[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə75/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   71   72   73   74   75   76   77   78   ...   143

154 
 
olmasını belə təsvir edir: "Sahildə olan batalyonlar sıraya düzüldü,  Bakı sakinlərin in 
isə, demə k olar ki, ha mısı silahsız ş əhərdən qırağa çıxa raq, rusların ş əhərə girməsi üçün 
hər  şeyin  hazır  olduğunu  general-mayora  bild irdilə r,  şəhərə  varid  olmaq  çox  ya xşı 
keçdi.  Darvazalar  və  başqa  yerlər  qaravullarla  tutulmuşdu...".
58
  Cümə  məscidin in 
qabağındakı  böyük  meydanda  qauptvaxta  təşkil  ed ilmişdi.  Əsgərlər  iki  boş  daş 
karvansarada - Bu xara və h ind karvansaralarında yerləşdirildi. 
Şəhərdə 80  mis və çuqun top və dəzgahsız  iki böyük qaubitsa tapıldı.  Barıt və 
digər sursat, xüsusilə, qaubitsalar üçün mə rmi a z idi. 
Şəhərdəki qarnizona gəld ikdə  isə, o, yü zbaşı Dərgahqulu bəyin başçılıq etdiyi 
700 İran əsgərindən  ibarət idi. Ruslar onla rı hərbi xid mətə götürmüşdülər.
59
 
Bu ekspedisiyanın iştirakçısı Soymonovun verdiyi məlu matdan bəlli olur ki, çar 
qoşunları Bakın ı 1723-cü il, iyulun 26-da tutmuşlar.
60
 Artilleriya, hərbi sursat və ərzaq 
flotiliyadan boşaldılaraq sahilə çıxarılmış və şəhərə daşınmışdı. General Matyuşkin və 
general-mayor  knya z  Trubetskoy  qışı  yenidən  Həştərxana  qayıt mış,  ş əhərin 
ko mendantı isə I Pyotrun fərman ı ilə knyaz Baratinski təyin olun muşdu. Polkovniklər 
Ostafyev, Bezobra zov və Frazer də onun yanında qalmışlar. Ba kı qarn izonunda 1725-ci 
ildə 2382 nəfərdən ibarət olan iki polk sa xlan ılmışdı. Qa rnizon ərzağ ı və la zım o lan hər 
şeyi Həştərxandan alırd ı. Matyuşkinə Bakını almasına görə general-leytenant rütbəsi 
verilmişdi.
61
 Bakın ın işğal olunması  xəbərin i 1723-cü  il sentyabrın 3-də alan Pyotr bu 
hadisəni Peterburqda təntənə ilə bayra m etdi. 
Bakı  alındıqdan  sonra  əhalinin  imtiyazları  təsdiq  olundu.  Xəzinənin  varidatı, 
yaxud gəliri Rusiya idarəç iliyinə verildi. O, satışa buraxılan iki başlıca maddədən - düz 
və neftdən ibarət o lub, məlu m o lduğu kimi, hər il Rusiya xə zinəsinə 50 min  rubl gəlir 
gətirirdi. Bundan əlavə, gömrü k və dükanbaşı rüsumları da qoyulmuşdu.
62
 
Rus  hakimiyyət  dairələ ri  Ba kı  şəhərin i  möhkə mləndirmək  məqsədilə 
Vo lqaboyu tatarlarının, çuvaşların və digərlərinin  kö məyi  ilə çöl tərə fdən 1796-cı  ildə 
hələ sala mat olan sonuncu bayır qala divarına bit işik 5 istehka m t ikd ird ilə r.
63
 
1724-cü  ildən  etibarən  Ba kı  və  onun  rayonlarında  gə miqayırmada  və  digər 
işlərdə istifadə olun maq üçün Bakıya göndərilmiş 5 min Kazan tatarı, çeremis və çuvaş 
məskunlaşdırılmağa  başlandı.
64
  1728-ci  ildə   onların  b ir  hiss əsi  evlərinə  qayıtdı,  b ir 
qismi  isə  işlə mə k  üçün  burada  qaldı.
65
  I  Pyotrun  siyasətinə  müvafiq  olaraq,  Bakı  və 
onun  rayonları  xristianlar,  başlıca  o laraq,  ermənilərlə  məskunlaşdırılırdı.  Butkovun 
mə lu matına  görə  I  Pyotr  1724-cü  il  noyabrın  10-da,  ö lü mündən  bir  az  əvvəl  erməni 
xalq ının  "ermənilərə  himayədarlıq   göstərilməsini  və  onların  Xəzəryanı  əyalətlərdə 
məskunlaş masına ica zə  verilməsin i iltimas edən" dörd nümayəndəsini qəbul et mişdi.
66
 
Elə hə min gün, yəni, 1724-cü il noyabrın 10-da 1 Pyotr e rməni patriarxı İsaya və bütün 
erməni xa lqına  ermən ilə rin Gilanda, Ma zandaranda və Bakıda məskunlaş masına icazə  
verilməsi  barədə  fə rman  verdi.
67 
10  noyabr  1724-cü  il  tarixli  fərmanda
68
 
general-leytenant 
Matyuşkinə  və  briqadir  Levaşova  "ermənilərin  Gilanda, 
Mazandaranda,  Bakıda,  Dərbənddə  və  s.  yerlərdə  məskunlaşmasına  hər  cür  yardım 
                                                                 
 
Görünür, İran əsgərləri adlandırılanlar azərbaycanlılar (bakılılar) olmuşlar.
 


155 
 
göstərmək, hətta, lazım gəlsə farsları  sıxışdırmaq" tapşırılırd ı.
69
 
A.Q.Butkovun  mə lu matına  görə  "general-leytenant  Matyuşkinə  və  briqadir 
Levaşova həmçin in əmr edilmişdi - və bu, bütün erməni  xalqına elan  olun muşdu ki, 
erməniləri və digər xristianla rı hər vəchlə rus qoşunların ın tutduqları İran əyalətlərinə - 
Gilana, Mazandarana, Bakıya, Də rbəndə və başqa əlverişli yerlərə köç məyə çağırsın lar, 
nəvazişlə qəbul edib, hər cür  mə rhə mət göstərsinlər, onla ra  layiq li yerlərdə  yaşamaq 
üçün  torpaq  ayırsınlar,  şəhər  və  kəndlərdəki  boş  həyətləri  və  mü xəlləfatı  onlara 
versinlər,  e ləcə  də  müqavimət  göstərmiş,  ya xud  bunda  şübhələnilən  müsəlmanlar 
qovulsun, onların yerlərini isə həmin  xristianlar tutsunlar".
70
 Həmin  müə llif hə mçin in 
xəbər  verir  ki,  hökmdar  I  Pyotrun  ü mdə  arzularından  biri  ə lə  keçirilmiş  əyalətlə rdə 
xristianların sayının artırılması idi.
71
 
1725-c i  il  fevra lın  11-də  artıq  I  Pyotrun  ölümündən  sonra  Xaric i  işlər 
nazirliyin in kollegiyası ermən ilər haqqında Matyuşkinə verilmiş 10 noyabr 1724-cü  il 
tarixli a li sərənca mı təsdiq edən fərman  verdi...
72
 Sonralar belə  bir  fərman  1726-cı  il 
fevralın  22-də  I  Yekaterina  tərəfindən  verilmişdir.
73
  Be ləliklə ,  e rmənilərin   Ba kıda 
məskunlaş ması, başlıca  olaraq, bu vaxta a iddir.  
Erməni  əha lisin in  mə liklərin  və  ruhanilə rin  şə xsində  I  Pyotrla  əlaqə ləri  onun 
Xəzə ryanı vilayətləri işğal etməsindən xeyli əvvəl başlamışdı. I Pyotr erməni əha lisin in 
simasında İran və Türkiyənin hökmran lığ ından azad olmaq  istəyən, onun qoşunlarına 
hər an kö mə k et məyə ha zır olan müttəfıqlərini görürdü. Erməni mə likləri və ruhanilə ri 
Azərbaycanın mü xtə lif vilayətlərindən dəfələrlə  ona məktubla  mürac iət et miş və hərbi 
yardım  istəmişdilər.
74
  Onların  "busurmanla r"  tərəfindən  incidilməsindən  şikayət 
etdiklə ri be lə  mə ktublardan birin i  Bakı erməniləri  imperatora 1723-cü ildə Matyuşkin 
vasitəsilə göndərmişdilər.
75
 Çar qoşunları gələ rkən  Bakıda Həştərxan vasitəsilə ticarət 
edən ermən i tacirlə ri var idi. 
Bakı  I  Pyotrun  qoşunları  tərəfindən  işğal  olunduqdan  sonra,  1723-cü  ildə  çar 
qoşunlarının  Bakın ı  tutmasından  narazı  olan   feodallar  sultanın  başçılığı  ilə  qəsd 
hazırlad ılar. Bakı sultanının  Hacı  Davudla gizli danışıqları və onun şəhəri Türkiyəyə 
vermə k niyyəti te zliklə  rus hakimiyyət orqanlarına  mə lu m oldu.  Ba kın ın a lın masın ın 
iştirakçılarından biri, artilleriya ko mandiri polkovnik Gerber məlu mat verirdi ki, "şəhər 
alındıqdan sonra baş yüzbaşı Dərgahqulu bəy buranın sultanının qiyamçıların tərəfində 
durduğunu və Davud bəylə yazışdığını  xəbər vermişdir".
76
 Sultan Məhə mmədhüseyn 
həbsə  alınaraq,  üç  qardaşı  və  onların  bütün  əmlakı  ilə  birlikdə  Soy monovun  getdiyi 
gəmidə  Həştərxana  göndərildi.  Ye rli  qarn izonun  komandirliyi  rus  ko mandanlığın ın 
polkovnik  rütbəsi  verdiyi  yüzbaşı  Dərgahqulu  bəyə  həvalə  olundu.
77
  Çarın  ə mri  ilə  
şəhər əhalisinin əlindən bütün silahlar alındı.
78
  Lakin  rus hökumət  orqanları tezliklə, 
1724-cü  ildə  qəsd  hazırlayaraq  Hacı  Davudun  böyük  qoşunla  Şama xıdan  gə lməsini 
gözləyən  və  onunla  birlikdə  azsaylı  rus  qarnizonunu  məhv  etmək  fikrinə  düşən 
Dərgahqulu bəyin  xəyanətindən xəbər tutmuşlar  ki, hə min yü zbaşı öz qızılbaşları  ilə  
                                                                 
 
Butkov yerli azərbaycanlı əhalini (bakılıları və s.) fars adlandırır.
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə