00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə45/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

 
142 
 
 
 
5.  Network and Internet (Şəbəkə və İnternet) bölümündə View network status and 
tasks  (Şəbəkə durumuna  və  tapşırıqlarına  baxış)  bəndini  seçin.  Açılan  Network 
and  Sharing  Center  (Şəbəkə və  paylaşım  mərkəzi)  pəncərəsində  Change  ad-
vanced sharing settings (Əlavə paylaşım parametrlərini dəyişdir) bəndini seçin. 
 
 
 
6.  Sonuncu  Password  protected  sharing  (Parolla  müdafiə  paylaşımı)  bölümündə 
Turn  off  password  protected  sharing  (Parolla  müdafiə  paylaşımını  söndür) 
variantını seçin və dəyişiklikləri yazıb saxlayın. 
 
Başlanğıcda  qeyd  olunduğu  kimi,  kompüter  şəbəkələrinin  yaradılmasında  əsas 
məqsəd  şəbəkənin  bir  bəndində  olan  resurslardan  onun  qalan  iştirakçıları  üçün 
istifadə  imkanı  verməkdir.  Şəbəkədəki  istifadəçilərin  kompüterinizdəki  hər  hansı 
qovluğa girə bilməsini istəyirsinizsə, onu birgə istifadəyə açıq etməlisiniz.  
 
 
Kompüterdəki qovluqlara və fayllara birgə istifadə hüququnun verilməsi 
1.  Siçanın göstəricisini birgə istifadəyə açacağınız qovluğun üzərinə aparın və onun sağ 
düyməsini çıqqıldadın. Açılan qısayol menyusundan Properties (Özəlliklər) bəndini 
seçin. Uyğun dialoq pəncərəsi açılacaq. Sharing (Paylaşım) səhifəsinə keçin. 
 
 
A D D I M   2
A D D I M –


 
 
143 
 
 
 
Şəbəkəl
ər
 

2.  Advanced  Sharing  (Geniş  paylaşım)  düyməsini  çıqqıldadın.  Uyğun  dialoq  pən-
cərəsi açılacaq. 
 
 
3.  Share  this  folder  (Bu  qovluğu  birgə  istifadəyə  aç)  yoxlama  sahəsini  qeyd  edin, 
sonra  isə  Permissions  (İcazələr)  düyməsini  çıqqıldadın.  Bu  qovluq  üçün  lazım 
bildiyiniz icazələri qeyd edin. Əgər başqa istifadəçilərə bu qovluğa yalnız oxumaq 
icazəsi  vermək  istəyirsinizsə,  heç  nəyi dəyişməyin  və OK  düyməsini  çıqqıldadın. 
Əgər  qovluğun  adını  ümumi  istifadə  üçün  dəyişmək  istəyirsinizsə,  Share  name 
(Ümumi istifadə adı) sahəsində istədiyiniz adı göstərin. 
4.  Advanced  Sharing  pəncərəsində  öncə  Apply  (Tətbiq  et)  düyməsini  çıqqıldadıb 
dəyişiklikləri yadda saxlayın, sonra isə OK düyməsini çıqqıldadıb dialoq pəncərəsini 
qapadın. İndi bu qovluq şəbəkənin bütün istifadəçilərinə açıq olacaq. 
 
 
Hansısa qovluğa şəbəkədən girişi bağlayın. Bunun üçün yuxarıdakı addımları təkrar edin, 
ancaq 3-cü addımda Share this folder (Bu qovluğu birgə istifadəyə aç) yoxlama sahəsinə 
qoyulan qeyd işarəsini ləğv edin. 
 
Diqqət! 
 
Sərt diski bütövlükdə birgə istifadəyə açmayın. Bu, çox riskli addımdır və əməliyyat 
sistemi sizi bu haqda xəbərdar edəcək. 
 
Windows  7  əməliyyat  sistemində  birgə  istifadə  ediləsi  fayllar  üçün  Public 
Documents qovluğu nəzərdə tutulub. Yaxşı olar ki, həmin qovluğu birgə istifadəyə 
açasınız və həmin məqsəd üçün nəzərdə tutulan faylları orada saxlayasınız. Həmin 
qovluq Documents qovluğunun içərisində yerləşir. 
 
 
İşlədiyiniz kompüterin adını və onun hansı işçi qrupa daxil olduğunu müəyyənləşdirin. 
Bu işçi qrupda başqa kompüterlər də varmı? İşçi qrupa daxil olan kompüterlərdən biri 
sıradan çıxarsa, lokal şəbəkədəki digər kompüterlərə bunun hansı təsiri ola bilər?
 
 
Özünüzü yoxlayın 
1. 
İşçi qrup nədir? 
2. 
Qovluqları və ya faylları nə üçün birgə istifadəyə açırlar? 
3. 
Birgə istifadəyə açılmış qovluğun simgəsi adi qovluğun simgəsindən nə ilə fərqlənir? 
4. 
Nə üçün sərt diski bütövlükdə birgə istifadəyə açmaq təhlükəlidir?  
 
F Ə A L İ Y Y Ə T  
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –


 
144 
 
 
 
 Ş
ƏBƏKƏ QURĞULARINDAN BİRGƏ İSTİFADƏ
 
 
 
 
Bu iş yerlərinin hansında kompüter şəbəkəsi daha düzgün qurulub? Niyə? 
 
Şəbəkədə  birləşmiş  kompüterlər  hər  hansı  kompüterə  qoşulmuş  müxtəlif 
qurğulardan – sərt disk, CD və DVD disksürənləri, skaner, printer, modem və başqa 
qurğulardan birgə istifadə edə bilər. Çox zaman lokal şəbəkələrdə yalnız bir ümumi 
printer olur. Şəbəkəyə qoşulmuş istənilən istifadəçi (kompüter) sənədləri çap etmək 
üçün həmin printerə göndərə bilər.  
Kompüterinizə qoşulmuş printerin şəbəkədə birgə istifadəyə açılması qovluqda 
olduğu kimi aparılır.  
 
 
Windows 7 əməliyyat sistemində fayl və printerlərin birgə istifadəyə açılması 
  
1. 
 Start menyusunu açın və İdarəetmə panelinə (Control Panel) daxil olun. 
 
 
 
 
A D D I M   1
A D D I M –
4.4 
1
2
 


 
 
145 
 
 
 
Şəbəkəl
ər
 

2. 
Network and Internet (Şəbəkə və İnternet) bölümünə daxil olun.
 
 
 
 
3.  Network and Sharing Center (Şəbəkə və paylaşım mərkəzi) bəndini çıqqıldadın.
 
 
4.  Change  advanced  sharing  settings  (Əlavə  paylaşım  parametrlərini  dəyiş) 
bəndini çıqqıldadın. 
 
 
 
 
5.  Turn on file and printer sharing (Fayl və printerləri birgə istifadəyə aç) bəndini 
qeyd edin və sonra Save changes (Dəyişiklikləri saxla) düyməsini çıqqıldadın. 
 
 
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə