[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə59/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   55   56   57   58   59   60   61   62   ...   143

120 
 
(1431/2)-c i  ildə  başqa  bir  bürc  və   h.842  (1438/ 9)-ci  ildə  ha ma m  (ehtimal  ki,  saray 
hamamı)  tikdirmişdi.  Həmin  bürclərdən  biri,  ehtimal  ki,  indiki  M illi  Elmlər 
Akademiyasının  b inasına  bitiş ən  bürcdür. 
Digər  bürc  isə  dövrü müzədək 
qalmamışdır.
140
 
Hə min  həyətdə  Türbənin  yanında  planda  xaçş əkilli  salondan,  girişdən  sağ 
tərəfdə  qadınlar  üçün  ibadət  otağından  və  binanın  qurtaracağında  iki  balaca  otaqdan 
ibarət məscid var.
141
 
İkinci  mərtəbədə də aşağı  mərtəbədəkilərlə divarın  içində hörülmüş pilləkən lə 
birləşən eyni ilə  üç otaq vardır. Girişin qənşərində cənuba tərəf mehrab düzə ldilmişdir. 
Məscidin şima l-şərq küncündə əvvəllər daş məhəccəri olmuş şərəfəni saxlayan stalaktit 
pərvazla  (qurşaqla) ta ma mlanan minarə ucalır.
142
 Stalaktit pərvazın (qurşağın) a ltında 
minarəni "nəsx" xətti ilə ya zılmış aşağıdakı mə zmunda kitabə dövrələyir: 
 
"Uca və qadir Allaha hə md və Məhə mməd in seçdiyinə uğurlar olsun. Sonra  is ə 
bu minarəni kəşf et məy i sultani-ə zim Xə lilüllah ə mr etdi. Allah onun hakimiyyətini və 
mü lkünü göylərə qald ırsın. Səkkiz yüz qırx beşinci il" (h.845 (1441/2)-ci il).
143
 
Oxuduğumu z  kitabədə,  görünür,  türbədən  və  minarədən  daha  əvvəl  inşa 
olunmuş  məscidin  yo x,  minarən in  tikilməsindən  danışılır.  Onun  zəngin  bəzəkli 
baştağının və üzərində bədii kitabələrin olmaması bunu təsdiq edir.
144
 
Sarayın cənub fasadının qənşərində, orta həyətin  meydançasında çadır örtüklü 
səkkizü zlü kiçik türbə ucalır. Türbəyə şüa saçan ulduzlarla na xışlan mış daş ş əbəkəli üç 
ikitərə fli pəncərə qoyulmuşdur. Türbə içə ridən na xışla rla  bəzəd ilmiş və  rəngli suvaqla 
ma la lan mışdır.
145
 Türbənin zirzə misində sərdabə vardır.
146
 
Formaca Koniyanın çadır örtüklü Kiçik Asiya səlcuq abidələrinə gedib çıxan bu 
tipli türbələr Azərbaycanda daha erkən dövrlərdən geniş yayılmışdı. 
Yazılı  mənbələrə  və  rəvayətə  görə  burada  XIV  əsrin   sonu  -XV  əsrin 
əvvəllərində yaşamış alim Seyid Yəhya ibn Bəhaəddin Bakuvi dəfn o lunmuşdur. Onun 
ölüm  tarixi  bir  versiyaya  görə  h.862  (1457)-ci  il,  başqa  versiyaya  görə  isə  h.868 
(1463)-c i il hesab edilir.
147
 
A.Bakıxanovun  məlu matına  görə  onun  "Bakı  şəhərində  ona  mənsub  olan 
məscidin yanında sovməəsi, mədrəsəsi və qəbri indi də durur".
148
 
Gətirilən  mə lu matlar  türbəni  XV  əsrin  60-c ı  illə rinə  a id  et məyə  imkan  verir. 
Üslub  xüsusiyyətləri  və  tikinti  texnikası  da  bu  tarixi  təsdiq  edir.  Türbə  "Keyqubad 
məscidi"  adı  ilə  tanınan  1918-c i  ildə  yan mış  qədim  məscidə  bitişik  t ikilmişdir. 
Hal-hazırda  məscidin  təkcə   bünövrəsi  qalmışdır.  A.M.Pav linov  1888-c i  ildə   Ba kıda 
olarkən  hə min  məscidi  görmüş  və  onun  təsvirini  vermişdir:  "Məscidin  özü  nisbətən 
genişdir,  onun  günbəzi,  planda  göründüyü  kimi,  4  sütun  üzərində  durur;  günbəzin 
söykəndiyi  əsas  tağlar,  yaxud  tağtavanlar  çatmadır.  Günbəzin  gövdəsində,  xan 
məscidində  o lduğu  kimi,  bir  neçə  ç ıxıntı  var  və   ona  dörd  pəncərədən  işıq  düşür. 
Məsciddə kitabə yo xdur, onun fasadı ha mar olub, yonulmuş daşla üzlən mişdir, da mı 


121 
 
yastıdır. Məscidin arxa tərəfində əlavə tikililər var".
149
 
1945-c i  ildə "cənub", yaxud orta həyətin ə razisində arxeolo ji  işlər aparılarkən 
A.M.Pavlinovun təsvir etdiyi "təzə  məscid" deyilən  məscidin bünövrəsi alt ında "təzə 
məscid"dən  xeyli  böyük  olan  daha  əvvəllə r  tikilmiş  b ir  b inanın  divar  və  bünövrə 
qalıqları aşkara çıxarılmışdır.
150
 V.N.Leviatov da bu binanı, A.Bakıxanovun sözlərinə 
istinadən, Seyid  Yəhya Bakuvin in ibadət etdiyi və dərs dediyi qədim  məscid sayaraq, 
onun uçmasını  XIV əsrin sonlarına aid  edir.
151
 Məlumdur  ki, Sey id  Yəhya  XV əsrin 
birinci  ya rısında  Xəlilüllahın  sarayında  yaşamış  və  hə min  əsrin   60-cı  illərində 
ölmüşdür. Deməli, köhnə bina artıq XV əsrin əvvəllərinədək uçmuşdur. 
V.N.Leviatova görə, "təzə məscid" XVI əsrdən əvvəl tikilməmişdir
152
 ki, bu da 
səhv fikirdir. Be lə ki, bu za man Sey id Yəhya art ıq həyatda yox id i. 
Be ləliklə, görünür "təzə məscid" XVI əsrdə deyil, XIV əsrin son-larında, ya xud 
XV əsrin əvvəllərində köhnə bina uçduqdan sonra onun yerində tikilmişdir ki, bu da 
A.Bakıxanovun məlu matına zidd deyil. 
Qazıntı  zamanı  Şirvanşah  sikkələrinin  "təzə  məscid"in  keçmiş  döşəməsindən 
aşağı səviyyədə (III Fəribürzün sikkəsi - XIII əsrin ikinci yarısı)
153
 və bilavasitə həmin 
məscidin döşəməsi alt ından (Bakuyədə kəsilmiş XV əsr sikkəsi)
154
 tapılması da bizim 
müəyyənləşdirdiyimiz  tarixi  təsdiqləyir.  "Təzə  məscid"in  tikintisində  köhnə  binanın 
daşlarından istifadə olun muşdur. XV əsrin 60-cı illərində, Seyid  Yəhyanın ö lü mündən 
sonra onun "təzə  məscidə" bitişik türbəsi tikilmişdir.  Qeyd et mək la zımd ır ki, hə min 
türbə  üslub  xüsusiyyətlərinə  görə  saray  tikililəri  ansamb lına  daxil  olan  binalardan 
seçilmədiyi halda, "təzə  məscid", A.Pavlinovun qeyd etdiyi kimi, "birincilərdən fərq li 
olaraq, başqa vaxta, dövrə və hətta başqa memara məxsus olmalıdır".
155
 
Saray  tikililəri  ansamblına  ə lahiddə  dayanan  "Murad  qapısı"  deyilən  bəzə kli 
Şərq  darvazası  baştağı  (h.994  (1585/86)-cü  il),  ovdan  və  uçulub  dağılmış  şah 
hamamının qalıq ları da daxildir. 
Şirvanşahlar  sarayının  şərq  darvazası  ko mpleksin  bütün  tikililərindən  xey li 
sonra,  XVI  əsrdə,  Bakı  türklə rin  işğalı  a ltında  olarkən  tikilmişdir.  Da rvaza  Ba kı 
əyanlarından Rəcəb babanın əmri ilə tikilmişdir. Baştağın memarı Təbrizin Vəlyənkuh 
məhə lləsindən olan  ustad Əmirşah Vəlyənkuhid ir. Bunu baştağın haşiyəsindəki kitabə 
də təsdiq edir. Baştağ XV əsr saray komp leksi b inaları t ipində tikilsə də, bəzək, zəriflik 
və digər cəhətlərdən onlardan geri qa lır. Baş tağın yu xarı hiss əsi ərəbcə daş kitabə ilə  
bəzədilmişdir. "Bu  nəcib ima rəti tikməy i ən  adil və müə zzim sultan Sultan Murad  xan ın 
za man ında  ulu  Rəcəb  baba  Bakuyi  doqquz  yüz  doxsan  dördüncü  ildə  ə mr  et mişdir" 
(h.994 (1585/86)-cü il).
156
 Kitabənin hər iki tərəfində nəbati naxışlı xonça var. Baştağın 
aşağı hissəsindəki stalaktit yarımgünbəz dərin taxça əmələ gətirir. 
Sarayın  digər baştağlarından fərqli olaraq onun qapıya o xşayan geniş çatma giriş 
açırımı var.  Ço x ehtimal  ki, bu baştağ indiyədək qalmamış, yaxud tikilməmiş binanın 
girişi olmuşdur. Bunu darvazanın deyil, "imarətin" tikilməsindən xəbər verən kitabənin 
mətni də təsdiq edir. 
Aşağı həyətdən şərqdə, türbənin və məscidin ərazisindən aşağıdakı sahədə saray 
ansamblına daxil olan hamam yerləşir. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə