146
(1648-1729) qeydlərində Stepan Ra zin in 1668-c i ildə İrana ilk yürüşü ərəfəsində Ya ik
çayına atdığı gözəl və əsilzadə azərbaycanlı qızı haqqında maraq lı məlu mat var.
"Lakin Stenka əvvəlcə gözə l və əsilzadə tatar qızını qeyri-ad i şəkildə qurban
verdi. Onu bir il əvvəl əsir a lmış və həmin va xtdan bugünədək onunla bir yastığa baş
qoyurdu. Birdən, geri çə kilmək ə rəfəsində o sübh tezdən yataqdan qalxdı, ya zıq
qızcığaza ən yaxşı paltarlarını geyindirdi və dedi ki, ötən gecə Yaik çayın ın tabe olduğu
su allahı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki, o, Stenka artıq üç ildir ki,
uğurlar qazan ır, su allahı İvan Qorinoviçin kö məyi sayəsində xeyli var-dövlət toplayıb,
amma öz vədlərini yerinə yetirmir. A xı, o, Yaik çayına ilk dəfə səcdəyə gələndə allah
Qorinoviçə vəd etmişdi ki, "əgər sənin köməyinlə uğur qazansam, ə ldə etdiyim ən yaxşı
şeylərdən sənə də verəcəyəm". Bundan sonra bədbəxt qadını paltarlı götürüb, aşağıdakı
sözlərlə çaya atdı: " Ey h imayədarım bunu qəbul et, mən im sənə bağışlamağa, yaxud
qurban verməyə bu gözəl qadından başqa yaxşı heç bir şeyim yo xdur".
14
Hə min müəllif yenə yazır: "Dən izin sahilində yaşayan farslar onun
soyğunçuluğundan əziyyət çəkird ilər. Çünki onlar basqınlara məruz qalır, qarət o lunur,
öldürülür, əsir aparılıb qərib ölkələrdə satılırdılar".
Ehtimal ki, burada söhbət Salyan xan ının qızından gedir, belə ki, əlli ildən sonra
Salyan sultanı Həsən bəyin arvadı Qəbulə xan ım I Pyotrun qonaqlığa çağırdığı
zabit lərini mə krlə məhv et mişdi. Rus hərbçilərinə bu cür divan tutulması yaln ız ya xın
qohumların intiqa mın ın alın ması ilə izah edilə bilər.
15
Razin İrana ilk dəfə 1668-ci ilin mart ayında yürüş etmişdir. Altı min kazak
hərəsində 2 top olan yastıdibli 40 iri gə midə Gilan v ilayətin in sahildəki kiçik Rəşt
şəhərinə yaxın laşdılar, şəhəri qarət etdilər və müqavimət göstərməyən əhalin i qırdılar.
Kazaklar ço xlu qənimət əldə edib tələsik geri döndülər.
16
Bundan sonra onlar dörd
nümayəndəsini etimadnamələrlə birlikdə Şamaxı vasitəsilə İsfahana, şahın yanına
göndərdilər. Baş vəzirin qəbuluna düşən kazaklar 6 min kazakın nü mayəndələri
olduqların ı elan edərək, şahın təbəəsi olmaq və bunun üçün sığınacaq və yaşamağa
torpaq istədiklə rin i bildirdilər. Lakin onların basqını saraya artıq məlu m idi. Ka za kların
nümayəndələri ilə danışıqlar gedərkən çar Aleksey Mixay loviçdən məktubla birlikdə
qasid gəldi. Çar şahdan xah iş edirdi ki, ka za kla rı q əbul et məsin və onlara inanmasın,
çünki onlar qiyamçı və qaçqındırlar, özlərinin əsl hökmdarlarına sədaqətsiz çıxdıq lan
üçün heç kəsə sədaqətli ola bilməzlər. Onun kazakları ağıla gətirməyə və ram etməyə
gücü çatacaq qədər qoşunu var.
17
Lakin İran sarayı çarın məktubuna inanmadı, çünki rus çarın ın kazaklarla əlbir
olmasına əmin id i. On ların şübhələri bu fakta əsaslanırd ı ki, beş-altı min nəfərdən ibarət
ka zak dəstəsi səksən topla, hərbi sursat və ərzaqla olduqca yaxşı təchiz olun muş 40
gəmi ilə İrana soxulmuş və hər şeydən əvvəl, hərbi qüvvə ilə İran torpaqlarına basqın
etmişdilər. Şah və onun saray adamlarının fikrincə, çar Aleksey Mixayloviç kazakları
onların elçilərin in təhqir olun masına görə qisas almaq üçün göndərmişdi.
18
Kazakların nümayəndələri ö zlərin kilərin yanına qayıtdıqdan sonra, elə həmin
1668-c i ildə İrana yeni yürüş edilmiş, Fərabad şəhəri dağıdılmış, əhalidən ço xlu ada m
qırılmışdı.
19
147
Razin İran vilayətləri ilə yanaşı, 1667-ci ildə Azərbaycanın sahilboyu
rayonlarına da basqınlar edirdi. Kazakların Xəzər dənizinin qərb sahillərinə sonralar da
basqınları olmuşdur. Razinin kazakları, doğrudan da, Dərbəndlə Şamaxı arasında və
daha sonralar Bakıya qədər bir ço x yaşayış məntəqələrini və şəhərləri qarət ed ir,
qiymət li şeyləri götürür və yerli əhalini "əsir" aparırd ıla r.
20
Kaza kla r "həmin əsirlə ri
ruslara dəyişir, hər qızılbaşa 2, 3 və 4 rus alırd ıla r".
21
1669-cu ilin aprelində Stepan Razin in ka zakları Bakı sahillərinə basqın etdilər.
Maştağa kəndini dağıtdılar, 150-yə yaxın kişi, qadın və uşaq əsir alaraq, 7000 baş
qoyun qovub apardılar. On lar bütün bu qənimətləri Çilov adasına daşıyaraq öz
aralarında bölüşdürdülər.
22
Həmin va xtla r Həştərxanda olan holland dənizçisi Stryuys
kazakların dilindən Razinin 1669-cu ildə Bakıya basqın etdiyini
23
, burada onların ço xlu
xə zinə, qızıl və gü müş ələ keç ird iklərini xəbər verir.
24
"Onlar şəhərə qəfildən basqın
edərək, ça lıb-çapdıla r, əllərinə keçən hər şeyi kəsib-doğradılar, evlə ri və ə mla kı
yandırdılar. Bakıda onlar ço xlu miqdarda yaxşı çaxır tapdılar, aralarında bölüş dürüb
nəşə ilə iç məyə başladılar və bir ço xu ça xır iç məyə adət etməd iyindən sərxoş oldu. Bu
vaxt onların silah gəzd irə bilən 5000-dən 6000-dək adamı var idi.
25
Bu arada farsla r
tələsik qoşun topladılar, sərxoşla ra və ehtiyatsızla ra böyük ig idlik və qüvvə ilə hücum
edərək qaçıb canını qurtaran 400-500 nəfərdən savayı, demə k ola r ki, ha mısın ı qırdılar.
Stenkanın özü ağır təhlü kədə idi və əgər mühafizəçiləri onu müdafiə etməsəydilər və
aradan çıxmaq üçün yol və vəsait tapmasaydılar, şübhəsiz, diri tutulacaqdı".
26
1669-cu ilin iyun ayında şah kazakların yuva saldıqları Ba kı ya xın lığ ındakı
Səngi Muğan adasına Mənədi xanın ko mandanlığ ı alt ında əcnəbilərin kö məy i ilə yenicə
qayırılmış 50 yastıdibli gəmidən ibarət böyük bir donanma göndərdi. Kemp ferin
mə lu matına görə, kiçik gə mili çevik ka za k dəstələri abordaj vuruşmasında şahın
donanmasını darmadağın etdilər. Xəstəliklər və döyüşlər nəticəsində böyük itki verən
və şahın təzə qoşun göndərməsindən ehtiyat edən kazaklar qənimətlə rini götürüb
Həştərxana yollandılar.
27
Stepan Razin öz kazakları ilə b irlikdə Duvanı adasında da olmuş dur. Rəvayətə
görə, Stepan Razin Sabunçu kəndi yaxınlığındakı mağarada yaşayırdı. Abşeron və Bakı
əhalisi Razinin bu basqınını uzun müddət yaddan çıxarmamışlar.
28
1701 (ya xud 1702)-ci ildə Ba kıda qala istehka mla rı möh kə mləndirilmişdir.
29
Bakı İrana və Hindistana ticarət yolu üstündəki mühü m liman kimi çar Rusiyasının
diqqətini cə lb edirdi. 1715-c i ildə I Pyotr Xə zəryanı v ilayətlərin qarşıda duran işğalına
hazırlıqla əlaqədar Azərbaycanın siyasi və iqtisadi durumunu aydınlaşdırmaq
məqsədilə A.P.Vo lınskinin başçılığ ı ilə İrana və A zərbaycana səfirlik göndərmişdi.
Vo lınski öz hesabatında Azərbaycanın şəhərləri haqqında məlu mat verərək, Bakıdan da
mü xtəsər bəhs etmişdir.
30
O, əfqanların İrana basqınların ın başlandığı dövrd ə şəhərlərin
tənəzzül və iflasının ta m mən zərəsin i vermişdir.
Başqa mənbələrə görə kazakların sayı 2000-dək idi.
Stryuys Bakının əhalisini farslar adlandırır.
Dostları ilə paylaş: |