00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə43/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

 
 
135 
 
 
 
Şəbəkəl
ər
 

 Ş
ƏBƏKƏ AVADANLIQLARI
 
 
Kompüter şəbəkələrində, adətən, şəbə-
kə serveri və müştəri kompüterləri olur. 
Ancaq şəbəkədə başqa avadanlıqlar da 
görmək mümkündür. 
 
 
Kompüter şəbəkələrində hansı avadanlıqları 
görmüsünüz? Onlar şəbəkəyə necə qoşulub? 
Sizcə, onlar nə üçün lazımdır? 
 
 
"Qovşaq hava limanı", yaxud "hab" (ingilscə: airline hub) anlayışı haqqında İnternetdən 
məlumat toplayın. İngiliscə "hub" sözünün daha hansı mənada işləndiyini öyrənin.  
 
– Dünyanın ən böyük qovşaq hava limanları hansıdır? 
– Bu anlayış ötən dərsin "Fəaliyyət" bölümündə verilmiş sxemdəki hansı qurğuya uy-
ğundur?  
 
Kompüterləri bir şəbəkədə birləşdirmək və şəbəkənin işini təmin etməkdən ötrü 
əlavə avadanlıqlar – yönləndirici, toparlayıcı, kommutator və s. lazımdır. Belə əlavə 
avadanlıqlara şəbəkə avadanlıqları deyilir və onların özlərini də iki qrupa ayırırlar: 
aktiv şəbəkə avadanlıqları və passiv şəbəkə avadanlıqları. 
 
Aktiv  avadanlıqlar
 
elektrik  şəbəkəsindən, 
yaxud  başqa  mənbələrdən  qidalanan
 
elektron 
sxemləri olan və siqnalları gücləndirən, çevirən 
və ya başqa funksiyaları yerinə yetirən avadan-
lıqlardır.
 
Başqa sözlə, bu avadanlıqlar siqnalları 
xüsusi  alqoritmlər  üzrə  emal  etmək  imkanına 
malikdir.
 
Müasir  lokal  şəbəkələrdə  Ethernet 
texnologiyası – verilənlərin paketlə ötürülməsi 
texnologiyası  tətbiq  edilir.  Hər  bir  verilənlər 
paketində ötürülən verilənlərin özləri ilə yanaşı, 
texniki  informasiya  –  verilənlərin  mənbəyi  və 
ŞƏBƏKƏ AVADANLIQLARI
Aktiv şəbəkə avadanlıqları
Passiv şəbəkə avadanlıqları
F Ə A L İ Y Y Ə T  
4.2 

Aktiv şəbəkə avadanlıqları 

Passiv şəbəkə avadanlıqları 

Şəbəkə interfeys kartı 

CAT5 kabeli 

RJ-45 bağlayıcısı 

Toparlayıcı 

Yönləndirici 

Simsiz erişim nöqtəsi 

Wi-Fi adapteri 

Körpü 

Şəbəkə keçidi, şlüz
 

AR
 

zl
ə
r


 
136 
 
 
 
təyinat yeri, eləcə də paketin təyinat yerinə çatması üçün zəruri olan başqa məlu-
matlar  da  olur.  Aktiv  şəbəkə  avadanlıqları  təkcə  siqnalları  qəbul  edib  göndərmir, 
eyni  zamanda  həmin  texniki  informasiyanı  emal  etməklə  daxil  olan  paketləri  öz 
daxili yaddaşındakı alqoritmlər əsasında yönləndirir.  
 
Diqqət! 
Ethernet” latın dilində “efir” mənasını verən “aether” sözündəndir və “ezernet” 
kimi tələffüz olunur.  
 
Passiv avadanlıqlar dedikdə elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qi-
dalanmayan və siqnalların paylanması və ya səviyyəsinin endirilməsi funksiyalarını 
yerinə yetirən avadanlıqlar nəzərdə tutulur; məsələn: kabellər, onların uclarına taxılan 
bağlayıcılar  və  s.  Passiv  avadanlıqlara  kabellərin  keçdiyi  yolları  –  kabel  novlarını, 
montaj şkafları və dayaqlarını, telekommunikasiya şkaflarını da aid edirlər. 
İndi  bu  avadanlıqlarla  daha  yaxından  tanış  olaq.  Kompüteri  kabel  şəbəkəsinə 
qoşmaq üçün onun şəbəkə interfeys kartı (network interface cardNIC) olmalı-
dır. Ona bəzən, sadəcə, şəbəkə kartı, yaxud Ethernet adapteri də deyilir. O, ayrıca 
kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə 
şəbəkə kartının olub-olmadığını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 
yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın böyüdülmüşünə oxşayır, yalnız ora 
telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır. 
Şəbəkə kartı 
 
Şəbəkə kabeli (CAT5) 
 
 
 
RJ-45 bağlayıcısı 
 
Lokal  şəbəkədə  olan  avadanlıqları  bir-birinə  birləşdirmək  üçün  şəbəkə  kabe-
lindən istifadə olunur. Belə kabel kompüterlərlə mərkəzi qurğu arasında siqnalları 
ötürür.  Şəbəkə  kabeli  rəsmi  olaraq  CAT5  kabeli  və  ya  5-ci  kateqoriyalı  kabel 
adlandırılır.  Sarınmış  cütlük  kabelinin  bu  kateqoriyası  8  naqildən  ibarətdir  və  bu 
naqillər cüt-cüt bir-birinə sarınıb. Bu kabeldən həm telefonların, həm də kompüter-
lərin qoşulmasında istifadə olunur. Şəbəkə kabelləri rənginə və uzunluğuna görə se-
çilir.  Kabelin  hər  iki  ucunda  onu  rahat  qoşub-açmaq  üçün  RJ-45  bağlayıcısı 
(konnektoru) olur. Hazırda belə kabellərlə qurulmuş və verilənlərin ötürülmə sürəti 
100  Mbit
/san 
olan  “ulduzşəkilli”  şəbəkələr  daha  geniş  yayılıb.  Verilənləri  uzaq 


 
 
137 
 
 
 
Şəbəkəl
ər
 

məsafələrə ötürmək üçün optik lifli kabellərdən is-
tifadə olunur. Bu kabellərdə informasiya işıq şüası 
vasitəsilə ötürülür.  
Mövcud standartla verilənlərin ötürülməsi sü-
rəti 10 Mbit/san, 100 Mbit/san, 1 Gbit/san və 10 
Gbit/san müəyyən olunur. 
Ola bilər, siz hava limanlarında tətbiq olunan 
toparlayıcı  (ingiliscə:  hub)  sözünü  eşitmisiniz. 
Səyahətçilər  bir  yerdən  başqa  yerə  getmək  üçün 
müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcı bənzər 
şəkildə işləyir. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür, yəni 
toparlayıcının portuna qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.
  
Kompüterləri “ulduz” sxemi üzrə vahid şəbəkədə birləşdirmək üçün çox zaman 
kommutator  və  ya  svitç  adlanan  qurğular  tətbiq  olunur.  Toparlayıcılardan  (hab-
lardan) fərqli olaraq kommutatorlar paketləri yalnız nəzərdə tutulduqları kompüterə 
ötürür.  Kompüter  kommutatorla  hər  iki  ucunda  RJ-45  bağlayıcısı  olan  və  “patç-
kord”  (ingiliscə:  patching cord – birləşdirici ip)  adlandırılan  kabel  parçası  ilə 
birləşdirilir.   
 
 
 
Kommutatorlar 
 
Adətən,  lokal  şəbəkədə  olan  kompüterlər  İnternetə  bir  rabitə  kanalı  vasitəsilə 
bağlanır. Lokal şəbəkəni İnternetlə əlaqələndirmək üçün yönləndirici və ya router 
lazımdır. Yönləndirici yol polisinə bənzəyir: bu “ağıllı” qurğu şəbəkə trafikinə yol 
göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. 
Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin bəzisi bir yolla, 
başqaları başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada 
birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndə-
rilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəlisi (ən qısası) 
üzrə  göndərir.  Şəbəkənin  hər  hansı  bir  hissəsində  nasazlıq  olarsa,  yönləndirici  də 
paketləri yol polisi kimi alternativ yollara istiqamətləndirə bilər.  
 
Kompüterləri  naqilli  şəbəkədə  birləşdirmək,  adətən,  divar  və  tavan  boyunca 
çoxlu  kabellərin  çəkilməsini  tələb  edir.  Naqilli  şəbəkələrdə  həm  də  qurğuların 
yerləşməsinə  müəyyən  məhdudiyyətlər  yaranır.  Ancaq  naqilsiz  şəbəkələrin  belə 
çatışmazlıqları yoxdur: minimal fiziki əmək, zaman və material sərf etməklə belə 
şəbəkələrə kompüterlər və başqa naqilsiz qurğular artırmaq olar. 
 
802.11a protokollarında 
olan simsiz bağlantı 2.4 
GHs tezlikdə işləyir. 
Mikrodalğalı sobalar da  
həmin tezlikdə çalışır. 
Ona görə də əgər nout-
bukla sobaya yaxınlaş-
sanız, bağlantı kəsiləcək-
dir. 
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə