00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə40/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

 
124 
 
 
 
 
7.  Verilənlərin ölkələrin adlarına görə çeşidlənməsini göstərin. Növbəti addıma keçin. 
8.  Hesabat maketinin növünü seçin. Növbəti addıma keçin. 
 
 
9.  Burada  təklif  olunan  tərtibat  üslublarını  bir-bir  yoxlayın  və  zövqünüzü  oxşayan 
istənilən üslubu seçin. Növbəti addıma keçin. 
10. Bu sonuncu addımda hesabata Qitələr və ölkələr üzrə hesabat adını verin və Finish 
düyməsini  çıqqıldadın.  Hesabat  açılacaq  və  onun  adı  All  Tables  panelində  uyğun 
bölməyə əlavə olunacaq. 
 
 
 
   
Ölkələr hesabatını yaradın və suallara cavab verin: 
  Hesabatda neçə səhifə var? 
  Hər səhifədə hansı məlumatlar təkrarlanır?  
  Hansı məlumat yalnız birinci səhifədə verilib? 
  Verilənlər necə qruplaşdırılıb? 
  Səhifənin aşağı hissəsində hansı informasiya yerləşib? 
  Hesabatın xarici görünüşündə hansı çatışmazlıqlar var? 
 
  
Alınmış hesabatın xarici görünüşü sizi qane etməyə bilər (məsələn, bütün sahə-
lərin  başlıqları  tam  görünməyə  bilər,  bütün  verilənlər  tam  əks  olunmaya  bilər, 
sütunların başlıqları sahələrin adlarından ibarət olduğundan onlardakı sözlər bitişik 
yazılır və s.). Belə hallarda hesabat formasını redaktə etmək olar. 
F Ə A L İ Y Y Ə T  


 
 
 
 
Verilənlər bazas
ı 

125 
 
 
Hesabatın redaktə olunması 
 
1.  Siçanın  göstəricisini  proqram  pəncərəsinin  sol  hissəsindəki  All  Tables  panelində 
redaktə edəcəyiniz hesabat faylının üzərinə aparın və sağ düyməni çıqqıldadın.  
2.  Açılan siyahıdan konstruktor rejimini (Design View) seçin. Hesabat forması həmin 
rejimdə açılacaq. Eyni zamanda Access-in baş pəncərəsində formatlama alətləri zolağı 
yaranacaq.  
 
 
3.  Hesabat blankında hesabatın bölümlərini tapın: hesabatın başlığı (Report  Header), 
səhifənin  başlığı,  yaxud  yuxarı  kolontitul  (Page  Header),  qrupun  başlığı 
(QitəninKodu Header), verilənlər bölümü (Detail), səhifənin sonluğu, yaxud aşağı 
kolontitul (Page Footer), hesabatın sonluğu (Report Footer).   
4.  Hesabatın  obyektlərini  –  yarlıqları  (Label)  və  mətn  bokslarını  (Text  Box)    tapın. 
Onların  xarici  görünüşünü  fərqləndirmək  üçün  müxtəlif  şriftlərdən  istifadə  olunur. 
Alətlər zolağında hesabatın bütün obyektlərini açıb baxmaq olar.  
5.  Hesabatda  avtomatik  olaraq  hesablanan  obyektləri  –  tarix  və  səhifənin  nömrəsi 
sahələrini tapın. Onlar səhifə sonluğunda yerləşib.  
6.  Blankda  qrafik  obyektləri  –  hesabatın  bölümlərini  bir-birindən  ayıran  xətləri  tapın. 
Onları da redaktə etmək olar. 
Hesabatın obyektlərinin redaktəsi formanın obyektlərinin redaktəsi kimidir.   
 
 
 
A D D I M   2
A D D I M –  


 
126 
 
 
 
 
Access  proqramında  hesabatı  bir  "çıqqıltı  ilə"  də  yaratmaq  mümkündür.  Bunun  üçün 
Report alətindən istifadə etmək olar. Bu halda hesabat mövcud cədvəlin və ya sorğunun 
əsasında yaradılır. Bu cür yaradılmış hesabatı konstruktor rejimində dəyişmək də olar. Bu 
alətin köməyi ilə "Map" bazasının cədvəlləri üçün hesabat hazırlayın. Həmin hesabatlarda 
hansı  sahələrin  əks  olunduğuna  diqqət  yetirin.  Vacib  hesab  etmədiyiniz  sahələri 
hesabatdan uzaqlaşdırın.
 
 
 
Özünüzü yoxlayın 
1. 
Hesabatların yaradılması texnologiyasının mahiyyəti nədən ibarətdir? 
2. 
Hesabat nəyin əsasında hazırlana bilər? 
3. 
Hesabat forması hansı bölümlərdən ibarətdir?  
4. 
Tarix və səhifənin nömrəsi sahələri hesabatın hansı bölümündə yerləşib? 
5. 
Təqdim edilən hesabat hansı cədvəllər əsasında hazırlanıb?  
Hesabatda çeşidləmə aparılıbmı? Hesabata nəyi əlavə edərdiniz?  
 
 
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
 
Verilənlər bazas
ı 

127 
 
ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Verilənlər bazasında ən azı və ən çoxu neçə cədvəl ola bilər? 
 
2.  Günay yaratdığı "Şagirdlər" cədvəlində başlıca açar olaraq şagirdlərin doğum 
tarixini götürdü. Orxan həmin sahənin başlıca açar kimi götürülməsinin düzgün 
olmadığını dedi. Nə üçün? 
 
3.  Boş olmayan (müəyyən sayda yazı olan) cədvəlin strukturunu dəyişmək olarmı? 
  
4.  Cədvəllər arasında mümkün olan dörd əlaqə növündən hansılar riyaziyyatdan 
bildiyiniz "funksiya" anlayışına uyğundur?  
 
5.  Relyasiyalı verilənlər bazasında iki cədvəl arasında hansı əlaqə növündən istifadə 
olunmur? 
 
6.  Təqdim olunan formaya əsasən suallara cavab verin: 
a. Forma hansı cədvəli doldurmaq üçün hazırlanıb?  
b. Cədvəldə neçə yazı var? 
c. Cari yazının nömrəsi neçədir? 
 
 
 
7.  Böyük həcmli verilənlər bazasında hər hansı şərti ödəyən bütün yazıları seçmək 
üçün hansı alət əlverişlidir: arama, çeşidləmə, yoxsa süzmə?  
 
8.  Çeşidləmə və süzmə əməllərinin nəticələrinin fərqi nədədir? 
 
9.  adı = "*əli"
  
sorğusu nəticəsində hansı yazılar tapılacaq? 
a. Adı Əli olanlar 
b. Adı Əli və ya Vəli olanlar 
c. Adının sonluğu "əli" olanlar 
d. Adının ortasında "əli" sözü olanlar 
 
10. 
Hesabat blankı hansı bölümlərdən ibarətdir?
 
 
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə