112
7. QitəninAdı və
ÖlkəninAdı sahələri üçün çeşidləmə verin. Bunun üçün uyğun xananı
çıqqıldadın və açılan siyahıdan Ascending (Artma sırası ilə) bəndini seçin.
8. DövlətQuruluşu sahəsi üçün seçim şərtini göstərin:
respublika. Bunun üçün həmin
sözü Criteria (Meyar) sətrində uyğun xanaya daxil edin.
9. Alətlər zolağındakı
(Çalışdır) düyməsini çıqqıldadın. Nəticəyə baxın.
10. ViewDesign View komandasını seçməklə konstruktor rejiminə keçin.
11. Sorğu pəncərəsini qapadın. Sorğunu yazıb saxlamaq təklif olunacaq.
12. Sorğunu Respublika adı ilə saxlayın. Sorğu faylının adı baş pəncərənin sol hissə-
sindəki paneldə sorğunun aid olduğu cədvəllərin adlarından aşağıda görünəcək.
1. "Ölkələr" cədvəlinə müxtəlif qitələrdə yerləşən 10–15 ölkə daxil edin. Bu ölkələri elə
seçin ki, onların bəziləri
sorğu şərtini ödəsin, yəni dövlət quruluşu "respublika" olsun.
2. Sorğunu yenidən çalışdırın və nəticəyə baxın.
Sorğunu qapadın.
"Şagirdlər" adlı yeni verilənlər bazası yaradın. Cədvəlin strukturuna vacib bildiyiniz
sahələri əlavə edin. Məktəbinizin şagirdləri arasında hansı adın daha geniş yayıldığını
öyrənin. (Bunun üçün məktəbinizin məlumat bazasına cavabdeh olan şəxsə müraciət edə
bilərsiniz.) Həmin adlı şagirdləri "Şagirdlər" bazasına daxil edin. Müxtəlif meyarlar
(məsələn: 10-cu sinifdə oxuyan şagirdlər) üzrə sorğular yaradın və onları çalışdırmaqla
alınan nəticələri yoxlayın.
Özünüzü yoxlayın
1.
Verilənlər bazasında sorğulardan nə üçün istifadə olunur?
2.
Sadə sorğu nədir?
3.
Mürəkkəb sorğularda hansı məntiqi bağlayıcılardan istifadə olunur?
4.
Axtarılan sahənin qiyməti qabaqcadan dəqiq məlum deyilsə, sorğunu necə vermək olar?
5.
Soğularda istifadə olunan “*” və “?” simvollarının fərqi nədədir?
F Ə A L İ Y Y Ə T
ö y r ə n ə k
A R A Ş D I R A Q –
2015–2016 tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində
Əhməd Əliyev
adında
65 şagird təhsil alıb. Bu şagirdlərdən 6-sının 2017–2018 tədris ilində 10-cu
sinifdə oxuyacağı gözlənilir.
Bu maraqlıdır
Verilənlər bazas
ı
3
113
F
ORMALAR
Verilənlər bazası iki rejimdə təqdim oluna bilər:
cədvəl və forma.
Elektron cədvəli xatırladan
cədvəl rejimində veri-
lənlər bazasında olan informasiya ekrana sətirlər və
sütunlar şəklində çıxarılır. Bu halda bütün yazılar
eyni anda gözünüzün qabağında olur ki, bu da onların redaktəsini asanlaşdırır. Yu-
xarıdakı soldakı şəkildə informasiya məhz bu rejimdə təqdim olunub.
Əgər yaratdığınız verilənlər bazasından yalnız özünüz istifadə edəcəksinizsə, çox
güman ki, cədvəllərlə birbaşa işləmək sizin üçün daha rahatdır. Yox, əgər sizin yarat-
dığınız verilənlər bazası ilə başqa şəxslər işləyəcəksə, birbaşa cədvəllər üzərində əmə-
liyyat aparmaq onlar üçün çox çətin ola bilər. Bu problemi həll etmək üçün verilənlər
bazasının idarəolunması sistemlərində formalar
nəzərdə tutulub. Adətən, verilənlərin
daxiledilməsi ilə xüsusi ayrılmış işçilər məşğul olduqda formalar tətbiq edilir.
Forma elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazıların ele-
mentlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq baza
cədvəllərinə daxil edilir. Formalardan istifadə bir neçə səbəbdən əlverişlidir:
1. Verilənlərin daxiledilməsi ilə məşğul olan işçi heyətinin baza cədvəllərinə
birbaşa müraciəti arzuedilən deyil.
2. Eyni bir cədvələ verilənlərin bir neçə formadan daxil olması səlahiyyətlərin
işçilər arasında bölüşdürülməsinə və verilənlərin qorunmasına imkan verir.
3. Böyük həcmli informasiyanın daxil edilməsi həddindən artıq yorucu işdir.
Yorulmuş insan isə səhv etməyə meyillidir. Formalardan istifadə olunması
3.7
Ekran forması
Cədvəl rejimi
Forma rejimi
Keçid düymələri
AÇ
AR
sö
zl
ə
r
İstənilən verilənlər bazasının durumu və dəyəri onda saxlanılan informa-
siyanın dəqiqliyindən və aktuallığından asılıdır. Ona görə də bazaya infor-
masiyanın vaxtında və düzgün daxil edilməsi çox önəmlidir.
Cədvəllərlə işi asanlaşdırmaq məq-
sədilə bazaya informasiyanın daxil
edilməsi üçün, adətən,
forma-
lardan istifadə olunur. Yaradılmış
formaların köməyi ilə cədvəllərdə-
ki verilənlərə baxmaq, onları daxil
və redaktə etmək, yaxud verilmiş
meyar üzrə nizamlamaq olar.
Formalar cədvəllərdəki informa-
siyanı sistemləşdirilmiş şəkildə
təqdim etməyə imkan verir. Ən
sadə halda formada cədvəlin bir
yazısı verilir, ancaq sahələrin bir
sətirdə yerləşməsi vacib deyil.
Bu təqdimolunma formalarının hansı
ilə işləmək
daha rahatdır? Niyə?
Hansı halda o biri formaya üstünlük verərdiniz?
1
2