[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə70/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   66   67   68   69   70   71   72   73   ...   143

144 
 
o,  türklərin  başını  mənə  gətirərək  belə  güman   edir  ki,  bununla  öz  başını  saxlaya 
biləcə kdir.  Bundan  sonra  da  öz  mə krli  ə mə llərini  dava m  etdirmə məsi  üçün  mən 
istəyirə m ki, o, kəsdiyi başlara görə  öz başı ilə cavab versin".
5
 Bu hadisə şahın Bakını 
tutmağa  qoşun  göndərdiyi  vaxt,  yəni  de  Quveanın  məlu matına  görə  1607-ci  ilin 
yanvarında baş vermişdir.
6
 
1607-c i  ilin  sentyabrında  Bakıda  olmuş  karmeli  missionerlərinin  şahidliyinə 
görə şəhər, demək olar ki, tamamilə dağıd ılmışdı.
7
  La kin  İsgəndər Münşi və keşiş de 
Quveanın məlu matlarına görə Şah Abbas Bakın ı döyüşsüz almış və buna görə də şəhər 
çətin  ki,  dağıd ılmış  olsun.  Ehtimal  ki,  burada  söhbət  Şirvanşahlar  sarayının 
xarabalıqlarından gedir, belə ki, karmeli keşişləri şəhərin xarabalıqlarından danışarkən 
dərhal sarayı təsvir edirlə r. 
Şah  Abbas  1612-ci  ildə  İstanbulda  Osmanlılarla  sülh  müqaviləsi  bağladı.  Bu 
müqaviləyə  görə  Səfəv ilər  dövləti  Şimali  Ermən istanı,  Şərq i  Gü rcüstanı,  bütünlüklə 
Azərbaycanı, Luristanı və Kürdüstanın bir hissəsini türklə rdən aldı. 
Lakin  iki dövlət arasında hərbi əməliyyatlar yenidən başladı və 1618-ci  ilədək 
davam  etdi.  Hə min  il  Mə rənddə  bağlanan  sülh  müqaviləsinə
8
  görə  Bakı  və 
Azərbaycanın digər şəhərləri Səfəvilə r dövlətinin ha kimiyyəti a ltına keçdi. 
I Şah Abbasın, onun nəvəsi və varisi şah Səfinin (1629-1642)  Osman lı dövləti 
ilə  müharibələri XVII əsrin  40-c ı illərinə qədər davam et mişdir. 1639-cu ildə Səfəvilər 
və Osman lılar dövləti a rasında 1612-c i il sülh müqaviləsini təsbit edən sülh imza landı. 
Hə min müqavilə  1724-cü ilə qədər po zulmad ı. 
I  Şah  Abbasın  apardığı  mərkəzləşdirmə  siyasəti  Səfəvilər  dövlətin i  xey li 
möhkəmləndirdi.  Şah  Abbas  şəhərlərdə  abadlıq  işlərinə  rəvac  verirdi.  Onun 
hakimiyyəti dövründə fars-türk müharibəsi za manı dağılmış bir sıra A zərbaycan şəhəri 
bərpa  edildi.
9
  Zülfiqar  xanın  ə mri  ilə  Bakıda  bayır  qala  divarla rı  t ikildi.  Bunu 
darvazanın üstündəki tikilmə tarixini - h. 1017 (1608/9)-ci il - göstərən kitabə də təsdiq 
edir.
10
  Bu  dövrdə  Bakıda  və  onun  xaricində  bir  neçə  karvansara  və  digər  b inalar 
tikilmişdir. 
Sonrakı  Səfəvi  hökmdarları  II  Şah  Abbas  və  Süleymanın  (ikinci  adı  II  Səfi) 
(1667-1694)  hakimiyyəti  dövrü  Sə fəvi  və  Os manlı  dövlət ləri  arasında  sülh 
bağlandıqdan sonra özünə gələn ölkədə nisbətən əmin-amanlıq mərhələsi olmuşdur. Bu 
sülh  Səfəvilər  dövlətin in  fars-türk  müharibələri  nəticəsində  pozulmuş  rifahını 
qaldırmağa imkan verdi. 
Azərbaycan şəhərlərinin təqribən XVII əsrin sonlarınadək dava m edən iqtisadi 
inkişaf dövrü cəmiyyətin məhsuldar qüvvələrinin müəyyən qədər yüksəlişi və ticarətin 
tərəqqisinin nəticəsi idi.  Bakı şəhərinin firavanlığı və Abşeronun varı, onun əhalisinin 
rifahı  qurudan  və  dənizdən  basqınlar  edən  qarətçilərin,  dəniz  quldurlarının  diqqətini 
cəlb edird i. 
XVII  əsr  mənbələrində  Don  və  Volqa  ka za klarının  Abşerona  basqınları  qeyd 
olunur. Hə lə 1647-ci ildə b ir neçə gə mi ilə  Həştərxandan üzüb gə lən Don ka zakla rın ın 
dəstələri Xə zər dənizin in qərb sahillərində qarətlə məşğul olmuş, Bakı ya xın lığında is ə 
fərabadlı (İran) tacir Hac ı Bakeyin gə milə rinə həmlə et mişlə r. "Hac ı Bakey Bakıya neft 


145 
 
üçün  gəlmişdi  və  həmin  kazaklar  onun  pulunu,  altı  yüz,  yaxud  yeddi  yüz  tü mənlik 
malını əlindən aldılar, özünü isə yüz otuz tü mənə dəyişdilər".
11
 
Məlu mdur ki, XVI-XVII əsrlə r ərzində feodal zü lmü və özbaşınalığ ı nəticəsində 
Rusiyanın  cənub  ucqarlarında  təhkimçilikdən  qaçmış  kazakların  icması  yaran mışdı. 
Kazaklar rus dövləti ilə qonşu vilayətlərə basqınlar ed irdilər. 
Kaza k  dəstələrin in  Stepan  Razin in  başçılığı  alt ında  cənuba doğru  hərəkəti  də 
həmin  basqınlardan  biri  idi.  Ra zin in  Xə zə r  səfəri  kəndli  üsyanının  başlanğıcı,  onun 
birinci  mərhələsı id i. Stepan Ra zin ö z hərə katın ın ikinci  mərhə ləsində Həştərxana və 
oradan da şimala doğru  irəliləyərək, təhkimçilik və  mütləqiyyət əleyhinə  xalq  kəndli 
üsyanına başçılıq etdi. 
Şarden çar Aleksey Mixayloviçin Razin lə əlaqəsinə dair maraqlı məlu mat verir. 
Şardenin  sözlərinə  görə,  Razin  Xəzər  dənizinin  cənub-qərb  sahillərinə,  İran  və 
Azərbaycana  İrandan  rüsvayçılıq la  qovulmuş  rus  elçilərin in  təhqir  o lun masına  görə 
şahdan  qisas  alan  çar  Aleksey  Mixayloviçin  təhriki  ilə  yürüş  etmişdi .  1664-cü  ildə 
Moskva dövlətindən İsfahana zəngin hədiyyələrlə iki səfirdən və 800 məiyyətdən ibarət 
böyük  bir  elçilik  gəlmişdi.  Şah  onları  təmtəraqla  qəbul  edib,  dəbdəbəli  sarayda 
meh man ladı.  Lakin tezliklə onların, əslində, gömrük haqqından qurtarmaq üçün çarın 
razılığ ı ilə İrana səfir adı altında ticarət  məqsədilə gəlmiş tacirlər olduğu aşkara çıxd ı. 
Onların  İsfahanda,  başqa  mallardan  savayı,  təkcə  səksən  min  tümənlik  samur  xəzi 
satdıqları  güman  edilirdi  ki,  bu  da  dörd  milyon  livrə  bərabər  id i.  Abbas  bu 
ikiü zlü lükdən  qəzəbləndi  və  ondan  sonra  elçilərə  kobudluq  və  həqarətlə  yanaşmağa 
başladılar, onları rəs mi cavabsız ölkədən qovdular. Onlardan biri öldü,  ikincisi isə öz 
mə iyyəti  ilə   heç  bir  ehtira m  göstərilmədən,  təhqir  o lun muş  ş əkildə  geri  qayıtdı.  Bu 
təhqirin qisasını almaq üçün çar Aleksey Mixay loviç ka za kla rı Stepan Razin in başçılığı 
altında İrana və qonşu vilayətlərə basqın etməyə qızışdırdı. Çarın özünün bu haqda Şah 
Abbasa  yazmağa  cəsarəti  çatmad ı  və  yaln ız  onun  ölü mündən  sonra,  1667-ci  ildə 
müharibə  elan  etməkdən  çəkinərək  və  İrana  güclü  zərbə  endirmək  istəyərək  qisasını 
ka zaklann  əli  ilə  almaq  qərarına  gəldi.  Çar  bununla  ka zakların  diqqətini  öz 
torpaqlarından  yayındırmağa  çalışırdı.
12
  Şarden  bu  fərziyyəsini  şah  sarayının  rəsmi 
şəxslərindən aldığı məlu mat əsasında irəli sürmüşdür. 
Şardenin  məlu matına görə kazakların  Xəzər dənizinin  qərb sahillərinə basqını 
1667-c i ildə baş vermişdir. 1200 nəfə rlik ka zak dəstəsi onlara müqavimət göstərməyən 
bir neçə şəhəri qarət etmişdir.
13
 Razin ço xlu əsir aldı. Yerli xan ın qızı və oğlu da onların 
arasında  idi.  Əslən  holland  olub,  Rusiyada  hərbi  xid mət  edən  Lüdviq  Fabritsiusun  
                                                                 
 
Fransız səyyahı və zərgəri Şarden İrana 1666-cı ildəki ilk səyahəti zamanı uzun müddət 
İsfahanda yaşamışdır. O, həmin ölkəyə ikinci səyahətində 1671-ci ildən 1674-cü ilədək orada 
qalmışdır. Şarden Razinin basqınını həmin hadisələrin şahidi kimi təsvir edir.
 
 
Lüdviq   Fabritsius   -  Stepan Razinin İrana və Azərbaycana yürüşünün müasiri və 
şahidi olmuşdur.
 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə