00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə34/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

 
104 
 
 
 
 C
ƏDVƏLLƏRARASI ƏLAQƏLƏR 
 
  
 
Ötən dərslərdə qeyd olunduğu kimi, gerçək verilənlər bazasında ən azı bir neçə 
cədvəl olur və bu cədvəllər bir-biri ilə, adətən, əlaqələndirilir; məsələn, belə bir əlaqə 
ötən  dərsdə  baxdığımız  misalda  "Qitələr"lə 
"Ölkələr", eləcə də "Ölkələr"lə "Yaşayış məntəqə-
ləri" cədvəlləri arasında mövcuddur. Belə ki, hər 
bir  ölkə  müəyyən  qitədə,  hər  bir  yaşayış  məntə-
qəsi isə müəyyən ölkədə yerləşir.  
Cədvəlləri arasında müəyyən əlaqələrin oldu-
ğu verilənlər bazasına relyasiyalı verilənlər ba-
zası, yaxud əlaqəli verilənlər bazası deyilir.  
İki  cədvəl  bir-biri  ilə  əlaqələndirildikdə  aşa-
ğıdakı dörd mümkün əlaqədən biri əmələ gəlir. 
  “Birin birə” (One-To-One) – (1:1). Belə əlaqə zamanı birinci cədvəlin bir 
yazısı o biri cədvəlin yalnız bir yazısı ilə əlaqələnir. Bu ən sadə əlaqədir və 
ondan az-az hallarda istifadə olunur.  
  “Birin çoxa” (One-To-Many) – (1:Ç). Birinci cədvəlin bir yazısı ikinci cəd-
vəlin çoxlu yazısı ilə əlaqələnir; məsələn, bir qitədə çoxlu sayda dövlət yer-
ləşə bilər.  
  “Çoxun birə” (Many-To-One) – (Ç:1). Birinci cədvəlin çoxlu yazısı ikinci 
cədvəlin bir yazısı ilə əlaqələnir.  
  “Çoxun çoxa” (Many-To-Many) – (Ç:Ç). Bu halda birinci cədvəlin çoxlu 
yazısı ikinci cədvəlin çoxlu yazısı ilə əlaqələnir. Belə əlaqə növü çox dolaşıq 
olduğundan verilənlər bazasında onu yaratmağa icazə verilmir.  
 
 
 Cədvəllər arasında əlaqələrin yaradılması
 
1.  Microsoft Access 2007 proqramını başladın və "Map" verilənlər bazasını açın. 
2.  Database ToolsRelationships menyu komandasını seçin. 
 
A D D I M   1
A D D I M –
3.5 

Sxemlərlə verilmiş münasibətləri sözlə necə ifadə etmək olar? 

Hər bir sxemə "Sözlük"dəki hansı ifadə uyğundur? 

Hər münasibətə həyatdan bir nümunə göstərin.
 
A
B
 
B
A
B

Relyasiyalı verilənlər bazası 

“Birin birə” əlaqəsi 

“Birin çoxa” əlaqəsi  

“Çoxun birə” əlaqəsi 

“Çoxun çoxa” əlaqəsi 

Aparıcı cədvəl 

Asılı cədvəl
 

AR
 

zl
ə
r


 
 
 
 
Verilənlər bazas
ı 

105 
 
 
3.  Relationships səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq. 
 
 
4.  Ardıcıl olaraq hər bir cədvəli seçdirin və Add düyməsini çıqqıldadın. Sonda Show 
Table dialoq pəncərəsini qapadın. Relationships səhifəsində üç kiçik düzbucaqlı 
pəncərə yaranacaq. Hər pəncərənin başlığında uyğun cədvəlin adını görəcəksiniz. 
5.  Cədvəllər arasında əlaqə yaratmaq üçün göstəricini "Qitələr" cədvəlinin QitəninKo-
du açar sahəsinin üzərinə aparın, siçanın düyməsini basın və onu "Ölkələr" cədvə-
linin QitəninKodu sahəsinə doğru hərəkət etdirin. Sahənin üzərinə çatdıqda siçanın 
düyməsini buraxın. Edit Relationships dialoq pəncərəsi açılacaq. 
 
 
 
6.  Bu  pəncərədə  əlaqəli  cədvəllərin  və  əlaqələrin  təmin  olunduğu  sahələrin  adları 
verilib. Solda aparıcı cədvəl, sağda isə asılı cədvəl göstərilir. Pəncərənin aşağı hissə-
sində  cədvəllərarası  əlaqənin  (münasibətin)  tipi  verilib  (“One-To-Many”  –  “Birin 
çoxa”). 
7.  Öncə Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra 
isə Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və 
Cascade  Delete  Related  Records  (Əlaqəli  sahələrin  ard-arda  uzaqlaşdırılması) 
yoxlama sahələrini qeyd edin.  


 
106 
 
 
 
8.  Eyni qayda ilə "Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri arasında əlaqə qurun. 
9.  Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq. 
 
 
Diqqət! 
Aparıcı və asılı cədvəllərin əlaqəli sahələrinin adlarının eyni olması vacib deyil. An-
caq sahələri əlaqələndirən zaman çaşmamaq üçün belə sahələrə eyni adlar vermək 
daha məqsədəuyğundur.  
 
 
Əlaqələrin ləğv edilməsi və bərpası
 
1.  Relationships pəncərəsini açın. 
2.  Siçanın göstəricisini əlaqə xəttinin üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldadın. 
3.  Açılan qısayol menyusunda Delete komandasını seçin. Çıxan bildirişə təsdiq cava-
bından sonra iki cədvəl arasındakı seçdirilmiş əlaqə “qırılacaq”. 
4.  Əvvəlki çalışmada təsvir olunmuş üsuldan istifadə edərək əlaqəni yenidən yaradın. 
 
 
Verilənlərin cədvələ daxil edilməsi 
1.  "Qitələr" cədvəlini açın. 
2.  Qitələr haqqında məlumatları daxil edin. Hər yazının solundakı “+” işarəsinə diqqət 
yetirin. Bu işarə onu göstərir ki, cədvəlin əlaqədə olduğu cədvəl(lər) vardır. 
 
A D D I M   2
A D D I M –
A D D I M   3
A D D I M –


 
 
 
 
Verilənlər bazas
ı 

107 
 
 
3.  Hər hansı “+” işarəsini çıqqıldadın. Əlaqəli "Ölkələr" cədvəlinin sahələri açılacaq. 
Bu cədvəl hələ doldurulmayıb, ona görə də siz yalnız boş yazı sətrini görəcəksiniz. 
 
 
 
4.  Hər qitəyə (təbii ki, Antarktidadan başqa) aid bir neçə ölkə haqqında məlumat daxil 
edin. Ölkələr daxil edildikcə hər bir yazının önündə “+” işarəsi yaranacaq ki, bu da 
"Ölkələr" cədvəli ilə də əlaqəli cədvəl(lər)in olduğunu bildirir. 
5.  Hər  hansı  ölkənin  adının  yanındakı  “+”  işarəsini  çıqqıldadın.  Əlaqəli  "Yaşayış 
məntəqələri" cədvəlinin sahələri açılacaq. 
6.  Bir neçə yaşayış məntəqəsi haqqında məlumatı daxil edin. 
 
 
 
7.  "Qitələr" cədvəlini qapadın. 
8.  "Ölkələr"  cədvəlini  açın.  Ölkələr  haqqında  daxil  etdiyiniz  bütün  verilənləri  orada 
görəcəksiniz. Bundan başqa, bu cədvəlin QitəninKodu sahəsində hər bir ölkə üçün 
avtomatik olaraq uyğun qitənin kodu yazılmış olacaq. Buna səbəb cədvəllər arasında 
qurulmuş əlaqədir. 
9.  "Yaşayış məntəqələri" cədvəlini açın. Orada daxil etdiyiniz şəhərlər haqqında bütün 
verilənləri görəcəksiniz. Bundan başqa, bu cədvəlin ÖlkəninKodu sahəsində hər bir 
yaşayış məntəqəsi üçün avtomatik olaraq uyğun ölkənin kodu yazılmış olacaq.  
 
Verilənləri hər bir cədvələ ayrı-ayrılıqda da daxil etmək olar. Bunun üçün aşağı-
dakı qaydaya əməl etmək lazımdır. Öncə verilənlər aparıcı cədvələ, bundan sonra 
asılı cədvələ daxil edlməlidir. Ancaq verilənləri ayrıca cədvələ daxil etdikdə əlaqəli 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə