0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə66/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

169 
 
Nüvə qüvvələri 
Nüvənin dayanıqlığı onu təşkil edən proton və neytronlar arasında nüvə qüvvələri 
(və ya güclü qarşılıqlı təsir qüvvələri) adlanan xüsusi cazibə xarakterli qüvvələrin 
mövcud olmasındadır.  
 Nüvə qüvvələri – nuklonları nüvədə saxlayan və onun dayanıqlığını təmin edən 
qüvvələrdir
Bu qüvvələrdə aşağıdakı xüsusiyyətlər aşkar edilmişdir:   
1) cazibə xarakterli qüvvələrdir
2) nüvə ölçüləri dairəsində protonlar arasında mövcud olan itələmə xarakterli Ku-
lon qüvvələrindən 100 dəfə böyükdür; 
3) yaxınatəsir xarakterlidir – nüvə ölçüləri dairəsində (
10

10
??????) meydana 
çıxır; 
4) nuklonlar arasındakı nüvə qarşılıqlı təsir qüvvələri  elektrik yükündən asılı de-
yildir: protonla – proton, protonla – neytron və neytronla – neytron arasındakı nüvə 
qüvvələri eynidir; 
5) doyma xassəsinə malikdir: bu o deməkdir ki, nüvə daxilindəki nuklonlar yalnız 
yaxın “qonşuluqdakı” zərrəciklərlə qarşılıqlı təsirdə ola bilir;  
6)  mərkəzi  təsir  xarakterli  deyildir,  yəni  nüvə  qüvvələri  qarşılıqlı  təsirdə  olan 
nuklonların mərkəzlərini birləşdirən xətt boyunca yönəlmir.
    
 
İzotoplar 
  Nüvələrində protonlarının sayı eyni, lakin neytronlarının sayı müxtəlif olan 
atomlar verilən kimyəvi elementin izotopları (yun. “izos” – eyni + “topos” – yer
adlanır. Tərifi belə də söyləmək olar: 
 Protonlarının sayı eyni, kütlə ədədləri müxtəlif olan atomlar izotoplar adlanır. 
Məsələn, hidrogenin üç izotopu məlumdur: 
?????? (protium) izotopu yalnız 1 protondan 
ibarətdir, 
?????? (deyterium) və  ?????? (tritium) izotopları isə bir protondan və uyğun olaraq 
bir  və  iki  neytrondan  ibarətdir 
(d)
.  Qeyd  edək  ki,  neytronlar  elementin  kimyəvi 
xassəsinə heç bir təsir göstərmədiyindən eyni elementin bütün izotoplarının kimyəvi 
xassələri də eyni olur. Lakin neytronlarının sayı müxtəlif olan izotoplar fiziki xas-
sələrinə görə (məs.: atomun enerji səviyyələrinə görə) bir-birindən fərqlənir. 
 
 
(d)
 
H
H

  LAYİHƏ


170 
 
 
Kütlə ədədi yük ədədindən 2 dəfə böyük olan nüvədə protonlarla neytronların say 
nisbətini  müəyyən edin. 
Məsələ 2.  
Mendeleyev cədvəlindən bir neçə elə kimyəvi element müəyyən edin ki, onların 
kütlə ədədi yük ədədindən 2 dəfə böyük olsun. 
Nəticənin müzakirəsi:  
 Belə elementlərdə proton və neytronların say nisbəti necədir? 
 
 
 Mendeleyev cədvəlində kimyəvi elementin atom kütləsinə görə onun təbiətdə izotopunun 
sayının çox, yaxud az olmasını müəyyən etmək olarmı? Cavabınızı əsaslandırın. 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

İki nüvə eyni kütlə ədədinə malikdir. Bu nüvələrin yükü 
fərqli ola bilərmi? Cavabınızı əsaslandırın. 
 
 
 

İki nüvə müxtəlif yükə malikdir. Bu nüvələr eyni kimyəvi 
elementin izotopu ola bilərmi? Cavabınızı əsaslandırın. 
 
 
 

Atom  nüvəsində:  a)  52  proton  və  72  neytron;    b)  103 
proton və 153 neytron  olan kimyəvi elementi təyin edin. 
 
 
 

Hansı kimyəvi elementlər 
?????? simvolu ilə işarə edilmişdir: 
??????; 
??????;
??????;
?????? ?  
 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində “Atom nüvəsinin quruluşu” mövzusunda esse yazın. 
 
 
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ 
  LAYİHƏ


171 
 
4.7. NÜVƏNİN RABİTƏ ENERJİSİ 
 
Aparılan çoxsaylı eksperimentlərdən müəyyən edilmişdir ki,  nüvənin 
kütləsi onu təşkil edən nuklonların (proton və neytronların) kütlələri 
cəmindən həmişə kiçikdir: 
M < Zm + Nm . 
Bu o deməkdir ki, nuklonların kütlələri cəmi ilə həmin nuklonlardan ibarət nüvənin kütləsi 
arasında fərq – kütlə defekti mövcuddur
∆?????? = ????????????
??????
+ ????????????
??????
− ??????
??????
.  
Burada M
N
  – nüvənin kütləsi, Z və N – uyğun olaraq nüvədəki proton və neytronların 
sayı, m
p
 – protonun kütləsi, m
n
 – neytronun kütləsi
m – kütlə defektidir. 
Nuklonlar sistemindən nüvə əmələ gələn zaman kütlənin azalması bu sistemin enerjisinin 
rabitə enerjisi (
E
.
) qədər azalması deməkdir. 
 Rabitə enerjisi – nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimum enerjidir. 
Nüvənin rabitə enerjisini hesablamaq üçün A.Eynşteynin kütlə ilə enerji arasındakı əlaqə 
düsturundan istifadə edilir: 
E
.
= ∆E = ∆mc → E
= Zm + Nm − M ∙ c .   
Müxtəlif kimyəvi elementlərin nüvələrinin rabitə enerjisini hesablamaq üçün proton və 
nüvə kütlələrinin əvəzinə uyğun olaraq hidrogen atomunun kütləsinin (
m ) və kimyəvi 
elementin atom kütləsinin (
M ) qiymətindən istifadə etmək əlverişlidir. Bu halda rabitə 
enerjisi:  
E
.
= Zm + Nm − M ∙ c .     
Enerji  ilə  kütlə  arasında 
∆E = ∆mc   düsturuna  əsasən  1  a.k.v.  – kütlənin    931,5 MeV 
enerjiyə ekvivalent olduğu müəyyən edilmişdir. Bu  nəzərə alınarsa, nüvənin rabitə ener-
jisini belə də yazmaq olar: 
E
.
= Zm + Nm − M ∙ 931,5 MeV. 
Nüvələrin dayanıqlığı xüsusi rabitə enerjisi adlanan kəmiyyətlə xarakterizə olunur.   
 Xüsusi rabitə enerjisi – nüvənin bir nuklonuna düşən rabitə enerjisidir. 
 =
E
A
.
 
Onun vahidi:     
 =
= 1
.
 
 

 
Cədvəl 4.4-də 
elektronun, nuklonların, habelə bəzi izotopların kütlələri və onlara ekvi-
valent  olan  enerjiləri  verilmişdir.  Verilənlərdən  istifadə  edərək  “Nüvə  və  onun  nuk-
lonları arasında enerjinin saxlanması qanunu ödənilirmi?” araşdırmasını aparın. 
Cədvəl 4.4. 
Zərrəcik və 
kimyəvi element 
Kütləsi: 
a.k.v. 
Enerjisi: 
MeV 
Kimyəvi 
element 
Kütləsi: 
a.k.v. 
Enerjisi: 
MeV 
Elektron ( ??????) 
0,0005486 
0,51102 
Litium  ( ????????????) 
6,941 
6465,542 
Proton ( ??????) 
1,0072765 
938,28 
Karbon ( ??????) 
12,0 
11178 
Neytron ( ??????) 
1,008665 
939,57 
Karbon ( ??????) 
13,003354 
12112,624 
Hidrogen ( ??????) 
1,007825 
938,79 
Uran (
??????) 
235,04418 
218943,654 
Deyterium ( ??????) 
2,014102 
1876,136 
Uran (
??????) 
238,05113 
221744,6276 
Tritium ( ??????) 
3,016062 
2809, 462 
Neptunium 
????????????) 
239,05320 
222678,0558 
Helium ( ????????????) 
4,002603 
3728,425 
Plutonium (
????????????) 
239,05242 
222677,3292 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə