00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə39/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

 
 
 
 
Verilənlər bazas
ı 

121 
 
Süzgəc yazıların axtarışı və seçilməsi üçün istifadə olunan şərtdir. Süzmə (süzgəcdən 
keçirmə) verilmiş halda maraq doğurmayan informasiyaları atmaqla obyektlərə müxtəlif 
yönlərdən baxmağa imkan verir. Adından da göründüyü kimi, süzgəc tələblərə cavab 
verən yazıları “buraxır”, qalan yazıları isə “tutub saxlayır” (gizlədir).  
 
 
Süzgəc vasitəsilə verilənlərin seçilməsi 
 
1.  "Ölkələr" cədvəlini açın. 
2.  Siçanın göstəricisini süzgəcin tətbiq ediləcəyi sahənin istənilən xanasına aparıb sağ 
düyməni basın. Açılan menyudan Text FiltersEquals menyu komandasını seçin. 
3.  Açılan  pəncərənin  müvafiq  sahəsinə  avro  sözünü  daxil  edin  və  OK  düyməsini 
çıqqıldadın. 
4.  Süzülmə nəticəsində cədvəldə yalnız pul vahidi "avro" olan ölkələr qalacaq.  
 
 
  
5.  Yenidən bütün yazıları əks etdirmək üçün Sort & Filter alətlər panelindəki Toggle 
Filter düyməsini çıqqıldadın.  
 
 
1.  "Ölkələr" cədvəlində dövlət quruluşu “respublika” olan ölkələri tapın. 
2.  "Ölkələr" cədvəlində yazıları ölkələrin sahələrinə görə azalma sırası ilə çeşidləyin. 
  
 
Access  proqramında  verilənlərin  süzülməsi  üçün  başqa  im-
kanlar da vardır. Sort & Filter alətlər panelində yerləşdirilmiş 
çeşidli süzmə alətləri ilə tanış olun. Həmin alətlər vasitəsilə 
"Map" verilənlər bazasının cədvəllərini müxtəlif süzgəclərdən 
keçirin.   
 
 
 
Özünüzü yoxlayın 
1. 
Verilənlər bazasının idarəolunması sistemlərində verilənlərin sürətli axtarışı üçün hansı 
vasitələrdən istifadə olunur?  
2. 
Cədvəldəki yazıları bir neçə sahəyə görə çeşidləmək üçün nə etmək lazımdır? 
3. 
Yazıların qruplaşdırılması dedikdə nə nəzərdə tutulur? 
4. 
Süzgəc nədir və ondan nə üçün istifadə olunur?  
5. 
Access-də hansı növ süzgəclər var? 
 
A D D I M   3
A D D I M –  
F Ə A L İ Y Y Ə T  
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
122 
 
 
 
 H
ESABATLAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hesabat  verilənlərin  ekrana,  printerə  və  ya  fayla  çıxarılan  formatlanmış  təq-
dimatıdır. Hesabat cədvəl  şəklində və ya sərbəst formada ola bilər.  Cədvəl hesa-
batında çap edilən hər bir sətir cədvəl faylının bir yazısı, sətrin hər bir elementi isə 
ya ilkin cədvəlin bir sahəsi, ya da hesablanılan bir sahə olur. Cədvəldəki verilənlər 
nizamlanır. Verilənləri siyahı şəklində çap etmək üçün cədvəl hesabatlarından isti-
fadə olunur. Ancaq məktubların və ya poçt etiketlərinin hazırlanması zamanı cəd-
vəlin sahələri onlar üçün xüsusi ayrılmış yerlərdə çap edilməlidir. Bu halda cədvəl 
hesabatı  yaramır  və  ona  görə  də  sərbəst  formalı  hesabatlardan  istifadə  olunur. 
Verilənlər bazasının idarəedilməsi sistemləri hər bir cədvəl üçün avtomatik olaraq 
standart formatlı sərbəst hesabat hazırlayır. Belə sərbəst hesabatda ilkin cədvəlin 
sahələri şaquli yerləşir. Hesabat konstruktorunun köməyi ilə siz sərbəst hesabatlar 
yarada, ilkin cədvəlin sahələrini orada istədiyiniz yerə qoya bilərsiniz.   
Hesabatlar verilənlər bazasının obyekti olub informasiyanın çıxışı üçün nəzərdə 
tutulur. Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ek-
rana deyil, çapa çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız 
sənəddir. 
Hesabatın strukturu da formanın strukturuna oxşayır. Formada olduğu kimi, he-
sabatın səhifəsində də ayrıca bir yazının, yaxud bir neçə yazının verilənləri yerləşə 
bilər. Bundan başqa, hesabatda tərtibat üçün zəruri olan xüsusi elementlərdən (mə-
sələn: kolontitullardan, təkrarlanan başlıqlardan və s.) istifadə edilə bilər.  
Hesabatlar istər birbaşa cədvəllər, istərsə də sorğular əsasında formalaşdırıla bi-
lər.  Kompüter  hesabatlarının  rahatlığı  ondadır  ki,  onlar  informasiyanı  verilmiş 
əlamətlərə görə qruplaşdırmağa, qruplar və bütün ba-
za üzrə yekunlar hesablamağa imkan verir. Hesabat-
ları sehrbaz vasitəsilə yaratmaq, konstruktor rejimin-
də isə korrektə etmək daha əlverişlidir. 
3.9 

Hesabat 

Cədvəl hesabatı 

Sərbəst hesabat
 

AR

zl
ə
r
Yəqin ki, hər ayın  sonunda evinizə kommunal 
xidmətlərdən  istifadə  üzrə  borcunuzu  əks 
etdirən qəbzlər təqdim edilir. 
 

Kommunal xidmətlər nədir və 
onlar üzrə borc qəbzləri evinizə 
hansı formatda təqdim edilir? 

Sizcə, hesabatları cədvəl 
formasında hazırlamaq asandır, 
yoxsa sərbəst formada? 
 


 
 
 
 
Verilənlər bazas
ı 

123 
 
 
Hesabatın yaradılması 
1.  "Map" verilənlər bazasını açın. 
2.  Create menyusunu açın. 
3.  Alətlər  zolağında  Report  Wizard  düyməsini  çıqqıldatmaqla  hesabatın  sehrbaz 
vasitəsilə yaradılması rejimini başladın. 
 
4.  Tables/Queries  siyahısından  "Qitələr"  cədvəlini  seçin.  Available  Fields  siyahısında 
"Qitələr" cədvəlinin sahələri  əks olunacaq.  Bu siyahıdan  QitəninAdı sahəsini seçin və 
 düyməsini çıqqıldadın. Seçilmiş sahə Selected Fields siyahısına əlavə olunacaq. 
 
 
5.  Eyni  qayda  ilə  "Ölkələr"  cədvəlindən  ÖlkəninAdı,  DövlətQuruluşu  və  PulVahidi 
sahələrini seçib Selected Fields siyahısına əlavə edin. Next düyməsini çıqqıldatmaqla 
növbəti addıma keçin. 
6.  Verilənlərin  təqdimolunma  şəklini  seçin. İlkin olaraq  (susqunluqla)  sizə qitələr  üzrə 
qruplaşdırma  şəkli  təklif  ediləcək.  O  biri  cür  –  ölkələr  üzrə  görünüş  növünün  necə 
görünəcəyinə baxın. Qoyulan tapşırığa uyğun olan növü seçin. Növbəti addıma keçin. 
 
 
A D D I M   1
A D D I M –  


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə