[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə61/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   57   58   59   60   61   62   63   64   ...   143

124 
 
üstündəki altıguşəli  xonçalarda kufi  xətlə 6 dəfə  Əli sözü həkk edilmişdir.
165
 Hə min 
kitabələ r  göstərir  ki,  şəhər  əhalisi  sünni  olduğu  halda,  Dərbəndi  sülaləsindən  olan 
şirvanşahlar şiə idilər. 
Şəhərin həndəvərində, qala divarların ın yaxın lığ ında burada emalatxanaları olan 
sənətkarla r yaşayırdıla r. Şəhərin ən yo xsul təbəqələrinin də ev ləri burada id i. 
Dərbəndilə r süla ləsindən olan ilk şirvanşahlar sürətlə qala lar, sarayla r, məscidlər 
və  digər  binalar  tikdirirdilər.  Şirvanşahların  Abşeronun  Nardaran  kəndindəki  yay 
iqa mətgahı XV əsrin əvvəlinə aid saray  ima rətlərindəndir. Ba kuvi 1403-cü  ildə qeyd 
edirdi  ki, şəhər əhalisi hər il yayı ü zü m, əncir və nar yetişdirilən bağlarda  keçirir.
166 
Şirvanşahların  xan  bağı  adlandırılan  iqamətgahı  üslubca  saray  ansamblının  ilk 
tikililərinə ya xındır. 
Xəlilullahın  hakimiyyəti  dövründən  Cümə  məscidin in  üzərində  Quran 
ayəsindən  ibarət  kitabə  və  şirvanşahın  adı  həkk  olun muş  h.841  (1437/8)-c i  ilə  a id 
minarəsi  qa lmışdır.
167
  Kitabə  şərəfəni  (müə zzinin  dayandığı  kiçik  da irəvi  eyvan) 
saxlayan stalakt it pərvazın (qurşağın) a ltındadır. 
Bakı qalasındakı Xacə  Əmirşah  məscidinin g irişində aşağıdakı  məzmunda daş 
kitabə qalmışdır: 
"Bu nurlu məscidi A llah na minə tikməy i sultan oğlu Şey x İbrah imin za manında 
möhtərəm sədr, mərhu m Xacə Hacı Yaqubun oğlu Xacə Əmirşah 818-ci ildə əmr etdi" 
(1415/6)-c ı il.
168
 
XV əsrdə bir sıra ö lkə lərlə  tica rətin inkişafı ilə  ə laqədar Şirvanşahlar karvansara, 
ovdan  və  körpülərin   tikint isinə  diqqəti  a rtırdılar.  Tac irlərin  və   xırda   alverç ilərin 
dükanları,  habelə  b ir  sıra  karvansaralar,  o  cü mlədən  Bu xara  karvansarası  (XV  əsr), 
Multani  karvansarası  (Hindistandakı  Multan  əyaləti  əhlindən  olan  hin  tacirlə rin in 
karvansarası) limanın yaxın lığ ında yerləşirdi. Həmin  karvansaralar, ehtimal ki, XV əsrə 
aiddir. Hindistan Azərbaycanla hələ  VII əsrdən,
169
 bəlkə də  daha əvvəllə rdən iqtisadi və 
mədəni ə laqələr sa x-layırdı. Abşeronda maddi s ərvətlərin a rt ması, feodal əyanlarının  və 
ruhanilərin ə lində kü lli miqdarda pul vəsaitinin  toplan ması t ikintinin  inkişafına ə lverişli 
şərait yaradırdı. 
Qazıntı  zamanı Qız qalasının yaxınlığ ında üç tərəfdən Divan xananın tağlarına 
və  sütunlarına  o xşayan  tağlı  və  sütunlu  dəhlizlə  əhatə  olunmuş  kiç ik  meydan  aşkar 
edilmişdir.  Bu  meydanda  quyu  olmuş  və  XII-XIV  əsrlərə  aid  b ir  neçə  məqbərə  üzə 
çıxarılmışdır.  Ehtimal  ki,  bu  həyət  və  dəhliz  ibadət  yeri  türbə,  pir  o lmuşdur.  Həmin 
ərazidə  aparılacaq  gələcək  tədqiqatlar  və  qazıntı  işləri  bu  binanın  təyinatını 
aydınlaşdırmağa imkan verəcəkdir.
170
 
Bakı  və  Abşeronda  XIV-XV  əsrlərə  aid  ço xlu  ictimai  təyinatlı  abidələr  - 
hama mlar və ovdanlar t ikilmişdir. Hə min ha ma mla rın  ço xunda ənənəvi planlaşdırma  
prinsipləri  təkrar  olunur.
171
  Hama mlar,  adətən  günbəzdəki  fənərlər  vasitəsilə 
işıqlandırılırdı.  On lar  saxsı  borular,  yaxud  döş əmənin  altındakı  kanallar  vasitəsilə 
qızd ırılırdı:  qızd ırılmış  su  bu  kanallar  vasitəsilə  dövr  edird i.  Hamam  binası,  adətən, 
istini saxlamaq üçün yer səthindən aşağıda tikilirdi.
172
 
Qız qalasın ın qənşərindəki Hacı  Qaib hamamı təqribən XV əsrə aid olub, daha 


125 
 
mü kəmməldir.  Onun  kiçik  otaqlarla  əhatə  olunan  səkkizguşəli  mərkəzi  soyunma  və 
yuyunma  salonları  vard ır.
173
  Bu  hama mın  tağla rı  və  günbəzləri  Abşeron 
hamamlarınkından  formaca  daha  mü xtəlif  və  mükəmməldir.  Bakıda  bu  tipli  bir  sıra 
başqa hamamlar da qalmışdır. 
Bakıda, İçərişəhərdə və onun xaricində, Abşeronda bir sıra ovdanlar - sü xur və 
kəhriz sularını topla maq və sa xla maq üçün yeraltı qurğular qalmışdır.  Ovdanların  v ə 
içməli su quyularının tikilməsi, bütün Şərqdə olduğu kimi, A zərbaycanda da nəcib və 
xeyirxah  iş  sayılmışdır.  Ovdanları  t ikənlə rin  və  t ikilmə   tarixləri,  adətən,  onların 
girişindəki  kitabələrdə  əks  etdirilirdi.  Onların  girişləri  memarlıq  baxımından  çatma 
tağlı baştağ şəklində düzəldilird i.  Ovdanlar torpaqda qazılmış, yaxud bərk sü xurlarda 
oyulmuş  pillə lərlə   düşülən  ma ili  lağımlard ır.
174
  Lağımın  qurtaracağında  kəhriz 
sularının  toplandığı  çarhovuz  olu r.  Onların  üstü  mü xtəlif  cür,  bəzən  çatma  tağla 
örtülürdü.  Bakıda  indiki  Niyazi  küçəsində,  Şirvanşahlar  sarayının,  keçmiş 
gömrükxananın yaxın lığ ında ovdanlar var  idi.
175
 Onlardan biri haqqında S.Bronevski 
mə lu mat verir: "Şəhərin şimal divarından təqribən  300 addım a ralıdakı əhalini su ilə  
təmin  edən  qədim  quyu  diqqətəlayiqdir.  O,  ço x  böyük  çətinliklə  daş  təbəqəsində  45 
sajın  dərin liy ində  qazılmışdır  və  bir  sajın  böyüklükdə  kvadratşəkilli  ağ zı  var.  Ora 
girdikdən sonra suya qədər dik pillə lərlə  düşmək  lazımd ır.  Pilləkən in qurtaracağında 
olduqca iri zağa oyulmuşdur. Onun orta-sında hovuz vardır ki, oradan təmiz bu laq suyu 
götürürlər".
176 
Təsvir  olunan  ovdan  dövrümüzədək  qalma mışdır.  Bundan  başqa 
İçərişəhərdə XVI əsrə aid bir neçə ev, yaşayış evinin baştağı, portikli (eyvanlı) qədim 
tikili və s. aşkar edilmişdir. 
İçərişəhərdə ictimai binalar, o cü mlədən musiqin in müşayiəti ilə id man yarışları 
keçirilən " zorxana"da olmuşdur. Zorxana XVIII əsrin sonlarında burada olmuş səyyah 
tərəfindən təsvir edilmişdir.
177
 
Zorxana  Bu xara  və  Multani  karvansaraların ın  ya xın lığındakı  tağ  örtüklü 
zirzə midə  yerləşirdi.  Onun  qapısı  bazar  tərə fdən  idi.  Zirzə minin  ortasında  id man 
oyunları  üçün  nəzərdə  tutulan  eni-uzunu  l0  metr  və  dərinliyi  1,5  metr  o lan  "süfrə" 
deyilən kvadrat  meydança var  idi.
178
 "Öz  istəyi  ilə  buraya gələn hər  kəs hər  iki ə linə 
mü xtəlif  ağırlıqda  daş  götürüb  musiqinin  müşayiəti  ilə  tamamilə  yorulana  qədər 
oynadırdı".
179
 İdman oyunları və  məşqlər ağac, də mir və daşdan düzəldilmiş mü xtəlif 
alətlər - mil, yekbəgirlə r, ağır daşlar və s. - vasitəsilə aparılırdı. İd man məşğələ ləri hər 
gün keçirilir və onlarda tanın mış pəhləvanlar iştirak edird i.
180
 
 
 
 
 
 
 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə