[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə68/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   64   65   66   67   68   69   70   71   ...   143

140 
 
keçmiş hakimiyyətlərin i bərpa etmək məqsədilə Şirvan sünnilərinin Səfəvilər əleyhinə 
üsyanına  başçılıq  etmək  barədə  türk  sultanına  müraciətləri  bəhanə  olmuşdu.
15
  Hətta, 
Şirvanın  və  Bakının  Osman lıların  hakimiyyəti  altına  düşdüyü  bu  hala  belə  həmin 
işğallar  və  Şirvanşahların   nəsillərin in  ölkəni  formal  surətdə  idarə  etməsinin   bərpa 
olunması qısamüddətli və səbatsız olurdu. Türklər tutduqları Azərbaycan şəhərlərində 
öz  qarnizonlarını  yerləşdirdilər  və  ölkəni  paşalıqlara  və  sancaqlara  böldülər.  Sikkə 
sultanın  adından  kəsilməyə  başladı.  Şirvan  iki  bəylərbəyliyə  -  Şamaxı  və  Dərbənd 
bəylərbəyliklə rinə bölündü.
16
 
Osman paşa Şirvan bəylərbəyi təyin olundu.
17
 Şama xı vilayəti, Ba kının da da xil 
olduğu 16 sancaqdan idi; Lahıc (Höv z və Lahıc), Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, 
Bakı (Bad ku) (Abşeronla birlikdə - S.A.), Səde-ru, Qara Ulus, Axtı və İxır, Diku, Siryan 
(Sirxan),  Os mani,  Xudaverd  (Xudaderd),  Mah mu dabad,  Ərəş,  Ba kın ın  hakimi,  o 
vaxtadək Oltuda olan Os manlı a lay bəyi Əbubəkr bəy təyin edild i.
18
 
Osmanlı  məmu rları  şəhər  və  yerlərdə  əhalin i  siyahıya  alaraq,  Osman lı  vergi 
sistemi  tətbiq  edirdilər.  Sikkə   sultanın  adından  kəsilməyə,  məscid lərdə  xütbə  III 
Muradın adından oxun mağa başladı. Mustafa paşa Osmanlı qarn izonlarını Azə rbaycan 
və Şirvan şəhərlərində yerləşdirdikdən, Şa ma xıda,  Ba kıda,  Ərəşdə və digər şəhərlərdə 
qalaları  möhkəmləndirdikdən sonra ordunu buraxd ı və onu geriyə,  Gürcüstan yolu ilə 
qışlamaq üçün Ərzuru ma göndərdi.  O,  Özdəmir oğlu  Os man paşanı Şirvandakı  işğal 
qoşunlarının  ko mandanı  təyin  etdi.  1580-ci  ildə  Səfəvilər  türk  qoşunların ın 
getməsindən  istifadə  edərə k  Os manlılara   qarşı  yenidən   hərbi  ə mə liyyata  başladılar. 
Türk qoşunları şah Məhəmməd  Xudabəndinin oğlu  Həmzə Mirzə tərəfindən  məğlub 
edildi.  Bu zaman  Şamaxıda olan və h.974  (1566)-cı  ildə ölmüş Abdulla  xan  Ustaclını 
əvəz edən Şirvan bəylərbəyi Aras xan Ru mlu tərəfindən mühasirəyə alınan Osman paşa 
Şirvanı tərk edərək Dərbəndə qaçmağa məcbur o ldu. Səfəvilər Os manlılar ü zərində bir 
neçə dəfə qələbə qazandılar. Lakin tezliklə Səfəvilər dövlətində gedən daxili mübarizə 
və iğtişaşlar nəticəsində onların uğurları dayandırıld ı.  1582-c i  ilin sonunda III Murad 
Məhəmməd şahla sülh müqaviləsi bağla mış Sinan paşanı kənarlaşdıra raq,  müharibəni 
Azərbaycan ərazisində davam etdirməy i qərara  ald ı.  1584-cü  ilin yayında  100  min lik 
(başqa  mənbələrə  görə,  80  minlik)  Krım  qoşunu  Osmanlıların  vassalı  Məhəmməd 
Gireyin başçılığ ı ilə Şimali Qafqazdan keçərək Azərbaycana soxu ldu və Osman  paşanın 
qoşunları ilə birləşərək Qarabağ vilayətin i və Şirvanı tutdu. Həmin il Os manlı qoşunları 
Şamaxı  və  Bakını  yenidən  işğal  etdilər.  Məhəmməd  Girey  xan  və  Osman   paşa 
Şamaxıya daxil olaraq üç gün orada qaldılar, q ızılbaşları məhv etmək üçün Şirvanın hər 
tərəfinə dəstələr göndərdilə r.  Ba kını tutmağa göndərilmiş qoşunlar ş əhəri ə lə  keçirib, 
onun qızılbaş  müdafiəçilərindən  600  nəfər  qırdılar.  Xanəli  və  Maqsud sultanı  iyirmi 
qızılbaşla  əsir  aldılar.  Os manlı  tarixçisi  Asəfi  qeyd  edir  ki,  Azərbaycana  səpələnmiş 
çoxsaylı Krım qoşunu Şirvanın və ölkən in digər vilayətlərinin rəiyyətini amansızcasına 
qarət  edir,  onlara  zü lm  ed ird ilə r.  Onla r  ço xlu  əsir  götürüb,  Gəncəni,  Qarabağı  və 
Muğanı qarət edərək qışın yaxınlaş ması ilə Krıma qayıtdılar.
19
 
Krım  qoşunlarının  Azərbaycandan getməsindən  istifadə  edən şah  Məhəmməd 
Xudabəndə türklərlə  mübarizə aparmaq üçün qızılbaş əmirlərinin başçılığı  ilə Şirvana 


141 
 
qoşun  yeritdi.  Səfəvi  qoşunları  Bakını  mühasirəyə  ald ı.  Lakin  qalan ın  Os manlıların 
qoyduğu Əhməd bəyin rəhbərliyi ilə inadla müdafiə o lunması, Dərbənddən dəniz yolu 
ilə   kö mə k  -  bant  və  silah  alın ması  mühasirədəkilərin  Bakını  qoruyub  saxla masına 
kö mək etdi.  Os manlı  mənbələrin in verdiyi  məlu mata görə qalanın  mühasirəsi 40 gün 
çəkdi  (İsgəndər  Münşiyə  görə  mühasirə  18  gün  davam  etmişdir).  Qızılbaş  əmirləri 
Bakıya yaxınlaşaraq qalanı mühasirəyə almağa başlayanda Müseyib xan Təkəli, Şahru x 
xan Zülqədər və Pirməhəmməd Ustaclı arasında ixtilaf meydana çıxdı; onların hər biri 
müstəqil  hərəkət  etmək  istəyir,  başqasına  tabe  olmaqdan  boyun  qaçırırd ı.  Səfəvi 
qoşunlarının  düşərgəsində  aclıq  başladı  və  onlar  məqsədlərinə  çatmadan  mühasirəni 
götürməyə  və  geri  çəkilməyə  məcbur  oldular.  Tezliklə  q ızılbaşlar  Os man  paşa 
tərəfindən məğlubiyyətə uğradılar və üstünlük yenidən türklərin ə linə keçdi. 
1585-1588-c i  illər a rasındakı dövrdə türklə r A zərbaycanın  müharibə, q ıtlıq və 
əmirlərlə  şah  arasındakı  daxili  çəkiş mə  nəticəsində  dağılmış  şimal  və  cənub 
vilayətlərini işğal etdilər.
20
 
Şirvan  yenidən  türklərin  hakimiyyəti  altına  düşdü.  Bakın ın  qala  divarlarını 
uçurmuş  qızılbaş  qoşunlarının  getməsindən  istifadə  edən  Os man  paşa  Bakı  qalasını 
bərpa etdirdi və  möh kə mləndird i.  Şəhəri tərk et miş əhali onun s ərəncamı  ilə yenidən 
Bakıya  qayıtdı.  Asəfin in  məlu matına  görə  "Badkuyə"  qalası  əhalin in  və  şəhərə 
qayıdarkən öz evlərini də təmir və bərpa edən rəiyyətdən yığılan verginin hesabına 4-5 
ay ərzində dirçə ldid i.
21
 
1587-c i  ildə ölkənin böyük h iss əsi Os manlıla r tərə findən tutulduğu bir va xtda 
şanılı  və  ustaclılar  tayfalarının  əmirləri  Qəzvində  Məhəmməd  Xudabəndənin  kiçik 
oğlu,  on  altı  yaşlı  I  Abbası  (1587-1629)  şah  elan  etdilər.  Bu  vaxt  ö lkən i  şərqdən 
özbəklər, İranın daxilində isə qiyamçı q ızılbaş tayfaları təhdid etməyə başladı. Bu, şah 
Abbası Osman lılarla mübarizədən əl çəkməyə məcbur etdi.
22
 
1590-c ı  il,  mayın  21  -də  şah  Abbas  türklərlə  ağ ır  sülh  müqaviləsi  bağla ma lı 
oldu.  Hə min  müqaviləyə  əsasən,  Talış  diyarı  və  Ərdəbil  mahalı  istisna  olmaqla, 
Azərbaycanın şimal və cənub vilayətləri,  Kürdüstanın bir hiss əsi, Şərqi  Gürcüstan və 
şimali  Ermənistan  türklərə  verildi.  Abşeronla  birlikdə  Bakı  əvvəlki  kimi,  türklərin 
hakimiyyəti  a ltında  qalırd ı.  Türklə r  ibadətdə  rəsmi  ola raq  sünniliyi  tətbiq  və  şiələ ri 
təqib etməyə başladıla r. Onla r A zərbaycan əhalisinin ü zərinə ağır vergilər qoydular. 
Ölkədə,  o  cü mlədən  Şirvanda  bir  sıra  antifeodal  üsyanların  baş  verməsi  ilə 
əlaqədar olaraq öz ü mid lərində aldanılan və Osman lıların mərkəzləşdirmə siyasətindən 
narazı olan A zərbaycan feodal zadəganları kö mək üçün şah Abbasa müraciət etdilər.
23
 
Bununla bir va xtda Mos kva dövlətinin şərqdə müstəmləkəç ilik cəhdləri başladı. 
XVI əsrin orta larında  Volqaboyunu  ələ keçirən  Rusiya Cənubi  Qafqa zın hərb i feodal 
işğalına,  eləcə  də  Vo lqa-Xəzər  yolunun  möhkəmləndirilməsinə  çalışırdı.  Moskva 
dövlətinin şərq, o cü mlədən Azərbaycana qarşı müstəmləkəçilik niyyətləri ilə əlaqədar 
həmin ölkə lərin öyrənilməsinə ma raq yaranır. XVI əsrdə Moskva dəftərxanasının rəs mi 
coğrafi  sənədi  Moskva  dövlətinin  dövrümü zədək  gəlib  çatmamış  rəs mi  xəritəsinin 
(çertyojunun)  şərhi  olan   "Böyük  çertyoja  dair  kitab"  idi.  Həmin  kitabda  mü xtəlif 
ölkələr, o cümlədən Azərbaycan haqqında məlu mat verilirdi. Kitabın 59-cu səhifəsində 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə