[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə72/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   68   69   70   71   72   73   74   75   ...   143

148 
 
I Pyotr İran ın Qərbi Avropa ilə ipək ticarətini bütünlüklə Türkiyə-Aralıq dənizi 
yolundan Volqa-Xə zər yoluna keçirmə k belə liklə, Os manlı impe riyasının  ipə k tranziti 
və  ipək  t icarətindən  götürdüyü  külli  miqdarda  gəliri  onun  əlindən  almaq  fikrinə 
düşmüşdü.  Asiyadan Avropaya xam  ipək  (xamna) İran  və  Cənubi Qafqazdan keçən 
yollarla  aparılırd ı.  I  Pyotr  ö zünün  irimiqyaslı  Şərq  p lanlarını  -  Şərq lə,  İran,  Xivə, 
Bu xa ra, əfsanəvi sərvətlər ölkəsi Hindistanla geniş ticarət  aparmaq  üçün şimal və cənub 
dənizlərinə çıxmaq siyasətini həyata keçirməyə tələsirdi.
31
 
İrandakı ağır siyasi vəziyyətdən və Şirvanda iki dəfə  Şamaxıya hücu m edərək
 
Abşeron kəndlərin i v iran qoy muş feodallar müşkürlü Hacı Davudun və qazıqu muqlu 
Surxay  xan ın  başçılıq  etdikləri  İran  əleyhinə  çıxışlardan  istifadə  edən  I  Pyotr  Xəzər 
dənizinin qərb  və cənub sahillə rin i ə lə keç irmə k üçün hərbi e kspedisiya təşkil etdi. Öz 
təcavüzünə  haqq  qazandırmaq  və  hə min  ölkə lərin  əhalisinin  gözündə  onun  qanuni 
olduğunu  göstərmək  üçün  knyaz  Dmitri  Kantemir  I  Pyotrun  göstərişi  ilə  İran   və 
Azərbaycanın  Xə zəryanı  v ilayətlə rində  intişar  edilmək  məqsədilə  bir  sənəd 
quraşdırmışdı.
32
 
1722-c i  il iyunun 15-də  Həştərxana gələn  I Pyotr elə  hə min gün fars, türk və 
Azərbaycan dillərində aşağıdakı  mə zmunda  manifest dərc etdirdi:  Lə zgi ə miri Davud 
bəy və qazıqumuq ə miri  Surxay  ö z padşahlarına qarşı q iya m qa ldırmış, 1712-c i  ildə 
yürüş edərək Şamaxın ı tutmuş, əhalini qarət etmiş və ordakı rus tacirlərini qətlə yetirib, 
onların  400  000  tü mənlik  ə mla kın ı  talan  et mişlər;  Həştərxan  qubernatorunun  əvəz 
verilməsini  tələb  et məsinə  və  Pyotrun  öz  tərəfindən  şahın  yanına  elçi  göndərməsinə 
baxmayaraq, 
əvəz  alın mamışdır.  Şahın  qiyamçıları  cəzalandırmağa  gücü 
çatmadığ ından  ruslar  özləri  ora  gələcəklər,  hər  kəs  öz  yerində  dinc  otursa,  rus 
qoşunundan ona heç bir zərər,  ziyan to xunmayacaqdır, həmin  fəsadın iştirakçıları və 
evlərin i qoyub qaçanlar is ə hökmdarın qəzəbinə düçar o lacaqlar.
33
 
Manifestdə  yürüşün  əsl  məqsədini  ört -basdır  et mək  üçün  rus  qoşunlarının 
qanuni  padşahlarına  asi  çıxmış  qiyamçıları  əzməkdə  şah  Hüseynə  kömək  etməyə 
gəldikləri göstərilirdi. Manifestdə qiyamç ıla ra g izli və açıq şəkildə pul və  ya ərzaqla  
kö mək göstərənlər, yaxud onlara qoşulanlar hədələnirdi.
34
 
Manifest qvardiya poruçiki A.Lopu xin lə birlikdə 30 çaparla  Dərbəndə,  Bakıya 
və Şa ma xıya çatdırılmaq üçün Tərki şa mxalına göndərild i.
35
 
I Pyotr 1722-c i il iyulun 18-də quru  ilə  yola salınan 79 minlik süvari və 270 gə mi 
və qayıqda 22 min piyada və 5000 mat rosdan ibarət böyük bir ordu ilə Dərbəndə doğru 
hərəkət  etdi  və  iyulun  28-də  Su lak  ya xınlığında  sahilə   çıxdı.  Pyotr  ona  müqavimət 
göstərənlərə amansızcasına divan tutdu, kəndləri qarət ed ib yandıraraq, əhalisini qırdı.
36
 
1722-c i  il  avqustun  23-də   çar  qoşunları  Dərbəndi  döyüşsüz  tutdular.  Çar 
qoşunları şəhəri tutmazdan qabaq Dərbənd sultanı kö mək üçün şah sarayına getdi. Elə 
həmin va xt  Bakının  əsilzadələ ri, hərb i rəislə ri, ə rbabları, tacirlə ri və b. da şəhərin əha lisi 
adından  şaha  müraciət  edərək,  onun  Pyotrun  qoşunlarından  müdafiə  olun ması  üçün 
qoşun, silah və azuqə ilə  kö mək göstərməsini  xah iş etmişdilər. Müqavimətin  mənasız 
olduğunu görən sultan vəzifəsinin icraçısı, Dərbəndin naibi İmamqulu bəy ruhanilər və 
mötəbər  şəxslərlə  imperatoru  şəhərdən  kənarda  qarşılayıb   ixlas  göstərdi  və  qalan ın 


149 
 
açarını gümüş məcməidə ona təqdim etdi.
37
 
1722-c i  il  avqustun  22-də  Pyotr  Dərbəndə  da xil  olmaq   ərəfəsində  Ba kıdan 
Azərbaycan  və  fars  dillərində  eyni  mə zmunda  13  möhür-imzalı  mə ktublar  a ldı. 
Məktublar  çarın  1722-c i  il  iyunun  15-də  Ba kıya  göndərdiyi  man ifestə  cavab  idi. 
Məktub  aşağıdakı  mə zmunda  id i:  Adil  hökmdarın  və  qardaşlıq  na minə  və  onunla 
islamın  padşahı  və  müsəlmanlar  arasındakı  köhnə  vədləşməyə  görə  əzəmətin in 
cilovunu  şah  əlahəzrətlərinə  asi  çıxmış   qiyamçıları  cəzalandırmaq   üçün  Şirvan 
vilayətinə  yollad ığını,  onlara  göndərilmiş  manifestlərdən  öyrənmişlər  və  onlar 
Əlahəzrətə  xid mət  etmək  və  itaət  göstərmək  istəyirlər.  Habelə,  artıq  iki  ildən  bəri 
Əlahəzrət şahın düşmənlərindən  müdafiə o lunduqlarını, həmin cinayətkarların dərhal 
layiqincə  cə za landırılmasını,  onların  -  şəhər  sakinlə rin in  isə  Əlahə zrət  tərə findən 
mühafizə edilməsin i arzu ladıqların ı bildirirlər. 
Məktubun sonunda Məhəmmədqulu  xanın  və  12 başqa şəxsin
38 
möhür-imzası 
dururdu.  Bizim  o xuduğumuz  imzalar  aşağıdakılard ır.  Məhəmmədqulu,  Molla  Qulu, 
Novruzə li,  Məhəmmədsəlim,  Aslan,  Fəzləli,  Məhə mmmədbəkir,  Heybətəli,  Mustafa, 
Əsxər,  Gü lməhəmməd,  Dərgahqulu,  Heybət.  Həmin ad lar onların sahiblərin in şiə və 
göründüyü  kimi,  yerli  əsilzadələrdən  olduqların ı  göstərir.  Ehtimal  ki,  Dərgahqulu 
yüzbaşı,  Məhəmmədsəlim  naib  olmuşdur.  Məhəmmədqulu  imzası  isə,  görünür,  Bakı 
sultanına  məxsusdur,  belə  ki,  I  Pyotr  sonrakı  man ifestində  "Mühəmmətquluya  və 
Bakın ın bütün əhalisinə" xitab edir. 
Məktub çar qoşunlarının od və qılıncla Dərbəndə doğru irəlilədiklə ri və bir neçə 
gün ərzində bütün ətraf kəndləri və yerləri tutduqları bir vaxtda yazılmışdı. 
Bakı əyanları kifayət qədər qoşun, silah və azuqə ehtiyatının  olmadığın ı görərək, 
itaət  göstərməyi  və  şəhəri  dağıntıdan  qorumağ ı  qərara  a ldılar.  Məktubun  diplomat ik 
tonu  göstərir  ki,  Bakı  əhalisi  imperatoru  şahın  müttəfiqi  kimi  kö məyə  və  öz 
hökmdarlarına asi çıxan q iyamçıları cəzalandırmağa gələn dostu hesab edirlər. 
Dərbəndə  daxil  olduqdan  sonra  Bakı  ha kimlə rinin  rus  işğalına  münasibətini 
aydınlaşdıran I Pyotr donanma leytenantı Lunin i fars dilind əki  ikinci  man ifestini elan 
etmə k üçün Ba kıya göndərdi. Man ifestdə deyilirdi: 
 
 
 
Biz Allahın mərhəməti ilə Rusiya imperatoru və hök mdarı  
və s. və  s. və s. I Pyotr dan Mühə mmə tquluya və B akı Ģəhərinin bütün 
əhalisinə 
 
"Biz  İmperator  Əlahəzrətlərinə  göndərdiyiniz  məktubdan  ayan  oldu  ki, 
göndərdiyimiz məktubları almısınız və bizə sədaqətlə xidmət göstərmək istəyirsiniz. Biz 
bunları iltifatla qəbul edirik və Sizi Biz İmperator Əlahəzrətlərinin lütfünə əmin edirik. 
Ona  görə  də,  yalnız  və  yalnız  qiyamçılar  tərəfindən  sıxışdırılan  və  talan  olunan 
əhalinizi müdafıə etmək, həyatınızın əmin-amanlığını və rifahını təmin etmək və bundan 
sonra nadinc xalqlar tərəfindən təhlükəni aradan qaldırmaq məqsədilə ordumuzla bu 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə