[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə44/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   40   41   42   43   44   45   46   47   ...   143

90 
 
kitabəsində  qalanın  sahibi  Sipahsalar  İshaq  ibn  Kakulinin  ad ı  çəkilir.
17
  Görünür,  bu 
ailən in üzvlə ri XI əsrdən bəri və sonrakı əsrlə rdə Şirvan dövlətinin  idarə edilməsində 
mühü m rol oynamışlar. 
Şirvanın vəziri, şirvanşahın iltifatı  ilə də olsa, dövlətin tam səlahiyyətli hakimi 
idi.  Və zirlərin hakimiyyəti, hər şeydən əvvəl, mə mu r təbəqəsinin nümayəndələri üçün 
bəxşiş mənbəyi idi. Şirvanın vəziri ə l-Kaku li mü kafat  və bə xşiş vermə kdə sə xavəti ilə  
məşhurlaşmışdı. Əha lidən vergi yığ maq  ica zəsini (da man, müqatiə) və zir verirdi. Ba kı 
qalasındakı  Cü mə  məscidi  minarəsin in  bünövrə  daşındakı  farsca  kitabəyə  görə, 
Şirvanda,  ehtimal  ki,  XI-XII  əsrlərdə  Şamaxıda,  XIII-XIV  əsrlərdə  isə  Bakıda 
vəzirlə rin d ivanı (d ivan al-vü zəra)  mövcud olmuşdur. Sultan Məhəmməd  Olcaytunun 
(1304-1316-cı  illər)  yarlığın ın  mətnindən  ibarət  olan  bu  kitabədə  Ba kuyə  Divanı 
xatırlanır.
18
  Divanın  əsas  gəlir  mənbəyi  pul  rentası  ş əklində  da xil  olan  vergi  və 
töycülərdən, habelə hərbi qənimət və xəracdan ibarət idi. Şəhərlərdə vergi və töycülərin 
yığılması  ilə  amillər  məşğul  olurdu.
19
  XI  əsrin  sonunda  Divanın  sahibi  (mü lki  v ə 
ma liyyə  idarəsinin  başçısı)  və  vəzirin  naibi  (müavini)  şirvanşahın  feodal  in zibati 
idarələ rində  xid mət  edən  Məsud  ibn  Na mdar  idi.  Onun  əsas  gəlir  yeri  şəhər  və  ya 
mahalda yığılan vergi və töycülərdən daimi və irsən təyin olunan pul ödənci - idrar idi. 
İdrarı  təyin  etmək  hüququ  da  vəzirin  səlahiyyətinə  məxsus  idi.  Lakin  XV  əsrdə 
vəzirlə rin hakimiyyətini sıxışdıra raq nüfuz qazan mış  müstövfilər -  ma liyyə-mühasibat 
idarəsinin yüksək  mənsəbli  mə mu rla rı  idra rın  verilməsin i dayandıra bilərd ilə r.  Ve rgi 
məb ləği  divana  müntəzə m  da xil  olmad ığından  id rarın  a lın ması  te z-te z  çət in-ləşirdi. 
İdrardan başqa təsviq (məvacib), müşahəra (aylıq haqq) kimi pul ödəncləri də mövcud 
idi.
20
 Məsud ibn Na mdar  Şirvanın şəhər idarəsində  müstövfi vəzifəsində  işləyird i.  O, 
vergi  məbləğlə rinin  məda xil  və  mə xa ric inin  hesabını  aparmaq,  ş əhərin  məda xil  və 
mə xaric   dəftərlərinin  tə rtibi  ilə  məşğul  olurdu.  Na mda r  hə mç inin,  ö zünün  müşrif  - 
əhalinin gəliri haqqında məlu mat toplayan nəzarət məmu ru vəzifəsinin də adın ı çəkir.
21
 
Orta  və  kiç ik  mə murlar  q rupuna  nazirlər,  katib lər,  a millər,  şəhər  kənd xudaları  və  s. 
daxil idi. Kiçik nəzarət məmuru o lan nazirin vəzifəsi kənd mülklərindən və sənətkarlıq 
istehsalından, Bakı və Abşeronun duz  mədənlərindən və neft quyularından götürülən 
gəliri hesabla maq id i. 
Qoşunların uçotu və onların  məvacib inin ödənilməsi ilə məşğul o lan məmu r arid 
adlanırdı.
22
 Şəhnə (şihnə) XI-XII əsrlərdə sultanın hərbi can işini  idi. A milin və şəhər 
hakiminin  yanında  mü xtəlif  tapşırıq ları  icra  edən  məmur  -  katib  vəzifəsi  də  var  idi. 
Məsud  ibn  Na mdar  "əsl"  katib in  bilik  sahələrini  sadalayaraq,  fiqhə  və  şəriətə, 
qrammatikanın  mü xtəlif  incəliklərinə  bələd  olmağı,  Qu ranı  b ilməyi  və  s.  xatırlad ır. 
Beyləqanda  amilin  on  beş  katibi  var  idi.
23
  Mirab  şəhərin  su  təchizatı  və  onun şəhər 
sakinləri arasında bölüşdürülməsi  ilə  məşğul olur, suvarma  kanallarının saz olmasına, 
bulaq və su quyularının tə mizliyinə nə zarət edirdi. 
Feodal sinfi da xilində  ikinci qrup ali  rütbəli ruhanilə r  - vilayətdə şeyxülisla m, 
qazılar  və  qazi-əl-qüzzat  (qazılar  qazısi),  yəni,  vilayətin  baş  şəhərinin  qazısı  təşkil 
edirdi. On lar şəhər idarəsində yüksək vəzifələr tuturdular. 
XI-XV  əsrlərdə  digər  müsəlman  dövlətlərində  olduğu  kimi  Şirvanda  və 


91 
 
Dərbənddə  şəriətə  əsaslanan  müs əlman  hüququ  fəaliyyət  göstərirdi.  Din lə  hüquq 
arasında  möhkəm  bağlılıq,  məh kəmə  prosesinin  və  məhkəmənin  ilah iyyatçı 
hüquqşünasların  ixtiyarına  verilməsi  müsəlman  ölkələ rində  mühakimə  üsulunun 
səciyyəvi cəhətidir. 
Şirvan  şəhərlərində  və  Dərbənddə  məhkəmə  işlərini  şirvanşahın  və  Dərbənd 
əmirin in təyin etdiyi qazılar aparırd ı. Şəriət  məh kəmələrinə başçılıq edən qazı və qazı 
əl-qüzzatın  səlahiyyətinə  bir  sıra  digər  funksiyalar,  o  cü mlədən  notarius  vəzifəsi  də 
daxil idi. Qazılar dini ayinlərin icrasına nəzarət edirdilər, mü lkiyyət hüququnu ləğv edə 
bilərd ilər. Onla r, hə mç inin mirası bölüşdürür, kəbin kəsir və digər mülki işlərlə məşğul 
olurdular.
24
 Qazı ə l-Qüzzat feodal hakimiyyət strukturunda sultandan və şirvanşahdan 
sonra  ən  mühüm  sima lardan  biri  id i.  Ruhani  feodalla r  dövlət  idarəçiliy ində  tez-tez 
yüksək  vəzifələr  tuturdular.  XII  əsrin   əvvəllərində  Məsud  ibn  Namdar  mənzu m 
namə lərində qazıların onu "mülk" sahibliyi və Bey ləqanda olmadığ ı müddətdə məvacib 
almaq  hüququndan  məhru m  etmələrindən  şikayətlənir.
25
  XII  əsrin  sonunda  Şirvanın 
qazısı  "hüquq  elmlərin in  və  in zibatı  hüququn  kamil  biliciləri  o lan  qazılar  nəslindən 
çıxmış"
26
  Qiyasəddin  Əbu  Nəsr  Məhə mməd   ibn  Abdullah   ibn  Abbas  əş-Şirvani 
olmuşdur. Qazı vəzifəsi ço x vaxt irsən keçird i. 
Şəhər idarəsində digər mühü m şəxslərdən biri də sədr - vəqf mə-sələlərinə baxan 
yüksək mənsəbli  məmur, şirvanşah tərəfindən təyin olunan nazir  idi. Bakı qalasındakı 
Gilə k  məscidindəki  kitabədə  h.708  (1308/9)-c i  ildə  məscidin   tə mir  olun masını  ə mr 
etmiş  sədr  Əmin   əd-Din  ibn  Əbubəkrin  adı  çəkilir.
27
  Buradaca  kitabəsində  onu 
tikdirmiş  sədr  Xoca  Əmirşah  ibn  Xoca  Hacı  Yaqubun  (h.818  (1415-1416)-ci  il)  adı 
xatırlanan  başqa  bir  məscid  də  vardır.
28
  Xoca  rütbəsi,  görünür,  varlı  tacirə ,  ya xud 
vəzirə,  şirvanşah  sarayındakı  mənsəb  sahibinə  verilird i.  Bakıda  yaşamış  hə min 
feodalların  və  mənsəb  sahiblərinin  adla rına,  habelə  mənbələrin  mə lu matına  görə, 
ehtimal ki, onlar şafiilik məzhəbinə mənsub sünni olmuşlar.
29
 
Cü mə   (ca me )  məscidlərinin   ima mları,  müdərrislər  (mədrəsə  müəllimləri), 
seyidlər,  dərviş  xanəgahların ın,  zaviyə lərinin  və  i.a.  şeyxləri,  habelə  vəqflərin 
mütəvəlliləri  də  ruhanilər  zü mrəsinə  daxil  idi  Ruhanilərin  nə  kimi  rol  oynadıqları 
aşağıdakı  faktdan  aydın  görünür:  şirvanşah  III  A xsitan  (XIII  əsrin  ikinci  yarısında 
hakimiyyət  sürmüşdür)  Səfəv ilə r  süla ləsinin  banisi  şeyx  Səfiəddinlə   (d.h.650 
(l252-1253)-c i il - ö.h.735 (1334-1335)-c i il) qohum olmaq istəyərək, qızını şeyxə  ərə  
vermə k niyyətinə düşmüş, cehiz ola raq 14 000 d inar və  gəliri bir neçə  min taqar düyü 
olan  suvarma  kanalı  verməyi  vəd  et mişdir.  Sə fiəddin   bunun  müqabilində  de mişdir: 
"Mən buna nə deyə bilərə m? Şirvanşah hökmdard ır, mən isə adicə dərvişə m".
30
 
La kin bə zən şirvanşahlar bu və ya digər şeyxin nüfuzunun art masından qorxuya 
düşərək, b ir ço x hallarda isə iqtisadi xarakterli səbəblərdən belə şəxsləri təqib etmişlər. 
Məsələn, III A xsitan təbəələrinin əksəriyyətinin şeyx Zahid in (d.h.615  (1218/ 19)-c i  il 
-ö.  təqribən  1300-cü  il)  ard ıcılı  olduqlarını,  bütün  va xtların ı  ibadətdə  keç irərə k, 
təsərrüfatı,  tarlala rın  becərilməsini  başlı-başına  bura xdıq larını,  bunun  is ə  dövlətin 
rifahına fəlakətli təsir göstərdiyini gördükdə şeyxlə düşmən oldu, onun mü rid lərini suya 
atıb boğdurmaq, ibadətgahını isə dağıtmaq la hədələmişdi.
31
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə