[]


§2. To be (olmaq) felinin indiki qeyri-mü



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

 
105 
§2. To be (olmaq) felinin indiki qeyri-müəyyən  
zaman formasında şəxslər üzrə dəyişməsi 
 
 
To  be  (olmaq)  feli  supletiv  feldir.  Yəni  şəxslər  üzrə 
dəyişdikdə  öz  ilkin  formasından  tamamilə  uzaqlaşır.  Aşağıdakı 
cədvəldə  to  be  felinin  indiki  qeyri-müəyyən  zaman  formasında 
şəxslər üzrə dəyişməsinə diqqət yetirək. 
 
Şəxs 
Tək 
Cəm 

 
II 
 
III 
am 
 
You are 
 
He 
She    is 
It 
We are  
 
You are  
 
They are 
 
am a student - Mən tələbəyəm.  
You are a student - Sən tələbəsən.
 
 
He is a student - O, tələbədir  
She is a student - O, tələbədir  
It is a table - O, stoldur 
 
 
 
We are students-  
 
 
Biz tələbəyik /tələbələrik 
 
You are students-  
 
 
Siz tələbəsiniz /tələbələrsiniz 
 
They are students- Onlar tələbədirlər /tələbələrdirlər 
 
 
To  be  feli  isimlər  və  sifətlərlə  işlədildikdə  cümlənin  tərkibi  
(mürəkkəb)  ismi  xəbərini  təşkil  edən  bağlayıcı  fel  funksiyasını 


 
106 
yerinə  yetirir.  Məsələn,  He  is  an 
engineer.  That  bag  is  black.  Əgər 
özündən  sonra  gələn  isim  önlüklə 
işlədilərsə to be cümlənin sadə xəbəri 
funksiyasında çıxış edir. Məsələn, We 
are at the lesson. The teacher is in the 
room. 
 
Təsdiq  formasında  mübtəda  ilə  to 
be  felinin  indiki  qeyri-müəyyən 
zaman  formaları  am,  is,  are  arasında  qısaltmalar  da  baş  verir. 
Bunlar yazıda öz əksini aşağıdakı kimi tapır: 
 
 
 
 
 
I am = I'm   
 
 
 
We are = We're 
 
 
 
 
You are = You're    
You are = You're 
 
 
 
 
He is = He's    
 
 
They are = They're 
 
 
 
 
She is = She's  
 
 
 
 
It is = It's 
 
 
It is a book. - It's a book. Her son is four years old. - Her son's 
four years old. 
 
 
§3. To be felli cümlələrin  
sual forması 
 
 
Sual  formasında  to  be  felinin  indiki  qeyri-müəyyən  zaman 
formaları am, is, are mübtədadan əvvələ keçir. Məsələn,  
 
 
 
 
I am a student. - Am I a student? 
 
 
 
She is a teacher. - Is she a teacher? 
 
 
 
We are civil engineers. - Are we civil engineers?   
 
və s. 


 
107 
§4. To be felli  cümlələrin inkar forması 
 
 
İnkar  formasında  to  be  felinin  indiki  qeyri-müəyyən  zaman 
formalarından  (am,  is,  are)  sonra  not  inkar  hissəciyi  artırılır. 
Məsələn, 
 
 
 
I am a student. - I am not a student.
 
 
 
 
She is a teacher. - She is not a teacher. 
 
 
They are construction workers.  
 
 
 
- They are not construction workers. 
 
 
İnkar  formasında  qısaltmalar  da  işlədilir 
və  onlar  yazıda  öz  əksini  aşağıdakı  kimi 
tapır: 
 
 
 
 
 
 
 
 
am not = amn't  
 
 
 
 
 
 
 
are not = aren't  
 
 
 
 
 
 
 
is not = isn't. 
 
 
She is not a student. - She isn't a student. 
 
You are not an engineer. - You aren't an engineer. 
 
He is not a worker. - He isn't a worker. 
 
 
§5. To be felli cümlələrin  
sual-inkar forması 
 
 
To  be  feli  olan  cümlələrin  sual-inkar  forması  düzəldilərkən 
söz  sırası  aşağıdakı  kimi  düzülür:  birinci  yerdə  to  be  felinin 
indiki qeyri-müəyyən zaman formalarından biri üstəgəl mübtəda, 
üstəgəl not inkar hissəciyi:  Is  she not  a student? Are  you not  a 
worker? Əksər hallarda to be felinin indiki qeyri-müəyyən zaman 
formaları ilə not inkar hissəciyi qısaldılır və sual-inkar formasını 


 
108 
təşkil edir: 
 
 
 
(1) Is she not a student? - (2) Isn't she a student?  
 
 
(1) Are you not a worker? - (2) Aren't you a worker? 
 
 
Misallardakı (1)-ci sual-inkar cümlələri formal, rəsmi nitqdə, 
(2)-cilər isə əsasən, danışıq dilində işlədilir. 
 
İngilis  dilindəki  sual-inkar  cümlələrini  Azərbaycan  dilinə 
deyil, deyilmi sözlərini işlətməklə tərcümə etmək olar. 
 
 
 
Isn't Samir a driver?  
 
 
– Samir sürücü deyil?
  
 
 
 
 
 
Aren't they at the lesson?  
 
 
 
– Onlar dərsdə deyil? 
 
 
Aren't you an engineer?  
 
 
 
- Siz mühəndis deyilsinizmi?
 
 
 
§6. To be feli ilə qısa təsdiq və inkar  
cavabları 
 
 
To be feli olan ümumi sual cümlələrinə qısa cavab - Bəli/xeyr 
— verərkən ingilis dilindəki Yes-bəli, No-xeyr sözlərindən sonra 
mübtəda  və  to  be  felinin  müvafiq  formaları  işlədilir.  Əgər 
mübtəda  şəxs  əvəzliyi  ilə  deyil,  digər  nitq  hissəsi  ilə  ifadə 
edilmişdirsə, onda qısa cavab verilərkən mübtəda müvafiq şəxs 
əvəzliyi  ilə  əvəzlənir.  Qısa  inkar  cavabı  verərkən  to  be  felinin 
müvafiq  formalarından  sonra  not  inkar  hissəciyi  artırılır. 
Aşağıdakı cədvəldə verilən misallara diqqət yetirin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə