00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə42/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

 
132 
 
 
 
Beləliklə, kompüter şəbəkələri bir çox cəhətdən faydalıdır: 
  İnformasiyanın bölüşdürülməsi.  İstifadəçi  şəbəkədə  olan  başqa  kompüterlərə 
qoşula və həmin kompüterlərdəki verilənlərdən (resurslardan) birgə istifadə edə 
bilər. Bu resurslar xüsusi layihələr, verilənlər bazaları və s. ola bilər. 
  Avadanlıqların bölüşdürülməsi.  Hər  kompüter  üçün  ayrıca  printer,  skaner, 
yaxud tez-tez istifadə olunan periferiya qurğusu almağa gərək yoxdur. Əvəzində 
şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu sayda istifadəçi yararlana bilər.  
  Proqramların bölüşdürülməsi. Hər bir ayrıca kompüter üçün proqram təminatı 
alıb quraşdırmaq əvəzinə, həmin proqramı serverdə quraşdırmaq olar. Bundan 
sonra hər bir istifadəçi həmin proqrama bir mərkəzi yerdən girəcək. Bu üsul həm 
də təşkilatın pul vəsaitlərinə qənaət baxımından faydalıdır. 
  Əməkdaşlıq mühiti. Bir layihə üzərində istifadəçilərin qrup şəklində birgə işlə-
məsi həm onların qüvvələrini, həm də avadanlıqların imkanlarını birləşdirməyi 
mümkün edir. 
 
Kompüter  şəbəkələrinin  bir  neçə  növü  mövcuddur  ki,  onları  da  müxtəlif    cür 
təsnif etmək olar.  
1. Miqyasına, yəni bəndlər arasındakı məsafəyə görəyerli (lokal), regional 
və genişmiqyaslı (qlobal). 
Lokal  şəbəkə  bir-biri  ilə  birləşdirilmiş  və  adətən,  bir  qurum  və  ya  bir  bina 
çərçivəsində yerləşmiş kompüterlər qrupudur. 
1957-ci  ildə  ABŞ  Müdafiə  Nazirliyi  müharibə  şəraitində  informasiyanın  etibarlı  ötü-
rülməsi  sisteminin  qurulmasını  və  bu  məqsədlə  kompüter  şəbəkəsinin  yaradılmasını  
zəruri hesab etdi.  
Belə  bir  şəbəkənin  işlənib  hazırlanması  Los-
Ancelesdəki  Kaliforniya  Universiteti,  Sten-
ford  Tədqiqat  Mərkəzi,  Yuta  Universiteti  və 
Santa-Barbaradakı  Kaliforniya  ştatı  Univer-
sitetinə tapşırıldı. Göstərilən elmi müəssisələri 
birləşdirən və ARPANET adlandırılan şəbəkə 
1969-cu  ildə  quruldu.  Həmin  ilin  29 oktyabr 
tarixində ARPANET şəbəkəsinin bir-birindən 
640 km məsafədə yerləşən ilk iki bəndi – Los-
Ancelesdəki Kaliforniya Universiteti və Sten-
ford  Tədqiqat  Mərkəzi  arasında  ilk  məlumat 
mübadiləsi həyata keçirildi.  
Bu tarix (29 oktyabr 1969-cu il) dünyada ilk kompüter şəbəkəsinin, eləcə də İnternetin 
yaranma günü hesab edilir.
 
Tari
x
Leonard Kleynrok (1934) – informasiya texnologiyaları və kompüter şəbəkələri 
sahəsində ABŞ alimi və mühəndisi. Kompüter şəbəkələrinin inkişafına önəmli 
töhfə verib və İnternetin sələfi olan ARPANET-in inkişafında mühüm rol oyna-
yıb.
 
UCLA 
UCSS 
SRI 
Yuta 


 
 
133 
 
 
 
Şəbəkəl
ər
 

Regional şəbəkə bir rayon, şəhər və ya bölgə çərçivəsindəki çoxlu sayda lokal 
şəbəkələrin birləşdirilməsindən əmələ gələn şəbəkədir. 
Qlobal  şəbəkə  müxtəlif  şəhər,  bölgə  və  ölkələrin  kompüterlərini  birləşdirən 
şəbəkədir. 
 
 
Qlobal,  regional  və  lokal şəbəkələrin  birləşməsi  çoxsəviyyəli  iyerarxiya yarat-
mağa imkan verir. Lokal şəbəkələr hansısa regional şəbəkəyə daxil ola bilər; regional 
şəbəkələr  qlobal  şəbəkədə  birləşə  bilər;  nəhayət,  qlobal  şəbəkələrin  özləri  daha 
böyük  strukturlar  təşkil  edə  bilər.  Hazırda  dünyada  kompüter  şəbəkələrinin  ən 
nəhəng birləşməsi "şəbəkələr şəbəkəsi" olan İnternetdir.   
 
Diqqət!
 
"İnternet"  termini  IP  protokolu  ilə  birləşmiş  şəbəkələrdən  ibarət  konkret  qlobal 
sistemə aid işlədildikdə xüsusi isim kimi qəbul edilir və böyük (baş) hərflə yazılır. 
Ümumi istifadədə və kütləvi informasiya vasitələrində tez-tez kiçik hərflə yazılır 
(the internet). Bəzi sorğu kitablarında göstərilir ki, bu söz isim kimi işlədildikdə 
böyük, sifət kimi işlədildikdə isə kiçik hərflə  yazılmalıdır. İnterneti bəzən, sadəcə, 
Şəbəkə (the Net) də adlandırırlar.  
 
Lokal  və  qlobal  şəbəkələrin  əlaqəsinə  maraqlı  örnəklərdən  biri  virtual  özəl 
şəbəkədir (Virtual Private Network, VPN). Belə şəbəkə hər hansı təşkilatın müxtəlif 
ərazilərdə yerləşən iki və ya daha çox lokal şəbəkəsinin qlobal şəbəkələrin ümumi 
istifadəli  kanalları  vasitəsilə  (məsələn:  İnternet  üzərindən)  birləşdirilməsi  nəticə-
sində alınır.   
 
 . 
Qlobal şəbəkə
Regional şəbəkə–1
Lokal şəbəkə
Lokal şəbəkə
Regional şəbəkə–2
Lokal şəbəkə
Lokal şəbəkə
Lokal şəbəkə
Virtual özəl şəbəkə 
VPN şəbəkəsi–1
VPN şəbəkəsi–2 
Lokal şəbəkə–2
Lokal şəbəkə–1
VPN tunel 
İnternet 


 
134 
 
 
 
2. Verilənlərin ötürülmə mühitinə görənaqil-
li (simli) və naqilsiz (simsiz). Naqilli mühit olaraq 
mis koaksial kabeldən, sarınmış cütlük kabelindən, 
optik lif kabelindən, naqilsiz mühit olaraq isə radio-
siqnallardan, mikrodalğalardan, peyk rabitəsi vasi-
tələrindən istifadə olunur. 
3. Verilənlərin ötürülmə sürətinə görəaşağı-
sürətli (10 Mbit/san-dək), ortasürətli (100 Mbit/san-
dək) və yüksəksürətli (100 Mbit/san-dən yuxarı). 
4.  Şəbəkədəki  kompüterlərin  rollarına  görə
"tay-tuşlar"  (eynisəviyyəli)  və  "müştəri-qulluqçu" 
(müştəri-server). 
 
 
Azərbaycan  Təhsil  Şəbəkəsi  (ATŞ)  haqqında  informasiya  toplayın  və  onun  əsasında 
sənəd hazırlayın. Sənəddə şəbəkənin hansı təhsil müəssisələrini əhatə etməsi, müəssisə-
lərin ümumi sayı, məktəbinizin həmin şəbəkəyə qoşulub-qoşulmaması haqqında suallara 
cavab verin.   
 
 
Özünüzü yoxlayın 
1. 
Lokal şəbəkə nədir? "Şəbəkələr şəbəkəsi" nəyə deyilir? 
2. 
VPN nə deməkdir və ondan hansı halda istifadə olunur? 
3. 
Miqyasına görə kompüter şəbəkələri necə təsnif olunur? 
4. 
Verilənlərin ötürülmə mühitinə görə kompüter şəbəkələrinin hansı növləri var? 
5. 
Şəbəkədəki kompüterlərin rollarına görə şəbəkələri necə qruplaşdırırlar? 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
Azərbaycanda İnternet 
1993-cü  ildən  inkişaf  et-
məyə  başlamışdır.  Həmin 
ildən yüksək səviyyəli mil-
li AZ domeninin inzibatçı-
lığı həyata keçirilir. Ölkə-
mizdə ilk sayt 1995-ci ildə 
Azərbaycan  Elmlər  Aka-
demiyasında yaradılmışdır
 
(www.ab.az). 
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə