Verilənlər bazas
ı
3
95
Verilənlər bazasının idarəolunması sistemi (
VBİS) informasiyanın saxlanıl-
ması, axtarışı və emalı məqsədilə verilənlər bazasının yaradılması üçün proqram
vasitələrinin toplusudur.
Verilənlər bazasının idarəolunması
sistemi
verilənlər bazasının strukturunun yaradılmasını,
bazanın verilənlərlə doldurulmasını,
bazada olan verilənlərin redaktəsini (dəyişdirilməsini),
informasiyanın vizuallaşdırılmasını
təmin edir.
İnformasiyanın vizuallaşdırılması dedikdə verilənlərin seçilməsi, onların
nizamlanması, verilmiş şəkildə tərtibatı və çıxış qurğusuna göndərilməsi nəzərdə
tutulur.
Hazırda geniş istifadə edilən VBİS kimi aşağıdakıları göstərmək olar: Microsoft
Access, MySQL, PostgreSQL, Oracle, Yukon, Open Office Database. Bu sistemlərin
hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bunlardan geniş istifadəçi təbəqəsi
arasında daha çox populyar olanı Microsoft Office paketinə daxil olan
Microsoft Access sistemidir. Adları göstərilən digər sistemlər isə çox
böyük şəbəkə verilənlər bazalarını yaratmaq üçün nəzərdə tutulub.
Access verilənlər bazasında minlərlə cədvəl ola bilər, hər bir cədvəldə olan
yazıların sayı isə, ilk növbədə, kompüterinizin sərt diskində olan boş yerdən asılıdır.
Kompüterdə quraşdırılmış başqa proqramlar kimi, Microsoft Access 2007 proq-
ramını da başlatmağın ən asan yolu Windows sisteminin Start menyusundan istifadə
etməkdir. MS Access mühitinin interfeysi MS Office paketinə daxil olan başqa proq-
ram mühitlərinin interfeyslərindən fərqlənir.
"Verilənlər bazası" və "VBİS" anlayışları ötən əsrin 60-cı illərinin ortalarında, elektron
hesablama maşınlarının idarəetmə sahələrində aktiv istifadə olunmağa başladığı za-
manlarda meydana çıxmışdır.
1978-ci ildə Amerika Milli Kosmik Agentliyinin (NASA) mühən-
disi
Ueyn Retliff (1946) öz boş vaxtlarında futbol statistikasını
aparmaq üçün sadə VBİS hazırlamaqla məşğul idi.
O dövrdə gücü az olan fərdi kompüterlər üçün nəzərdə tutulmuş hə-
min sistem çox primitiv idi, yalnız bir neçə yüz yazını emal edə bi-
lirdi.
Vulcan (vulkan) adını verdiyi sistemin satışı ona elə bir uğur gə-
tirmədi. Vulcan-ın reklamı proqram biznesi ilə məşğul olan Corc
Teytin gözünə dəyir və o, Retliffdən həmin sistemin satışının müs-
təsna hüququnu alır.
Həmin vaxt Vulcan markası başqa firmaya məxsus olduğundan yeni ad düşünmək la-
zım gəlir. Ticarət agentinin təklif etdiyi
dBase II adı çox uğurlu olur: bu ad həm san-
ballı səslənirdi, həm də guya proqramın əvvəlki versiyasının olmasına işarə vururdu.
Tezliklə dBase II proqram məhsulları bazarını tutdu, onun dBase III, dBase III+, dBase
IV versiyaları yarandı. Çoxlu sayda bənzər sistemlər meydana çıxdı və cədvəllər üçün
istifadə olunan “dbf” formatı standarta çevrildi.
Tari
x
Ueyn
Retliff
(1946)