26
Hesablama texnikasında təhlükəsizlik
anlayışı bir-biri ilə sıx əlaqəli olan bir sıra
məsələləri əhatə edir: kompüterin etibarlı
işləməsi təmin olunmalıdır, mühüm əhə-
miyyət kəsb edən verilənlərin təsadüfən
itirilməsi təhlükəsi haqqında xəbərdarlıq
edilməlidir; verilənləri icazəsi olmayan
şəxslər tərəfindən istifadədən və müxtəlif dəyişikliklərdən qorumaq lazımdır;
elektron rabitə vasitələrindən istifadə etməklə yazışmalar zamanı sirlərin saxlanması
da bu qəbildən olan məsələlərdəndir.
Vətəndaşların və onların əmlaklarının təhlükəsizliyinin keşiyində qanunlar və
hüquq-mühafizə orqanları dayanır. Ancaq bəzi informasiya mübadiləsi sistemlərinin
hüquqi cəhətdən qorunması hələlik texnologiyaların inkişafından geri qalır. Kom-
püter sistemlərinin qorunması çox zaman özünümüdafiə üsulları ilə aparılır.
İnformasiyanın qorunmasının iki üsulu vardır: verilənlərə girişin məhdudlaşdı-
rılması və verilənləri əks etdirmək üçün zəruri olan informasiya metodlarına girişin
məhdudlaşdırılması.
Verilənləri icazəsiz istifadədən qorumaq üçün, adətən,
paroldan istifadə edilir.
Parol yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar
yığınıdır. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiqləmək üçün özünü tanıt-
malı və parolunu təqdim etməlidir. Bəzən parol əvəzinə elektron açarlardan, smart-
kartlardan və başqa texniki vasitələrdən istifadə olunur.
Biometrik informasiyaya əsaslanan mühafizə sistemləri də mövcuddur. Bu
sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xüsusiyyətlərinə əsaslanır
və buna görə də biometrik informasiya itirilə, yaxud saxtalaşdırıla bilməz. İnfor-
masiyanın biometrik mühafizə sistemlərinə aşağıdakı
tanıma və ya
eyniləşdirmə
(kimliyin müəyyənləşdirilməsi) sistemləri aiddir:
• barmaq izlərinə görə tanıma;
• gözün qüzehli qişasının şəklinə görə tanıma;
• nitqin özəlliklərinə görə tanıma;
• üzün təsvirinə görə tanıma;
• ovucun cizgilərinə görə tanıma.
Hazırda
şəxsiyyətin kimliyinin müəyyən olunmasının biometrik üsulları içərisin-
də ən geniş tətbiq olunanı
barmaq izlərinə görə tanımadır (daktiloskopiya).
Hər
bir insanın
barmaq izləri bənzərsiz olduğundan bu üsuldan kriminalistikada geniş
istifadə edilir.
Barmaq izlərini oxuyan optik skanerlər noutbukda, kompüterin siça-
nında, klaviaturada, fləş-diskdə quraşdırılır, eləcə də ayrıca xarici qurğular və
1988-ci il 30 noyabr tarixi Beynəlxalq İnformasiyanın Mühafizəsi Günü (Computer
Security Day) elan olundu. Burada məqsəd bütün istifadəçilərə kompüterlərini və orada
saxlanılan informasiyanı mühafizə etməyin vacibliyini xatırlatmaq, eləcə də
təhlükəsizlik problemlərini avadanlıq və proqram təminatı istehsalçılarının diqqətinə
çatdırmaq idi. Belə bir xüsusi günün məhz 1988-ci ildə təsis edilməsi heç də təsadüfi
deyildi. Bu həmin il kütləvi xarakter almış "Morris soxulcanı" epidemiyası ilə bağlı idi.
Tari
x
Biometrik
informasiya
Barmaq izlərinə görə tanıma
Ovuca görə tanıma
Gözün qüzehli qişasına görə tanıma
Nitqin özəlliklərinə görə tanıma
Üzə görə tanıma
AÇ
AR
sö
zl
ə
r
İnformasiya
1
27
terminallar şəklində tətbiq edilir (məsələn: hava limanlarında, banklarda və s.).
Daranmış (skanerdən keçirilmiş) barmaq izinin naxışı informasiyadan istifadəyə
icazəsi olan şəxslərin heç birinin barmaq izlərinin naxışı ilə üst-üstə düşmədikdə
informasiya əlçatmaz olur.
Gözün qüzehli qişası hər bir insanın nadir biometrik xüsusiyyətlərindəndir. O,
insanda körpəlikdən formalaşır və bütün ömrü boyu dəyişilməz qalır. Gözün təsviri
alındıqdan sonra onun üzərinə xüsusi ştrix-kod maskası qoyulur. Nəticədə hər bir
insan üçün fərdi matris alınır. Gözün qüzehli qişasına görə tanımaq üçün xüsusi
skanerlərdən istifadə olunur.
İnsanın
nitqinin özəlliklərinə görə tanınması ənənəvi tanınma usullarından biri-
dir. Telefondakı həmsöhbəti görmədən onu asanlıqla tanımaq olur. Hətta səsinin
emosional tonuna görə insanın psixoloji durumunu müəyyənləşdirmək mümkündur.
Səsə görə tanıma nitqin tezlik analizinə əsaslanır. Hər bir insan üçün hər bir səsin
(fonemin) fərdi tezlik xarakteristikası vardır.
Şəxsiyyəti müəyyənləşdirmək üçün
üzə görə tanıma texnologiyasından tez-tez
istifadə olunur. Bu üsul insanı narahat etmir, cünki onun tanınması məsafədən apa-
rılır (insan saxlanılmır, onun hərəkət sərbəstliyi məhdudlaşdırılmır). İnsanın üz
cizgilərinə görə onun tarixçəsini, simpatiya və antipatiyasını, xəstəliklərini, emo-
sional
durumunu, ətrafdakılara bəslədiyi hisləri və onlara qarşı məqsədlərini
bilmək
olar. Bunların hamısı, məsələn, potensial cinayətkarı aşkarlamaq üçün xüsusi maraq
kəsb edir. Tanıma əlamətləri üzün formasını, rəngini, həmçinin saçın
rəngini nəzərə
alır. Mühüm əlamətlər sırasına sifətdə kontrastlığın dəyişildiyi yerlərin (qaşlar,
gözlər, burun, qulaqlar, ağız və s.) koordinatlarını da aid etmək olar. Hazırda verilən
xarici pasportlardakı mikrosxemlərdə pasport sahibinin rəqəmli fotoşəkli saxlanılır.