[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə74/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   70   71   72   73   74   75   76   77   ...   143

152 
 
qoşun və silahla kö mək göstərilmiş, buna görə də onlar çarın Lunin lə göndərdiyi ikinci 
man ifestinə  rədd  cavabı  vermiş  və  ça r  qoşunlarını  Bakı  qalasına  bura xmaq 
istəmə mişlər. 
Bakılıların cavabından narazı qalan  imperator ş əhəri  zorla almağa hazırlaşırdı. 
La kin I Pyotrun Bakını tutması bir sıra mülah izələ rə görə dayandırıldı və rus ordusunun 
böyük bir hissəsi Rusiyaya qayıtdı.
44
 Pyotr 5 noyabr 1722-ci ildə Həştərxanda o larkən 
general-mayor M .A.Matyuşkinə sərəncam verd i: " Ya zda Kazandan 15 hekbot gələndə 
dörd polkla on larda Bakıya gedib onu almaq".
45
 
Pyotr  Xə zər  dənizinin  qərb  və  cənub  sahillərini  tutmağa  (çünki  hə min 
vilayətlərin,  xüsusilə,  Ba kın ın  türklə r  tərəfindən  tutulmasından  qorxurdu)  və  türklə ri 
oradan  sıxışdırıb  Xəzər  dənizinə  sahib  olmağa  tələsirdi.  Bununla  Pyotr  Rusiyanın 
Vo lqa-Xə zər  yolu  ilə  tica rətini  tə min  et məyə,  onu  zəngin  Hindistanla  bağlamağa  və 
Avropanın  Şərqlə  ticarətini  Türkiyənin  Kiçik  Asiya  torpaqlarından  yan  ötərək 
Rusiyadan keçməsinə yönəltməyə çalışırd ı.
46
 
Matyuşkin  ordunun  bir  hissəsi  ilə  Həştərxanda  qalaraq  Bakıya  yürüşə 
hazırlaşırdı.  Matyuşkin  ancaq  1723-cü  il  iyunun  20-də  gəmilər  gələndən  sonra  15 
paketbatla, 5 qaliotla və b ir neçə busla  Həştərxandan  Bakıya yollandı və  iyulun 6-da 
Bakı  körfəzin in  ortasında  lövbər  saldı.
47
  Gə milər  üç  hissəyə  bölündü.  Onla rın  b ir 
hissəsi  general-mayor  Matyuşkinin,  b ir  hiss əsi  general-mayor  knyaz  Trubetskoyun 
ko mandanlığı  altında  id i.  Üçüncü  hiss əyə  isə  briqadir  knyaz  Urusov,  Puşkin  və 
Soymonov  eskadranın  üç  hiss əsinin  yüksək  rütbəli  zab itləri  idi.  Artilleriyaya  mayor 
Gerber  ko mandanlıq  ed irdi.
48 
Matyuşkin  Həştərxandan  İranın  Peterburqdakı  səfiri 
İsmayıl  bəyin  Bakı  şəhərin in  sultanı  Məhəmmədhüseyn  bəyə  məktubunu  özü  ilə 
götürmüşdü.  Məktubda  səfir  sultanı  şəhəri  ruslara  təhvil  verməyə  sövq  etməyə 
çalışırdı.
49
 Hə min mə ktub mayor Neçayevlə şəhərə göndərilmişdi. Neçayevə bildirmək 
əmr  olun muşdu  ki,  "O,  şəhəri  qiyamçılardan  qorumaq  məqsədilə  qəbul  etmək  üçün 
Ümu mrusiya  imperatoru  böyük  hökmdarın  fərman ı  ilə  gəlmişdir.  Ona  görə  də  ümid 
edir  ki,  sultan  bu  işə  mane  olmaycaq,  əksinə,  İs mayıl  bəyin  məsləhətinə  əməl 
edəcəkdir".
50
  Lakin  Ba kı  sultanı  mayoru  ş əhərə  buraxmad ı  və  onu  iki  saat  gəmi 
körpüsündə saxladıqdan sonra aşağıdakı şifahi cavabla buraxmışdır: 
"Bakı şəhərinin əhalisi əlahəzrət şahın sadiq təbəələridir. On lar artıq dörd ildir 
ki, qiyamçı  Davuda qarşı duruş gətirmişlər və bundan sonra həmin q iyamçı nə qədər 
yaşasa da, güc toplasa da, ondan qorxmurlar və kö mək üçün nə bir nəfər qoşun, nə də 
bir batman a zuqə istəmirlər. Səfirin məktubuna gəldikdə isə, o, Rusiyada yazılmışdır və 
üstəlik onlar İs mayıl bəyin məsləhətinə, yaxud əmrinə əməl etməyə borclu deyillər".
51
 
Matyuşkin həmin cavabı alan kimi hücuma hazırlaş mağa başlamaq əmri verdi. 
Polkovniklər  Ostafyevə  və  Be zobra zova  dörd  batalyonla  sahilə  ç ıxmaq,  a rtilleriya 
ko mandiri  mayor  Gerberə   isə  qala   divarların ı  dəniz  tərəfindən  dağıtmaq   üçün  iki 
bombardir hekboru və 18 funtluq topları o lan daha beş gəmi hazırla maq ə mr olundu".
52
 
İyulun 21-də, səhər saat 7-də əsgərləri b ir neçə gəmin in h imayəsi altında şlyupka 
və botlarda sahilə daşımağa başladılar.  Dəstənin böyük bir hiss əsi artıq sahilə çıxmış, 
Çəpərlərə sığınaraq mövqe tutmuşdu. Lakin  bu zaman İran qarn izonunun güclü süvari 


153 
 
dəstəsi toplar sahilə çıxa rılana qədər rusların öhdəsindən gəlmək üçün qaladan bayıra 
çıxaraq, onlara həmlə etdi. Ancaq mayor Gerberin artıq döyüş ə hazır olan iki səhra topu 
atəş açmağa başlayıb, onları geri dönməyə məcbur etdi.
53
 
Soymonovun  məlu mat ına  görə  yeddi  rus  gəmisi  yarımdairə  şəkildə  şəhərə 
yaxınlaşaraq  lövbər  saldı.  Mühasirədəkilər  onlara  toplardan  atəş  açmağa  başladılar. 
La kin   gə midən  toplar  atəş  açmağa  başlayanda  mühasirədəkilər  b ir  saat  belə  davam 
gətirə  bilməyib,  topların ı  ataraq  qaçmağa  üz  qoydular.  Mortira lar  da  ö z  işin i  gördü, 
üçüncü mərmidən sonra şəhərdə böyük yanğın düşdü. Həmin gün axşama qədər şəhərə 
94  mə rmi  atıldı.  İki  batalyon  sahildə  batareya  düzəldib  onun  üzərinə  dörd  qaubitsa 
qoyaraq  mühasirədəkilərin  qala  divarında  açılmış  deşiyi  tutmasına  macal  verməmək 
üçün  həmin  yeri  gecə-gündüz  atəşə  tutdular.  Dörd  gün  ərzində  iri  deşik  açılsa  da, 
mühasirədəkilər təslim olmaq istəmird ilər. Süvari dəstələri hərdən  bir batareyaya həmlə 
edirdilər.
54
 
Rus ko mandanlığ ı iyulun 25-də şəhəri həmlə ilə almaq  qərarına gəld i. Həm də, 
general-mayor  belə   bir  sərənca m  verd i:  gecə,  sahildə,  düşərgədə  həmlən in  haradan 
ediləcəyin i  göstərən  aldadıcı  həyəcan  siqnalı  verilsin.  Mühasirədəkilər  bütün 
qüvvələrini həmin yerə yönəldəndə gəmilərdəki qoşun desant çıxarıb deşik açılmış yerə 
getsin. La kin gecə sahildən qalxan güclü kü lək gə miləri dənizə apardığından bu planı 
həyata  keçirmə k  mü mkün  olmadı.  Atəşi  dava m  etdirmək  mü mkün  deyildi. 
Mühasirədəkilər  bundan  istifadə  edərək  elə  həmin  gecə  divarda  açılmış  deşiyi 
hördülər.
55
 
Ertəsi  gün  ruslar  ş əhərə  qarpız  aparan  b ir  yerli  sakin i  tutaraq  general-mayor 
Matyuşkinin yanına gətirdilə r.  La kin onun heç nədən xəbəri yo x id i və general  mayor 
onu sultana və şəhər  əhalisinə  mə ktubla  şəhərə  buraxmaq  qərarına  gəldi.  Matyuşkin 
mə ktubda  onları  şahın  s əlahiyyətli  səfirinin  məktubuna  inan madıqla rına  və   onun 
məsləhətinə  ə ks  getdiklərinə,  habelə,  elç isini  şəhərə  bura xma maq la,  onu 
general-mayoru təhqir etdiklərinə görə  mə zə mmət ləyir və göstərirdi ki, onların ş əhər 
divarları nə qədər möhkəm o lsa da, rus mərmilərindən uçub dağılmışdır. Deşikləri tutub 
malalasalar da, bunun kö məyi olmayacaqdır, suvaq hələ qurumamışdır.  Ona görə də 
divar  ilk  atəşdən  uça  bilər.  Odur  ki,  general  imperatorun  mə rhə mətini  vəd  edərək, 
onlara  təslim  olmağı  məsləhət  görür.  "La kin   onlar  bundan  sonra  da  müqavimət 
göstərsələr və təyin  olun muş gün təslim olmasalar, şəhər hökmən alınandan sonra heç 
kəsə aman verilməyəcəkdir..."
56
 
Mühasirədə  olan  bakılılar  bu  məktubu  alandan  bir  saat sonra  dənizsahili  qala 
divarların ın  bürclərinə  ağ  bayraqlar  çıxard ılar,  sonra  sahildən  işarə  ilə  b ild irdilər  ki, 
danışıq  aparmaq  üçün  onların  yanına  adam  göndərilsin.  General-mayor  Matyuşkin 
zabit lərdən ibarət iki silah lı şlyupka göndərdi. On lar şəhərin dörd nü mayəndəsi ilə  geri 
qayıtdılar. Nü mayəndələr bildirdilər ki, əhali şəhəri təhvil vermək istəyir və xah iş edir. 
Matyuşkin nümayəndələrin yanında  müqavilənin  maddələrini yazdı və onlarla şəhərə 
göndərdi. Nü mayəndələr Şəhərin təhvil verilməsi üçün mühasirənin əvvəlində torpaqla 
doldurulmuş darvazaları açmağa b ir neçə saat möhlət istədilər.
57
 
F.İ.Soy monov  şəhərin  təhvil  verilməsini  və  rus  qoşunlarının  Bakıya  daxil 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə