[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə76/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   72   73   74   75   76   77   78   79   ...   143

156 
 
birlikdə  xəyanət etmə k niyyətinə düşmüş və rus qarnizonuna hücum edərə k ha mısını 
qırmaq  istəyir; bu məqsədlə Davud bəylə yazış mış və tezliklə ondan kömək gö zləy ir. 
Yü zbaşı  və  onun  adlı-sanlı  əlaltıları  çıxıb  getmiş,  digərləri  həbsə  alın mış,  bəziləri 
ölümə  məhku m  edilmiş,  qalan ları  isə,  həmin  cinayətdə  iştirak  etməmiş  bəzi  yo xsul 
adamlar  da  da xil  olmaq la,  Rusiyaya  sürgün  olunmuş,  ona  görə  də  şəhər  xey li 
boşalmışdır, təkcə hindilər  (hindlilər - S.A.) və burada ticarətlə məşğul olan ermənilər 
qalmışlar..."
79
 
Təsvir  olunan  hadisələrlə  ə laqədar  sultanlıq  ləğv  edild i  və  Ba kı  şəhərinin, 
Abşeron  kəndlərini  idarə  edən  naib  Səlim  xan ın  da  tabe olduğu  komendantı  həmin 
vaxt, hə m də şəhərin qubernatoru vəzifəsini icra edən knyaz Baryatinski
80
 təyin olundu; 
bu zaman qalanın qarn izonu dörd min nəfərdən ibarət id i.
81
 
Hə min va xtdan Bakını və Abşeronu rus komendantları idarə et məyə başladı. Bu 
hadisələrdən sonra, 1727-c i ildə rus hakimiyyət dairə ləri Də rgahqulu bəyi bağışladılar 
və onu yenidən Bakı şəhərinin sultanı təyin etdilər. La kin təqribən 1730-cu ildə o, şahın 
xid mət inə keçd i, ancaq  1732-c i  ildə yenidən geri qayıtdı və bağışlanaraq, Abşeronun 
Maştağa kəndindəki imarətində yaşadı.
82
 
Gö rünür, Dərgahqulu  xan qeyri-adi şəxsiyyət olub,  xalq arasında böyük nüfuz 
sahibi  idi.  A.  Ba kıxanovun  sözlərinə  görə  "onun  qüvvəti  və  şücaəti  xa lq  arasında 
məşhurdur".
83
  Çar  hakimiyyət  dairələ ri,  göründüyü  kimi,  onun  ölkədəki  nüfu zundan 
yerli əha lin in qabağını almaq və itaətdə saxla maq üçün istifadə etmək istəyirdilər. Buna 
görə də onun qəsd və xəyanətini  iki dəfə bağışlamışdılar. A.Bakıxanovun məlu matına 
görə  "Dərgahqulu  bəy  ibni-Heybət  Təbəsəran  ispahbadları  nəslindən  olan  Nurkucur 
ma likləri ailəsindəndir. Onun keç miş babaları gilanlı Xan  Əh məd  hadisəsi za man ında, 
h.1000  (1592)-c i  ildə  Şirvana  gəlib,  Bakıda  mü lk  sahibi  və  yüzbaşı  rə isi  o lmuşlar. 
Onların imarət və qalaların ın xarabalıqları Ramana kəndində indi də mövcuddur..."
84
 
Hələ çar qoşunlarının gəlməsindən əvvəl Dərgahqulu bəy Bakı sultanını öldürüb 
xan titulunu  mənimsə mişdi. Şah  Hüseyn Dərgahqulu bəyin və əhalinin  xahişi ilə onu 
bütün Abşeronun hakimi təyin  etmişdi.  Beləliklə, təzə sultan Məhəmmədhüseyn bəy 
təkcə  qalanı  idarə   edird i.  Hac ı  Davud  və  Surxay  xan  Bakın ı  a lmaq  istəyəndə 
Dərgahqulu xan onların qoşununu ş əhərin yarım ağaclığındakı bir təpənin ya xınlığında 
qarşılayıb  məğ lub etdi və həmin təpə o zamandan Qanlıtəpə adlan mağa başladı.
85
 Bu 
davada  Dərgahqulu  xanın  qardaşı  Hüseyncan  bəy  öldürüldü.  Dağıstan  feodalla rın ın 
basqınlarından  təhlükəsizliyini  təmin  edən  Dərgahqulu  xan  hakimiyyətini  başqa 
torpaqlar  üzərində  də  genişləndirmək  məqsədilə  qonşu  mahallalara,  Şəbərana  və 
Qobustana hücumlar etməyə başladı. Ruslar şəhəri tutduqdan sonra da o, əvvəlki kimi, 
Abşeronu idarə edir,  imarəti və bağı o lan Maştağa kəndindəki  imarətində yaşayırdı.
86
 
"Dərgah  xanın   fə rmanla rından,  xüsusilə,  Abdulla   bəy  Hac ı  Sə lim  bəy  oğlunu  Ba kı 
mahalına hakim təyin etməsi haqqındakı  fərman ının tarixindən və sair maddələrindən 
anlaşıldığ ına görə, onun hökmranlığı h.  1143 (1731)-cü ildə də davam edirmiş. Lakin 
                                                                 
 
Naib Səlim xan - çağdaş bakılı Səlimxanovların əcdadıdır.
 
 


157 
 
onun hansı ildə rus dövlətindən üz çevirib, b ir dəstə tərəfdarları ilə b ir müddət Bakı və 
Şirvan ətrafın ı çalıb -çapdığı və sonra gedib İran qoşunların ın əmirləri sırasına keçməsi 
mə lu m  deyildir.  H.151  (1738)-ci  ildə  Nadir  şahın  qardaşı  İbrahim  xan  Carda
87
 
öldürüldüyü zaman o da yaralan ıb Zəncanda vəfat etmişdir".
88
 
Çar  qoşunları  Bakın ı  tutmaqda  ikən  I  Pyotr  höku məti  Xəzərboyu  vilayətlərin 
Rusiyaya  birləşdirilməsi  barədə 
Səfəvilərlə   diplo mat ik  danışıqla r  aparırdı. 
1723-1724-cü illə rdə Sə fəvilərin və ziyyəti ağ ır id i, ölkə ə fqanların hücumlarına mə ruz 
qalmışdı.  Əfqanlar  artıq  İranın  böyük  bir  hissəsini  işğal  etmişdilər.  1723-cü  il 
sentyabrın  23-də  İran  səfiri  İs mayıl  bəy  Peterburqda  müqavilə  bağladı.  Həmin 
müqaviləyə görə şah Xəzər dənizin in Dərbənddən Astrabada qədər bütün qərb və cənub 
sahillərini Rusiyaya güzəştə gedirdi. Pyotr şah Təhmasib in hüquqlarını müdafiə  et məyi, 
Səfəvilərin  ə fqanlarla  və   türklərlə  müba rizəsində  ona  kö mək  göstərməyi  öhdəsinə 
götürürdü.  Rusların  Xəzərboyu  vilayətlərin i  işğal  etməsindən  narazı  qalan  Türkiyə 
Ermənistanı, Gürcüstanı və Şirvanın böyük h iss əsini tutdu.
89
 Lakin şah höku məti hə min 
müqaviləni təsdiq etmədi. 
Yaln ız 1724-cü il iyulun 12-də İstanbulda Rusiya ilə Türkiyə arasında müqavilə 
bağlandı.  Həmin  müqaviləyə  əsasən  Xəzər  dənizin in  Dərbənd,  Bakı,  Salyan,  Gilan, 
Mazandaran, Astrabad şəhər və əyalətləri daxil olmaqla, bütün qərb və cənub sahilləri 
Rusiyaya  keçir,  Şamaxı,  Nu xa,  Gəncə,  Təbriz  habelə  Ermənistan  və  Gü rcüstan  isə 
Türkiyəyə çatırdı.
90
 
Pyotr  1725-c i  ildə  öldükdən  sonra  Rusiya  hökumətinə  Xə zərboyu  torpaqları 
saxlamaq çətin ləşdi.  Çünki bunun üçün külli  miqdarda vəsait tələb edən böyük ordu 
lazım  idi.  Bundan  əlavə  qalalar  tikmək  və  onları  möhkəmləndirmək  üçün  xeyli  işçi 
qüvvəsi saxlanılırdı. İsti iqlim, bol meyvə və çiy su ağır xəstəliklərə və əsgərlər arasında 
ölüm hallarının ço xalmasına səbəb olur və orduya xeyli əlavə qoşun gətirilməsini tələb 
edirdi. Digər tərəfdən a lın mış əyalətlə rin  məda xili mə xaricin i ödə mird i.
91
 1730-cu ildə 
vəziyyət daha da ağırlaşdı. Belə ki, hə min va xt İranda türklə r üzə rində bir sıra qələbələr 
çalmış bacarıqlı sərkərdə Nad ir meydana çıxmışdı. 1734-cü ilin yayında Nadir qoşunla 
Şirvana yürüş edib Şamaxın ı tutdu. 
A.Bakıxanovun  sözlərinə  görə  "bu  zaman  İran  hüdudundakı  əhali  həyəcana 
gəlib  ü mu mi  surətdə  hücum  edərək,  Rusiya  ilə  müharibəyə  başladılar.  Ancaq 
general-mayor  Levaşovun  bacarığı  nəticəsində  Rusiya  bu  qorxulu  hadis ədən  nicat 
tapdı..." General Levaşova rus çarizmin in işğalçı qoşunlarının zorakılığına qarşı üsyana 
qalxmış  yerli  əhalini  itaətdə  saxlamaq  çətin  idi.  1733-cü  ildən  1735-ci  ilə-dək  işğal 
edilmiş Xəzərboyu vilayətlərə təyinat almış alman  həkimi İ.Y.Lerx Dərbənd, Şəbəran, 
Abşeron, Bakı və Salyandan keçib get miş, özünün yol qeydlərində general Levaşovun 
"basqınlar edən iğtişaşçılara" qarşı qəddarlığ ını və cəza tədbirlərini, "onların bəzilərini 
qabırğasından asdırdığını" təsvir edir, 1734-cü ildə  Lerx daha sonra yazır  ki, "tatarlar 
(yəni, A zərbaycan türkləri - S.A.) noyabrın 3-də ka zakla rdan 200 baş qarama l a lmış və 
beş  kazak  öldürmüşlər,  tatarlardan  isə  on  nəfər  öldürmüşdür."  Mayor  Eyken  onların 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə