104
C
ƏDVƏLLƏRARASI ƏLAQƏLƏR
Ötən dərslərdə qeyd olunduğu kimi, gerçək verilənlər bazasında ən azı bir neçə
cədvəl olur və bu cədvəllər bir-biri ilə, adətən, əlaqələndirilir; məsələn, belə bir əlaqə
ötən dərsdə baxdığımız misalda "Qitələr"lə
"Ölkələr", eləcə də "Ölkələr"lə "Yaşayış məntəqə-
ləri" cədvəlləri arasında mövcuddur. Belə ki, hər
bir ölkə müəyyən qitədə, hər bir yaşayış məntə-
qəsi isə müəyyən ölkədə yerləşir.
Cədvəlləri arasında müəyyən əlaqələrin oldu-
ğu verilənlər bazasına
relyasiyalı verilənlər ba-
zası, yaxud
əlaqəli verilənlər bazası deyilir.
İki cədvəl bir-biri ilə əlaqələndirildikdə aşa-
ğıdakı dörd mümkün əlaqədən biri əmələ gəlir.
“Birin birə” (
One-To-One) – (
1:1). Belə əlaqə zamanı birinci cədvəlin bir
yazısı o biri cədvəlin
yalnız bir yazısı ilə əlaqələnir. Bu ən sadə əlaqədir və
ondan az-az hallarda istifadə olunur.
“Birin çoxa” (
One-To-Many) – (
1:Ç). Birinci cədvəlin bir yazısı ikinci cəd-
vəlin
çoxlu yazısı ilə əlaqələnir; məsələn, bir qitədə çoxlu sayda dövlət yer-
ləşə bilər.
“Çoxun birə” (
Many-To-One) – (
Ç:1).
Birinci cədvəlin çoxlu yazısı
ikinci
cədvəlin
bir yazısı ilə əlaqələnir.
“Çoxun çoxa” (
Many-To-Many) – (
Ç:Ç). Bu halda birinci cədvəlin
çoxlu
yazısı ikinci cədvəlin
çoxlu yazısı ilə əlaqələnir. Belə əlaqə növü çox dolaşıq
olduğundan verilənlər bazasında onu yaratmağa icazə verilmir.
Cədvəllər arasında əlaqələrin yaradılması
1. Microsoft Access 2007 proqramını başladın və "Map" verilənlər bazasını açın.
2. Database ToolsRelationships menyu komandasını seçin.
A D D I M 1
A D D I M –
3.5
Sxemlərlə verilmiş münasibətləri sözlə necə ifadə etmək olar?
Hər bir sxemə "Sözlük"dəki hansı ifadə uyğundur?
Hər münasibətə həyatdan bir nümunə göstərin.
A
B
A
B
A
B
Relyasiyalı verilənlər bazası
“Birin birə”
əlaqəsi
“Birin çoxa”
əlaqəsi
“Çoxun birə” əlaqəsi
“Çoxun çoxa” əlaqəsi
Aparıcı
cədvəl
Asılı cədvəl
AÇ
AR
sö
zl
ə
r
106
8. Eyni qayda ilə "Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri arasında əlaqə qurun.
9. Hər
şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.
Diqqət!
Aparıcı və asılı cədvəllərin əlaqəli sahələrinin adlarının eyni olması vacib deyil. An-
caq sahələri əlaqələndirən zaman çaşmamaq üçün belə sahələrə eyni adlar vermək
daha məqsədəuyğundur.
Əlaqələrin ləğv edilməsi və bərpası
1. Relationships pəncərəsini açın.
2. Siçanın göstəricisini əlaqə xəttinin üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldadın.
3. Açılan qısayol menyusunda Delete komandasını seçin. Çıxan bildirişə təsdiq cava-
bından sonra iki cədvəl arasındakı seçdirilmiş əlaqə “qırılacaq”.
4. Əvvəlki çalışmada təsvir olunmuş üsuldan istifadə edərək əlaqəni yenidən yaradın.
Verilənlərin cədvələ daxil edilməsi
1. "Qitələr" cədvəlini açın.
2. Qitələr haqqında məlumatları daxil edin. Hər yazının solundakı “+” işarəsinə diqqət
yetirin.
Bu işarə onu göstərir ki, cədvəlin əlaqədə olduğu cədvəl(lər) vardır.
A D D I M 2
A D D I M –
A D D I M 3
A D D I M –