100
Yuxarıda verilmiş məlumatlar əsasında "Xalçaçılıq məktəbləri", "Toxunma texnikası" və
"Xalça növləri" cədvəllərini doldurun.
"Xalçalar" cədvəlini doldurmaq üçün Azərbaycan Xalça Muzeyinin rəsmi saytından, eləcə
də “Vikipediya” açıq ensiklopediyasından (wikipedia.org) istifadə edin.
Bildiyiniz kimi, verilənlər bazası iki rejimdə təqdim edilə bilər: cədvəl və forma.
Forma elektron blankdır və bu blankın sahələri verilənlər bazasındakı yazıların
elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik şəkildə baza
cədvəllərinə daxil edilir.
"Xalçalar" cədvəli üçün formanın yaradılması
1. "Xalılar" verilənlər bazası faylını açın.
2. Create menyusunu açın.
3. Blank Form düyməsini çıqqıldadın. Aşağıdakı pəncərə açılacaq. Sağ tərəfdə bazada
mövcud olan cədvəllərin adları əks olunacaq.
4. "Xalçalar" cədvəlinin önündəki "+" işarəsini çıqqıldadın. Cədvəlin sahələri əks
olunacaq.
2
F Ə A L İ Y Y Ə T
A D D I M 2
A D D I M –
LAYİHƏ
101
Verilənlər bazas
ı
3
5. Siçanın sol düyməsini basılı saxlamaqla bütün sahələri bir-bir formanın boş sahəsinə
keçirin.
6.
Format menyusunun AutoFormat düyməsini çıqqıldadın. Formanın xarici
görünüşünü dəyişmək üçün çeşidli üslublar təklif olunacaq.
7.
Bu üslubları bir-bir seçin və Form1 formasının tərtibatının necə dəyişdiyini izləyin.
Xoşunuza gələn üslublardan birini seçin və növbəti addıma keçin.
8.
Form1 pəncərəsini qapadın. Öncə formaya edilmiş dəyişiklikləri yadda saxlamaq,
Yes cavabından sonra isə formaya yeni ad vermək təklif ediləcək. Xalçalar adını
daxil edin və OK düyməsini çıqqıldadın.
Xalçalar forması All Tables panelində uyğun bölməyə əlavə olunacaq.
LAYİHƏ
102
9. Xalçalar formasını ikiqat çıqqıldadın. Forma yenidən açılacaq və orada "Xalçalar"
cədvəlindəki birinci yazı əks olunacaq.
10. Bu forma vasitəsilə "Xalçalar" cədvəlinə daha bir neçə xalça haqqında məlumat daxil
edin.
11. İşin sonunda formanı, sonra isə Access proqramını qapadın.
Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan
istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımın-
dan etibarlıdır.
Sorğunun yaradılması
1. "Xalılar" verilənlər bazası faylını açın.
2. Create menyusuna daxil olun və açılan alətlər zolağında Query Design düyməsini
çıqqıldadın.
3. Query1 səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq. "Xalçalar"
cədvəlini seçin və Add düyməsini çıqqıldadın. Cədvəl Query1 səhifəsinə əlavə
olunacaq. Eyni əməliyyatı "Xalçaçılıq məktəbləri" və "Toxunma texnikası" cədvəlləri
üçün də təkrar edin.
4. Show Table pəncərəsini qapadın.
A D D I M 3
A D D I M –
LAYİHƏ
103
Verilənlər bazas
ı
3
5. İkiqat çıqqıldatmaqla "Xalçalar" cədvəlində Adı, Qrupu və TexnikaKodu sahələrini,
"Xalçaçılıq məktəbləri" cədvəlində Adı sahəsini, "Toxunma texnikası" cədvəlində Adı
sahəsini seçin. Bu sahələr sorğu blankının aşağı hissəsindəki sütunlarda görünəcək.
6. "Xalçaçılıq məktəbləri" cədvəlinin Adı sahəsi üçün çeşidləmə verin. Bunun üçün
uyğun xananı çıqqıldadın və açılan siyahıdan Ascending (Artma sırası ilə) bəndini
seçin.
7. Yenə həmin sahə üçün seçim şərtini göstərin: Abşeron xalçaçılıq məktəbi. Bunun
üçün həmin sözü Criteria (Meyar) sətrində uyğun xanaya daxil edin.
8. Alətlər zolağındakı
(Çalışdır) düyməsini çıqqıldadın. Nəticəyə baxın.
9. ViewDesign View komandasını seçməklə konstruktor rejiminə keçin.
10. Sorğu pəncərəsini qapadın. Sorğunu yazıb saxlamaq təklif olunacaq.
11.
Sorğunu Abşeron adı ilə saxlayın. Sorğu faylının adı baş pəncərənin sol hissəsindəki
paneldə sorğunun aid olduğu cədvəllərin adlarından aşağıda görünəcək.
Beləliklə, bu bölümdə siz bir neçə verilənlər bazası layihəsi ilə tanış oldunuz. Bu
cür layihələrin nümayişi zamanı bir neçə məqama xüsusi diqqət yetirilməlidir:
Bu verilənlər bazasının yaradılmasında məqsəd nədir?
Baza üçün zəruri verilənlər haradan və necə əldə edilir?
Hansı cədvəllər yaradılıb və verilənlərin onlar üzrə paylanması necədir?
Cədvəllərin strukturları nə üçün belə müəyyən olunub?
Hər bir cədvəldə açar sahələr hansıdır?
Cədvəllərarası əlaqələr necədir?
Cədvəllər normallaşdırma tələblərinə cavab verirmi?
LAYİHƏ
104
Əlbəttə, bu siyahıya layihə mövzusundan asılı olaraq başqa suallar da əlavə edə
bilərsiniz.
Azərbaycan Xalça Muzeyinin saytı ilə ətraflı tanış olun. Bu muzey hansı təhsil fəaliyyəti
ilə də məşğul olur? Muzeydə xalçalarla yanaşı, daha hansı sənət əsərlərinin kolleksiyaları
saxlanılır? Həmin kolleksiyalardan birini seçin və onun haqqında verilənlər bazası
hazırlayın. Bazada hansı cədvəllərin olmasını zəruri hesab edirsiniz? Cədvəllər arasında
əlaqələr qurun. Bazaya bir neçə yazı daxil edin. Hər bir cədvəl üçün uyğun forma və
hesabat faylı yaradın.
Özünüzü yoxlayın
1.
"Xalçalar" və "Xalçaçılıq məktəbləri" cədvəlləri arasında hansı əlaqə növü var?
2.
Yalnız bir cədvəldən ibarət olan verilənlər bazası ola bilərmi?
3.
Bir cədvəlin bütün sahələri hansısa başqa cədvəllərlə əlaqəli ola bilərmi?
4.
Formalardan istifadə edilməsinin hansı üstünlükləri var?
5.
Verilənlər bazası layihəsinin nümayişi zamanı əsas diqqət layihənin hansı cəhətlərinə
yönəldilməlidir?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ
Dostları ilə paylaş: |