00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə41/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

 
 
ŞƏBƏKƏLƏR 
 
4.1.
 Kompüter şəbəkələri və onların təsnifatı 
4.2.
 Şəbəkə avadanlıqları 
4.3.
 Kompüterin lokal şəbəkəyə qoşulması 
4.4.
 Şəbəkə qurğularından birgə istifadə 
4.5.
 Kompüterin fiziki olaraq İnternetə bağlanması 
4.6.
 Əməliyyat sisteminin köməyi ilə İnternetə qoşulma  
 


 
 
129 
 
 
 
Şəbəkəl
ər
 

 
 
Elektron hesablama maşınlarının (EHM) yaranmasından, demək olar ki, dərhal
sonra  proqram  və  aparat  resurslarından  daha  səmərəli  istifadə  etmək  üçün
onların arasında əlaqə qurmaq məsələsi gündəmə gəldi. Elə həmin çağlar yalnız
nəhəng  kompüter  mərkəzlərindəki  böyük  EHM-ləri  birləşdirən  ilk  şəbəkələr
meydana  çıxdı.  Ancaq  əsl  "şəbəkə  partlayışı"  fərdi  kompüterlərin  geniş
yayılmasından sonra başlandı. Kompüterlər lokal şəbəkələrdə birləşdirildi, lokal
şəbəkələr  isə  bir-birinə,  eyni  zamanda  regional  və  qlobal  şəbəkələrə  qoşuldu.
Nəticədə  20–25  ildə  dünyada  yüz  milyonlarla  kompüter  şəbəkədə  birləşdi,
milyarddan  çox  istifadəçi  isə  bir-biri  ilə  əlaqə  qurmaq  imkanı  əldə  etdi.  İndi
inamla söyləmək olar ki, kompüter şəbəkələri həyatımızın ayrılmaz hissəsinə
çevrilib,  onların  tətbiq  sahələri  isə  insan  fəaliyyətinin,  demək  olar  ki,  bütün
sahələrini əhatə edir. 
 


 
130 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Şəbəkə nədir və kompüter şəbəkələri nə üçün yaradılır? 
 
2. 
Bu şəbəkələrdən hansı məhdud coğrafi ərazini əhatə edir? 
a) genişmiqyaslı şəbəkə 
 
b) yerli şəbəkə 
c) intranet şəbəkəsi   
 
d) ekstranet şəbəkəsi 
 
3. 
Öz  resurslarını  şəbəkədəki  başqa  kompüterlərin  birgə  istifadəsinə  verən 
kompüter necə adlanır? 
a) kommutator 
 
 
b) iş stansiyası 
c) server 
 
 
 
d) “müştəri–qulluqçu” 
 
4. 
Bunlardan hansı şəbəkə topologiyası deyil?
 
a) şin  
 
 
 
b) ulduz 
c) ağac 
 
 
 
d) halqa 
 
5. 
Bu fiziki rabitə vasitələrinin ən ucuz növü hansıdır? 
a) sarınmış cütlük kabeli 
 
b) fiber-optik kabel 
c) koaksial kabel 
 
 
d) radio siqnalları 
 
6. 
Bu qurğulardan hansı analoq siqnalı rəqəmli siqnala və əksinə çevirir? 
a) rabitə peyki  
 
 
b) şəbəkə kartı 
c) körpü 
 
 
 
d) modem 
 
7. 
İnternet nədir? 
a) lokal şəbəkə 
 
 
b) regional şəbəkə 
c) qlobal şəbəkə 
 
 
d) kompüter yığımı 
 
8. 
IP ünvanı yaddaşda nə qədər yer tutur? 
a) 4 bayt 
 
 
  
b) 12 bit 
c) 8 bayt 
 
 
 
d) 256 bit 
 
9. 
Domen nədir? 
a) istifadəçi kompüterinin şəbəkədəki yerini bildirən ünvanın hissəsi 
b) kompüterlər arasında əlaqəni quran proqramın adı 
c) kompüterlər arasında əlaqəni quran qurğunun adı 
d) informasiyanın ötürülmə sürəti 
 
10. 
Protokol nədir? 
a) informasiyanı emal edən qurğu 
 
b) kompüteri şəbəkəyə birləşdirən rabitə xətti 
c) istifadəçiyə lazım olan informasiyanı şəbəkədə tapmaq üçün proqram 
d) şəbəkədə işləmək üçün qəbul olunmuş qaydalar toplusu 


 
 
131 
 
 
 
Şəbəkəl
ər
 

 K
OMPÜTER ŞƏBƏKƏLƏRİ VƏ ONLARIN TƏSNİFATI 
 
 
Kompüter şəbəkəsi dedikdə, ilk növbədə, server və müştəri 
kompüterləri göz önünə gəlir. Bildiyiniz kimi, server xüsusi 
ayrılmış, uyğun proqram təminatı ilə təchiz olunmuş, 
şəbəkənin işini mərkəzləşdirilmiş qaydada idarə edən və öz 
resurslarını (faylları, disksürənləri, printeri və s.) başqa 
kompüterlərin ixtiyarına verən yüksək məhsuldarlığa malik 
kompüterdir. Müştəri kompüteri və ya, sadəcə,  müştəri isə 
şəbəkənin adi istifadəçisinin serverin resurslarına çıxışı olan 
kompüteridir. Müştəri kompüterinə iş stansiyası da deyirlər.
 
 
Şəbəkədə ən azı neçə 
kompüter olmalıdır? 
 
Məktəbinizdə 
kompüter şəbəkəsi 
varsa, ora neçə 
kompüter qoşulub? 
 
 
Qurğuları lazım olan qaydada 
birləşdirməklə lokal şəbəkə 
qurun. 
 
– Server və müştəri 
kompüterləri hansıdır? 
– Hansı şəbəkə topologiyası 
alındı? 
 
 
İnformasiya mübadiləsi və resurslardan bir-
gə istifadə məqsədilə rabitə kanalları ilə birləş-
dirilmiş kompüterlər və (və ya) başqa qurğular 
qrupuna şəbəkə deyilir. Təsəvvür edin ki, şəbə-
kədə  birləşdirilməmiş  bir  neçə  kompüteriniz 
var.  Belə  bir  muxtar  mühitdə  eyni  bir  veri-
lənlərlə işləmək üçün bir kompüterdən faylları 
hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, 
sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək 
üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir 
şəraitdə  bir  neçə  istifadəçinin  eyni  bir  sənəd  üzərində  eyni  zamanda  işləməsi  isə, 
sadəcə,  mümkün  deyil.  İndi  bu  kompüterləri  bir  şəbəkədə  birləşdirək  və  onların 
ümumi  resurslara  çıxışını  təmin  edək.  Bu  halda  daha  sizə  disk  lazım  olmayacaq, 
printerlərin isə yalnız biri kifayət edəcək. 
Şəbəkədəki proqramlar, fayllar, eləcə də printerlər və birgə istifadə olunan başqa 
periferiya qurğuları resurs adlanır. 
  
 
Bir neçə kompüterdən və bir ortaq printerdən ibarət sadə şəbəkə 
F Ə A L İ Y Y Ə T  
4.1 

Şəbəkə 

Resurs 

Lokal hesablama şəbəkəsi 

Regional şəbəkə 

Qlobal şəbəkə 

Virtual özəl şəbəkə
 

AR

zl
ə
r
Kompüter 
Kompüter 
Kompüter  
Printer 
Toparlayıcı


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə