108
sahəyə (
ÖlkəninKodu, yaxud
QitəninKodu) “əllə” yazmaq lazım gələcək. Bu isə o
qədər
də əlverişli deyil, çünki bu zaman səhv etmək ehtimalı var.
Hər hansı yazını cədvəldən uzaqlaşdırmaq üçün öncə həmin yazı seçdirilməlidir.
Yazını seçdirməkdən ötrü hər bir sətrin sol küncündəki
yazı seçicisini çıqqıldadın.
Birdəfəyə bir neçə yazını seçdirməkdən ötrü
klavişindən istifadə edin, yəni
seçdirmək istədiyiniz növbəti yazının yazı seçicisini çıqqıldatmazdan öncə
klavişini basıb saxlayın.
Yazı(lar) seçdirildikdən sonra verilənləri silmək (uzaqlaşdırmaq) üçün
klavişini basın, yaxud sağ çıqqıltı vasitəsilə açılan menyudan Delete Record
bəndini seçin. Access seçilmiş yazıların uzaqlaşdırılacağı haqqında xəbərdarlıq edə-
cək.
Diqqət!
Yadda saxlayın ki, uzaqlaşdırdığınız yazıları Undo komandası vasitəsilə
geri qaytara bilməzsiniz!
"Yazıçılar" və "Bədii əsərlər" cədvəllərindən ibarət verilənlər bazası yaradın. Bu cəd-
vəlləri bir-biri ilə əlaqələndirmək üçün YazıçınınKodu sahəsindən istifadə edin. Birinci
cədvələ yazıçılar, ikinciyə isə həmin yazıçıların bədii əsərləri haqqında məlumat daxil
edin.
Özünüzü yoxlayın
1.
Verilənlər bazasında iki cədvəl arasında hansı növ əlaqələr ola bilər?
2.
Cədvəllərarası əlaqələr necə qurulur?
3.
Aparıcı və asılı cədvəllər olarsa, verilənləri necə daxil etmək olar?
4.
Yazını cədvəldən uzaqlaşdırmaq üçün hansı addımlar atılmalıdır?
5.
İki cədvəli bir-biri ilə əlaqələndirmək üçün hansı sahələrdən istifadə etmək olar? Bu
əlaqənin tipi nə olacaq? Cavabınızı izah edin.
F Ə A L İ Y Y Ə T
Verilənlər bazas
ı
3
109
S
ORĞULAR
1. Verilənlər bazası proqramını başladın.
2. "Kadr heyəti" adlı yeni verilənlər bazası yaradın.
3. Əsas cədvəlin strukturuna bu sahələri daxil edin: soyadı, adı, atasının adı, cinsi,
təvəllüdü, vəzifəsi.
4. Cədvələ Əhməd adlı (o cümlədən Əliyev soyadlı) bir neçə yazı daxil edin.
5. Dəyişiklikləri yadda saxlayın.
Yaşı 30-dan az olan işçiləri müəyyənləşdirmək üçün cədvəlin hansı sahəsindən
istifadə etmək lazımdır?
Qazaxda doğulmuş Əhmədləri bu bazadan tapmaq üçün cədvəlin strukturuna hansı
sahəni əlavə edərdiniz?
Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən,
sorğulardan (in-
giliscə:
query) istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar
təhlükəsizlik baxımından etibarlıdır.
Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər
bir sorğu cədvəldə sax-
lanılan informasiyanın bir hissəsini – yalnız ona lazım olan hissəsini seçib götürür.
Sorğu nəticəsində ilkin verilənlər bazasının əsasında
yekunlaşdırıcı cədvəl yaradı-
lır. Bu cədvəldə yalnız sorğuya uyğun verilənlər toplanır.
Sorğular xüsusi qaydalara uyğun yazılır. Bu
qaydaların toplusuna
sorğu dili (ingiliscə:
query language) deyilir. Ayrı-ayrı sistemlərin
sorğu
dili fərqli ola bilər, ancaq onların əsasın-
da, adətən, eyni ümumi prinsiplər dayanır. Bir
neçə misala baxaq.
F Ə A L İ Y Y Ə T
3.6
Sorğu
Sorğu dili
Yekunlaşdırıcı cədvəl
Sadə sorğu
Mürəkkəb sorğu
AÇ
AR
sö
zl
ə
r
Məşhur “Əhməd haradadır?” filmində
belə bir epizod var. Kənddən oğlanla-
rının dalınca gələn valideynləri onu
tapmağa çalışırlar. Ancaq axtarışı apa-
ran müdir köməkçisi onlara bu işdə heç
cür kömək edə bilmir.
... Əhməd Əliyev nömrə
üç. Hə-ə... Bu Əhməd
azı iki yüz faiz planı
doldurur.
– O, yəqin,
bizim oğlu-
muzdur.
Sizcə, nə üçün Əhmədin ata-anası onu gec
tapdılar?
Əhməd haqqında hansı məlumatları Zülümov
qabaqcadan dəqiqləşdirsəydi, sonda pis
vəziyyətə düşməzdi?
110
n ü m u n ə 1
Əgər bizə bütün göy rəngli avtomobilləri tapmaq lazımdırsa, onda kompüterə belə bir sorğu
verilməlidir:
rəngi = “göy”
Sahibinin soyadı Məmmədov olan avtomaşını axtarmaq üçün sorğu belə olacaq:
sahibi = “Məmmədov”
Sorğuda hesab əməllərindən də istifadə etmək olar.
n ü m u n ə 2
Aşağıdakı sorğu buraxılış ilindən 3 il və daha artıq müddət keçmiş avtomobilləri tapmağa imkan
verir:
qeydiyyat_ili – buraxılış_ili > 3
Bu baxılan sorğularda axtarış aparılan sahələrin qiymətləri qabaqcadan bilinir.
Ancaq çox zaman qiymətlər tam məlum olmur. Bu halda sorğunu örnəklər (şablon-
lar) vasitəsilə vermək əlverişli olur. Şablonlarda sahənin qiyməti dəqiq deyil, ulduz
(
*) və sual işarəsinin (
?) köməyi ilə verilir. Sual işarəsi sahənin qiymətinin uyğun
yerində istənilən simvolun ola biləcəyini göstərir. Ulduz işarəsi də sahənin qiy-
mətinin uyğun yerində istənilən simvolun
ola biləcəyini göstərir, ancaq bu halda bir
“
*” işarəsinin yerində istənilən sayda simvol ola bilər.
n ü m u n ə 3
Tutaq ki, sahiblərinin soyadı “C” hərfi ilə başlayan avtomobilləri tapmaq tələb olunur. Bu
halda sorğu
sahibi = “C*”
şəklində olacaq. Əgər bizi sahibinin soyadı “Cəlilli”, yaxud “Cəmilli” olan avtomobillər
maraqlandırırsa, sorğunu belə vermək olar:
sahibi = “Cə?illi”
Nömrəsində 3 rəqəmi olan maşınları tapan sorğu aşağıdakı şəkildə olacaq:
nömrə_nişanı = “*3*”
İndiyədək qurduğumuz sorğuların hamısında yalnız bir sahə iştirak edirdi. Belə
sorğulara
sadə sorğular deyilir. Çox zaman axtarışı bir neçə sahə üzrə aparmaq lazım
gəlir; məsələn, tutaq ki, bizə bütün qara “Mercedes”lərin siyahısı lazımdır. Doğrudur,
markası = “Mercedes”
sorğusu bütün “Mercedes”ləri tapmağa imkan verəcək, ancaq
onların içərisində hər cür rəngliləri olacaq. Eynilə,
rəngi = “qara”
sorğusu bütün qara
rəngli avtomobilləri seçib ayıracaq, yəni seçilmiş maşınların içərisində hər markadan
avtomobil ola biləcək. Belə məsələləri həll etmək üçün
mürəkkəb sorğulardan
istifadə olunur. İki sadə sorğunun
birləşməsindən ibarət olan
markası = “Mercedes”
and rəngi = “qara”
sorğusu məhz bizə lazım olan siyahını verəcək.