70
İ
NTERAKTİV KOMPÜTER MODELLƏRİ
Kommunal və mobil
telefon xidmət haqlarını
ödəmək
üçün xüsusi
terminallardan istifadə
edilir.
Kommunal xidmətlər dedikdə nə nəzərdə tutulur?
Siz bu xidmətlər üzrə borcunuzu necə ödəyirsiniz:
poçtda, ödəniş terminalından, yoxsa xüsusi saytlardan?
1. Kompüterdə Control Panel qovluğunda Mouse simgəsini tapın və qoşa çıqqıldadın.
Açılan pəncərədə siçan qurğusunun köklənmə elementlərinə fikir verin. Siçanın bəzi
parametrlərini dəyişdirin və sonra yenidən ilkin vəziyyətinə qaytarın.
2. İş masasının qısayol menyusuna daxil olun və Screen Resolution bəndini seçin. Açı-
lan pəncərədə ekranın çözümlülüyünü dəyişdirməklə baş verən dəyişiklikləri izləyin.
– Nəyə görə Mouse pəncərəsini siçan qurğusunun modeli hesab etmək olar?
– Parametrlərin dəyişdirilməsi istifadəçiyə hansı imkanları verir?
– Screen resolution pəncərəsini hansı obyektin modeli hesab etmək olar?
Bildiyiniz kimi,
kompüter interaktiv qurğudur, yəni
iki istiqamətdə iş rejimi-
nə malik qurğudur: istifadəçi kompüterə sual və ya komanda verdikdə sistem dərhal
cavablandırır. Ona görə də kompüter modellərinin əksəriyyəti
interaktiv modellər
olur. Belə modellərdə tədqiqatçı (istifadəçi) prosesin ilkin şərtlərini və gedişinin
parametrlərini dəyişə və modelin fəaliyyətindəki dəyişiklikləri müşahidə edə bilər.
İnteraktiv kompüter modellərinə kompüter oyunlarını, öyrədici proqramları,
kompüterdə elmi tədqiqatlar aparmaq və nəticələri yoxlamaq üçün hazırlanmış mo-
delləri aid etmək olar.
www.edu.az təhsil portalında şagirdlər və müəllimər
üçün fənlər üzrə çoxlu sayda interaktiv modellər yerləş-
dirilmişdir. Bu tip modelləri yaratmaq üçün xüsusi proq-
ramlaşdırma alətlərindən istifadə olunur.
F Ə A L İ Y Y Ə T
2.6
İnteraktiv qurğu
İnteraktiv model
Elektron
resurslar
AÇ
AR
sö
zl
ə
r
Modelləşdi
rmə
2
73
K
OMPÜTER QRAFİKASI
Verilmiş rəsmlərin hansı ümumi cəhətləri var?
"Qrafika" nədir və kompüter qrafikasının hansı növləri
ilə tanışsınız?
İlk kompüterlərdə qrafik obyektlər yaratmaq üçün,
demək olar ki, heç bir vasitə yox idi. O zamanlar ekrana
yalnız simvollar – hərflər, rəqəmlər və xüsusi işarələr
çıxarmaq olurdu. Ancaq elə onda da proqramçılar
kompüterdən “rəsm aləti” kimi istifadə etməyə cəhd
göstərirdilər; məsələn, kompüter proqramının köməyi
ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza”
şəklini həmin dövrün insanları,
yəqin ki, xatırlayırlar.
Sonrakı kompüterlər artıq sadə görüntüləri – nöqtəni, düz xətti, çevrəni çəkə
bilirdi. Ozamankı monitorlar ağ-qara olduğundan kompüterdə yaradılan görüntülərin
hamısı qrafik-rəssamların işlərini xatırladırdı. Rəssamlığın başqa janrlarından fərqli
olaraq qrafik-rəssamların əsərləri, hər şeydən öncə, cizgilərin aydın çəkilişi ilə
səciyyələnir. Məhz buna görə də o dövrun kompüterlərinin təsvir imkanlarını
kom-
püter qrafikası adlandırmağa başladılar. Ancaq indi kompüterin köməyi ilə rəs-
samlar müxtəlif janrlarda əsərlər yarada bilsələr də, “kompüter qrafikası” termini
yenə də istifadə olunur.
Öncə rastr (məsələn: Paint), sonra isə vektor (məsələn: SketchUp) qrafik redaktorunda kub
modelini hazırlayın.
– Hansı redaktorda bu işi daha mükəmməl görmək olar? Cavabınızı izah edin.
– Rastr və vektor qrafikasının ümumi və fərqləndirici cəhətlərini qeyd edin.
F Ə A L İ Y Y Ə T
2.7
Kompüter qrafikası
Rastr qrafikası
Vektor qrafikası
Fraktal
qrafika
İkiölçülü qrafika
Üçölçülü qrafika
AÇ
AR
sö
zl
ə
r