[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə60/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   56   57   58   59   60   61   62   63   ...   143

122 
 
1947-c i və 1958-1962-c i illərdə aparılan arxeoloji qa zıntılar za manı üstündə bağ 
salın mış  torpaq  örtüyünün  altında  böyük  hamam  (26  otaqlı)  aşkar  edilmişdir. 
Hal-hazırda  ha ma m hə m üstdən, həm də  içəridən torpaqdan təmizlən mişdir.  Ha ma m 
adətən,  qışda  istini,  yayda  is ə  soyuğu  qoruyub  saxla maq  məqsədilə  tikilən  başqa 
Abşeron  hamamları  kimi,  yer  səviyyəsindən  dərinlikdə  idi.  Onun  otaqlarından  biri 
səkkizbucaqlıd ır.  Otaqların  günbəzində  işıq  düşməsi  üçün  açırımlar  -  bacalar 
qoyulmuşdur.  Ha ma mın  daş  tağtavanı,  staliktit  bə zəklə ri  var  idi.  Divarlar  və  hovuz 
qismən bugünədək qalmış kaşı ilə  örtülmüşdü. XVIII əsr səyyahı İ.Le rx xəbə r verir ki, 
hama m  hə m  bayırdan,  hə m  də  içəridən  ya xşı  bəzəd ilmişdir.
157
  Su  döşəmənin 
pərvazında quraşdırılmış kə mə rlə döşəmədə tikilmiş hovuza dolurdu. 
Ha ma m dəhlizdən, soyunub-geyinmə salonundan,  mərkə zi salondan, ayrı-ayrı 
çimmə və buğxana otaqlarından, habelə  isti və soyuq su hovuzlarından (xəznələrdən) 
ibarət id i.  Ha ma m döş əmə lərin alt ında quraşdırılan və qızd ırıcı ka me raya - "kü lxan"a 
birləşdirilən isti hava kanalları vasitəsilə isidilirdi.
158
 
Hamam "şam kimi yanan sarı rəngli"
159
 daş kimi bərkimiş ağ neft lə qızd ırılırdı. 
Hə min neft şəhərə gətirilərə k, əhali tərəfindən yanacaq kimi istifadə olunurdu. Ha ma ma  
şirvanşahın  ailəsinə  və  saray  adamlarına  xid mət  edird i.  Hamam  su  bilavasitə  onun 
yaxınlığındakı qədim ovdandan gətirilirdi. İ.Lerx həmin ovdan haqqında aşağıdakıları 
xəbər verir: "Şəhərin ya xınlığında çay yo xdur.  Əhali quyu suyundan istifad ə edir; ən 
yaxşı su isə daşda oyulmuş 70 pillə li şah quyusundan çıxa rılır".
160
 
Ovdan yerüstü hissəsi (girişi) səliqə ilə düzülən  daş hörgü ilə işlən miş sal qayada 
qazılmışdı. Girişin böyük dərinlikdəki hovuzun başında qurtaran pilləkənə tərəf aparan 
düzbucaqlı  çatma  açırımı  var  id i.  Su  buraya  yeraltı  lağımlardan  -  kəhrizlərdən 
yığılırdı.
161
 
Qərb  qala  divarı  ya xın lığında  inşaat  işləri  aparılarkən  təqribən  10  metr 
dərinlikdə dağlardan ovdan və Şirvanşahlar sarayı istiqa mətində gələn qədim su kə mə ri 
aşkara  çıxmışd ır.  Ehtimal  ki,  saraya  və  hamama  su  bu  kəmərlə  gətirilmişdir.  Yaşlı 
sakinlərin  dediy inə  görə,  saray  b inasının  şima l-şərqində  əvvəllə r  şah  tövlələ ri 
olmuşdur. Hal-hazırda  isə burada yaşayış evləri tikilmişdir. Divan xanadan şimaldakı 
yaşayış evlərindən birində hörgüsü sarayın fasadının hörgüsünə oxşayan qədim divarın 
gövdəsi görünür. Bu, ehtimal ki, saray ansamblına daxil olan b inaların qalıqlarıd ır. 
Qeyd etmə k la zımd ır  ki, ansamb la da xil olan binala r  mü xt ə lif va xt larda tikilsə 
də,  vahid  me ma rlıq  üslubu  ilə  birləşdirilmişdir.  Seyid  Yəhyanın  məqbərəsinə  bitişik 
məscid, e ləcə də, türbə və aşağı həyətdəki  məscid  xaçabənzər günbəzşəkilli bina ların 
prinsipi ilə planlaşdırılmışdır. Üslub vəhdəti me ma rlıq fo rma larının yığca mlığında, tağ 
və  stalaktitlərin  fo rmasında,  baştağların,  tağların  timpan larının  və  bina ların  digər 
hissələrinin  haşiyələrinin 
zəngin  na xışlan masında  və  bəzədilməsində,  ə rəb 
hürufatından  bəzək  kimi  istifadə  olunmasında,  b inaların  hörgüsündə  mü xtəlif  rəngli 
daşlardan ensiz və enli zo laqlar salın masında və digər detallarda təzahür edir. 
Şirvanşahlar  sarayı  ansamblı  A zərbaycan  memarlığ ının  və  dekorativ  tətbiqi 
sənətinin,  inşaat  texnikasının  böyük  inkişafından,  o  dövrün  me marlarının, 
həkka kla rın ın,  nəqqaşların ın  yüksək  sənətkarlığ ından  xəbər  verir.  Bu   me ma rlığ ın 


123 
 
spesifik  cəhətləri,  ehtima l  ki,  Abşeronun  əlahiddəliyi,  onun  iqtisadi  və  təbii 
xüsusiyyətləri,  gö zəl  inşaat  materialı  -  badamdar  daşının  o lması  və  i.a.  bağlıd ır. 
Ansamblın  binaların ın  memarlığı,  ehtimal  ki,  Abşeronun  dövrümüzədək  gəlib 
çatmamış ona qədərki abidələrin in memarlığ ı ilə bağlıd ır. Onun kö klərin i Abşeronun və 
Şirvanşahların qədim paytaxtı Şamaxın ın uzaq keçmişində axtarmaq lazımdır. 
Yü ksəkliy in təpəsində ucaldılan saray ansamblı günbəzlərin in və minarələrin in 
siluetləri,  yaraşıqlı  monu mental  me marlıq  forma ları  ilə   Şirvan  hökmdarlarının  - 
Dərbəndilə r  sülaləsi  şirvanşahlarının  vəsfi  ideyasını  təcəssüm  etdirən  əzə mət  və 
möhtəşəmlik  təsiri  bağışlayırdı.  Ansambla  daxil  olan  binalar  mü xtəlif  vaxtlarda 
tikilmişdir.  İlk  b inalar,  ehtimal  ki,  sarayın  XIV  əsrin  sonlarında  tikilmiş  mərkəzi 
hissəsi,  yəni,  ikinci  mə rtəbənin  girişi  hündür  ha mar  baştağı  ilə   haşiyələnmiş 
səkkizguşəli  salonu,  habelə  sonralar  Seyid  Yəhya  Ba kuvinin  türbəsinin  bitişdirildiyi 
"təzə  məscid"dir.  I  Xəlilüllah  za manında - XV əsrin birinci yarısında sarayın özünün 
qalan binaları, türbə (h.839 (1435/6)-cu  il), şah məscidi, minarəli saray məscidi (h.845 
(1441/2)-c i il), sonralar isə saray hama mı və ovdan tikilmişdir. 
XV  əsrin  ikinci  yarısında  Seyid  Yəhya  Ba kuvinin  türbəsi,  XV-XVI  əsrlərin 
ayrıcında,  Fərru x  Yəssar  zaman ında,  ehtimal  ki,  Divan xana  və  qərb  fasadına  bitişik 
əlavə  bina  tikilmişdir.  Ansamblın   ən  son  tikilisi  h.994  (1585/6)-cü  ilə  aid  Şərq 
darvazasıdır.  XV  əsrdə  saray  ansamblı  Bakı  qalasının  içqalası  olaraq,  bürclü  divarla 
əhatə  edilmişdi;
162
  ehtima l  ki,  1501-c i  ildə  dağıdılmışdır.  Onun  XX  əsrin 
əvvəllərinədək nəzərəçarpan izləri dövrü müzədək qalmamışdır. 
Qədim  şəhərin  görkə mi  təkraro lunma z  gö zəlliyə  ma likdir.  Bu  gö zəlliyi  ona 
təkcə orta əsrlər  me marlığının görkə mli abidə lərindən olan Qız qalası, saray ansamblı 
və  qədim  məscidlər  deyil,  hə m  də  geniş  buxtanın  sahilindəki  yerin  re lyefindən 
məharət lə istifadə edilərə k salın mış dar küçə və döngələri, ba zar və meydançaları o lan 
qədim  məhəllə lər verir.  XVI əsrədək şəhərin  mərkə zi təpənin başında, şirvanşahın və 
feodal əyanlarının yaşadığı saray zonasında yerləşirdi. 
Şəhər  orada  yaşayan  bu  və  ya  digər  əhali  təbəqəsinin  adın ı  daşıyan  bir  sıra 
məhə llə lərə  bölünürdü.  Hə r  məhə llən in  öz  məscid i  var  idi.  Məsələn,  tayfalarla  - 
ye ddilər, gilək, yaxud doqquzlar , habelə peşə sahibləri ilə - hamamçılar , həkkaklar 
bağlı  qədim  məhəllə  adları  indiyədək  qalmaqdadır.  "Şahgəldi"  məhəlləsinin  adı 
maraqlıdır. 
Şahgəldi  Hüseyn bəy Lələ  Şamlunun cilovdarı o lmuşdur. Fərru x  Yəssarla Şah 
İsmayılın  döyüşündə  Şahgəldi  Gülüstan  qalasının  yaxın lığ ında  onu  təqib  edən 
qızılbaşlardan  at  belində  qaçan  Fərru x  Yəssarı  haqlayaraq  başını  kəs miş  və  şahın 
hüzuruna gətirmişdir.
163
 
Qızılbaşlar  1501-ci  ildə  Şirvanı  zəbt  etdikdən  sonra  şah  Hüseyn  bəy  Lələ 
Şamlunu  oraya  canişin  təyin   etdi.  O  isə  Şahgəld i  ağanı  öz  yerinə  Şirvana  hakim 
qoydu.
164
  Ehtimal  ki,  Şahgəld i  ağa  Bakıda  yaşamış,  saray  zonasındakı  adlı-sanlı 
feodalların yaşadığı məhəllə də onun adı ilə adlan mışdır. Ən qədim məhəllələrdən olan 
Şeşəlinin  adı,  görünür,  türbənin  girişi  üstündəki  altıguşə  şəkilli  xonça  ilə  bağlıd ır. 
Orada  kufi  xətlə   6 dəfə  "Əli" sözü  yazılmışdır. Divan xana rotondasının beş girişin in 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə