütəfəkkir  İma -dəddin  Nəsimi 
(1369-1417) yaşayıb-yaradırdı.  Bir ehtima la görə, təbrizli, başqa bir ehtima la görə isə 
şamaxılı o lan Nəsimi Bakıda yaşayırdı. O, türk, fars və ərəb dillərində zəngin poetik irs 
qoyub  getmişdir.  Aşağı  təbəqələrdən  çıxmış  Nəsimi  xalqa  ən  yaxın  lirik  şair,  onun 
hakim  feodal sinfinə və  zadəganlara nifrətinə tərəfdar ç ıxmışdır. Nəsimi dünyagörüşü 
etibarilə  hürufi  olmuşdur.  Fəzlü llah  Nəimin in  ölü mündən  sonra  Nəsimi  hürufilik 
təriqətinin  ən  görkə mli  rəhbəri  olmuşdur.  Nəsimin in  bütün  həyatı  və  yaradıcılığı 
hürufilik ideyaların ın yayılmasına,  Teymu rilər əleyhinə  mübarizəyə həsr olunmuşdur. 
O,  müsəlman ları  A llaha  və  d inə  xid mətdən  imtina  etməyə  çağırmışdır.  Onun  bütün 
əsərləri, türkcə Divanı hürufilik fəlsəfəsi və ideyaları ilə aşılan mışdır. Nəsimi ən gö zəl 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə