105
Verilənlər bazas
ı
3
ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLA
R
1. Hansı mühakimələr doğrudur?
a)
Qısamüddətli layihələrin icra müddəti 1 ilədəkdir.
b)
Ortamüddətli layihələrin icra müddəti 2 ildən 3 ilədək olur.
c)
Verilənlər bazası
cədvəlinin hər bir sətri "sahə", sütunu isə "yazı" adlandırılır.
d)
İkinci normal formanın tələblərinə görə, cədvəlin sətir və sütununun kəsişməsindəki hər
bir xanada yalnız bir qiymət olmalıdır.
e)
Üçüncü normal formanın tələblərinə görə, açar olmayan hər hansı sahənin dəyişməsi başqa
sahələrə təsir etməməlidir.
f)
Verilənlər bazasının cədvəllərinə video informasiya yerləşdirmək olmur.
g)
Cədvəlin qoşma sahəsinə birdən artıq fayl yerləşdirmək mümkün deyil.
h)
verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan istifadə olunur.
Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a)
Layihə məhdud zaman və resurs çərçivəsində bənzərsiz ___, yaxud ___ yaratmaq üçün
məqsədyönlü fəaliyyətdir.
b)
___ görə layihələr
təşkilati,
texniki,
sosial,
iqtisadi və başqa layihələrə ayrılır.
c)
Hər bir layihənin işlənib-hazırlanması bir neçə mərhələdən keçir:
başlatma, ___, ___,
bitirmə və bir də ___.
d)
Layihənin strukturu ___ mərhələsində müəyyənləşdirilir.
e)
Normallaşdırma qaydaları ___ yoxlamağa imkan verir.
f)
___ normal formada açara daxil olmayan hər bir sahənin açar sahədən bütövlükdə (onun
bir hissəsindən deyil) asılı olması tələb edilir.
g)
Cədvəlin yazılarına görüntü, səs, video və ya başqa növ fayllar yerləşdirmək üçün ___
verilənlər tipindən istifadə olunur.
h)
Sorğu yaradarkən seçim şərtini ___ xanasına yazmaq lazımdır.
3. "Şəlalə modeli"
nədir və sizcə, onun belə adlandırılmasının səbəbi nədir?
4. Verilənlər bazasının normallaşdırılmasının məqsədi nədir?
5. Verilənlərin bazaya daxil edilməsi zamanı hansı halda cədvəl, hansı halda forma
rejimi əlverişli olur?
LAYİHƏ
106
ŞƏBƏKƏ TEXNOLOGİYALARI
4.1.
Şəbəkədə kompüterlərin "ünsiyyəti"
4.2.
Şəbəkə arxitekturası
4.3.
Simsiz şəbəkə texnologiyaları
4.4.
TCP/IP modeli
4.5.
Mobil rabitə texnologiyaları
4.6.
İnternet
xidmətləri
LAYİHƏ
108
İlkin yoxlama
1.
Rabitə vasitələri ilə birləşdirilmiş kompüterlər və onlarla bağlı qurğular
qrupuna nə deyilir?
a) qraf
b) tor
c) şəbəkə
d) massiv
2.
Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil?
a) modem
b) yönləndirici
c) şəbəkə kartı
d) RJ-45 bağlayıcısı
3.
Bunlardan hansı passiv şəbəkə avadanlığı deyil?
a) şəbəkə kabeli (CAT5)
b) RJ-45 bağlayıcısı
c) Wi-Fi adapteri
d) montaj şkafı
4.
Şəbəkədə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu
hansıdır?
a)
şəbəkə keçidi
b) körpü
c) yönləndirici
d) toparlayıcı
5.
Şəbəkəni altşəbəkələrə ayırmaq və ya eynitipli şəbəkələri birləşdirmək üçün
hansı qurğudan istifadə olunur?
a)
şəbəkə keçidindən
b) körpüdən
c) yönləndiricidən
d) toparlayıcıdan
6.
Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında
informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır?
a) şəbəkə keçidi
b) körpü
c) yönləndirici
d) hab
7.
Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?
a) ulduz
b) halqa
c) ağac
d) şin
8.
Kompüterin simsiz şəbəkəyə qoşula bilməsi üçün hansı qurğu tələb olunur?
a) Wi-Fi adapteri
b) körpü
c) şəbəkə keçidi
d) yönləndirici
9.
Bunlardan hansı İnternet xidməti deyil?
a) WWW
b) FTP
c)
IP-Phone
d) Access
10.
İnternetdə faylı bir kompüterdən başqasına köçürmək üçün hansı xidmətdən
istifadə olunur?
a) WWW
b) FTP
c) IP-Phone
d)
Telnet
LAYİHƏ