00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə44/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

 
138 
 
 
 
 
Tutaq ki, sizə 1 serverdən və 5 iş stansiyasından ibarət lokal şəbəkə qurmaq üçün qiymət 
təklifi vermək tapşırılıb. Şəbəkə avadanlıqlarının satışı ilə məşğul olan yerli şirkətlərin 
saytlarında araşdırma aparın və tələb olunan qiymət təklifini hazırlayın. 
 
Mobil  qurğuların  (noutbukların,  printerlərin  və  s.)  stasionar  lokal  şəbəkəyə 
çıxışını təmin etmək üçün çox zaman simsiz erişim nöqtələrindən (wireless access 
point, WAP) istifadə olunur. Simsiz erişim nöqtəsi mövcud naqilli və ya naqilsiz 
şəbəkəyə naqilsiz girişi təmin etmək, yaxud tamamilə yeni naqilsiz şəbəkə yaratmaq 
üçün  nəzərdə  tutulmuş  baza  stansiyasıdır.  Bu  qurğulardan  “qaynar  nöqtələr” 
adlandırılan sahələrdə –  müştərilərə ödənişsiz İnternet xidməti göstərilən yerlərdə 
istifadə olunur. Adətən, belə nöqtələr hava limanlarında, kitabxanalarda, iri şəhər-
lərin restoran və kafelərində yerləşir.  
 
    
 
 
 
      Wi-Fi adapteri                          Simsiz erişim nöqtəsi    
        Simsiz yönləndirici 
 
Son zamanlar ev şəbəkələrinin yaradılması zamanı da simsiz erişim nöqtələrinə 
maraq  artıb.  Bir  mənzil  daxilində  belə  bir  şəbəkənin  yaradılması  üçün  bir  simsiz 
erişim nöqtəsi yetərlidir. 
Simsiz  şəbəkələrin  yaradılması  zamanı  kompüterlərdə  Wi-Fi  adapterlərinin 
olması zəruridir. Müasir daşınabilir (portativ) kompüterlər belə adapterlərlə təchiz 
olunur. Əgər kompüterdə belə bir adapter yoxdursa, onun USB portuna taxılan Wi-
Fi adapterindən istifadə etmək olar.   
 
 
 
Tipik kompüter şəbəkəsinin sxemi 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –


 
 
139 
 
 
 
Şəbəkəl
ər
 

Şəbəkələrdə müəyyən məqsədlər üçün nəzərdə tutulmuş başqa avadanlıqlara da 
rast gəlinir; məsələn, şəbəkəni altşəbəkələrə ayırmaq və ya lokal şəbəkələri birləş-
dirmək üçün xüsusi qurğudan – körpüdən istifadə olunur. Bəzən körpü rolunu uy-
ğun proqram təminatı ilə təchiz olunmuş kompüter də yerinə yetirə bilir. Ayrı-ayrı 
rabitə  protokolları  ilə  işləyən  müxtəlif  tipli  şəbəkələr  arasında  informasiya  mü-
badiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu kimi şəbəkə keçidi, yaxud şlüz 
tətbiq  edilir;  məsələn,  PC  tipli  kompüterlərdən  ibarət  şəbəkə  ilə  Macintosh  tipli 
kompüterlərin olduğu şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şlüzdən istifadə 
olunur.  Eynitipli  şəbəkələr  arasında  mübadilə  zamanı  informasiyanı  çevirən  kör-
püdən  fərqli  olaraq  şlüz  təkcə  ötürməni  gerçəkləşdirmir,  həm  də  verilənlərin 
formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır. 
 
 
Tutaq  ki,  məktəbinizdə  simsiz  lokal  şəbəkə  yaratmaq  işini  sizə  tapşırıblar.  Belə  bir 
şəbəkəni  qurmaq  üçün  hansı  avadanlıqların  lazım  olacağını  müəyyənləşdirin  və  həmin 
şəbəkənin sxemini qurun. Masaüstü kompüterləri bu şəbəkəyə necə qoşacaqsınız? 
 
Özünüzü yoxlayın 
1. 
Aktiv şəbəkə avadanlıqları dedikdə nə nəzərdə tutulur? 
2. 
Passiv şəbəkə avadanlıqlarına nə aid edilir? 
3. 
Kabelli şəbəkələr üçün hansı avadanlıqlardan istifadə olunur? 
4. 
Yönləndirici nədir?  
5. 
Simsiz şəbəkə qurmaq üçün hansı avadanlıqlar lazımdır? 
6. 
Erişim nöqtəsi nədir? 
7. 
Şəbəkə keçidi ilə körpünün hansı oxşar və fərqli özəllikləri var? 
 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –


 
140 
 
 
 
 
K
OMPÜTERİN LOKAL ŞƏBƏKƏYƏ QOŞULMASI 
          
 
 
Aşağı siniflərdən sizə tanış olan bu şəkillərdə 
hansı proses təsvir edilib? 
 
Bənzər işi yerinə yetirərkən bu üsulların 
hansından istifadə edirsiniz? Niyə?  
 
Windows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə 
yaradılması, eləcə də şəbəkə resurslarından (fayllardan, qovluqlardan, printerlərdən, 
disklərdən və s.) birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. 
Bu  gün,  demək  olar  ki,  hər  bir  evdə  Wi-Fi  yönləndiricilər  olduğundan  əlavə 
avadanlıqlardan istifadə etmədən evdə də  lokal şəbəkə qurmaq olar.   
   
Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi işçi qrup yaratmaq lazımdır. 
 
 
Windows-da işçi qrupun yaradılması 
  
1.    klavişlər  kombinasiyasını  basın.    Run  (Çalışdırma)  dialoq  pəncərəsi 
açılacaq.  
 
 
 
 
A D D I M   1
A D D I M –
4.3 
1
 
2
 


 
 
141 
 
 
 
Şəbəkəl
ər
 

2.  Open  (Aç)  sahəsinə  sysdm.cpl
 
  komandasını  daxil  edin  və  OK  düyməsini  çıq-
qıldadın. System Properties (Sistemin özəllikləri) pəncərəsi açılacaq. 
 
 
 
3.  Workgroup  (İşçi  qrup)  sahəsində  kompüterinizin  daxil  olduğu  işçi  qrupun  adı  – 
WORKGROUP  göstərilib.  Qrupun  adını  dəyişmək  üçün  Change  (Dəyişdir) 
düyməsini  çıqqıldadın  və  yeni  adı  daxil  edin  (bu  zaman  yalnız  ingilis  əlifbasının 
hərflərindən istifadə edin). Unutmayın ki, işçi qrupun adı şəbəkəyə qoşulacaq bütün 
kompüterlərdə eyni olmalıdır. 
 
4.  Control Panel (İdarəetmə paneli) pəncərəsini açın.  
 
 
 
 
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə