[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə51/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   47   48   49   50   51   52   53   54   ...   143

104 
 
Bakı və Abşeronun memarlıq abidələrini tikinti materialına, əla yonulmuş ağ və 
sarıya  çalan  xırda  dənəvər  yerli  Badamdar  əhəngdaşına,  ciddi  və  lakonik  fo rmalı 
bədii-me marlıq üslubuna görə "Şirvan-Abşeron abidələri" qrupunda birləşdirmə k o lar. 
Bakın ın  İçərişəhər  hissəsindəki  tarixi  məlu m  olan  XI  əsrə  aid  ən  erkən  abidə 
xalq  arasında Sınıqqala  adı  ilə tanınan  Məhəmməd  ibn Əbubəkr  məscidid ir. Məscid 
indiki dəniz sahilinin ya xınlığında, İçə rişəhərin cənub-qərb hissəsində yerləşib, çatma  
tağlı,  mehriban  olan  düzbucaqlı  otaqdan  ibarətdir.  Məscidin  şimal  d ivarında,  giriş 
qapısından solda qoyulmuş kiçik dördkünc daş lövh ə üzərində yarımkufi  xətlə ərəbcə 
aşağıdakı məzmunda dördsətirlik kitabə həkk olun muşdur. 
 
"Bis millahir  rəh manir  rəhim!  Bu  məscid  binasını  (t ikməyi)  ustad,  rəis 
Məhəmməd ibn Əbubəkr ə mr etdi. Dörd yüz yetmiş birinci il" (h.471 (1078/79) -ci il).
23
 
Bu tarix şirvanşah I Fəribürzün hakimiyyət illərinə təsadüf edir. Qərbə doğru məscidin 
lap yanında divarının  qalınlığı və  iriliyi  ilə  Bakı və Abşeronun digər  minarələrindən 
fərqlənən  12  m  hündürlüyündə  minarə  vardır.  Bu  mina rə  formaca  qala   bürcünü 
xatırladır. Minarənin yu xarı şərəfəsinin həndəsi naxışlarla bəzədilmiş tava daşlarından 
məhəccəri,
24
  ondan  aşağıda  iri  stala ktitlə rdən  qurşağı  var.  Qurşağın  alt ında  is ə 
minarənin  dövrəsi boyunca kufi xət lə Quran ayələri (17-ci surə, 81-82-c i ayə lər) ibarət 
nəfis kitabə həkk o lun muşdur. 
Ehtimal ki, bu  məscidi t ikən, yu xarıda göstərdiyimiz kimi, s ənətkarlıq se xin in 
rəisi olmuşdur. Bu tikili  xa ra kteri etiba rilə yaşayış məskəni deyil,  inkişaf etmiş feodal 
şəhəri abidələrinə məxsusdur. 
İçərişəhərdə Qız qalasın ın yaxınlığında Bəzzaz məscidi ad lanan kiçik bir məscid 
(görünür,  bu  məhəllədə  bəzzaz  dükanları  olmuşdur),  onun  divarında  isə  zaman 
keçdikcə yağış, yağmurdan xey li  zədələn miş və oxunulmaz hala düşmüş kufi  xətli bir 
kitabə var.
25
 
Qalan ın  cənub-qərb  hissəsində,  Qız  qalasının  yaxın lığ ındakı  XII  əsr  abidəsi  - 
Lə zgi məscidi dövrümü zədək ya xşı qa lmışdır. O, Gilə k məscidi istisna olmaqla, bütün 
başqa  məscidlər  kimi  p landa  çatma  tağtavanla  örtülmüş  uzunsov  dördkünc  otaqdan 
ibarət olub,  minarəsizdir.  Ya xşı yonulmuş daşlardan tikilmiş bu  məscid Abşeron tipli 
yaşayış otağını xatırladır.
26
 Məscidin içərisində, mehrab ın üstündə h.567 (1171/72)-c i il 
və bədii oyma ustasının adı -ustad nəccar Aşur ibn İbrahim Ba kuyi  - yazılmış bir kitabə 
var.
27
 
İçərişəhərin  cənub-şərq  hissəsində  Qız  qalası
28
  adlanan  28  m  hündürlüyündə 
nəhəng  daş  silindri  andıran  qeyri-adi  formalı  bir  abidə  uca lır.  Divarların  qalınlığı 
qalanın  gövdəsində  5  metrə,  8-ci  mərtəbəsində  isə  4  metrə  çatır.  Qalanın  onu  8 
mə rtəbəyə  bölən  8  günbəzli  tağı  olmuşdur.  Qa la  dənizə  doğru  sallanan  nəhəng sahil 
                                                                 
 Şəhər 1723-cü ildə  general M atyuşkin tərəfindən topa tutularkən minarəsinin üst qatı 
zədələndiyi üçün belə adlanırdı.
 
  


105 
 
qayasının çıxıntısı üzə rində tikilmişdir. Şə rq tərəfində, de mək o lar  ki onun başınadək 
ucalan  kontrforsa  (dayaqdivar)  bənzər  nəhəng  çıxıntı  var.
29
  Görünür  o,  qalanı 
möhkəmləndirməyə  və  müdafiə  vaxtı  hərbi  əməliyyat  meydanını  genişləndirməyə 
xid mət ed irmiş. 
Cənub-şərqdən bayır tərəfdə kontrforsu əhatə edən yarımbürc lər qalmışdır.  Bu 
qalanı hörgü üsulların ın fərq inə görə iki hissəyə bölmək olar: hamar hörgülü aşağı hissə 
və arası za man  keçdikcə ovulub tökülmüş əhəng suvaqla doldurulmuş daşların növb ə 
ilə   batıq  və  çıxıntı  şəklində  hörüldüyü  yuxarı  h issə.  Hər  mərtəbədə  işıq  düşməsi  və 
ehtima l ki, dənizə  tərəf atəş aç maq üçün ma zğal tipli b ir pəncərə var. 
İkinci  mərtəbədən başlayaraq hər mərtəbədə taxça var.  Giriş qapısının üstündə 
qalanın  bütün  hündürlüyü  boyu  divarın  arasında  saxsı  boru  hörülmüşdür.  Bəzi 
tədqiqatçılar hə min  ta xçala rı və  saxsı borunu qalanın  kana lizasiyası  ilə  bağlayırlar.
30
 
Qalan ın içərisində divarın cənub tərəfində su quyusu var. Qalanın cənub-qərb tərəfində, 
yerdən təqribən 14  m hündürlükdə kitabə həkk o lunmuşdur. Kufi  xətlə ya zılmış dörd 
sözdən ibarət ikisətirlik bu mü xtəsər kitabə belə o xunur: 
"Məsud bin Davud qübbəsi".
31
 
Kitabədə tarix göstərilmə məsi və qalanı t ikd irmiş feodalın adının çə kilmə məsi 
Qız  qalasındakı  kitabənin  sifarişçi  şəxsə  deyil,  onu  tikən  memara,  Mərdəkandakı 
dairəvi  qalanı  t ikmiş  me marın   atası  -XII  əsrin  ikinci  yarısında  yaşamış  Məsud  ibn 
Davuda mə xsus olduğunu hesab etməyə əsas vermişdir.
32
 Ço x ehtimal  ki,  Qız qalası 
dördkünc  Mərdəkan  qalasından  və  başqa  yerlərdə  olduğu  kimi,  ü zərində  onun 
şirvanşah, yaxud başqa bir feodal tərəfindən tikildiyi göstərilən kitabə olan qala d ivarı 
ilə   əhatə  olunubmuş.  Qız  qa lasının  ya xınlığında  qa zınt ı  aparıla rkən  qa la  d ivarın ın 
qalıqla rı  aşkar  edilmişdir.  Kitabənin  tipik  formalı  kufi  xətt i  onu  XI-XII  əsrlərə   a id 
etməyə imkan verir.
33
 
Qız qalası ilə bağlı bir sıra əfsanələr var.
34
 
Bu əfsanələrdən ən çox yayılanı  Y.A.Pa xo movun söylədiyi əfsanədir: " Bir şah 
öz qızına evlənmək istəyir. Atasının arzusuna tabe olmaq istəməyən qız onun üçün qala 
tikdirməsını  şərt  qoyur.  Qala  tikilib  qurtardıqdan  sonra,  bir  varianta  görə  (İ.Be re zin, 
Səyahətnamə,  c.I,  s.225)  q ız  oraya   sığınır,  başqa  bir  varianta  (S.Q.Qme lin, 
Səyahətnamə,  c.III,  s.80)  görə  isə  özünü  qalanın  başından  dənizə  atır.  Konstruksiya 
sadəliyi, təfərrüatın və müsəlman lıq ünsürlərin in olma ması  Ba kı qalası haqqındakı bu 
əfsanəni qədim keçmişlərə aid etməyə imkan verir".
35
 
Əfsanədə  əksini  tapmış  nikah  növü  Sasanilər  dövründə  müqəddəs  adət  kimi 
mövcud  olmuşdur.  Məlu mdur  ki,  II  Yəzd igərd  (439-457-ci  illər)  maqların  təkid i  ilə 
Ermənistana,  Gürcüstana, Albaniyaya və digər əyalətlərə   mə zdəizmi  məcburi surətdə 
öyrənmək barədə fərman, "ataların q ızlarına, qardaşların bacılarına evlən mələri" haqda 
əmr göndərmişdi.
36
 
Qız qalası adlı qalalar təkcə Azərbaycanda və İranda deyil, Yaxın Şərq in bir sıra 
ölkələrində  də  vardır.  İran   tədqiqatçısı  Bastaniyə  Pərizi  həmin  Qız  qalaların ı  su  və 
məhsuldarlıq  ilahəsi  Anahidə  (Nahidə)  qədim  sitayişlə  ə laqələndirir.  Mə lu m  o lduğu 
kimi, Avestada hər birinin a llah ı olan su, hava, od və torpaq müqəddəs ünsürlər sayılır. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə