00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə37/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

 
114 
 
 
 
verilənlərin  daxil  edilməsini  asanlaşdırır,  səhv  ehtimalını  azaldır  və  veri-
lənlərin daxiledilmə prosesində yoxlanılmasını təmin edir.  
4.  Bazaya daxil ediləcək verilənlər çox zaman kağız blanklarda yerləşir. Əgər 
elektron formanın xarici görünüşü orijinal formaya bənzəyərsə, daxiletmə 
zamanı xətaların sayı bir neçə dəfə azalır.     
 
Beləliklə, verilənlər bazasının cədvəlləri yaradıldıqdan və onlar arasında əlaqələr 
qurulduqdan  sonra  verilənlərə  baxmaq,  onları  daxil  etmək  və  dəyişdirmək  üçün 
ekran formaları hazırlanır. 
 
 
"Qitələr" cədvəli üçün formanın yaradılması 
1.  "Map" verilənlər bazası faylını qoşa çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi 
açılacaq. 
2.  Create (Yarat) menyusunu açın.  
 
 
 
3.  Blank Form (Boş forma) düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq. Sağ tərəfdə 
bazada mövcud olan cədvəllərin adları əks olunacaq. 
4.  "Qitələr"  cədvəlinin  önündəki  "+"  işarəsini  çıqqıldadın.  Cədvəlin  sahələri  əks 
olunacaq. 
5.  Siçanın sol düyməsini basılı saxlamaqla bütün sahələri bir-bir formanın boş sahəsinə 
keçirin. 
 
 
 
6.  Alətlər zolağındakı AutoFormat düyməsini çıqqıldadın. Formanın xarici görünüşünü 
dəyişmək üçün çeşidli üslublar təklif olunacaq. 
7.  Bu üslubları bir-bir seçin və Form1 formasının tərtibatının necə dəyişdiyini izləyin. 
Xoşunuza gələn üslublardan birinə üstünlük verin və növbəti addıma keçin.  
A D D I M   1
A D D I M –


 
 
 
 
Verilənlər bazas
ı 

115 
 
8.  Form1  pəncərəsini  qapadın.  Öncə  formaya  edilmiş  dəyişiklikləri  yadda  saxlamaq, 
Yes cavabından sonra isə formaya yeni ad vermək təklif olunacaq.  Qitələr adını daxil 
edin və OK düyməsini çıqqıldadın. 
 
 
 
Qitələr forması All Tables panelində uyğun bölməyə əlavə olunacaq. 
9.  Qitələr formasını qoşa çıqqıldadın. Forma yenidən açılacaq və orada "Qitələr" cəd-
vəlindəki birinci yazı əks olunacaq. Pəncərənin aşağısındakı keçid düymələrinə diq-
qət edin. Onları çıqqıldatmaqla ekran formasında cədvəldəki mövcud yazıların necə 
dəyişdiyini izləyin.  
 
 
 
Birinci yazı    Öndəki yazı    Sonrakı yazı   Sonuncu yazı    Yeni yazı 
 
10.  Formada hansı sahələrin dəyişilməyən, hansı sahələrinsə verilənlərin daxiledilməsi 
üçün nəzərdə tutulduğunu müəyyənləşdirin. 
11.  Qitələr haqqında məlumatları formadan daxil edin. 
 


 
116 
 
 
 
 
Formanın redaktə edilməsi 
 
1.  Siçanın göstəricisini Qitələr forma faylının üzərinə aparın və sağ düyməni çıqqıldadın.  
2.  Açılan siyahıdan konstruktor rejimini (Design  View) seçin. Qitələr forması həmin 
rejimdə açılacaq. Eyni zamanda Access-in baş pəncərəsində formatlama alətləri zolağı 
yaranacaq.  
 
3.  Formanın ölçülərini dəyişdirin. Bunun üçün siçanın göstəricisini formanın sağ aşağı 
küncünün üzərinə aparın, sol düyməni basıb saxlayın və siçanı  aşağıya doğru hərəkət 
etdirin. Siçanın düyməsini buraxın. Formanın ölçüsü böyüyəcək. 
4.  Formanın  Form  Header  (Formanın  yuxarı  kolontitulu),  Detail  (Detal)  və  Form 
Footer  (Formanın  aşağı  kolontitulu)  bölümlərinin  başlıqlarını  tapın.  Obyektlərin 
hamısı  Detail  bölümündə  yerləşib.  Başqa  bölümlərin  ölçüsü  isə  sıfıra  bərabərdir. 
Onları görmək üçün siçanın göstəricisini formanın üzərinə aparın, sağ düyməni basıb 
saxlayın və açılan menyudan Form Header/Footer bəndini seçin. 
Formanın yuxarı və aşağı kolontitulları da görünən olacaq. 
 
5.  Formanın obyektlərini – yarlıqları və mətn bokslarını tapın. Cədvəlin hər sahəsi üçün 
blankda iki obyekt görəcəksiniz. Bunlar “yarlıq” (Label) və “mətn boksu”dur (Text 
Box). “Mətn boksu” obyekti konstruktor pəncərəsində ağ düzbucaqlı kimi göstərilir. 
Formaya  baxış  zamanı  mətn  boksunda  cədvəlin  verilənləri  əks  olunur.  “Yarlıq” 
obyekti  isə  şəffaf  düzbucaqlı  şəklində  olur.  Yazılara  baxarkən  yarlıqda  olan  mətn 
dəyişmir.  Konstruktor  rejimində  yarlıqdakı  mətni  dəyişmək  olar.  Bu  rejimdə  mətn 
boksundakı mətni isə dəyişmək olmaz, çünki orada sahənin adı göstərilib. Formada 
başqa obyektlər (məsələn: siyahılar, düymələr və s.) yerləşə bilər.  
6.  “Yarlıq”  obyektini  çıqqıldadın.  Bu  zaman  uyğun  “mətn  boksu”  da  qeyd  olunacaq. 
“Mətn boksu”nu çıqqıldatdıqda isə uyğun “yarlıq” qeyd edilmiş olacaq. 
7.  QitəninKodu yarlığında sözləri bir-birindən aralayın və şriftini qalın edin. 
8.  Oxşar əməliyyatı o biri yarlıqlar üzərində də aparın.   
 
 
"Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri üçün ayrıca formalar yaradın. Hər 
formaya 2–3 yazı əlavə edin. Açar sahələrə diqqət yetirin. Sonra müvafiq cədvəl 
fayllarını açın və əlavə edilmiş yazıları tapın. 
A D D I M   2
A D D I M –
F Ə A L İ Y Y Ə T  


 
 
 
 
Verilənlər bazas
ı 

117 
 
Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi onların birbaşa  (Datasheet 
View rejimində) cədvələ daxil edilməsinə çox bənzəyir. Daxiletmə nöqtəsini sahələr 
arasında  hərəkət  etdirmək  üçün  eyni  klavişlərdən  istifadə  olunur.  Bundan  başqa, 
formanın  aşağısındakı  naviqasiya  düymələri  də  eynidir.  Yeni  yazı  artırmaq  üçün 
cədvəlin sonundakı boş yazıya keçmək, yaxud New (blank) record (Yeni (boş) yazı) 
düyməsini çıqqıldatmaq gərəkdir. Mövcud yazını redaktə etmək üçün həmin yazını 
ekrana çıxarmaq və dəyişiklikləri formanın sahələrində aparmaq lazımdır.  
 
 
Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi 
 
1.  Ölkələr formasını açın. 
2.  Formanın  aşağısındakı  New  (blank)  Record  düyməsini  çıqqıldadın.  Yeni  yazının 
daxil edilməsi üçün blank açılacaq. 
3.  Daxiletmə nöqtəsini ÖlkəninAdı sahəsinə keçirmək üçün  klavişini basın. Siz 
verilənləri  daxil  etməyə  başlayanda  Access  proqramı  açar  sahənin  (ÖlkəninKodu
qiymətini təyin edəcək.  
4.  Klaviaturada Azərbaycan yığın. Formanın yuxarısında solda görünən qələm simgəsi 
sizin verilənləri daxil etdiyinizi bildirir. 
5.   klavişini basıb növbəti sahəyə (DövlətQuruluşu) keçin və respublika yazın. 
6.   klavişini basıb növbəti sahəyə (PulVahidi) keçin və manat yazın. 
7.  Qalan sahələrin qiymətlərini aşağıdakı kimi daxil edin: 
ÖlkəninSahəsi 
86600 
QitəninKodu 
3 
İnternetÜnvanı 
.az 
 
8.   (yaxud ) klavişini basın. Yeni yazını daxil etmək üçün blank açılacaq. 
9.  Eyni qayda ilə Asiya qitəsində yerləşən bir neçə ölkə haqqında məlumatı daxil edin. 
10.  Formanın  aşağısında  cari  yazının  nömrəsini  göstərən  Current  Record  (Cari  yazı) 
sahəsində 3 yazın və  klavişini basın. Üçüncü yazıda olan verilənlər görünə-
cək.  
11.  Əgər hər hansı sahə doldurulmayıbsa, yaxud yanlışlıq varsa, həmin sahəni doldurun 
(redaktə edin). 
12.  Formanı qapadın. 
13.  "Ölkələr" cədvəlini açın. Formadan yeni daxil etdiyiniz yazıların cədvələ əlavə olun-
duğunu görəcəksiniz.  
14.  İşin sonunda cədvəli, sonra isə Access proqramını qapadın.   
 
Özünüzü yoxlayın 
1. 
Hansı hallarda verilənlərin daxil edilməsi üçün formalardan istifadə olunur?  
2. 
Formalar nəyin əsasında hazırlanır? 
3. 
Hansı hallarda formanı konstruktor rejimində açırlar? 
4. 
Forma hansı bölümlərdən ibarətdir? 
5. 
Forma blankının aşağısında yerləşən düymələrin təyinatını izah edin. 
 
 
A D D I M   3
A D D I M –  


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə