98
C
ƏDVƏL STRUKTURUNUN YARADILMASI
Hər hansı cədvəlin yaradılmasına nədən başlamaq lazımdır?
Növbəti səhifədə strukturları verilmiş cədvəllərə daha hansı sahələrin artırıl-
masını zəruri hesab edirsiniz?
Verilənlər bazasının hazırlanmasına dair konkret nümunəyə baxaq. Hər biriniz
coğrafi atlasdan istifadə etmisiniz. Orada əsas coğrafi obyektlər – qitələr, ölkələr,
şəhərlər, okeanlar, dənizlər, çaylar və başqa obyektlər haqqında informasiya xəritələr
şəklində təqdim olunur. Xəritələrlə yanaşı, bəzən əlavə informasiya da (məsələn: hər
bir ölkənin bayrağı, sahəsi, əhalisi, pul vahidi və s.) yerləşdirilir.
Atlasda axtarış yetərincə çox vaxt aparır. Hər hansı şəhərin hansı ölkədə, hansı
qitədə yerləşdiyini bilmirsinizsə, həmin şəhəri xəritədə tapmaq müşkülə çevrilə
bilər. Şəhərin yeri haqqında nə qədər çox informasiyanız olarsa, onu daha tez tapa
bilərsiniz. Ən sürətli axtarış üsulu isə obyektin coğrafi enlik və uzunluğuna görə
mümkündür.
Coğrafi obyektlər haqqında informasiyanı təqdim etməyin daha səmərəli üsulu
isə verilənlər bazasından istifadə etməkdir. Belə bir verilənlər bazasını yaratmağa
çalışaq.
Verilənlər bazasının tərkibinə daxil olan faylların əksəriyyəti
cədvəllərdir. Cəd-
vəllər verilənlər bazasının əsasıdır və bütün zəruri informasiya onlarda saxlanılır.
Hər bir cədvəl müəyyən əlamətlərə görə birləşdirilmiş və eyni xassələrə malik
verilənlər yığınıdır. Verilənlər bazasında hər bir cədvəlin
bənzərsiz adı olur. Bildiyiniz kimi, cədvəllər
sahə və
yazı-
lardan ibarətdir. Hər bir sahə obyektin müəyyən xassəsini
ifadə edir. Cədvəl daxilində hər bir sahənin adı bənzərsiz
olmalıdır, yəni bir cədvəldə iki eyniadlı sahə ola bilməz.
3.4
Cədvəl
Sahə
Yazı
Konstruktor
rejimi
Cədvəl rejimi
AÇ
AR
sö
zl
ə
r
Verilənlər bazas
ı
3
99
Verilənlər bazasını yaratmaq üçün öncə onu layihələndirmək, yəni onun hansı
cədvəllərdən
təşkil ediləcəyini, hər cədvəldə hansı sahələrin olacağını, onların hansı
ardıcıllıqla yerləşəcəyini, hər bir
sahənin adını və
tipini müəyyənləşdirmək lazımdır.
Sahələrin adlandırılması proqramlaşdırma dillərində dəyişənlərə ad verilməsi kimi-
dir: onun anlaşılan olması, yəni ifadə
etdiyi xassəyə uyğun gəlməsi, çox uzun olma-
ması məqsədəuyğundur. Sahənin tipi onun hansı qiymətləri
ala biləcəyini və onunla
hansı əməliyyatları aparmağın mümkünlüyünü bildirir. Cədvəlin hər hansı sahəsində
yalnız bir tip verilənlər saxlanılır. Access bazasında verilənlərin əsas tipləri bunlar-
dır: Text (Mətn), Number (Ədəd), Date/Time (Tarix/Zaman), AutoNumber (Say-
ğac), Yes/No (Məntiqi), Hyperlink (Hiperistinad), Currency (Pul), MEMO
(Yaddaş).
"Map" (Xəritə) adlandıracağımız bu verilənlər bazası üç cədvəldən ibarət olacaq:
"Qitələr", "Ölkələr", "Yaşayış məntəqələri". Bu cədvəllərin hər birinin strukturunu
təsvir edək.
"Qitələr" cədvəlinin strukturu
Açar sahə
Sahənin adı
Verilənin tipi
#
QitəninKodu
QitəninAdı
QitəninSahəsi
Sayğac
Mətn
Ədəd
"Ölkələr" cədvəlinin strukturu
Açar sahə
Sahənin adı
Verilənin tipi
#
ÖlkəninKodu
ÖlkəninAdı
DövlətQuruluşu
PulVahidi
ÖlkəninSahəsi
İnternetÜnvanı
Sayğac
Mətn
Mətn
Mətn
Ədəd
Hiperistinad
"Yaşayış məntəqələri" cədvəlinin strukturu
Açar sahə
Sahənin adı
Verilənin tipi
#
MəntəqəninKodu
MəntəqəninAdı
CoğrafiEnlik
CoğrafiUzunluq
MəntəqəninTipi (
şəhər, kənd...)
Əhalisi
Sayğac
Mətn
Ədəd
Ədəd
Mətn
Ədəd
Hər bir sahənin mənası adından aydın olur. Hər cədvəldə Sayğac (AutoNumber)
tipli sahə verilib və o, açar sahə kimi qeyd olunub. “Qitələr” və “Ölkələr” cədvəl-
lərində belə sahəni daxil etməmək də olardı, sadəcə, uyğun olaraq qitənin adını və
ölkənin adını açar sahə kimi elan etmək olardı. Ancaq proqram mühitində ədədi
sahələrlə işləmək daha “asandır”. “Yaşayış məntəqələri” cədvəlində isə açar kimi iki
sahəni –
CoğrafiEnlik və
CoğrafiUzunluq sahələrini birlikdə götürmək olardı. Bu
100
halda da açar kimi Sayğac tipli sahədən istifadə olunub, çünki sadə açarla işləmək,
mürəkkəb açara nisbətən daha rahatdır.
Proqram mühitində verilənlər bazası yaradarkən qısaldılmış adlardan istifadə
etmək, məsələn, sahəni
MəntəqəninTipi əvəzinə
TipMənt adlandırmaq olar.
Cədvəlləri doldurmaq üçün verilənləri coğrafi atlaslardan, yaxud İnternetdən
götürmək olar.
"Qitələr" cədvəlinin yaradılması
1. Microsoft Access 2007 proqramını başladın.
2. "Map" adlı boş verilənlər bazası faylını yaradın. Proqramın baş pəncərəsi
cədvəl reji-
mində (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olunacaq.
3. Cədvəlin strukturunu yaratmaq üçün View (Görünüş) düyməsini çıqqıldadın və
konstruktor rejimini (Design View) seçin.
4. Save as (... kimi saxla) dialoq pəncərəsi açılacaq. Table Name (Cədvəlin adı)
sahəsinə
Qitələr adını yazın və OK düyməsini çıqqıldadın.
5. "Qitələr" cədvəli konstruktor rejimində açılacaq.
6. Blankın yuxarı hissəsində Field Name (Sahənin adı) sütununda sahənin adını
(
QitəninKodu) daxil edin. Qonşu Data Type (Verilənin tipi) sütununda susqunluqla
təyin edilmiş AutoNumber (Sayğac) verilən tipini dəyişməyin. Əgər bu sahə haqqında
açıqlama vermək istəyirsinizsə, Description (Təsvir) sütununda uyğun qeydlərinizi
yazın.
klavişini basın.
7. Access cədvəlin birinci sətrini (QitəninKodu sahəsini) susqunluqla başlıca açar kimi
təyin edir. Başlıca açar üçün sahənin Indexed (İndekslənmiş) xassəsinin qiyməti belə
təyin olunur: Yes (No Duplicates), yəni bu sahə indekslənib və onun qiyməti tək-
rarlana bilməz. Sahənin başlıca açar olmasını Field Name (Sahənin adı) sütununun
solundakı boz sütundakı açar simvoluna görə bilmək olar.
A D D I M 1
A D D I M –