[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə48/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   44   45   46   47   48   49   50   51   ...   143

98 
 
İlkin  məxəzlərdən  göründüyü  kimi,  Elxanilər  hakimiyyətə  gəldikdən  sonra 
torpaqların,  mədən və karxanaların böyük bir h issəsini əvvəlki sahiblərinin əllərindən 
alaraq, onlan "incu" və "divan"ın mülkiyyətinə qatmışdılar. Ehtima l ki, eyni aqibət neft 
quyuları sahiblərin in də başına gəlmişdi. Elxanilər əvvəllər yerli hakimlərə məxsus neft 
quyularının böyük b ir hissəsini ələ keçirib, onları müqatiəyə (icarəyə) vermişdilər ki, bu 
da  icarədarla rın  hə m  mədənlə ri,  hə m  də  quyularda  işləməyə  təhkim  olun muş  yerli 
kəndliləri vəhşicəsinə istisma r et məsinə səbəb olurdu. 
Bu, neft  mədənlə rində işləyən əhalinin ta ma milə d ilənç i kö künə düşməsinə və 
ümu miyyətlə, məhsuldar qüvvələrin tənəzzü lə uğramasına, nəticədə isə neft hasilatın ın 
azalmasına  gətirib  çıxard ı.  Qeyd  etmək  vacibdir  ki,  Bakı  şəhərinin  iqtisadiyyatının 
inkişafı və yüksəlişi neft yataqlarının istismarı ilə bağlı olmuşdur və orta əsr Bakısın ın 
inkişafının   başlıca  iqtisadi  amili  neft  hasilatı  idi.  Şəhərin  inkişafının  spesifik  cəhəti 
bundan ibarətdir. 
Kitabədə adı çəkilən son vegi termin i "ürf" ş əriətdə nəzərdə tutulmayan vergilər 
kimi başa düşülməlid ir.
66
 
XI-XV  əsrlə rdə  Ba kın ın  şəhər  əhalisindən  yuxarıda  gətirilən  kitabədə 
göstərilənlərdən  başqa  vergi  və  töycülərin  toplanmasına  dair  məlu matımız  yo xdur. 
Ehtimal ki, şəhər əhalisi, əsasən tacirlər və sənətkarlar, A zərbaycanın başqa şəhərləri 
üçün  səciyyəvi  olan  digər  vergilər  də  verird ilər.  Dövlət  və  mülkədarlar  tərəfindən 
əhalinin  üzərinə qoyulan ən soyğunçu vergilərdən b iri kəndli və şəhərlilərdən alınan 
"əvariz" idi. Müharibə, sarayda ailəv i şənliklərin keçirilməsi ilə  əlaqədar təc ili xə rclə ri 
ödəmək üçün, adətən, nağd pul şəklində toplanan əvariz monqol istilasından xeyli əvvəl 
də mövcud olmuşdur.
67
 Monqollar dövründə şəhərlərdə ən ço x yayılmış vergi baza rda 
istər topdansatış, istərsə də pərakəndə satış ticarəti ma lla rından a lınan ta mğa  idi.
68
 Əha li 
üçün çox ağır olan bu vergi şəhərlərdə ticarətin inkişafını ləngid irdi. 
Şəhərlərdə bac deyilən yol gö mrü k  xərci də toplanılırdı.
69
  Gö mrü k toplan ması 
vergi  yığanların  hədə-qorxu  ilə  artıq  pul  qoparmaları  ilə  müşayiət  olunurdu. 
Mənbələrdə həmin vergin in Ba kıda toplanmasına dair mə lu mat var.
70
 
Bundan əlavə şəhərlə rdə biyar adı ilə tanınan  mükə lləfıyyət də mövcud id i. Bu 
mü kəlləfiyyətə görə rəiyyət dövlətin, feodal xeyrinə arx və kəhriz qazılmasında, onların 
təmizlən məsində,  qa la  divarlarının,  sarayların  və  s.  t ikilməsində  məcburi  surətdə 
işləməli  idi.  Monqol  istilasından  xeyli  əvvəl  mövcud  olan  biyar  son  dərəcə  ağır 
mü kəlləfiyyət  id i.
71
  Yəqin  ki,  biyar  XI-XV  əsrlə rdə  mürə kkəb   kəhriz  siste min in 
yarandığı və bir sıra iri qala tikililərinin inşa edild iyi Bakıda da mövcud olmuşdur. 
Şəhərin ən aşağı sosial pilləsində əmək vasitələrinə və xammala malik olmayan 
yoxsul sənətkarla r, günə muzd  fəhlə lər, qula mla r, qullar, "runud və övbaş" adlandırılan 
sinfi simasın ı itirmiş ünsürlər və i.a. dayanırdı. 
XI-XV  əsrlərdə  şəhərlərin  sosial  strukturunda  müharibədə  ələ  keç irilən 
əsirlərdən  ibarət  qullar  da  müəyyən  yer  tuturdu.  XIII  əsrin  20-ci  illərində  yazmış 
anonim  müəllif  Şirvanın  malların ı  sadalayarkən  ilk  növbədə  "cariyə  qızların,  türk 
qullarının"  adını  çəkir.
72 
1281-c i  ildə  Arrana  və  Şirvana  səyahətə  çıxmış  və  Ba kıda 
ölmüş  şair  Nizari  "Arran  vadilərinin"  türklərlə  dolu   olduğunu  göstərir.
73 
Qulları 


99 
 
torpaqlara təhkim edirdilər. Qul ə məyindən kənd təsərrüfatında və şəhər məişətində ən 
ucuz işçi qüvvəsi kimi  istifadə olu-nurdu. Qu l bol o lduğundan Dərbəndin məşhur qul 
bazarında onlar çox ucu z satılırdı.
74
 Məlumdur ki, XII əsrdə Dərbənd hakiminin xoşuna 
gəlmiş  şerinə   görə  Niza mi  Gəncəviyə  hədiyyə  göndərdiyi  gənc  qıpçaq  kənizi  Afaq 
şairin arvadı olmuşdu. Qul türk q ızları gözəllikləri ilə şöhrət qazanmışdılar: 
 
O (Şirin), mənim qıpçaq gözəlim kimi iti yerişli idi, 
O, sanki mənim Afaq ımın özü idi... 
Ucaboylu, gözəl, ağıllı idi, 
Onu mənə Də rbənd hakimi göndərmişdi.
75
 
 
Niza mi Gəncəvi Afaq ın gözə lliyin i və ağlını belə vəsf edirdi. 
Qullar şəhərlərin və kənd yerlərinin ən  məzlu m əhali zü mrəsi idi. Feodaldan asılı 
kəndlilərlə  yanaşı, qullar da şiddətli istismara  məru z qalırd ıla r. Şirvanın  ş əhər əhalisin in 
sosial  tərkib inin  ən  aşağı  pilləsində  duran  bu  təbəqə,  şəhərlərdə  baş  verən  sinfi 
hərəkatlarda və üsyanlarda, Beyləqanda olduğu kimi, fəal iştirak ed ird ilə r. 
Gətirilən  materia lla r  Şirvanın  və  Ba kın ın  in kişaf  et miş  feodal  cə miyyətinin 
mürəkkəb  iyerarxiyaya  malik o lduğunu göstərir və onun şəhər əhalisinin, quruluş və 
idarəsinin sosial strukturunu açıqlayır.  
 
 
 
 
 
 
4. XI-XVI ƏSRLƏRDƏ ġƏHƏR MƏDƏNĠYYƏTĠ. MEMARLIQ, 
ELM, ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT 
 
a) Bakı Ģəhərinin xarici görünüĢü 
 
Bakın ın  xarici görünüşünü ilk dəfə əslən bakılı o lan Əbdürrəşid  Bakuvi təsvir 
etmişdir.  O,  1403-cü  ildə  yazmışdır:  "Bakuyə:  u zunluq  dairəsi  -  84°30',  en  dairəsi  - 
39°30';  Xəzər  dənizi  sahilində,  Dərbənd  vilayətlərindən  birində,  Şirvan  yaxınlığında 
daşdan tikilmiş şəhərdir.  Onun divarların ı b ir ço x bürcləri basıb,  məscidə yaxın laşan 
dəniz  suları  yuyur.  Ora  qayalıq  yerdir  və  evlərin  ço xu  qayaların  üstündə  tikilmişdir. 
Oranın   havası  təmizdir,  qayalarda  qazılmış  quyulardan  çıxan   suyu,  şirin  bulaqları 
olduqca  xoşdur.  Taxıl  məhsulu  azdır  və  onun  böyük  hissəsini  buraya  Şirvandan  və 
Muğandan  gətirirlər.  Burada  əncir,  nar,  üzü m  ço xdur.  Bağ lar  uzaqdır  və  şəhərlilərin 
çoxu hər il yay vaxtı oraya gedərək b ir qədər yaşayıb geri qayıdırlar. 
Şəhərin  son  dərəcə  bərkid ilmiş  ikiqat  möhkəm  daş  qalası  var.  On lardan  biri, 
böyüyü  dənizə  yaxındır,  dalğalar  onu  döyəcləyir.  Bu,  tatarların   (monqolların-  S.A.) 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə