Modelləşdi
rmə
2
49
“M
ODEL
”
ANLAYIŞI
Şəkildə göstərilmiş obyektlərlə hansı dərslərdə
rastlaşmışsınız?
Başqa fənlərdən daha hansı modelləri tanıyırsınız
?
Göstərilmiş obyektlər üçün yaradılmış modelləri yada salın və cədvəli tamamlayın.
№
Obyektin adı
Hansı modellər yaradılıb
Model yaradılmasının səbəbi
1
Dinozavr
2
Günəş
sistemi
3
İnsan
– Hər bir model təcəssüm etdiyi obyektin hansı xüsusiyyətlərini əks etdirir?
Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox
mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən
onun sadələşdirilmiş variantından – modelindən istifadə etmək lazım gəlir. “Model”
termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını
verir.
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən
təqdimolunma formasıdır. Modelin yaradılması prosesi
modelləşdirmə adlanır.
Modeli yaradılan
obyektin özünə orijinal, yaxud
prototip deyilir.
Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun
bir neçə səbəbi var:
1. Obyekt öyrənilən zamanda orijinal mövcud olmaya bilər: o ya keçmişin, ya
da gələcəyin obyektidir. Dinozavrların nəslinin kəsilməsi, Yerdə həyatın
əmələ gəlməsi nəzəriyyələri belə yaranıb. Bu üsulun köməyi ilə gələcəyə də
F Ə A L İ Y Y Ə T
2.1
50
baxmaq olar. Fiziklər nüvə müharibəsi olarsa, planetimizdə yarana biləcək
“nüvə qışı” adlanan nəzəri model qurmuşlar.
2. Orijinal çoxlu xassələrə və qarşılıqlı əlaqələrə malik ola bilər. Obyektin
sadələşdirilmiş təsviri olan modeldə isə yalnız tədqiqatçını maraqlandıran
xassələri saxlamaqla qalanları “atmaq” olar; məsələn, biologiya dərslərində
çox mürəkkəb insan orqanizmini öyrənmək məqsədilə onun müxtəlif
modellərindən istifadə olunur.
3. Model real mövcud olan obyektlərin mücərrəd ümumiləşməsi olur. Yeni
geyim biçimi nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil,
müəyyən ümumiləşdirilmiş ideal obrazı, standartı təmsil edir. Coğrafiya dər-
sində təbiət hadisələrindən danışarkən biz hər hansı konkret təbiət hadisəsini
(məsələn: zəlzələni) deyil, həmin hadisənin ümumiləşdirilmiş formasını –
modelini nəzərdə tuturuq.
4. Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan olmaya bilər:
molekullar müşahidə üçün çox kiçikdir; Yer səthində dağ silsiləsinin
formalaşması prosesi həddindən artıq yavaş gedir; sınaq atom bombasının
partlayış mərkəzindəki şərait orada insanın iştirakını mümkünsüz edir.
Bütün bu
hallarda obyektləri, hadisə və prosesləri onların
modelləri ilə əvəz
etmək zərurəti yaranır.
Modellərdən tədrisdə tez-tez istifadə olunur. Coğrafiyada Yer haqqında ilk tə-
səvvürləri onun modeli olan qlobusu öyrənməklə alırıq, fizikada daxiliyanma mü-
hərrikinin işini onun modeli əsasında öyrənirik, kimya-
da maddələrin quruluşunu öyrənmək üçün molekulların
və kristal qəfəslərin modellərindən istifadə edirik, bio-
logiyada anatomik mulyaj əsasında insanın quruluşunu
öyrənirik və s.
Model
Modelləşdirmə
Orijinal, prototip
Nəzəri model
Modelin adekvatlığı
AÇ
AR
sö
zl
ə
r
Modelləşdi
rmə
2
51
Müxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik dövrə-
lərinin və başqa obyektlərin layihələndirilməsi və yaradılmasında
modellər çox mü-
hüm rol oynayır. Qabaqcadan sxemi yaratmadan nəinki təyyarəni, hətta onun sadə
bir detalını da hazırlamaq mümkün deyil. Bina və tikililərin layihələndirilməsi
prosesində sxemlərdən əlavə, çox zaman onların maketini də hazırlayırlar. Uçuş
aparatlarının hazırlanması prosesində onların modellərinin hava axınlarında hərəkəti
aerodinamik boruda tədqiq olunur.
Real obyektlərin quruluşunu, xassələrini və hərəkətlərini əks etdirən
nəzəri mo-
dellər (nəzəriyyələr, qanunlar, fərziyyələr və s.) yaradılmadan elmin inkişafı müm-
kün deyil. Yeni nəzəri modellərin yaradılması bəzən bəşəriyyətin ətraf aləm haqqın-
da təsəvvürlərini kökündən dəyişir (Kopernikin dünyanın heliosentrik sistemi, Re-
zerford və Borun atom modelləri, genişlənən kainat modeli və s.). Nəzəri modellərin
doğruluğu, yəni onların gerçək dünyanın qanunlarına uyğunluğu təcrübə və eks-
perimentlərlə yoxlanılır.
Modelin başlıca xassəsi onun
adekvatlığıdır, yəni modelin orijinalın modelləş-
dirilən xüsusiyyətlərinə uyğunluq dərəcəsidir. Modelin orijinala tam uyğun olması
Dünyada ən böyük şəhər modeli
1964-cü ildə ümumdünya sərgisi üçün hazırlanmış
Nyu-York şəhərinin 1:1200 miqyasında maketidir. Bu işə yüzlərlə usta 3 il vaxt sərf
edib. 1990-cı illərin əvvəlində maketə yeni binalar əlavə edildikdən sonra onların
ümumi sayı 895 minə, maketin ümumi sahəsi isə 870 kvadratmetrə çatıb. 2009-cu
ildən arzu edən hər kəs maketdə mənzil və ya ev ala bilər; toplanan vəsait modelin
müntəzəm şəkildə yenilənməsinə sərf olunur.
Bu
m
ar
aql
ıdır